Please Wait
7624
Tin surəsinin təfsirində (Furat təfsiri)belə bir hədis gəlmişdirki əncirdən tindən məqsəd Həsən zeytundan isə məqsəd Hüseyn əleyhissəlamdır.Bu barədə olan hədis mötəbərdirmi?
Qurani kərim zahiri mənalarına malik olmaqdan əlavə, mümkündür çoxlu batini mənaları da olsun. Nümunə üçün Allahın tin surəsinin əvvəllərində and içdiyi tin və zeytunun zahiri mənası ola bilsin həmin incil və zeytun olsun ki, bütün camaatın diqqət mərkəzində olanlar olsun. Yəni İncil və Zeytun meyvəsi ki, İncil vəzeytun ağacının meyvəsidir. Amma eyni halda ola bilər ki, batini mənaları da olsun ki, bir nümunəsi sizin sualınızda olan hədisdə öz əksini tapmışdır. Yəni İmam Həsən (ə) və İmam Hüseyn (ə) vilayət ağacının meyvələri.[1]
Həmçinin ola bilsin başqa mənalar ayənin məqsədi olsun, necə ki başqa bir rəvayətdə gəlibdir tindən məqsəd mədinətur- Rəsul və zeytundan məqsəd Beytul- müqəddəs, müsəlmanların ilkin qibləsidir.[2]
Yenə Qummi təfsirində gəlibdir: incil Peyğəmbər (s), Zeytun Əmirəl möminin (ə), turi sinin Həsən və Hüseyn və hazəl bələdin əmin imamlardırlar.[3]
Buna əsasən Furat təfsirində gələn hədis o hədis silsiləsindəndir ki, onun nümunələri bəyan olmuşdur.
Bu sualın müfəssəl cavabı yoxdur.
[1] - Məclisi, Məhəmməd baqir, bəharul ənvar, cild 24, səh 105 Muəssisətil- vəfa, beyrut, 1409 hicri qəməri tarixi ilə
«عَنْ ابْنِ دَرَّاجٍ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ (ع) یَقُولُ قَوْلُهُ تَعَالَى وَ التِّینِ وَ الزَّیْتُونِ التِّینُ الْحَسَنُ وَ الزَّیْتُونُ الْحُسَیْنُ صَلَوَاتُ اللَّهِ عَلَیْهِمَا»
[2] - Hürr Amuli, vəsailuş-şiə, cild 14, səh 361, hədis, 19389, Alul beyt (ə) müəssiəsi, Qum, 1409 hicri qəməri tarixi ilə
«عَنْ أَبِی الْحَسَنِ مُوسَى بْنِ جَعْفَرٍ ع عَنْ آبَائِهِ ع قَالَ قَالَ رَسُولُ اللَّهِ ص إِنَّ اللَّهَ اخْتَارَ مِنَ الْبُلْدَانِ أَرْبَعَةً فَقَالَ عَزَّ وَ جَلَّ وَ التِّینِ وَ الزَّیْتُونِ وَ طُورِ سِینِینَ وَ هذَا الْبَلَدِ الْأَمِینِ التِّینُ الْمَدِینَةُ وَ الزَّیْتُونُ بَیْتُ الْمَقْدِسِ وَ طُورُ سِینِینَ الْکُوفَةُ وَ هَذَا الْبَلَدُ الْأَمِینُ مَکَّةُ»
[3] - Qummi, əli ibn İbrahim, Təfsiru- qummi, cild 2, səh 429, Darul kitab, Qum, 1367, hicri şəmsi tarixi ilə
«وَ التِّینِ وَ الزَّیْتُونِ وَ طُورِ سِینِینَ وَ هذَا الْبَلَدِ الْأَمِینِ، قَالَ التِّینِ رَسُولُ اللَّهِ (ص) وَ الزَّیْتُونِ أَمِیرُ الْمُؤْمِنِینَ (ع) وَ طُورِ سِینِینَ الْحَسَنُ وَ الْحُسَیْنُ وَ هذَا الْبَلَدِ الْأَمِینِ الْأَئِمَّةُ (ع)»