Please Wait
8957
Quranın beş surəsindən hər biri bir heyvanın adı ilə bağlıdır:
1 - “Bəqərə” surəsi (dişi inək), 2 - “Nəhl” (bal arısı), 3 - “Nəml” (qarışqa), 4 - “Ənkəbut” (hörümçək) və 5 – “Fil” surəsi.[1]
Bu surələrin fəziləti:
1. “Bəqərə” surəsi: Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən “Quranın hansı surəsi və hansı ayəsi daha çox fəzilətə malikdir?” - deyə soruşduqda, həzrət “Bəqərə” surəsi və Ayətəl-kürsü” deyə cavab verdi.[2]
2. “Nəhl” surəsi. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Hər kəs “Nəhl” “surəsini tilavət etsə, Allah-taala dünyada ona verdiyi nemətlərdən qiyamətdə hesab almaz.”[3]
3. “Ənkəbut” surəsi. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Hər kəs “Ənkəbut” surəsini tilavət etsə, Allah-taala onun əməl dəftərində (bütün) mömin və münafiqlərin sayından on qat artıq həsənə qeyd edər.”[4]
4. “Nəml” surəsi. İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs “Şura”, “Nəml” və “Qəsəs” surələrini cümə axşamı oxusa, ilahi övliyalardan olar.”[5]
5. “Fil” surəsi. İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs vacib namazlarında “Fil” surəsini oxusa, qiyamət günü dağlar, səhralar və səhraların qumları “bu şəxs namaz qılanlardan idi” deyə şəhadət verəcəkdir.”[6]
“Fil” və “İlaf” surələri bir surə hesab olunduğuna (biri digərini tamamladığına) görə namazda “Həmd” surəsindən sonra “Fil” surəsini oxumaq istəsək, gərək ondan sonra “İlaf” surəsini də oxuyaq.[7] Diqqət yetirmək lazımdır ki, Quran ayələri və surələr üçün deyilən bu və başqa fəzilətlər o zamandır ki, dərindən düşüncə ilə yanaşı qiraət olunsun, onun sayəsində insanın ruhu ilahi maariflə sirab olsun.[8]
[1] Mirzə Baqir, Hüseyni, “Aşnayi və üns ba Quran”, “Hərəm” nəşriyyatı, səh. 43
[2] Yenə orada, səh. 232
[3] Yenə orada, səh. 237
[4] Yenə orada, səh. 241
[5] Əzizi, Abbas, “Quran surələrinin fəzilət və təsirləri”, səh. 47
[6] Yenə orada, səh. 114
[7] “Təhrirul-vəsilə”, 10-cu cild, “əl-qovlu fil-qiraəti vəz-zikr” bölməsi, məsələ 6
[8] “Təfsiri nümunə", 5-ci cild, səh. 144