Please Wait
12812
Sualı cavablandırmazdan öncə bir neçə girişə ehtiyac duyulur.
Heç bir hədis kitabında elə bir hədis yoxdur ki, bir başa rəqs etməyi növü ilə birgə haram buyursun. Amma bunu da qeyd edək ki, hədisə istinad edərək ondan hər hansı bir şəri hökmü çıxarmaq və fətva vermək mərcəi- təqlidlərin öhdəsindədir. Həmçinin hər bir hədisdən hər hansı bir hökmü çıxarmaq da adi insanların vəzifəsindən kənar bir işdir. Çünki, hökm çıxarmaq və fətva vermək üçün müəyyən elmlərə yiyələnmək lazımdır.
Bu səbəbdən bəzi hədis kitablarına müraciət etdikdən sonra mərcəi təqlidlərin oynamaq barəsində nəzərlərinin müxtəlif olduğunu görürük.
Bəzi mərcəi təqlidlərin nəzərlərinə əsasən rəqsin bütün növləri kamil surətdə haram deyil. Yəni rəqs etmək bəzi fəsadlara gətirib çıxarmazsa haram sayılmır. Ayətullah Xoyidən toy məclislərində əl çalmaq və oynamağın hökmünü soruşduqda belə fətva vermişdir:
"Oynamaq özü- özlüyündə iş deyil. Əgər bəzi fəsadlara gedib çıxmazsa eybi yoxdur. Məsələn: Qadınla kişi bir yerdə oynayarsa bu onun fəsadı deməkdir".[1]
Ayətullah Xoyinin şagirdi Cavad Təbrizi də həmçinin bu nəzəri qəbul edir. Bəzi mərcəi təqlidlərin nəzərinə əsasən rəqs fəsada və şəhvətə səbəb olarsa haramdır. Yətullah Xamineinin bu barədə fətvası belədir:
"Əgər rəqs etmək şəhvətə, fəsada və növbəti bir günaha səbəb olarsa caiz (düzgün) deyildir.[2]
Amma bəzi mərcəi təqlidlərdə qeyd və şərtsiz rəqs etməyi haram buyururlar.[3]
Rəqs etməyin haram olması barəsində iki növ hədisə istinad edirik:
1). Bəzi hədislər fəsada səbəb olan, bihudə və insanı Allahdan uzaqlaşdıran işləri, o cümlədən rəqs etməyi qətiyyətlə rədd edir. İmam Sadiq (ə) buyururb: "Həzrət Adəm (ə) dünyasın dəyişəndən sonra iblis və Qabil şadlıq edərək saz- qaval çalmağa başladılar. (Peyğəmbərin vəfatına sevinirdilər). Hər kəs yer üzündə belə şadlıq edərsə onların ardıcıllarıdırlar".[4] Və [5]
İmam Əli (ə) bu barədə buyurur:
"Daim dünya ləzzətlərinin ardına düşən və özünü şad edən insanlar aqil deyildirlər".[6]
2). Bəzi hədislər isə rəqs etməyi bir başa yaxşı iş kimi qələmə vermir və insanları bu işdən çəkindirir:
İmam Sadiq (ə) İslam Peyğəmbərindən (s) belə hədis nəql edir:
"Sizi rəqs etməkdən, ud, təbil və muzmar (musiqi alət növü) çalmaqdan çəkindirirəm."[7]
Peyğəmbərdən nəql olunan bir çox hədislərdə də zərb çalmaq və rəqs etmək, həmçinin insanı Allahdan uzaqlaşdıran işləri etmək qadağan olunmuşdur. O cümlədən belə məclislərdə iştirak etmək də bu qəbildəndir.[8]
Əlbəttə burada qeyd etdiyimiz bütün hədislərin fiqh elminin üsullarına, hədis elminin üsullarına ehtiyacı vardır ki, konkret olaraq fətva ələ gəlsin.[9]
[1] - Siratul- nicat, Ayətullah Xoyi, cild 1, səh 372.
[2] - Əcubətul istiftaat (ərəb dilində) cild 2. səh 14.
[3] - Mahmudi, Seyyid Möhsin məsaili cədid əz didqahi uləma və mərace, cild 1, səh 203- 204
[4] - Muhəmməd ibni Həsən, Vəsailuş- şiə, cild 17. səh 314.
«وَ عَنْهُمْ عَنْ سَهْلٍ عَنْ سُلَیْمَانَ بْنِ سَمَاعَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْقَاسِمِ عَنْ سَمَاعَةَ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع لَمَّا مَاتَ آدَمُ شَمِتَ بِهِ إِبْلِیسُ وَ قَابِیلُ فَاجْتَمَعَا فِی الْأَرْضِ فَجَعَلَ إِبْلِیسُ وَ قَابِیلُ الْمَعَازِفَ وَ الْمَلَاهِیَ شَمَاتَةً بِآدَمَ ع فَکُلُّ مَا کَانَ فِی الْأَرْضِ مِنْ هَذَا الضَّرْبِ الَّذِی یَتَلَذَّذُ بِهِ النَّاسُ فَإِنَّمَا هُوَ مِنْ ذَلِکَ»
[5] - Möcəmul ricalul hədis, cild 10, səh 285.
[6] - Nuri Mirzə Hüseyn, müstədrəkul vəsail, cild 13. səh 220.
[7] - Üsuli kafi, cild 6, səh 432, ğina babı, vəsailuş- şiə, cild 17, səh 313.
«عَلِیُّ بْنُ إِبْرَاهِیمَ عَنْ أَبِیهِ عَنِ النَّوْفَلِیِّ عَنِ السَّکُونِیِّ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ قَالَ رَسُولُ اللَّهِ (ص):
«أَنْهَاکُمْ عَنِ الزَّفْنِ وَ الْمِزْمَارِ وَ عَنِ الْکُوبَاتِ وَ الْکَبَرَاتِ»