Please Wait
5723
Səbr və bölgü dəlili müxtəlif elmlərdə, həmçinin fiqh üsulu elmində istifadə edilir və Baxmayaraq ki, həmişə ona istinad etmək olmaz, lakin bir çox hallarda höccətdir. Çünki məntiq kitablarında daha geniş yayılmış isbatların dördlü növləri qeyd edilmişdir. Amma bunun barəsində söhbət açılmır. İlk başda bu dəlillərin terminlərin mənasını izah etmək lazımdır:
“Səbr” burada yoxlama, “bölgü” isə toplama və sayma mənasındadır. Bu dəlillər bir məsələ barəsində olan fikir və fərziyyələri cəm edilir və sonra əqlin köməkliyi ilə hər bir fikir və fərziyə araşdırma yolu ilə aparılır. Başqa sözlə, bütün bunlar əql vasitəsilə yoxlanılır ki, əql sonda bir- bir ehtimalları araşdırma, irad və izah ilə onlardan birini isbat edir. Burada biz ağıl vasitəsilə ehtimalları rədd edərək, düzgün bir nəticəyə gəlirik.
Daha aydın olması üçün Allahın isbat edilməsində istifadə edilən bu dəlilə misal çəkirik:
Yaradılış aləminin səbəbi nədir? Bir neçə ehtimal fərz etmək olar. Birinci ehtimal ondan ibarətdir ki, aləm yaradana sahib deyil və öz- özünə yaranmışdır. İkinci ehtimal odur ki, yaradan bir maddə yaxud bir insan ya da bütdür. Üçüncü ehtimal ondan ibarətdir ki, bu aləmi maddədən kənar bir xaliq yaratmışdır. Bu üç fərziyyə ehtimallardır ki, əql tərəfindən araşdırılır. Düzgün olmayan ehtimalları kənara qoymaqla düzgün fərz əldə edilir. Birinci ehtimal düzgün ola bilməz, çünki hər bir nəticənin səbəbə ehtiyacı vardır və bu qanunauyğunluq bir səbəb- nəticə əlaqəsinə sahibdir. İkinci fərziyyə də qəbul edilməzdir. Çünki hər maddi varlıq, öz vücuduna görə mümkündür və hər mümkünlük mövcud olması üçün digər mövcudluğa ehtiyacı vardır. Deməli bir maddi varlıq bu aləmin birinci səbəbi ola bilməz. Bu iki fərziyyənin rədd edilməsi ilə ağıl üçüncü fərziyyəni araşdırır və onu rədd etmək üçün dəlililinin olmadığını görüb, onu qəbul edir.
Bu səbr və bölgü dəlilinə aid misal idi ki, mötəbər bir nəticə ilə sona çatdı.