Please Wait
8028
Bu mövzuda alimlərin nəzəriyyələri müxtəlifdir. Bu nəzəriyyələrdən biri, bəzi rəvayətlərdə və tarix kitablarında işarə olunduğu kimidir və o da budur: İmam Hüseynin (ə) pak cəsədi onun əziz övladı İmam Zeynəl- abidin (ə)- ın vasitəsiylə Kərbəla torpağında dəfn olunmuşdur:
Yəni İmam Səccad (ə) Kərbəla şəhidlərinin təyin və dəfni üçün xüsusiylə də məsum atası həzrət İmam Hüseyn (ə)- ın dəfni bu hökm əsasında ki, (imamı, imamdan başqası üsul və kəfən edə bilməz).
Möcüzə şəkildə Kufədən və ibni Ziyadın zindanından Kərbəlaya gəlib şəhidlərin pak cəsədlərini dəfn etdi.
İmam Rza (ə) ibni Əbu Həmzəylə olan münazirəsində buyurur: De görüm aya Hüseyn (ə) ibni Əli (ə) imam idi?
Dedi: Bəli.
İmam buyurdu: Bəs onun dəfn məsələsini kim öhdəsinə götürdü?
Dedi: Əli ibni Hüseyn (ə) sonra İmam buyurdu: Əli ibni Hüseyn (ə) harada idi?
Dedi: Kufədə ibni Ziyadın zindanında idi amma onların xəbəri olmadan Kərbəlaya gəlib atasının dəfnini həyata keçirtdi və ondan sonra zindana qayıtdı. İmam Rza (ə) buyurdu: O şəxs ki, Əli ibni Hüseynə (ə) qüdrət verdi ki, Kərbəlaya gəlib atasını dəfn edib qayıtsın, qadirdir mənidə Başdada aparsın ki, atamı kəfən və dəfn edəm. O halda ki, zindanda və əsarətdə deyiləm.[1]
Bu hədisi nəzərə alsaq, demək olar İmam Səccad (ə) atasının pak cəsədini tapmağa tapşırmışdır.
[1] - Musəvi Muqərrəm, Əbdul- Rəzzaq, İmam Zeynal- abidini (ə)- ın həyatı, tərcümə, Həbib Ruhani, səh 578. Şərif Qorəşi, Baqir, təhlile əz zindeqaneye İmam Səccad (ə), tərcümə, Məhəmməd Rza Ətayi, cild 1 səh 243.