Ətraflı axtarış
Baxanların
6098
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ “Yetimlər həddi-buluğa çatana qədər onları imtahan edin” ayəsinin mənası nədir?
Sual
وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ “Yetimlər həddi-buluğa çatana qədər onları imtahan edin” ayəsi barəsində bir qədər izah verin.
Qısa cavab

Allah-taala bu ayədə yetimlərin qəyyumlarına göstəriş verib buyurur ki, onların mal-dövlətlərinə nəzarət edin, sərmayələrini qoruyub saxlayın. Qəyyumluq dövründə yetimləri, həddi-buluğa və ağlı kəsən dövrə çatdıqları zamana qədər sınaqdan keçirin. Onların həddi-buluğa və əqli kamilliyə çatdıqlarını bildiyiniz zaman mal-dövlətlərini özlərinə qaytarın. Bu imtahanın səbəbi budur ki, həddi-buluğa və izdivac həddinə çatdıqları zaman öz mal-dövlətlərindən düzgün istifadə etmək, onları özünün fərdi və ictimai mənfəətlərində sərf etməklə əlaqədar kifayət qədər (əqli) inkişaf etmələri məlum olsun. Yetimin malını mənimsəmək və israf etməkdən çəkinin. Əgər qəyyumun öz mal-dövləti vardırsa, yetimin malından heç bir şey (əmək haqqı olaraq) özünə götürməsin. Əgər yoxsuldursa, adi qaydada və həyat zərurətinə münasib olaraq onun ixtiyarında olan mal-dövlətdən əmək haqqı götürsün.

Buna əsasən, qəyyumların vəzifəsi budur ki, yetimlərin əql, düşüncə və səlahiyyətlərini yoxlasınlar; əqli cəhətdən kamal həddinə çatdıqları surətdə mal-dövlətlərini və sərvətlərini onların özünə qaytarsınlar.

Ətreaflı cavab

Sualda qeyd olunan ayənin[1] şəni-nüzulu Sabit ibni Rəfaə və onun əmisi barəsindədir. Sabitin atası Rəfaə dünyadan getmiş və Sabit kiçik yaşlarında yetim qalmışdı. Onun əmisi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanına gəlib soruşdu: “Qardaşım oğlu mənim öhdəmdədir. Onun mal-dövlətindən nə qədər istifadə edə bilərəm? Mal-dövlətini nə vaxt ona qaytarmalıyam?”

Bu zaman yuxarıdakı ayə nazil oldu.[2]

Məsələnin hökmünün aydınlaşması üçün əvvəlcə ayədəki əsas kəlmələri bəyan edir, sonra əsas mətləbə qayıdırıq. “İbtəlu” əmr felinin məsdəri olan “ibtila” kəlməsi imtahan mənasınadır.[3] “Nikah buluğu” dedikdə məqsəd insanın izdivac yaşlarına çatmasıdır. Deməli, həqiqətdə “Nikah həddinə çatmaq” əqli məcazdır. “Anəstum” feli də “iynas” kökündən alınmışdır və müşahidə mənasınadır, onda mehr-məhəbbət və ülfət mənası da gizlənmişdir.[4] Onun kökü “üns”dür. “Rüşd” kəlməsi əqli cəhətdən püxtələşmək mənasınadır.[5]

“Dəf edin və qaytarın” cümləsi göstərir ki, yetimin malını onun öz əlinə vermək lazımdır. “Fəə’tu” kəlməsinin yerinə gələn “fədfəu” kəlməsi buna görədir ki, o, həm təhvil vermək mənasını çatdırır, həm də zəhmət və məsuliyyətləri özündən dəf etməyə dair bir kinayədir. Bu ifadə çox aydın bir təbir olmaqdan əlavə, onda incə bir kinayə də vardır.

حَتَّى إِذا بَلَغُوا النِّكاحَ ... “Nikah dövrünə çatdıqları vaxta qədər” cümləsi əvvəldəki “imtahan edin” cümləsinin tamamlayıcısıdır. Mənası budur ki, yetimi müntəzəm surətdə imtahandan keçirin və bu imtahan müməyyizlik dövründən izdivac yaşlarına çatana qədər davam etməlidir. Həmin vaxt əqli cəhətdən inkişaf həddinə çatdığını görsəniz, mal-dövlətini onun öz əlinə (ixtiyarına) verin. Bu təbir imtahanın müəyyən qədər davam etməsini göstərir, habelə bunu da çatdırır ki, yetim uşaq əqli cəhətdən ayırd etmə həddinə çatmaq istədiyi, yəni imtahan olunmağa ləyaqətli bir vaxta çatdığı zaman onu imtahandan keçirin və bu imtahan izdivac yaşlarına qədər davam etməlidir.

Məsələnin təbiəti də bunu tələb edir. Çünki sadəcə bir-iki dəfə imtahan etməklə uşağın əqlinin kamil olmasını təyin etmək olmaz; uşaqda əqli kamillik müşahidə olunana qədər imtahan davam etməlidir. Uşaq müməyyizlik həddindən sonra əvvəlcə “rəhaq” həddinə,[6] sonra isə izdivac yaşlarına və əqli inkişaf həddinə çatır.[7]

Buna əsasən, ayənin məcmusunun mənası belə olur: Yetimi imtahandan keçirin, əgər onda əqli kamillik müşahidə etsəniz, mal-dövlətini onun özünə qaytarın. Kəlamın bu cür düzümü bizə çatdırır ki, izdivac yaşlarına çatmaq yetimin mal-dövlətini özünə təhvil vermək üçün tam səbəb deyil, sadəcə onu tələb edəndir – müqtəzidir. Səbəb o zaman tamamlanar və yetim öz malında müstəqil şəkildə istifadə edə bilər ki, əqli inkişaf həddinə də çatmış olsun. Çünki maddi istifadələrdə yaşca həddi-buluğa çatmaqdan əlavə, əqli buluğ da şərtdir. Buradan aydın olur ki, islam dini həddi-buluğ məsələsini bütün sahələrdə eyni mənaya götürməmişdir. İbadət, cəza qanunları və diyə kimi məsələlərdə buluğu şəri yaş həddinə, yəni izdivac yaşına çatmaq hesab edir. Amma mal-dövlətində təsərrüf etmək, məhkəmədə iqrar etmək və s. məsələlərdə əqli kamala çatmaqdan ibarət olan digər bir şərt də əlavə edilir. Bu, islamın şəriət qanunları barəsində işlətdiyi incəliklərdən biridir. Çünki əgər, mal-dövlətdən istifadə və sair kimi işlərdə əqli kamal məsələsini şərt hesab etməsəydi və mötəbər saymasaydı, yetimlər kimi insanların ictimai həyatında xələl və  pozuntu əmələ gələrdi.[8] İmam Sadiq (əleyhis-salam)-dan sözü gedən ayədəki “rüşd” kəlməsinin mənası barəsində soruşdular, həzrət buyurdu: “Rüşd – mal-dövlətin qorunmasına dair qüdrət və bacarıqdır.”[9]

Deməli, yetimlərin qəyyumlarının vəzifəsi budur ki, onların düşüncə, səlahiyyət, iqtisadi cəhətlərdən və s. əqli kamallarını yoxlasınlar, əqli qüvvələri kamal mərhələsinə çatdığı zaman onların mal-dövlətini öz ixtiyarlarına təhvil versinlər.[10]

Allah-taalanın yetimlərin qəyyumlarına vacib etdiyi məsələlərdən biri də budur ki, onların mal-dövlətini ciddi nəzarət altında saxlasınlar, yetim malını mənimsəməkdən və israf etməkdən çəkinsinlər. Əgər qəyyumun öz mal-dövləti vardırsa, yetimin malından özü üçün (əmək haqqı ünvanı ilə) heç nə götürməsin, əgər yoxsuldursa, adi qaydada və həyatın zərurəti qədər onun ixtiyarında olan maldan əmək haqqı götürsün.[11] Əlbəttə, əgər yetimin sərmayəsi nəzərə çarpmayacaq dərəcədə cüzi olsa, ondan heç nə götürməsinlər.[12]

Digər məsələ budur ki, yetim ağlı kamal həddinə çatanda əmlakını təhvil verdiyiniz zaman şahid tutun! Allah-taala şahidlik üçün kafi olsa da, bu şahidlik iki cəhətdən diqqət mərkəzində ola bilər: Birincisi budur ki, gələcəkdə yetimin “qəyyumu və kəfili tərəfindən onun özü və sərmayəsindən boş-boşuna xərclənməsi və israf edilməsi” ilə əlaqədar iddiası olmasın. İkincisi budur ki, əgər camaat arasında belə bir şayiə yayılsa özünü müdafiə etmək üçün qəyyumun tutarlı sənədi olsun.

Son məsələ: Yetimlərin necə imtahan olunması barəsində ixtilaf vardır; bəzi alimlər demişlər: Yetim əgər oğlandırsa, onu imtahan etmək üçün qəyyumu bir aylıq, yaxud ondan az miqdar məişət xərclərini yetimə verib necə xərcləyəcəyini desin və onu öz ixtiyarına boşlasın, sonra onu necə xərclədiyinə nəzarət etsin. Əgər düzgün xərcləsə, əqli kamala çatdığı məlum olur və gərək malını özünə qaytarsın. Əgər bunun əksinə olarsa, deməli əqli həddi-buluğa çatmamışdır. Əgər qız olsa, ev işlərini və qadınlara aid olan işləri ona həvalə etsin və necə işləyəcəyini izah etsin, sonra düz işləyib-işləmədiyinə baxsın. Əgər işləri düz yerinə yetirsə, deməli əqli cəhətdən kamala çatıbdır və gərək qəyyum mal-dövlətini ona təhvil versin. Əks halda əqli həddi-buluğa çatıncaya qədər gözləməlidir.[13]

 


[1] “Nisa” surəsi, ayə: 6: “Yetimləri, həddi-buluğa çatıncaya qədər sınaqdan keçirin! Əgər onlarda (əqli cəhətdən kifayət qədər) inkişaf görsəniz, mal-dövlətlərini onlara qaytarın! Onlar böyüməzdən qabaq mal-dövlətlərini israf üzündən mənimsəməyin! Hər kəs ehtiyacsız olsa (yetimi saxladığına görə əmək haqqı almaqdan) çəkinsin. Hər kəs fəqir və yoxsuldursa, layiqli surətdə (yetimə çəkdiyi zəhmətlərə müvafiq olaraq onun malından) götürsün. Mal-dövlətini onlara qaytardığınız zaman şahid tutun! Baxmayaraq ki, Allah mühasibə üçün kifayətdir...”

[2] “Əsbabul-nuzul,” tərcüməçi: Zəkavəti, Əli Riza, səh. 78, “Ney” nəşriyyatı, Tehran , 1-ci çap 1383-cü şəmsi il.

[3] İbni Mənzur, “Lisanul-ərəb”, 14-cü cild, səh. 83, “ibtila” kəlməsi

[4] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, tərcüməçi: Musəvi Həmədani, Məhəmməd Baqir, 4-cü cild, səh. 274, “İslamı nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1374-cü şəmsi il; Əmin, Seyyidə Nüsrət, “Məxzənul-irfan dər təfsiri Quran”, 4-cü cild, səh. 17, “Müsəlman qadınlar mədəni-maarif hərəkatı”, 1361-ci şəmsi il

[5] İbni Mənzur, “Lisanul-ərəb” 3-cü cild, səh. 175, “rüşd” kəlməsi

[6] Bu, uşaqlıq və cavanlıq arasındakı yaş həddidir və həqiqətdə yeniyetməlik çağlarıdır. “Əbcədi” lüğəti, səh 803, “rəhq” kəlməsi

[7] “Əl-mizan fi təfsiril-Quran”, 4-cü cild, səh. 275

[8] Yenə orada

[9] Hürr Amili, “Vəsailuş-şiə”, 19-cu cild, səh. 369, “Alul-beyt”, nəşriyyatı, Qum, 1409-cu qəməri il

وَ عَنْ يُونُسَ بْنِ يَعْقُوبَ قَالَ قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ (ع) قَوْلُ اللَّهِ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْداً فَادْفَعُوا إِلَيْهِمْ أَمْوالَهُمْ أَيُّ شَيْ‏ءٍ الرُّشْدُ الَّذِي يُؤْنَسُ مِنْهُ قَالَ حِفْظُ مَالِهِ

[10] Təbərsi, “Məcməul-bəyan fi təfsiril-Quran”, tərcümə və təhqiq: Setudə, Rza, 5-ci cild, səh. 29, “Fərahani”, nəşriyyatı, Tehran, 1-ci çap, 1360-cı şəmsi il

[11] Beyzavi, Əbdüllah ibni Ömər, “Ənvarut-tənzil və əsrarut-tə’vil”, tədqiq: Məhəmməd Əbdür-Rəhman, Əl-mürə’şəl, 2-ci cild, səh. 61, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 1-ci çap; Əmin, Seyyidə Nüsrət, “Məxzənul-irfan”, 4-cü cild, səh. 18, “Müsəlman qadınlar mədəni-maarif hərəkatı”, 1361-ci şəmsi il:

عَنْ زُرَارَةَ وَ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ مَالُ الْيَتِيمِ إِنْ عَمِلَ بِهِ الَّذِي وُضِعَ عَلَى يَدَيْهِ ضَمِنَ وَ لِلْيَتِيمِ رِبْحُهُ قَالَا قُلْنَا لَهُ قَوْلُهُ وَ مَنْ كانَ فَقِيراً فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ قَالَ إِنَّمَا ذَلِكَ إِذَا حَبَسَ نَفْسَهُ عَلَيْهِمْ فِي أَمْوَالِهِمْ فَلَمْ يَجِدْ لِنَفْسِهِ فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ مِنْ مَالِهِمْ

“Vəsailuş-şiə”, 17-ci cild, səh. 258

[12] Şeyx Tusi, “Ət-təhzib”, 6-cı cild, səh. 341, "Darul-kutubil-islamiyyə", Tehran, 1361-ci şəmsi il:

"... عَنْ مُحَمَّدِ بْنِ الْفُضَيْلِ عَنْ أَبِي الصَّبَّاحِ الْكِنَانِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) فِي قَوْلِهِ عَزَّ وَ جَلَّ وَ مَنْ كانَ فَقِيراً فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَقَالَ ... إِذَا كَانَ يُصْلِحُ لَهُمْ أَمْوَالَهُمْ، فَإِنْ كَانَ الْمَالُ قَلِيلًا فَلَا يَأْكُلْ مِنْهُ شَيْئاً

[13] Əbul-Futuh Razi, Hüseyn ibni Əli, “Rovzul-cinan və ruhul-cənan fi təfsiril-Quran”, tədqiq, Yahəqqi, Məhəmməd Cəfər və Naseh, Məhəmməd Məhdi, 5-ci cild, səh. 251, “Astani qüdsi Rəzəvi”nin islami tədqiqat qurumu, Məşhəd, 1408-ci qəməri il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Һәгиги дини неҹә әлдә етмәк олар? Изаһ един!
    6705 Din fəlsəfəsi 2009/06/18
    Бу ишдә үч јол тәсәввүр олунур:1) Вәһј2) Нәгл3) ӘглАди инсанлар јалныз, нәгли вә әгли јолла динин һәгигәтинә вара биләрләр. Хүсуси ...
  • Qadının şəxsiyyəti və məqamı İslam məktəbində hansı həddədir? Görəsən onlar da kişilər kimidirlər?
    9581 Əhkam və hüquq fəlsəfəsi 2011/02/14
    İslam dini nöqteyi nəzərində qadın və kişi arasında yaradılışın əsil hədəfinə (kamil və insanlıq nöqtəsi) çatmaqda heş bir fərq qoyulmamışdır. Belə ki, hər iki cins yaradılışın təkamül nöqtəsinə çatmaq üçün nə qədər çox çalışsalar bir o qədər də insanlıq aləmində uca məqama yiyələnəcəkdir. Amma bu məqama yiyələnmək üçün cinsiyyət heç ...
  • Bədgüman olmağın amilləri nədir? Onun müalicə yolları nədir?
    10534 Əməli əxlaq 2012/04/19
    Din təlimlərində başqalarını çirkin güman edən şəxsə “bədgüman” deyilir. İslam mənbələrində bu məsələ barəsində gələnləri araşdırırıq: Bədgümanlıq – başqaları barəsində sui-zən, pis xəyallar etmək və mənfi fikirləşməkdir. Başqa sözlə desək, bədgümanlıq budur ki, insan başqalarının sözü və rəftarı barəsində pis fikirlər və yaramaz xəyallara malik ...
  • Mən səkkiz ildir ki, evliyəm və indiyədək xüms ödəməmişəm, xahiş edirəm mənə yol göstərin.
    6331 Nizamlar hüquq və əhkam 2012/04/18
    Həzrət Ayətullah uzma Sistaninin dəftəri: İlk iş günü onun il başıdı. Hər il bu gün qalan şeylərin xümsünü ödəməldir. İstər nağd pul olsun istərsə də gündəlik təlabat malları. Məsələn: qalan ərzaq, həmçinin bir il ərzində istifadə edilməyən ev əşyaları və paltarlar və s. Əgər keçmiş ...
  • Bidət nədir və İslamda onun meyarı nədir?
    12639 Qədim kəlam 2012/07/22
    Lüğətdə “bidət” yeni iş və misli görünməmiş bir şey mənasınadır. Termində isə: “dində olmayan bir şeyi dinə daxil etmək”dir. Yəni həqiqətdə dinin və şəriətin bir hissəsi olmayan, eləcə də İslamın heç bir qayda-qanunları ilə uyğun olmayan şeyləri dinə daxil etməkdir. Buna görə də İslamın külli qada-qanunlarının yeni ...
  • Axirət aləmində cismi dəyişikliklərdən əlavə ruhi vəziyyətdə (sadizmin cinsi meyli kimi) dəyişiləcəkmi?
    6112 Qədim kəlam 2012/03/11
    Quran ayələrindən alınan nəticə budur ki, ruhi dəyişikliklər behişt əhli üçün baş verəcək və onların ruhi xəstəliklərinin çoxu müalicə olunacaq. Həmçinin insanın axirətdə mənəvi inkişafını nəzərə alaraq bu dünyada onun arxasınca olduğu, rəzilliyə səbəb olan istəklərdən çoxu orda olmayacaq və nəfsani istəklərindən daha uca ləzzətlərə yetişəcək. ...
  • Peyğəmbər (səlləllahu əleyhi və alih)-in son vəsiyyətinin yazılmağına maneçilik törədilən zaman nə üçün Əli (əleyhis-salam) müxalifət etmədi?
    9096 Qədim kəlam 2011/11/24
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in axırıncı vəsiyyətinin yazılmasına maneçilik törədilməsi məsələsi məşhur tarixi hadisələrdən biridir (o həzrət öz vəfatından qabaq əbədi vəsiyyətini yazmaq üçün kağız-qələm və mürəkkəb gətirilməsini istəmişdi). Belə ki, bu hadisə “cümə axşamı hadisəsi”, “kağız-qələm və mürəkkəb hadisəsi” kimi müxtəlif adlarla qeyd olunur. Əli (əleyhis-salam)-ın bu hadisədə sükutu ...
  • Deyilir: Əgər niyyət pak olsa bəsdir və dua və ziyarətə daha ehtiyac yoxdur; bu doğrudurmu?
    9528 Əməli əxlaq 2010/11/10
    Bu şeytanın insanları dua, ziyarət və digər əməllərdən uzaqlaşdırmaq üçün olan bir hiyləsidir, çünki dua və təvəssül imamların vasitəsi və Allahın bir başa olan əmri ilə insanların öhdəsinə qoymuşdur. İnsanlara nümunə və qəlblərinin saf olmasına dualar səbəb olub məsum imamlarla daha çox əlaqə yaratmağa səbəb olmuşdur. Bütün ...
  • Teyyul- ərz nədir?
    13709 Nəzəri irfan 2011/06/19
    Teyyul ərzin həqiqəti barəsində bir çox nəzəriyyələr verilmişdir ki, onlardan biri İbni ərəbinin "edam və yaratmaq (və ya hazır etmək) nəzəriyyəsidir. Bu nəzəriyyə əsasında, şəxs özünü ilk yaranış yerindən "edam" və istədiyi yerdə "icad" hazır edir. Başqa bir nəzəriyyəyə görə Təyyul- ərz bədənin ən tez bir zamanda köçürülməsidir ...
  • Imam Hüseynlə (ə) birgə Yezid ibni Müaviyənin Abdullah ibni Salamın həyat yoldaşı Ərinəbdən elçiliyi düzgündürmü? Onun Kərbəla hadisəsində təsiri olubdur?
    9005 تاريخ بزرگان 2011/12/25
    Bəzi tarixi kitablarda yazılıbdır: Baxmayaraq ki, bütün şəhvətpərəstlik, qürurlanmaq və arzusuna çatmaq istədikləri vasitələr onun ixtiyarında idi, amma yenə də xəbis (çirkli) gözlərini Abdullah ibni Salamın həyat yoldaşı, İshaqın qızı, Ərinəb adında iffətli, ərli qadına dikmiş və onunla evlənməyə çox əlaqədar olmuşdu. Atası Müaviyə də hiylə ilə istədi pak, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164345 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    162056 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119387 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112877 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    108910 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93427 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    52646 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45671 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45312 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...