Please Wait
6125
Tez- tez və yaxud yavaş- yavaş oxumaq mütaliə edən şəxsə bağlıdır. Din təlimlərində bu mövzuya işarə olunmamışdır. Amma Quran oxumaq barəsində budur ki, Quranı yavaş- yavaş və aşkar şəkildə oxuyun: Quranı kəlmə- kəlmə oxuyun.
«وَ رتّلِ القُرآنَ تَرتیلاً»[1]
İmam Sadiq (ə)- dan bu ayənin mənasında gəlmişdir ki, o qədər də tez- tez oxumayın ki, şer kimi olsun və yaxud o qədərdə geniş və yavaş- yavaş ki, qum kimi yayılsın.[2]
O cümlədən rəvayətlərdə gəlmişdir, İmam Rza (ə) hər üç gün ərzində bir Quran tilavət edirdi və buyurdu: Əgər istəsəm üç gündən az müddətdə də bir Quran oxuya bilərəm, amma Quran ayələrinə çatdıqda onlarda düşünürəm ki, bu ayə hansı mövzuda və nə zaman nazil olmuşdur.
Bunun üçün də hər üç gündə bir Quran tilavət edib tamamlayıram.[3]
Bəs, bir mövzunu oxumaq mütaliə edən şəxsin özünə və ya mövzuya bağlıdır. Bəzi insanlar tez- tez mütaliə etməklə mümkündür tez başa düşüb dərk etsin və bəziləri üçün isə çətin olsun. Amma bu barədə mühüm olan, mütaliə zamanı mətləbi düzgün başa düşüb dərk etməkdir.
Bu sualın ətraflı cavabı yoxdur.
Bu sualın ətraflı cavabı yoxdur.