Please Wait
6636
Müxalif cinsə əl vermək bəlkə də insanların çoxu üçün şəhvətə səbəb olmasa da, bəzi şəxslər var ki, belə qısa əlaqə ilə də həvəslənirlər. Nəzərə alsaq ki, birinci dəstənin içində də elə şəxslər ola bilər ki, özlərini səmimi göstərməklə qeyri- qanuni əlaqələrə şərait yarada bilərlər.
Buna əsasən, ictimai həyatda da zəruri bir iş sayılmayan, naməhrəmə əl verməkdən çəkinilsin. Allah- Taala şərii hökmlərin çoxunu ümumi formada təyin edib və ümumi cəmiyyətin məsləhətini nəzərə alıbdır, baxmayaraq ki, hökmün qoyulmasının fəlsəfəsi bəzi insanlara aid olmasa da. Nümunə olaraq, qadınlara əl verməyin yaşlı ya orta yaşlı bəzi insanlara heç bir şəhvət hissinin yaratmaması mümkün olsa da, amma şəriət icad edən, camaatın çoxunda həmin hissin yaranması səbəbi ilə, belə əməlin haram olmasına hökm veribdir.
Cavab verməzdən qabaq, sizin sualınızla müəyyən qədər əlaqəli olan bir rəvayəti oxuyuruq:
Əmirəl- möminin (ə) yanına bir nəfər gəlib ərz etdi: Oruc olduğum zaman arvadımı öpə bilərəmmi? Həzrət açıq cavab verməyib buyurdu: Orucunu qoru və sonra bir atalar sözünə işarə etdi: " فإن بدو القتال اللطام" Yəni üzə şillə vurmaq kimi balaca davalar, böyük bir döyüşün başlanmasına səbəb olacaq.[1]
Oruc tutduğunuz zaman cinsi əlaqənin düzgün olmadığını bilirik. Amma bu bütün cinsi əlaqələrin qadağan olması mənasına deyil. Bununla belə, oruc tutan zaman arvadı öpmək kimi bəzi eşq- məhəbbətli hərəkətlərdən uzaq olmağın daha yaxşı olması tapşırılıbdır. Belə bir iş nə haramdır və nə də o qədər də şəhvətin yaranmasına səbəb olmaz. Amma orucu batil edən işlərlə sonlana biləcəyinə görə, ondan çəkinmək tapşılıbdır.
İndi sizin sualınıza qayıdırıq: Ola bilsin naməhrəmə əl vermək bəzi insanlarda şəhvətin yaranmasına səbəb olmaya bilər, amma çünki:
Bir: Aşağı şəxslərin bəzisinin şəhvətinin zəminəsi olub və əl verməklə də şəhvətlərinin yaranmasına səbəb olması mümkündür.
İki: Naməhrəmə əl verməklə də şəhvətlərinin yaranmayan digər insanların da, müxalif qanuni əlaqələrin yaranmasına şərait yarada bilər.
Buna əsasən, ən yaxşısı budur ki, kişi və qadınların əlaqələrində iffət daha çox riayət olunsun və qeyri- zəruri rəftarlardan çəkinilməlidir ki, əlaqələrdə cinsi qarışıqlıq yaranmasın və bu əlaqələrin yolu bəyənilən yolu, yəni yalnız ailələr çərçivəsindən xaric olmasın. "Aqil yenə peşimanlıq gətirən işi niyə etməlidir"?
Allah- Taala şərii hökmlərin çoxunu ümumi şəkildə təyin edib və cəmiyyətin ümumi məsləhətini nəzərə alıbdır, baxmayaraq ki, hökmün qərar verilməsi hikməti bəzi insanları əhatə etməyə də. Misal olaraq, qadınlara əl vermək ola bilsin bəzi yaşlı və orta yaşlı şəxslərdə heç bir şəhvət hissi yaratmasa da, amma müqəddəs şare, həmin hissin camaatın çoxunda yaranmasına görə, belə bir əməlin haram olmasına hökm veribdir. Bu məsələnin oxşarını insanların qanunlarında da görürük. Məsələn qırmızı işıqda yolu keçməyin qadağan olması, hətta tam ehtiyatla və digərlərinə heç bir zərər yetirmədən keçənlərə də, şamil olur.
Ona görə də, Alla Peyğəmbərin (s) xanımlarına ümumi formada tapşırır ki, naməhrəmlərlə danışarkən nazla danışmaqdan çəkinib və qəlbi xəstə şəxslərin tamah yolunu bağlasınlar.[2]
Bununla belə, əgər bəzi yerlərdə naməhrəmə əl vermək ürfi və qəbul olunmuş bir iş olarsa, bəzi şərtlərlə bu işi görmək olar. Nümunə olaraq, görüşmək əlcəkdən və ya digər vasitələrdən istifadə etməklə olsun. Bundan əlavə, qarşı tərəfin əlini həddindən artıq sıxmasın.[3]
[1] - Hür Amuli, Məhəmməd bin Həsən, Vəsailüş- şiə, cild 1, səh 100, h 12954. Alul- beyt müəssisəsi, Qum, 1409 h q.
[2] - Əhzab surəsi, ayə 32
«فَلا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذي في قَلْبِهِ مَرَضٌ وَ قُلْنَ قَوْلاً مَعْرُوفا»
[3] - Vəsailüş- şiə, cild 20, səh 208, h 25446.