Please Wait
6239
Peyğəmbərə salavat göndərməyin bir neçə müxtəlif cəhətləri vardır ki, bunların bəzilərinə işarə edirik:
- Salavat Allahın Quranda qeyd edilən əmridir. Buyurur:
«إِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يا أَيُّهَا الَّذينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْليما»
”Həqiqətən Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!”[1]
Deməli Allahın bəndələri Allahın əmrlərinə itaət edib, onlara salam göndərməlidir.
2. Peyəmbərə salavat və salam həqiqətdə illərlə düzgünlüklə cəmiyyətin hidayət olunması üçün çəkdiyi çətinliklər və əziyyətlər üçün peyğəmbərə (S) və onun Əhli- beytinə (ə) təşəkkür etməkdir. Çünki onlar təşəkkürə laiqdirlər ki, bu təşəkkürün ən az dərəcəsi salavatdır. Hətta, əgər onun bizim salavatımıza ehtiyacı olmasa belə onların zəhmətlərinin nəticəsindən bəhrələndiyimiz üçün bizim vəzifəmiz onlara təşəkkür etməkdir.
3. Salavatın Peyğəmbər (s) ailəsinə faydası nədir? Onların ki, bizim salam və salavatımıza ehtiyacları yoxdur.
Mərhum Əllamə Təbatəbai belə sualı verənə çox gözəl cavab vermişdir. Bizim salavat göndərməyimiz birincisi, özümüzdən onlara hədiyə göndərməkl deyil, Allahdan Peyğəmbərə və onun ailəsinə xüsusi rəhmət istəməkdir. İkincisi, doğrudur, onların bizə ehtiyacı yoxdur, lakin Allaha ehtiyacları vardır və Allahın feyzi onlara həmişə nazil olmalıdır. Biz bu salavatla özümüzü bu ailəyə yaxınlaşdırırıq. Sonra bir misal çəkmişdir: Əgər bir bağban gülləri və meyvələri yetişdirir və bunun nəticəsində də zəhmət haqqı alır. Əgər bayram günü bağban bu güllərdən bir dəstə düzəldib sahbini təbrik edərsə, bu onların yaxınlaşmasına səbəb olmazmı? Cavab: mütləq olmalıdır. Bu iş bağbanın mədəniyyət və hörmətinin nişanəsidir. Salavat da bizim hörmətimizi göstərir. Yoxsa, bizim özümüz bir şeyə sahib deyilik. Biz Allah- təaladan istəyirik ki, bu böyük insanların dərəcə və məqamlarını yüksəltsin. Bu hörmət bizim onlara yaxınlaşmamıza səbəb olur.[2]
[1] - Əhzab surəsi, ayə 56.
[2] - “Peyğəmbər ailəsinə salavatın faydası” və “salavatın faydası” mətnindən götürülmüşdür.