Please Wait
10567
İlahi Peyğəmbər bir çox məqam və dərəcə sahibidirlər.
Bəziləri yalnız rəsul və təbliğ edirlər; bəziləri isə dörd məqamın dördünə də sahibdirlər: 1. Peyğəmbər və vəhyin alınması. 2. Risalətin təbliğ və yayılması. 3. İmamət, 4. Hakimiyyət. O cümlədən İslam Peyğəmbəri (s) bu dörd məqamın hamısına malikdir. Lakin o həzrətin canişinləri (Peyğəmbərin Allah tərəfindən son Peyğəmbər olduğu üçün) yalnız iki məqam, İmamət və hakimiyyət vəzifəsi onların öhdəsinə qoyulur" bu vasitəylə din və İlahi hökmlər qorunub saxlanılır. İslam Peyğəmbərinin (s) tərəfindən İmam Əli (ə) canişini təyin olunduğu üçün bu vəzifələr o həzrətə də şamil olur. O cümlədən Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti məsələsində, Əlini (ə) öz yerində yatırtdı ki, Peyğəmbərin canı amanda və Peyğəmbərlik qorunsun.
Əlbəttə bu hərəkət Əlinin (ə) şücaətini və İlahi imtahan və İmamət məqamına çatmaq üçün bir hərəkət idi. O həzrətin bu əməli qarşısında heç bir səhabə onun bərabəri ola bilməz.
Bu suala cavab vermək üçün iki məsələ məlum olmalıdır:
- Peyğəmbərdən sonra həzrət Əlinin (ə) bir başa xəlifə olması.
- Peyğəmbərin (s) hicrət gecəsi həzrət Əlinin (ə) öz yerində yatırdıb ölümlə qarşı- qarşıya qoymaq xilafəti nəfy etmir.
Birinci məsələ şiə və sünnü rəvayətlərində tamamiylə məlumdur; lakin biz onlardan bəzilərinə işarə edirik:
1)- " یوم الدار"[1] Yəvmud- dar hədisi:
" وَ أَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ" bu ayənin təfsirində (Bəra ibni Azib)- dən rəvayət olmuşdur dedi: O vaxt ki, " وَ أَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ" (yaxın qohumlarını qorxut) ayəsi nazil oldu Əli (ə) dedi: Peyğəmbər mənə dedi: Ey Əli Allah mənə əmr etdi ən yaxın qohumumu ona doğru dəvət edim. Fikirləşdim bu iş mənim üçün çətindir Əgər bu işi həyata keçirsəm narahatlıqdan başqa heç bir şeylə qarşı- qarşıya gəlməyəcəyəm, odur sükut etdim bu zaman Cəbrayıl nazil oldu və vəhy etdi əgər bu işi etməsən Rəbbin əzab edəcək. (İndi sən ey Əli) Sən bizim üçün bir quzu budu, bir (ölçü vahidi) miqdarında yemək və bir qədəh süd hazırla. Bu zaman Əbdul Müttəlib övladlarını dəvət et onlarla söhbət edim; ixtiyarımda qoyulan vəzifəni onlara çatdırım. Əli (ə) deyir: Mənə deyilən bütün işləri icra etdim və onları dəvət etdim. O gün qırx nəfər bəlkə çox idi ki, az deyildilər və onların arasında o həzrətin əmiləri də hazır idilər cəmiyyət yığıldığı zaman Peyğəmbər buyurdu: hazırladığın yeməyi gətir, mən yeməyi gətirdim Peyğəmbər bir şey götürdü mən onun ət olduğunu hisss etdim. O ət idi həzrət onu iki bölüb qalın qabın iki tərəfinə qoydu, sonra buyurdu: Allahın adıyla başlayın, yeməkdən meyl etməyə başladılar doyduqdan sonra And olsun Allaha hamı o qədəh miqdarında süd içirdilər. Allahın rəsulu sözə başladığı zaman Əbu Ləhəb hamıdan əvvəl dedi: Ev sahibi sizi yaxşı cadu etmişdir, odur ki, camaat məclisi tərk etdilər; artıq vaxt olmadı Peyğəmbər sözünü desin. O günün səhəri yenidən Peyğəmbər buyurdu: Ey Əli bu kişi icazə vermədi mən sözümü deyim, yenidən yemək və həmin miqdarda süd hazırlayıb camaatı toplamalıyıq. Əmr etdi yemək hazırladım və o həzrət keçən gün etdiyini təkrar etdi hamı yemək meyl etdikdən sonra Allahın rəsulu buyurdu:
Ey Əbdul Müttəlib övladları Allaha and içirəm heç bir ərəb tayfasının cavanın tanımıram, oz tayfası üçün mənim sizə gətirdiyim qədər fəxr gətirsin. Mən sizin üçün dünya və axirətin xeyrini gətirmişəm Allah məni məmur etmişdir sizi ona doğru dəvət edim. Sizlərdən hansı biriniz hazırdı mənə bu işdə kömək etsin; mənim qardaşım, vəsim və öz aranızda mənim canişinim olsun? Mən (baxmayaraq hamıdan kiçik idim) dedim: Ey Allahın Rəsulu mən bu işdə sənin vəzirin oluram! Əlini boynuma salıb buyurdu: Mənim qardaşım vəsim və məndən sonra sizin aranızda mənim canişinimdir.
Hamınız onun dediklərinə əməl və itaət edin, bu vaxt deyir: Hamı gülərək qalxdılar və Əbu Talibə dedilər: Məhəmməd sənə əmr edir oğlundan itaət edəsən və onun dediklərinə əməl edəsən.[2] Bu hədisi Əhməd ibni Hənbəl Musnəd kitabında müxtəlif sənədlərlə nəql etmişdir.[3]
2)- Mənzilət hədisi: Peyğəmbər buyurur:
«أنت مني بمنزلة هارون من موسی الا انه لا نبی بعدی»
Əlinin mənə nisbət məqam və mənziləti Harunun Musaya nisbət məqamı kimidir, lakin (Musadan sonra Peyğəmbər gəlmişdir) məndən sonra heç bir Rəsul və Peyğəmbər yoxdur.[4]
Bu hədislər açıq olaraq bildirir ki, Peyğəmbərdən donra Əlinin canişin və xilafəti lazımdır.
İkinci məsələ barəsində; yəni hicrət gecəsi həzrət Əlinin Peyğəmbərin yatağında yatması və o həzrətin ölümlə üz- üzə qalması və o həzrətin canişin olmağının nəfy olması barəsində demək lazımdır: Peyğəmbərin Məkkədə on üç il Peyğəmbərliyi dövründə, İslam çətinliklərlə qarşı- qarşıya durmuşdu. Müsəlmanlar bu çətinliklərdən azad olmaq üçün (Peyğəmbərin göstərişiylə) müxtəlif ölkələrə səfər edirlər. Bu zaman Məkkədən kənarda baxmayaraq ki, İslam nəşr olunmuş və inkişaf edirdi, besətin on üç və ya on dördüncü illərində təqribən müsəlmanlardan 90 faizi Yəsribə (Mədinə) hicrət etmişdilər.[5] Yalnız bir neçə nəfər Məkkədə Peyğəmbərin yanında qalmışdı, odur Məkkə müşrikləri təşviş içində idi, bu zaman"Darul- Nüdvə" də (müşriklərin qərargahı) toplanıb müsəlmanların Yəsribdə toplaşmalarını gələcəkdə özləri üçün xətərli olduqlarını bildirdilər. On nəticə qərar olundu ki, Peyğəmbəri öldürməklə Peyğəmbərlik və vəhyin qarşısını alsınlar. Bu işin müqəddiməsini hazırladılar lakin Allah Taala [6] Peyğəmbərinə bu hiyləni xəbər verdi ki, Peyğəmbər nə etməlidir?
Əlinin təyin olması:
İndi isə Peyğəmbərin kafirlərin hiyləsindən xəbəri vardır, tez bir zamanda çıxış yolu tapmalıdır ki, İslamın amanda qalması üçün canını qurtarmalıdır. Bundan əlavə Məkkədə tamamlanmayan bir çox işlərini etibarlı bir şəxsin ixtiyarında qoymalıdır. Ən etibarlı və inamlı şəxs bu iş üçün kimdir? Onun vəziri qardaşı və məsləhətçisi vardır ki, "inzar günü" canişin və onun xilafətini dəfələrlə təkrar olaraq elan etmişdir; lakin bu məmuriyyət üçün o həzrətdən layiqli bir şəxs tapılmırdı, çarəsiz olaraq ən yaxın bir şəxsini döyüşçü və qılınclar arasında tək qoyub, ailəsinin hətta Məkkədən Mədinəyə gətirilmə məsuliyyətini də o həzrətə tapşırır. Məntiqlidirmi insan öz canını və varisini ki, Peyğəmbər elmini özündə daşıyır, özüm yatağında tək buraxıb onu ölümlə qarşı- qarşıya qoysun?
Bəli o bir neçə dəlilə əsasən bunu etməliydi:
1. Allaha itaət:
Bildiyiiz kimi Quran- kərim buyurur: Allahın Rəsulu (s) heç bir zaman öz istədiyiylə söz demir və bütün dedikləri vəhy və Allah tərəfindəndir.[7]
Bəsbu məsələ də mühüm məsələ olduğu üçün Allah tərəfindən əmr olunmuşdur.
2. Peyğəmbər və Risalətin amanda olması:
Peyğəmbərin hicrət gecəsi və leylətul- məbitdə (həzrət Əlinin (ə) Peyğəmbərin yatağında yatdığı gecə) düşmənlər bu qərara gəlmişdilər ki, o həzrəti öldürsünlər və güdürdülər həzrət öz yatağından uzaq olmasın odur o həzrətin yatağına kiçik daşlar atırdılar.[8] Əgər həzrət öz otağından çıxsa ilk fürsətdə o həzrəti öldürsünlər. Hamı bilirdi ki, bir neçə saatdan sonra Peyğəmbər öldürüləcək və daha Peyğəmbərlikdən heç bir xəbər olmayacaq. Bu anda amanda qalması üçün nə etmək lazımdır?
Peyğəmbərin canı əmniyyətdə olmalıdır. Əgər bu müddətdə də ki, din kamil bir mərhələyə çatmamışdır.
Allahın rəsulu öldürülsəydi, həzrət Əlinin (ə) canişin olmasının nə faydası var idi? Bəs İmam Əlinin canişin olması məsələsi ikinci dərəcəli dini əmr idi ki, Peyğəmbərin (s) həyatda olması vasitəsiylə həyata keçirdi. Düşmənlərin bu hiyləsinə diqqət etdikdə, kiçik bir artıq hərəkətlə düşmən Peyğəmbərin öz yerində olmadığını hiss edə bilərdi. Bir neçə saat sonra baş verən hadisə və düşmən tamam qüvvəsindən istifadə edib Peyğəmbərin gizləndiyi yerə kimi yaxınlaşdılar. Lakin nəticə əldə olunması.
Odur ki, şübhəsiz o həzrətin canı ölümlə üz- üzə idi və həzrət Əlinin (ə) isarkarlığı və sirr saxlayıb əmniyyətə riayət etməsi mümkün bir iş deyildi. Heç bir kəs bu vəzifəni layiqincə yerinə yetirməyə malik deyil.
3. O anda bu cür isarkarlıq, İslam məktəbində İmam Əlinin (ə) məqamını xilafət üçün başqalarının gözündə daha da ucaldır. Həzrətin fədakarlığı barəsində, Allah tərəfindən ayənin nazil olması kifayət edir. Allah Taala o həzrəti tərif edir və buyurur: İnsanlardan bəziləri (Əli (ə)) kimi imanlı və fədakar "Ləylətul- məbitdə" Peyğəmbərin (s) yatağında) öz canını Allahın razılığına satırlar; Allah öz bəndələrinə qarşı mehribandır (Mərhəmətlidir).[9]
[1] - Əl- Təraif, cild 1, tərcümə Davud İlhami, səh 21- 22.
[2] - Əl- Təraif, cild 1. Tərcümə, Davud İbrahimi, səh 66- 67.
[3] - Əl- Musnəd, cild 2, səh 111 və 159. Misir çapı. İbni Bətriq, Əl- umdə, səh 42. Bu hədisi bu şəkildə Əli ibni Burhan Hələbi Şafii, Dər hyəyate Hələbi kitabında cils 1, səh 323, Nəql edir ki, Peyğəmbər Əli (ə)- a buyurur: " فانت اخى و وزيرى و وصيى و وارثى و خليفتى من بعدى " Mqttəqi Hindi, ibn Əbil Hədiddən nəql edir, cild 3, səh 263. İbn Səd Təbəqat kitabında bu cür (olduğu kimi) gətirmişdir.
[4] - Əllamə Əmini, Əl- Qədir, mənzilət hədisi və başqa kitablar.
[5] - Bax: Sireye Rəsuli Xuda (s), Rəsul Cəfəriyan; Sireye hələbi, Tarixe ibn Əsir, Subhani Cəfər, Tarixe İslam.
[6] - Ali- imran surəsi, ayə 54.
[7] - Nəcm surəsi, ayə 3.
[8] - Bax: Sireye hələbi.
[9] - Bəqərə surəsi, ayə 207.
«و من الناس من یشری نفسه ابتغاء مرضات الله و الله رؤف بالعباد»