Please Wait
6228
Bildiyimiz kimi, qeybət böyük günahlardan biridir. Çoxlu ayə və rəvayətlərdə bu yaramaz əməl kəskin şəkildə qadağan edilmişdir.[1]
Din rəhbərlərindən nəql olunan rəvayətlərə əsasən qeybətin həqiqəti budur ki, bir şəxs başqasında olan (eyib və nöqsan barəsində) elə şeyləri desin ki, eşitdiyi təqdirdə ondan narahat olar və bu işi xoşlamaz – istər onun özündə, bədənində, dinində və dünyasında olan eyiblərlə əlaqədar olsun, istərsə də ona aid olan başqa şeylərdəki eyiblərlə əlaqədar. Amma bunun mənası o deyildir ki, başqalarının yanında və onun özünün də iştirak etdiyi halda günah və ya xətalarını bəyan edək, abır-heysiyyətini aparaq və şəxsiyyətini sındıraq. Deməli, bir kəsin yanında olmadığı halda arxasınca danışıb qeybətini etmək və eyiblərini demək işkallı (günah) olduğu kimi, onun hüzurunda da demək işkallıdır. Çünki hər iki halda möminin abır-heysiyyətinin aradan getməsinə səbəb olur ki, bu iş heç kəsə icazə verilmir.
Haramlığa səbəb olan şey – möminin abır-heysiyyətini aparmaq və ona ruhən əzab-əziyyət verməkdir[2] – istər onun arxasınca deyilsin və qeybəti edilsin, istərsə də hüzurunda. Çünki dini təlimlərdə möminin abır-heysiyyətinin qorunması və onun hörmətinin saxlanmasına dair çoxlu tövsiyə edilmişdir.
Əlaqədar görünüşlər:
“Qeybət və ondan tövbə etməyin əhəmiyyəti”, sual 4166 (sayt 5088)
“Başqalarına yaramaz sözlər deyən şəxsin qeybəti”, sual 11962 (sayt 14055)
“Möminin abır-heysiyyətini aparmaq”, sual 12154, (sayt 11917)
[1] “Hücürat” surəsi, ayə: 12, “Hüməzə” surəsi, ayə: 1
[2] Mamqani, Məhəmməd Həsən ibni Əbdullah, “Ğayətul-amal fi şərhi kitabil-Məkasib”, 1-ci cild, səh. 118; “Məcməuz-zəxairil-islamiyyə” nəşriyyatı, 1-ci çap, Qum, 1316-cı qəməri il