Ətraflı axtarış
Baxanların
4629
İnternetə qoyma tarixi: 2014/10/22
Sualın xülasəsi
Şeyx Səduqun etiqadına görə dini rəhbərlərin qəbrlərinin kənarında Həcc mərasinmi yerinə yetirmək, Məkkədə Həcci yerinə yetirməkdən üstündürmü?
Sual
Şiə alimlərinin etiqadına görə dini rəhbərlərin qəbrlərinin kənarında Həcc mərasimni yerinə yetirmək Məkkədə Həcci yerinə yetirməkdən üstündürmü? Belə bir mövzu, Şeyx Səduqun Savabul-Əmal və iqabul-əmal kitabında nəql olunub ya yox?
Qısa cavab
Şeyx Səduq özünün Savabul-əmal və iqabul əmal kitabında "Həcc və Ümrənin savabı" haqqında xüsusi bir fəsl açmış və bu mövzuda çoxlu rəvayətlər nəql etmişdir. Həmin kitabın başqa bir fəslində, "Həcci tərk edən şəxsin cəzası"  adlı başqa bir ünvan da açımş və həmin rəvayətlərin birində belə bir rəvayət nəql etmişdir: "Əgər bir nəfər heç bir xəstəliyi, fəqirliyi olmadan yaxud, yolda zalımın təhlükəsi olmayan halda, həcc əməlini qəsdən tərk edərsə sanki, yəhudi və ya xaçpərəst kimi dünyadan getmişdir."
Buna hədisə əsasən, heç insafdan deyil ki, belə bir alimi Həcc əməllərinə nisbətdə laqeyid kimi qələmə verək. Amma, sualınızın cavabında deyə bilərik ki, əgər bu kitabda belə gəlsəydi ki, hər kəs hər, hansı bir qəbristanda olan bir nəfər şiə alimini ziyarət etsə, bir Həccin savabından üstündür- cavabında demək lazımdır ki, belə bir rəvayət, nə bu kitabda, nə də heç bir başqa mötəbər kitabda yoxdur. Amma, İmam Hüseynin (əleyhissalam) Kərbəlada qəbrinin ziyarəti haqqındakı hədisə gəlincə, buyurur ki, bu ziyarətin savabı Həccin savabından üstündür. Bu haqda qeyd etmək lazımdır ki, Şeyx Səduqun  Savabul-əmal və iqabul əmal kitabında "İmam Hüseynin (əleyhissalam) qəbrinin ziyarətinin savabı" adlı bir bölmə var və bu rəvayətlərdə İmam Hüseynin (əleyhissalam) ziyarətini Həccin ziyarəti ilə bərabər və hətta, Həcc və Ümrə ziyarətindən də üstün hesab edilir. Əlbəttə, belə bir mövzu heç də Həcci yüngül saymaq deyildir. Bəlkə, İmam Hüseynin (əleyhissalam) ziyarətinin hədsiz savabına işarədir. Həmçinin, bu savab elə bir halda nəql olunur ki, zəmanəsinin zalım hakimləri İmam Hüseynin (əleyhissalam) qəbrini itirmək, qiyamının hədəfini zehnlərdən silmək istəyirdilər.  O cümlədən, O Həzrəti  ziyarət edənin canı və malının hərtərəfli xətərdə olduğu bir vaxtdə nəql edilir.
Halbuki, belə bir həssaslıq, çox zaman Həcc ziyarətində yoxdur. Nəticədə, təbi ki, əgər iki mühüm və vacib əməli bir-biri ilə müqayisə etdikdə, hansı əməlin yerinə yetirilməsində daha çox çətinlik və xətər olarsa, o əməlin savabı, Allah-Taalanın yanınıda daha üstündür. Xüsusilə də, fərz olunsa ki, hər iki əməl Allahın razılığını ələ gətirməkdən ötrüdür.
 
Ətreaflı cavab
Əvvəldə belə bir məsələni qeyd etmək lazımdır ki, Şeyx Səduq özünün Savabul-əmal və iqabul əmal kitabında "Həcc və Ümrənin savabı" haqqında xüsusi bir fəsl açmış və bu mövzuda çoxlu rəvayətlər nəql etmişdir.[1] Həmin kitabın başqa bir fəslində "Həcci tərk edən şəxsin cəzası"  adlı başqa bir ünvan da açmış və həmin rəvayətlərin birində belə bir rəvayət nəql etmişdir:
"Əgər, bir nəfər heç bir xəstəliyi, fəqirliyi olmadan yaxud, yolda zalımın qorxusu olmayan halda, həcc əməlini qəsdən tərk edərə sanki, yəhudi və ya xaçpərəst kimi dünyadan getmişdir."[2]
Buna əsasən, heç insafdan deyil ki, belə bir alimi Həcc əməllərinə nisbətdə laqeyid kimi qələmə verək. Amma, sualınızın cavabında deyə bilərik ki, əgər  bu kitabda belə gəlsəydi ki, hər kəs hər, hansı bir qəbristanda olan bir nəfər şiə alimini ziyarət etsə, bir Həccin savabından üstündür - cavabında demək lazımdır ki, belə bir hədis nə bu kitabda, nə də heç bir başqa mötəbər kitabda yoxdur. Amma, İmam Hüseynin (əleyhissalam) Kərbəlada qəbrinin ziyarəti haqqındakı hədisə gəlincə, buyurur ki, bu ziyarətin savabı Həccin savabından üstündür. Bu haqda qeyd etmək lazımdır ki, Şeyx Səduqun  Səvabul-əmal və iqabul əmal kitabında "İmam Hüseynin (əleyhissalam) qəbrinin ziyarətinin savabı" adlı bir bölmə[3] var və bu rəvayətlərdə İmam Hüseynin (əleyhissalam) ziyarətini Həccin ziyarəti ilə bərabər və hətta, Həcc və Ümrə ziyarətindən də üstün hesab edilir. Əlbəttə, belə bir mövzu heç də Həcci yüngül saymaq deyildir. Bəlkə, İmam Hüseynin (əleyhissalam) ziyarətinin hədsiz savabına işarədir. Həmçinin, belə bir savab elə bir halda nəql olunur ki, zəmanəsinin zalım hakimləri, İmam Hüseynin (əleyhissalam) qəbrini itirmək, qiyamının hədəfini zehnlərdən silmək istəyirdilər.  O cümlədən hədis, O Həzrəti  ziyarət edənin canı və malının hərtərəfli xətərdə olduğu bir vaxtda nəql edilir.
Halbuki, belə bir həssaslıq, çox zaman Həcc ziyarətində yoxdur. Nəticədə, təbi ki, əgər iki mühüm və vacib əməli bir-biri ilə müqayisə etdikdə, hansı əməlin yerinə yetirilməsində daha çox çətinlik və xətər olarsa, o əməlin savabı, Allah-Taalanın yanınıda daha üstündür. Xüsusilə də fərz olunsa ki, hər iki əməl Allahın razılığını ələ gətirməkdən ötrüdür.
Əlbəttə, bu mövzuda bəzi nöqtələr var ki, ondan qafil olmaq olmaz;
1.Heç bir mötəbər şiə kitabında elə bir rəvayət tapmaq olmaz ki, bu mənada gəlsin ki, hər hansı bir məsum İmamın (əleyhissalam) qəbrinin ziyarəti Həcc və Ümrə savabını azaldır. Bəlkə əksinə, çox rəvayətlərdə gəlib ki, belə əzəmətli savablar bəhanə ola bilməz ki, Həcc ziyarətinə gedilməsin.[4] Bu rəvayətə əsasən, bir nəfər dəfələrlə İmamların (ələyhimussalam) ziyarətinə getsə də, əgər qüdrəti olan halda, qəsdən Həccə getməsə, İslam dinində dünyadan getməmişdir.
2.Şiə etiqadında əsasən, İmam Hüseynin (əleyhissalam) qiyamının əsas xüsusiyyəti və həmçinin, digər məsum İmamların (əleyhimussalam) əsas hədəflərindən biri, İslam təlim və tərbiyələrində inhiraf  yolların genişlənməsinin qarşısı almaq olub; çünki, İslamın əvvəllərində elə proqram və fəaliyyətlər başlanmışdır ki, onların hədəfi əvvəlcə islami şüarları müsəlmanların həyatından götürsünlər, daha sonra isə İslamın kökünü kəssinlər. Tarix sübut edir ki, əgər məsum İmamların (əleyhimussalam) siyasi mübarizələri olmasaydı, İslam və müsəlmançılığdan heç bir əsər qalmamışdır. O da Həcc və əməlləri olmuş olsun. Bu dəlilə əsasən, Həcc əməllərinin davamlı və düzgün yerinə yetirilməsi də məsum İmamların (əleyhimussalam) mübarizələrinin nəticəsidir. Bu yolda, Allah-Taalanın Onlara verdiyi mükafat və savablardan biri də pak və Məsum İmamların (əleyhimussalam) şərif və pak qəbrlərinin ziyarət edilməsidir.
3.Rəvayətlərdə yalnız, İmamların (əleyhimussalam) qəbrlərinin ziyarətlərinə təkid olunmuşdur. Amma, Həcc əməlləri özünəməxsus əməllərinə o cümlədən, Ərəfat səhrasında durmaq, Mina əməlləri, Səfa və Mərva dağları arasında qaçmaq, yeddi dəfə təvaf və sair Quranda açıq işarələr olunmuşdur. Ancaq, ziyarətlərdə belə əməllər nəzərdə tutulmamışdır. Bununla da, ziyarətlərə getmək Həcc əməllərinin müqabilində olub, ona zidd qərar tutmur. Əksinə, bütün ziyarətlərdə əməllərin qəbul olunmasının əsas şətlərindən biri də, şəriətə və əxlaqi üsullara əməl etməkdir. Həmişə, Allahı zikr etmək, bu məkanlarda hər nə qədər imkan varsa namaz qılmaq, Allahla münacat etmək, sədəqə vermək və sair.. əməllərdir ki, bütün bu gözəl əməllərin hamısı, bütün İslam məzhəbləri tərəfindən qəbul olunan əməllərdəndir.
Bütün bu üsül və əməllər şiə rəvayətlərində İmam Hüseynin (əleyhissalam) və digər İmamların (əleyhimussalam) ziyarətinin qəbul olunmasının əsas şərait və amillərindən hesab olunur.[5] Sonda xahiş edirik bu suala cavab verin:
"Əgər iki nəfər müsəlman insan, iki yaxşı əməli başqa-başqa ünvanlarla yerinə yetirirlər. Biri, ona qarşı olan bütün təhlüklər və xətərlərə baxmayaraq, dinin əsaslarını, İslam və müsəlmançılığın abrını qorumaq və dinin inhirafa düşməməsindən ötrü bütün qüdrətini sərf edir. Zalımlar müqabilində hər nəyi varsa, meydana gətirir və bu yolda xeç bir şeyi əsirgəmir. Amma, ikinci fərd, öz malından bir miqdarını verməklə, ən gözəl və bahalı təyyarələrdə Həcc səfərinə azim olur, ən yüksək modellərdə tikilmiş otellərdə qalır, ən bahalı və keyfiyyətli yeməklərdən qidalanır və onu da bilir ki, bu səfərdən qayıtdıqdan sonra camaat arasında ehtiramı bir qədər də artacaq və daha da yaxşı qarşılanacaq."[6]
Sizin etiqadınıza görə Allah-Taala bu iki nəfərin hansına daha çox mükafat və savab verər və o şəxs bu mükafata layiq görülər?
Sizin təssübkeşlikdən uzaq və araşdırma nəticəsində bizə olan cavabınız, bizim sizin bu mövzuda bizə verdiyiniz sualınıza cavabımızdır.
 

[1] Şeyx Səduq, Səvabul-əmal və iqabul-əmal, səh.50; İntişarat Şərif Rəzi nəşriyyatı, Qum, 1409 h.qəməri
[2] Həmin mənbə;
[3]  Şeyx Səduq, Savabul-əmal və iqabul-əmal, səh.50; İntişarat Şərif Rəzi nəşriyyatı, Qum, 1409 h.qəməri
[4] Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiyə, c.14; səh.453; hədis 19586; Müəssiseyi Alul-beyt, Qum,  1409 h.qəməri
[5]  Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiyə, c.14; səh.527; hədis 19750; Müəssiseyi Alul-beyt, Qum,  1409 h.qəməri
[6]   Əlbəttə, biz heç də mötəqid deyilik ki, bütün hacılar bu minvalla Həccə gedirlər. Belə nümunə gətirməklə demək istəyirik ki, hər bir əməlin şəraiti və öz üstünlüyü vardır.   
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...