Please Wait
7500
«ارواح التی حلت بفنائک»
Yuxarıdakı cümlədən məqsəd o şəhidlərdir ki, Seyyidüş-şühəda ilə birgə kərbəla meydanında şəhid olublar. Bu mətləbin dəlili neçə mərhələdir:
1- Adətən ziyarətçilərə və həyatda olan kəslərə ərvah deylmir.
2- Bu ziyarət ziyarətçi tərəfindən çağırış (xitab)dır və adətən çağırılan çağırandan bir deyil.
3- İmam Hüseyn (ə) üçün nəql olunan ziyarətnamələrin heç birində müəyyən şəkildə ziyarətçilərə salam yoxdur.
4- Aşura ziyarəti indi kərbəlada dəfn olan şəxslərin dəfnindən qabaq daxil olubdur. Buna əsasən «ارواح» dan məqsəd arada dəfn olan şəxslərin hamısı deyildir.
5- Bu ziyarətnamədə mövcud olan qərinələrdən başa düşmək olur ki, salam olunan ruhlardan məqsəd, kərbəla torpağında Seyyidüş-çühəda (ə) ilə birgə şəhid olan həmin şəhidlərdir. Necə ki, başqa bir yerdə müəyyən şəkildə imamla birgə kəslərə salam verilibdir:
«السلام علی الحسین و علی علِیّ بن الحسین و علی اولاد الحسین و علی اصحاب الحسین»
Əlavə olaraq ziyarəte aşuranın ümumi məmunu seyyidüş-şühəda (ə) onun övladlarına və dostlarına salam etmək və O həzrətə nisbət dostluq və vəfadarlıq və onun düşmənlərinə nifrət elan etməkdir.
6- Ziyarəte Aşuradan başqa bir nəqldə gəlibdir:
«السلام علیک و علی الارواح التی حلّت بفنائک و اناخت بساحتک و جاهدت فی الله معک و شرت نفسها ابتغاء مرضات الله فیک»[1]
Bu hissədə seyyidüş-şühəda (ə) ilə Allah yolunda cihad etmək və Allahın razılığı yolunda seyyidüş-şühəda (ə) ilə şəhid olmaq kimi sifətlər vəsfidən sonra seyyidüş-şühəda (ə) astanında (hülul və inaxe) olmaq, gəlibdir ki, ondan başa düşülür.[2] «ارواح» dan müəyyən şəkildə həmin seyyidüş-şühəda (ə) ilə birgə şəhidlərdir.
7- Tanınmamış (qeyri məruf)[3] ziyarəti aşurada belə gəlibdir:
«السلام علیک یا ابا عبد الله الحسین و علی من ساعدک و عاونک و واساک بنفسه و بذل مهجته فی الذّب عنک... السلام علیک یا مولای و علیهم و علی روحک و علی ارواحهم و علی تربتک و علی تربتهم السلام علیک یابن سید العالمین و علی المستشهدین معک»
Bu ibarətdən aydın şəkildə başa düşülür ki, ruhlardan məqsəd Kərbəla toprağında seyyidüş-şühəda (ə) ilə birgə şəhid olan həmin şəhidlərdir.
8- Seyyidüş-şühəda (ə) üçün başqa ziyarətnamələrdə İmam Hüseyn (ə) və Əli Əkbər ziyarətindən sonra daxil olubdur ki, Kərbəla şəhidlərinə üz tutun və bu ziyarəti oxuyun bir halda ki, seyyidüş-şühəda (ə) məxsus müxtəlif ziyarətnamələrin heç birində yoxdur ki, ziyarətçilərə ya arada bütün dəfn olanlara salam verin. Nəticə olaraq bütövlükdə olaraq, ziyarət aşuranı və seyyidüş-şühəda (ə) digər ziyarətlərini nəzərə alaraq, çəkinmədən demək olarki, iyarəte Aşurada salamlana ruhlardan məqsəd Kərbəla toprağında seyyidüş-şühəda (ə) ilə birgə şəhid olan həmin şəhidlərdir.
[1] - Seyyid ibn Tavus, İqbalul- əmal, cild 3, səh 70
[2] - Mücahidət bəyanının təxirinin zahirindən və hülul və inaxədən şəhidlik ki, enmək mənasındadır, başa düşülür ki, ruhlardan məqsəd Aşura günü seyyidüş-şühəda (ə) ilə birlikdə şəhid olanlardır.
[3] - O ziyarət ki, aşura ziyarətinin savabına malikdir, o şəxslər üçündür ki, çətinlikləri var və ziyarəti aşuranın bütün qanunların (təkbir, yüz lənət, yüz salam, səcdə, ziyarətdən sonra namaz və dua) yerinə yetirə bilmirlər. Məfatihul cinan.