Ətraflı axtarış
Baxanların
7303
İnternetə qoyma tarixi: 2012/05/20
Sualın xülasəsi
Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
Sual
Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
Qısa cavab

Allah-Taala, vücudu vacib olan, alim, iradə sahibi, hər şeydən biniyaz, ehtiyacsız, məhdudiyyətsiz və hər bir nöqsandan pak və münəzzəhdir. Amma enerji naqis, ehtiyaclı, məhdud, elmsiz və iradəsiz bir mövcuddur. Allah-taalanın sifətləri ilə enerjinin xüsusiyyətləri arasında olan fərqlərindən məlum olur ki, enerji Allah-Taala deyil.

Enerji, bir işin (hərəkət və qabiliyyətini) istedadını müəyyən edir, müxtəlif formalarda olur, bir şəkildən başqa şəklə düşə bilər və aşağadıkı xüsusiyyətlərə malikdir:

1.Enerji maddənin xassələrindəndir və onun içərisində qərar tutur.

2.Enerjinin mənbəyi var.

3.Enerjinin kəmiyyəti var.

4.Enerjinin məhdudiyyəti var.

5.Enerji dəyişkəndir.

Amma, pak və münəzzəh olan Allah-Taala nə maddədir və nə də maddənin tərkibində qərar tutub. Nə mənbəyi var və nə də səbəbi var. Kəmiyyət və məhdudiyyəti yoxdur. Dəyişkən və əvəzolunan deyil. Quran-Kərim də Allah-Taalanı hər şeydən ehtiyacsız, hər bir nöqsan, eyb və məhdudiyyətdən pak və münəzzəh kimi tanıtdırır.

Bəsirət əhli, bütün bu müqayisələri dərk etdikdən sonra əqli dəlillərlə belə nəticəyə gəlir ki, Allah-Taala enerji deyildir.

Ətreaflı cavab

Əvvəlcə enerji sözünün mənasını tərif edəcik, ikinci onun xüsusiyyətlərini araşdıracağıq. Üçüncü addımda  isə (fizika elminin mənabesindən və Quran ayələrindən, kəlam elmindən əqli dəlillərlə istifdə edib) enerjinin xüsusiyyətləri ilə Allahın sifətlərini müqayisə edəcəyik.  Sonda bir daha nəticəyə gələcəyik.

Enerjinin tərifi:

"Enerji bir  işin əncam tapmasının qabiliyyətini müəyyənləşdirir. Müxtəlif formalarda olur, bir şəkildən başqa şəklə düşə bilir."[1]

Enerjinin xüsusiyyətləri:

Qeyd olunmuş tərif və elmi mənabelərdə[2] açıqlanan məsələlərə əsasən, enerjinin aşağıdakı xüsusiyyətləri vardır:

1.Enerjinin maddi xasiyyəti var və o maddə çərçivəsindədir.(məsələn, bəziləri təsəvvür edirlər ki, günəşin nurunun mənşəyi yoxdur amma əslində, günəşin nurunun mənşəyi bəzi kimyəvi maddələrin reaksiyasının nəticəsidir)[3]

2.Enerjinin (soqrce) istehsal etmə mənbəyi var. Həmişə fiziki proseslərin və kimyəvi birləşmələrin nəticəsidir.

3.Enerjini ölçmək olar və kəmiyyəti var. Hər bir enerjinin digərinə nisbətdə xüsusi (dimansiyon) müəyyən ölçüsü vardır.

4.Enerjinin özünəməxsus məhdudiyyəti və qüdrəti var. (nümunə üçün nur yalnız, düz xətt üzrə seyr edir və heç vaxt hansısa əyri məkandan keçə bilməz)

5.Hər şeydən mühüm enerjinin şəkli də başqa şəkllərə düşmək kimi dəyişməyə malikdir.  Belə ki, enerjinin keyfiyyəti və cinsi də dəyişə bilər. (Məsələn, fənərdə yığılmış enerjini azad etməklə onu hərəkətli bir enerjiyə çevirmək olur. Yaxud, səddin arxasnıda olan potensial su enerjisi başqa tərəfə keçməklə işıq enerjisinə çevrilir) Bundan əlavə, son onillikdə alimlər o cümlədən, Enşteyn başda olmaqla isbat etmişdir ki, maddənin enerjiyə və həmçinin əksinə, enerjinin maddəyə çevirilməsi mümkündür.[4]

Enerjinin ilahi sifətlərlə müqayisəsi

Enerji haqqında bildiyimiz bütün bu xüsusiyyətləri Quran, rəvayətlərdə və kalam elmində bildiyimiz elmlərdən[5] belə nəticə alırıq ki, enerjinin xüsusiyyətləri Allah-Taalanın sifətləri ilə tamamailə tənaqüzdür. Ona görə ki, Allah-Taala vücudu vacib olan, alim, iradə sahibi, hər cür nöqsan, ehtiyac və məhdudiyyətdən pak və münəzzəhdir. Amma, enerji nöqsanlı, ehtiyaclı, məhdud, elmsiz və iradəsizdir.

Bəs, Allah-Taalada nə maddəinin xüsusiyyətlərindən var, nə maddədədə qərar tutub, nə mənbəsi və səbəbi var (source), nə kəmiyyəti və məhdudiyyəti var və nə də dəyişən və çevriləndir.

Allah-Taala da Quranda Özünü ehtiyacsız, nöqsansız, eybsiz və məhdudiyyətsiz kimi tanıtdırır. Quranda oxuyuruq: "Allahussəməd"[6] yəni, Allah-Taala ehtiaycsız məbuddur. Deməli, heç bir şeyə ehtiyacı yoxdur. Nəticədə, Allah-Taala heç bir şeydə qərar tutmamışdır. Çünki, əgər bir şeydə qərar tutsa, həmin şeyə ehtiaycı olmuş olar.  Həmçinin, bu ayədə deyilir ki, Allah-Taalanın səbəbi yoxdur və doğulmamışdır. Bütün aləm Ona möhtacdır. Səbəbələr səbəbi Odur. Həzrət Əli (əleyhissalam) Səməd sözünün təfsirində buyurur: "Səməd sözünün şərhi budur ki, O nə isim və nə də cisimdir. Nə oxşarı və nə də misli var. Nə şəkili və nə də nümunəsi var. Nə həddi və nə də hüdudu var. Nə məhəlli və nə də məkanı var. .. Nə nurani və nə də zülmətlidir. Nə ruhani və nə də nəfsanidir. Heç bir məkan Onu tutucaq qabiliyyətinə malik deyildir."[7]

Qeyd olunmuş ayə və son hədis onu göstərir ki, Allah-Taala ilə enerji arasında tamamailə fərqlər var və əqli dəlillər də buna işarədir.

Digər bir ayədə oxuyuruq ki, "Allah-Taalanın hər şeyə əhatəsi var."[8]  Belə olan halda, heç bir vəsilə Allahın özünü ölçə bilməz. Çünki, Onun hər bir şeyə əhatəsi var.

Həmçinin, başqa bir ayadə oxuyuruq: "Allah-Taala hər bir şeyə qadirdir."[9] Bu ayədən istifadə olunur ki, Allah-Taalanın heç bir məhdudiyyəti yoxdur. Digər bir ayədə oxuyuruq: "Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!"[10]  Ona görə ki, dəyişməz və sabit qanunlar yalnız, sabit və dəyişməz mövcud tərəfindən ola bilər.

Mühüm nöqtə:

Qeyd olundu ki, nur, enerjinin bir növ surətidir. Başqa tərəfdən də Quranda Allah-Taalaya nur kimi sifət nisbət verilmişdir.[11]  Mötəbər təfsirlərdə bu ayə haqqında açıqlama verilib. Əl-Mizan təfsirində oxuyuruq ki, ayədəki nur sözü yəni, münəvvər, varlıq verən. Yəni, bütün yer və göylərə varlıq verən.  "Allah-Taalanın nuru odur ki, bütün nurlar ondan sərçeşmə alırlar. Bu da Allahın ümumi rəhmətidir."[12]

Nur təfsirində ayənin izahında gəlib ki, nur sözü yəni, hidayət edən və aydınlıq gətirəndir. Ona görə ki, Allah-Taala sonsuz nurdur. Hidayət edən və aləmlərin yol göstərənidir. Necə ki, ayənin sonunda oxuyuruq: "Allah, Öz nuru ilə hidayət edir....."[13]

Başqa təfsirdə belə izah olunur ki, Allah-taalanın nuru, yəni vücudunun nuru bütün yer və göylərə həyat verir. Əgər bir an Öz lütfünü varlıqlardan kəssə, həmin anda hər şey məhv olub aradan gedər və hər şey zülmətə düşər. Hətta, əgər nurun tərifi - "zatı nurani və aşkar olan qeyrisini də nurani və aşkar edən."- olsa  belə, yenə də Allah-Taala mütləq nurdur.[14]

Nəticə budur ki, enərji ilə Allah-Taalanın sifətlərini müqayisə etdikdə, onların arasında böyük tənaqüz müşahidə olunur. Enerjini bütün məhduduyyət, nöqsan və zəifliyi ilə Allah-Taalaya nisbət vermək olmaz. Çünki, Allah-Taala mütləq alim, kamil, elm və qüdrət sahibidir. Amma, enerji bütün növləri və naqislikləri ilə ilə heç vaxt kainatın yaradanı ilə müqayisə olunmazdır. Əgər hardasa, enerjini Allah-taalaya nisbət veriblərsə, bütün bu qeyd olunmuş xüsusiyyətlərələ onu açıqlamaq və izah etmək lazımdır.

 


[1] Dünya ensklapediysı (encyclopedia international), c.6; səh.432

[2]  Fizikaçı Halidi, səh.148-163, iş və enerji

[3]  Günəşdən gələn enerji, hidrogen atomları ilə (N) hidrogeni təşkil edən malekulların (N2) birləşməsindən əmələ gələn feysiyonlardan ibarətdir.

[4]  Bu formula əsasən (məddə +enerji) E=mC*C

[5] Nümunə üçün Nəhcül-Bəlağədə 9Fezül-İslam) səh. 14-də oxuyuruq: " Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inan­mış olar Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır." ; Əl-Əsfar, c.6; səh.139; daha çox məlumat üçün Əl-Qovlus-ədid fi şərhit-təcrid kitabına müraciət edin. Səh.274-dən sonraya.

[6] Tohid surəsi, 2

[7] Biharul-Ənvar, c.3; səh.230

[8]  Ənbiya surəsi 126.

[9]  Təhrim surəsi 8

[10]  Əhzab surəsi 62

[11]  Nur surəsi 35, " Allah göylərin və yerin nurudur."

[12]  Əl-Mizan, c.15; səh.122

[13]  Təfsir nur, c.8; səh.185.

[14] Təfsir Nümunənin xülasəsi, c3; səh.297, Nur surəsi 35

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...