Ətraflı axtarış
Baxanların
8084
İnternetə qoyma tarixi: 2010/03/10
Sualın xülasəsi
Şiələrin etiqadı bundan ibarətdir ki, Allah Cəbrayıl vasitəsiylə İmam Əliyə (ə) nazil etdi, lakin səhv olaraq Peyğəmbərə çatmışdır?
Sual
Şiələrin etiqadı bundan ibarətdir ki, Allah Cəbrayıl vasitəsiylə vəhyi İmam Əliyə (ə) nazil etmişdir, lakin səhv olaraq Peyğəmbərə (s) çatmışdır? Bax: Əl- məniyyətu vəl- əməl fi şərhi Əl- miləlu və əl- nihəl kitabı, səh 30.
Qısa cavab

Bu sualın cavabında bir neçə zəruri nöqtəyə diqqət etmək lazımdır.

A: Din və məzhəb tədqiqatçısına lazım olan ən mühüm şey olur ki, ilk növbədə mənbə və əsl kitablardan istifadə etsin.

B: Bir məzhəb barəsində olan məlumatı, onların öz mənbələrindən əldə etsin.

C: Meydani təhqiqdən (müxtəlif yerlərdə səfər etmək vasitəsiylə) bəhrələnsin. Bu qısa müqəddiməyə əsasən sizin sualınızı cavablandırırıq.

Bu iddia üçün işarə olunan mənbə ibarətdir " المنیة و الأمل في شرح الملل و النحل" adlı kitabdan ki, müəllifi Əbdul kərim Şəhristanidir və Məhdi Lədinullah Əhməd ibni Yəhya Murtəza adlı şəxs ona şərh və açıqlama yazmışdır.

Əbdul kərim Şəhristani, Əl- miləlu və Əl- nihəl kitabının müəllifi.

Əşəri məzhəb 479- cu ildə dünyaya göz açmış və hicri iliylə 548- ci ildə vəfat etmişdir. Onun kitabına şərh yazanda təbii olaraq ondan sonra dünyaya gəlmiş və vəfat etmişdir; o Zeydiyyə şiələrinin rəhbərlərindən olmuşdur; odur ki, (bu cür ibarəti təsəvvür etmək) bu cür ibarəti şiə əqidəsindən hesab etmək mümkün deyildir. Şiə əqidəsini öyrənmək üçün lazımdır ki, o məzhəbin öz kitablarına müraciət olunsun, nəinki Əşairə, Zeydiyyə və yaxud digərlərinin.

Bundan əlavə şiələrə əl çatan bir dövrdə yaxşıdır ki, qarşı- qarşıya təhqiq və sual- cavab (azda olsa belə) edin ki, bu həqiqət sizin üçün məlum olsun; çünki bu zaman heç bir şəxsdə kin- küdrət yaranmayacaqdır ki, bu cür səhv bir əqidə Əli (ə)- a nisbət verilsin.

Bəzi tarixçilərin yazdıqlarına əsasən bir çox ifrati və təfriti (hədlərini keçmiş) dəstələr vardır ki, o cümlədən Ğərabiyyə, Zəbabiyyə, Zimmiyyə, və Muxtiə ki, Peyğəmbərliyi Əlinin (ə) haqqı bilirdilər və etiqadları bi idi ki, Əliylə (ə) Peyğəmbərin (s) bir- birinə həddən artıq oxşaq olduqları üçün Cəbrayıl vəhy gətirdiyi zaman səhv etdi və vəhyi Peyğəmbərə nazil etdi. Odur ki, Peyğəmbər (s) Əlinin (ə) razılığını əldə etmək üçün öz qızını Əliyə (ə) verdi. Lakin həqiqi şiələr bu əqidəyə sahib deyil və bu cür yollarını azmış məzhəbləri özlərindən kənar bilirlər.

Ətreaflı cavab

Məzhəb və firqələr (və başqa elmlərdə) barəsində təhqiq aparan hər bir tədqiqatçı bir neçə nöqtəyə diqqət etməlidir.

A: Məzhəblər və firqələr barəsində tədqiq aparan tədqiqatçıya lazım olan şeylərdən biri də budur ki, ilk növbədə əsl və mənbə olan kitablardan istifadə etsin.

B: Müəyyən bir məzhəb və firqə barəsində lazım olan məlumatı öz mənbələrindən əldə etməlidir; misal üçün Əşairə əqidəsi barəsində tədqiq etdiyi zaman onların öz mənbələrindən əldə etməlidir nəinki digər məzhəblərin kitablarından o cümlədən Mötəzilə, Matridiyyə və...

C: Mümkün olduqca meydani təhqiqdən (müxtəlif yerlərə səfər etməklə) bəhrələnməlidir. Mümkündür bir məzhəbə aid çoxlu mətləblər bir kitabda hətta öz kitablarında yazılmış olsun. Lakin p məzhəbin davamçıları onu qəbul etməsin, bunları tədqiq etmək lazımdır.

Bəzi yazıçıların əsərlərində, şiə haqqında bəzi mətləblər müşahidə olunur ki, tamamışya yalan və təəssüb üzündən yazılmışdır; misal üçün Vilyam Tiri, Tir şəhərinin rəisi (vəfat 1186) səlibi döyüşləri dövründə on ikinci əsrin böyük yazıçılarından hesab olunurdu, baxmayaraq ki, sünnü və Fatimi İslami barəsində dəqiq nəzəriyyəsi vardır lakin İmamiyyə (şiə) məzhəbindən heç bir məlumatı olmamışdır. Amma o İmamiyyəni bu cür vəsf edir ki, Əlinin (ə) Peyğəmbərliyinə etiqadları vardır! Cəbrayılın İlahi vəhyi nazil etməsində xəyanət etdiyini bilirlər, yəni Əlinin (ə) əvəzində İlahi vəhyi Məhəmmədə (s) nazil etmişdir.[1]

Bu iddianı sabit etmək üçün qeyd olunan mənbə "Əl- məniyyətu vəl əməl fi şərhi Əl- miləlu vəl- əl- Nihəl kitabıdır müəllif Əbul- fəth Məhəmməd ibni Əbul- kərim Şəhristanidir, lakin Məhdi Lədunillah Əhməd ibni Yəhya Murtəza ibn Əlfəzl ibn Mənsur əl Hüseyni Əl- Yəmani adlı şəxs onu şərh etmişdir.

Bu kitaba diqqətlə nəzər saldıqda bu kitabın müqəddiməsində əsas qanunlara riayət olunması müşahidə olunur və orada şiəyə töhmət vurulur. Əl- miləl və əl- Nihəl kitabının müəllifi Əbdul- Kərim Şəhristani Əşəri məzhəbindən olan bir mütəkəllimdir ki, 479- cu ildə dünyaya gəlmiş və 548- vi ildə vəfat etmişdir onun kitabına şərh yazanda təbiidir ki, Şəhristanidən sonra dünyaya gəlmiş və vəfat etmişdir. O Zeydiyyə şiələrinin rəhbərlərindən olmuşdur. Odur ki, şiə əqidəsində sayılan etibarlı bir kitab deyil bəlkə şiə əqidəsini öyrənmək üçün bu məzhəbin öz kitablarını axtarıb mütaliə etmək lazımdır nəin ki Əşairə, Zeydiyyə və... məzhəblərin kitablarını.

Bundan əlavə şiələrlə qarşı- qarşıya gəldikdə yaxşı olar ki, onların özlərindən bu sual olunsun ki, həqiqət məlum olsun; çünki o zaman heç bir kəs inciməz ki, bu cür səhv bir əqidəni və xurafatı Əliyə (ə) nisbət verir.

Şiə əqidəsinə əsasən, Əli (ə) on iki İmamın birincisi və İslam Peyğəmbərinin xəlifəsi və canişinləridir, Peyğəmbərdən (s) sonra onun məqamı bütün səhabələrdən yüksəkdir.

Bəli, doğrudur ki, bəzi tarixçilərin yazdıqlarına əsasən ğali və ifrati (həddini keçmiş) o cümlədən Ğərabiyyə, Zəbabiyyə, Zimmiyyə və Muxtiə kimi məzhəblər vardır ki, Peyğəmbərliyi Əlinin (ə) haqqı olduğunu bilirlər; və bu əqidədədirlər ki, o iki həzrətin bir- birinə həddən artıq oxşar olduqları üçün, Cəbrayıl vəhyi gətirdiyi zaman səhv edib vəhyi Peyğəmbərə (s) nazil etmişdir, odur ki, Peyğəmbər (s) Əlinin (ə) razılığını əldə etmək üçün qızını onunla evləndirdi.[2]

Odur ki, bəzi tarixçilər o cümlədən ibni Qətibə (286) və ibni Həzm Əndolosi ifrati şiəyə bağlı "Ğəraibə" adlı bir məzhəbdən xəbər vermişdirlər. Onların etiqadı budur ki, Cəbrayıl vəhyi Əliyə (ə) nazil etdiyi zaman xəyanət etmişdir. Lakin bu cür bir məzhəb həqiqətən vardırdı, düşünməyə yeri vardır.[3]

Bir sözlə bu əqidənin şiəliylə heç bir əlaqəsi yoxdur.

Diqqət etmək lazımdır ğulub və ifrat edən müsəlmanları bizim rəvayətlərdə məzəmmət etmişlər bu haqda göstərici "Əhli- beyt barəsində ğulub nömrə 2976" ki, bu saytda mövcuddur müraciət edin.

Burada şiə əqidəsini bizə başa salan iki hədisə işarə edirik. İmam Əli (ə)- dan sual olundu: Ey Əli! Sən Peyğəmbərsən? Buyurdu: Vay olsun sənə mən Məhəmmədin (s) bəndələrindənəm![4] Digər bir hədisdə həzrət buyurur: Siz bilirsiniz mənim Peyğəmbə yanında necə bir məqamım vardır və onunla necə qohumam. O zaman ki, uşaq idim məni öz kənarına çəkib sinəsində yer verdi. Məni öz yatağında yatızdırdı öz bədənin bədənimə yapışdırıb öz ətrini mənə hiss etdirdi. Bəzi vaxtlar bir şeyi çeynəyib mənə meyl etdirdi. Məndən yalan eşitmədi və heç bir zaman səhvə yol vermədi. Kaçik yaşlarından Allah mələklərindən ən böyük mələyini gec- gündüz olunla birlikdə qərar verdi ki, uca məqamları dərk etsin və gözəl əxlaqa sahib olsun. Mən isə (səfər zamanı və hər an) dəvə balası anasından ayrı düşməyən kimi, ondan ayrılmırdım. Hər gün öz əxlaqından mənim üçün bir nişanə qoyur və ona əməl etməyə çağırırdı. Hər il hərada xəlvət edirdi və məndən başqa heç bir kəs onu görmürdü. O vaxt ki, Peyğəmbər və Xədicədən başqa heç bir müsəlman o evdə yox idi. Üçüncü müsəlman olan şəxs mən idim.

Peyğəmbərliyin vəhy nurunu və ətrini hiss edirdim. Peyğəmbərə (s) vəhy nazil olan zaman, mən şeytanın naləsini eşitdim.

Dedim: Ey Allahın Rəsulu bu nalə nədir? Buyurdu: "Bu şrytandır ki, onu daha pərəstiş etməzlər və naümüddür, şübhəsiz mən eşitdiklərimi sən də eşidirsən və mən gördüklərimi sən də görürsən, yalnız sən Peyğəmbər deyilsən, mənim vəzirim və xeyir yoldasan, möminlərin əmirisən".[5]



[1] - Porsecu saytından götürülmüşdür.

[2] - Hövzə net saytından götürülmüşdür.

[3] - Porsecu saytından götürülmüşdür.

[4] - Küleyni, Məhəmməd ibni Yəqub, Əl- kafi, cild 1, səh 90, dördüncü çap, Darul- kitab, əl- İslamiyyə nəşriyyatı, Tehran, 1365 hicri şəmsi

[5] - Nəhcül- bəlağə, Xütbə 192. (Qasiə xütbəsi).

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6148 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    7943 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13996 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Həqiqi mənəviyyata meyillilik nə deməkdir?
    8892 Əməli əxlaq 2010/10/03
    Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə ...
  • Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”?
    8403 Qədim kəlam 2011/08/23
       Kəlamelmindəisbatolunubki, insanözişlərindəixtiyarsahibidirvəQurandanöyrəndiklərimizdə
  • Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
    7788 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam ...
  • " السلام علیک یا حجة الله لا تخفی" "Əssəlamu ələykə ya höccətəllahi la təxfa" cümləsindən məqsəd nədir?
    6758 Qədim kəlam 2012/02/07
    "Əssəlamu ələykə ya höccətəllahi la təxfa",«السلام علیک یا حجة الله لا تخفی» İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir.[1] Onun mənası barədə iki ehtimal vermək olar:
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5650 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    9214 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    10319 Nizamlar hüquq və əhkam 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164005 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160168 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118966 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112220 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106940 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92856 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54353 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50583 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45245 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44727 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...