Please Wait
7426
Adəm (ə) övladının dağlarda və mağaralarda yaşamasını Qurani- kərim də təsdiqləyir. Amma bunu da qeyd edək ki, Adəmdən (ə) öncə insanların yaşaması və mağaraları özlərinə məskən seçmələri inkarolunmazdır. Hətta mağaralardan tapılmış tarixi əsərlərdə onların hansı zamana aid olmalarını da demək olar. Bundan əlavə Adəmin (ə) yaşamaq tarixi çox uzun min illiklərdən xəbər vermir.
Cavabın bizim üçün daha da aydın olması üçün aşağıdakı qeydlərə diqqət yetirmək zəruridir:
1). Adəm Peyğəmbərdən öncə insanların yaşamasına bir sıra dəlilərimiz vardır. Mərhum Əllamə Təba- Təbayinin boynuna əsasən Adəmdən (ə) öncə insanlar yaşamışdır. Əgər belə olmasaydı mələklər "Qan tökən və yer üzündə fəsad törədən insanmı yaradırsan" deməzdilər.[1]
Tohide Səduq kitabında İmam Sadiqdən (ə) belə nəql olunur. "Siz elə düşünürsünüz ki, Allah- Taala sizdən başqa insan yaratmayıb? Əksinə minlərlə Adəm yaradıb ki, siz o Adəmlərin sonuncu nəslisiniz".[2]
2). Mağaralarda əks etdirilmiş tarixi əsərlərdən və arxeoloji qazıntılardan ələ gələn materiallardan belə başa düşülür ki, eramızdan öncə insanlar mağaralarda yaşamışlar.[3] Amma görəsən bütün bunlar insandan qabaqkı insanların vücuduna və ya onların mağarada yaşamasına dəlildirmi?[4] Əlbəttə bəzi Quran ayələrindən belə nəticə alırıq ki, indiki nəsil Adəm (ə) və Həvvadan dünyaya gəlmişlər.[5]
Məsələn: Allah- Taala Qurani kərimdə buyurmuşdur: "Ey Adəm övladları şeytan sizi ata- analarınız kimi azdırmasın (necə ki, onları cənnətdən qovdurdu).[6]
Biz bunu yaxşı dərk edirik ki, Quranın xitabı bütün bəşəriyyətdir. Başqa bir ayədə də buyurmuşdur: "Ey insanlar! Allahla üsyan etməkdən çəkinin! O həmin Allahdır ki, sizi bir insandan yaratdı. Və onun arvadını da onun cinsindən yaratdı və onlardan çoxlu kişi və qadınlar yaratdı".[7]
Bu səbəbdən də tarixi milyon illərdən xəbər verən əsərlər bizim nəslimizin əsərləri olmadığını sübut edir. Bundan əlavə Adəmin (ə) yaradılışı 7000 ildən çox deyil.[8] Amma mağarada yaşayan insanlara gəldikdə isə bunu deyə bilərik ki, Adəmin (ə) ilk nəsli də mağaralarda yaşamışlar. Əlbəttə bu günkü inşaatda o vaxtkı inşaat olduqca müqayisə olmaz dərəcədə fərqlidir.
O zamanın evləri çox sadə və məqsədyönlü olmuşdur. Onlar soyuqdan, istidən və yırtıcı heyvanlardan qorunmaq üçün dağları yarıb orada yaşayır və ya dərin mağaraları özlərinə məskən edirdilər. Amma bunu da qeyd edək ki, insanın özünə ev tikməsi onun təbiətindən gələn bir istəkdir. Qurani kərim bu barədə buyurmuşdur: "Dağlardan sizə pənah yeri qərar verdik".[9]
Bu ayədə belə başa düşülür ki, Allah Taala dağları bizim üçün nemət olaraq yaratmışdır.[10] Dağlarda, yamaclardan və mağaralarda yaşamaq hətta sənətin və inşaatın inkişafından sonrada insanlar arasında adət olmuşdur. Qurani kərim bu barədə buyurmuşdur: "Dağalardan ev yonurdular və orada asudə yaşayırdılar".[11]
Deməli, dağlarda və mağaralarda yaşamaq Adəm (ə) övladlarına da aid edilir. Yəni onlarında yaşaması mümkündür.
[1] - Əl- mizanın tərcüməsi, cild 4, səh 223.
[2] - Yenə də ora, səh 231.
[3] - Dairətul- məarife no, cild 4, səh 331.
[4] - Əl- mizanın tərcüməsi, cild 4, səh 223.
[5] - Yenə də ora, cild 4, səh 223.
[6] - Əraf surəsi, ayə 27.
[7] - Nisa surəsi, ayə 1.
«یا أَیُّهَا النَّاسُ اتَّقُوا رَبَّکُمُ الَّذی خَلَقَکُمْ مِنْ نَفْسٍ واحِدَةٍ وَ خَلَقَ مِنْها زَوْجَها وَ بَثَّ مِنْهُما رِجالاً کَثیراً وَ نِساء»