Ətraflı axtarış
Baxanların
8750
İnternetə qoyma tarixi: 2011/06/28
Sualın xülasəsi
Nə üçün Allahın nemətlərinin qarşısında şükr etmək lazımdır?
Sual
Bunu nəzərə almadan ki, nemətlərə şükr etmək nemətləri çoxaldır, nə üçün Allahın nemətlərinə şükr etmək vacib bir işdir?
Qısa cavab

Şükr lüğətdə zehndə neməti təsəvvür etmək və danışıqda və rəftarda onu göstərməkdir. Allahın nemətləri qarşısında şükr etməyin vacib olması haqqında bir neçə nöqtəyə diqqət etmək lazımdır.

1.     Nemət verənə şükr etmək fitri bir işdir ki, hər insan öz əqlinə və fitrətinə müraciət etməklə başa düşür ki, hər kəsin etdiyi xidmətin ya bağışlandığı nemətin qarşısında təşəkkür etmək lazımdır. Əks halda öz əqli tərəfindən danlanacaq. Bu ruhiyyəni nəzərə alaraq insan görür ki, misilsiz qüdrət tərəfindən saysız maddi və mənəvi nemətləri ona bağışlanır özünə lazım bilir ki, bu sonsuz qüdrəti tanısın və ondan təşəkkür etsin. Buna əsasən nemət verənə şükr etmək şəriət tərəfindən vacib olmamışdan əvvəl əql tərəfindən vacib olur.

2.     Baxmayaraq ki, Allahın bəndələrin şükrünə ehtiyacı yoxdur amma bəndələrin məsləhət və mənffətlərinə xatir dünya və axirət maddi və mənəvi nəticələrinə xatir insanları şükr etməyə çağırıbdır. Qurani kərimdə təşəkkür edənlərin nemətlərinin çoxalmasından xəbər verəndən sonra nemətə nankor olmağı Allahın əzabına səbəb bilibdir.

3.     Şükr etmək bütün xoşbəxtçiliyin kökü və insan üçün Allah bərəkətinin başlanğıcıdır ki, gün- bə gün insanı Allaha yaxın və bəndələrlə Allah arasında olan eşq və məhəbbəti möhkəmləndirir.

Bu cəhətdən şükrün vacib olması Allahın ehtiyacı üzündən yox bəlkə bəndələrin məsləhəti və hikmət üzündəndir.

4.     Şübhəsiz heç kəs Allahın nemətlərinin şükrünü yerinə yetirə bilməz. İnsanın ən layiqli şükrü Allah dərgahında nemətlərin qarşısında şükr etməkdən acizliyini bildirməkdir.

Ətreaflı cavab

Şükr lüğətdə zehndə neməti təsəvvür etmək və danışıqda və rəftarda onu göstərməkdir. Allahın nemətləri qarşısında şükr etməyin vacib olması haqqında bir neçə nöqtəyə diqqət etmək lazımdır.

1.     Nemət verənə şükr etmək fitri bir işdir ki, hər insan öz əqlinə və fitrətinə müraciət etməklə başa düşür ki, hər kəsin etdiyi xidmətin ya bağışlandığı nemətin qarşısında təşəkkür etmək lazımdır. Əks halda öz əqli tərəfindən danlanacaq. Bu ruhiyyəni nəzərə alaraq insan görür ki, misilsiz qüdrət tərəfindən saysız maddi və mənəvi nemətləri ona bağışlanır özünə lazım bilir ki, bu sonsuz qüdrəti tanısın və ondan təşəkkür etsin. Buna əsasən nemət verənə şükr etmək şəriət tərəfindən vacib olmamışdan əvvəl əql tərəfindən vacib olur.

2.     Baxmayaraq ki, Allahın bəndələrin şükrünə ehtiyacı yoxdur amma bəndələrin məsləhət və mənffətlərinə xatir dünya və axirət maddi və mənəvi nəticələrinə xatir insanları şükr etməyə çağırıbdır. Qurani kərimdə təşəkkür edənlərin nemətlərinin çoxalmasından xəbər verəndən sonra nemətə nankor olmağı Allahın əzabına səbəb bilibdir.

3.     Şükr etmək bütün xoşbəxtçiliyin kökü və insan üçün Allah bərəkətinin başlanğıcıdır ki, gün- bə gün insanı Allaha yaxın və bəndələrlə Allah arasında olan eşq və məhəbbəti möhkəmləndirir.

Bu cəhətdən şükrün vacib olması Allahın ehtiyacı üzündən yox bəlkə bəndələrin məsləhəti və hikmət üzündəndir.

4.     Şübhəsiz heç kəs Allahın nemətlərinin şükrünü yerinə yetirə bilməz. İnsanın ən layiqli şükrü Allah dərgahında nemətlərin qarşısında şükr etməkdən acizliyini bildirməkdir.

 

Ətraflı cavab:

Şükrün lüğətdə mənası neməti zehində təsəvvür etmək və danışıqda və rəftarda onu göstərmək mənasındadır.[1]

Bu sualın cavabında ki, nə üçün nemətlərin şükrü vacibdir neçə nöqtəyə diqqət etmək lazımdır:

  1. Nemət verənə şükr etməyin lazım olması fitri və daxili bir işdir. İnsan əqlinə və fitrətinə müraciət etməklə bu həqiqətə əltapır ki, hər kəsə ki, ona nemət verir və ya ona xidmət edir. O nemət və xidmət kiçik belə olsa da o kəsə qarşı etinasızlıq olmaz. Gərək bir cürə o şəxsdən təşəkkür etsin. Əks halda əqli tərəfindən danlanacaq və aqil insanlar onu pisləyib heyvandan da səviyyəsiz biləcəklər çünki təşəkkür etmək xasiyyəti heyvanların çıxlarında açıq- aşkar görsənir. Buna diqqət etmək lazımdır ki, əql insana hökm edir ki, müşahidə etdiyi qiymətli və saysız böyük mənəvi və madi nemətlər varlıq sərmayəsi misilsiz qüdrət tərəfindən ona verilmiş olur. Lazımdır ki, bu nemət verənə qarşı laqeyd olmasın. Nə qədər bacarırsa nemətlərinin qarşısında təşəkkür etsin. Və onun əzəmətli və böyüklüyü qarşısında təzim edib öz təşəkkürün bildirsin. Bu ruhiyyə fitri olaraq bütün insanlarda vardır. Hamısı nemət verəni tanımaq yolunda çalışmağı lazım bilirlərş Çünki nemət verəni tanımaq vasitəsi ilə ona təşəkkür etmək mümkün olur.[2]

  2. Təşəkkür etməyin fəlsəfəsindən agah olmaq bizə Allahın nemətləri qarşısında şükrün vacib olmasına yol göstərir:

Mümkündür insan başqalarına verdiyi nemətlərə görə təşəkkür gözliyə. Amma şübhəsiz Allah ki, hamıdan ehtiyacsızdır. Əgər dünyadakıların hamısı Allaha nankorluq etsələr. Allahın əzəmətinə heç bir xələl gəlməz və bəndələrin şükrünə ehtiyacı yoxdur. Allah ehtiyacsız olan halda şükr etməyi hikmət üzündən və bəndələrin məsləhəti üçün vacib biliblər. Quranda şükr edənlərə müjdə vədəsi verəndən sonra şükr etməyənlərə etinasızlıqdan sonra buyurur: "Kim şükr etsə özü üçün şükr edər, kim nankor olsa Allah onun şükrünə möhtac deyildir. Onun bütün işləri bəyəniləndir".[3]

Təəccüblü burasıdır ki, nemətə qarşı nankorluğu şiddətli əzaba düçar olmaq bilibdir: "Və əgər nankorluq etsəniz mənim əzabım şiddətlidir".[4]

Baxmayaraq ki, Allahın məni təşəkkür etməyənləri məhrum etməkdən ucadır. Amma nemətə qarşı nankorluğun özünün bəzi məhrumiyyətləri var: Nümətin tez aradan getməsi, cəmiyyətdə bəxşiş etmək. Əlaçıqlıq və xeyriyyəçiliy ruhiyəsinin aradan getməsi kimi şeyləri misal vurmaq olar. Nemət verənə təşəkkür etmək bir çox insana gözəl nəticələr bağışlayır.

Buna əsasən şükr etmək məsələsinə təkidin nəticələri insanın özünə qayıdır, bir azda fəlsəfəsində diqqət etsək şükr etməyin vacib olması da bizlərə aydın olar.

Birinci: Hər millət və ya şəx ki, əməli ya dili ilə və yaxud qəlbində Allahın nemətlərinə şükr edə belə bir millət və şəxs göstərir ki, nemətə layiqdir. Allahın işləri hər yerdə hikmətlidir nə səbəbsiz nemət verir və nə də səbəbsiz nemət alır. Ayələr və rəvayətlərdə şükr etmək nemətin çoxalmağına səbəb hesablanmışdır. Həzrət Əli (ə) bir hədisdə buyurur: Şükrün nəticəsi nemətin çoxalmasıdır.[5]

İkinci: İnsanda şükr etmə ruhiyyəsi tapılsa xaliqin şükründən xalqın təşəkkürünə yetişəcək. Xalqın xidmətlərinin qarşısında təşəkkür etmək insanlarda yaradıcılıq istedadının pöhrələnməsinə səbəb olacaq. Belə bir halda insanlar xeyriyyəçilər çox can atacaqlar.

Üçüncü: Allahdan yaradana şükr etmək onu tanımağa bir yol açır və insanla yaradanın əlaqəsini daha möhkəm edir. Şükr etmək nemətləri verəni tanıtdırmaqdan əlavə neməti də tanıtdırır və bu neməti tanımaq günbə- gün bəndələrlə Allahın əlaqəsini möhkəmləndirir və eşq odunu ürəklərdə alovlandırır.

  1. Şübhəsiz insan Allahın nemətlərinin şükrünü yerinə yetirə bilməz. Çünki şükr etmək müvəffəqiyyəti əql, dil, fikr, əl, ayaq və ... ki, insan bunların vasitəsi ilə dil qəlb və əməl şükrünü yerinə yetirir bunların hamısı Allahın nemətlərindəndir. Bu müvəffəqiyyət əgər şükr etmək yolunda istifadə olarsa özü bir nemətdir ki, şükrə ehtiyacı var. buna xatir İslam rəvayətlərində işarə olubdur ki, insanın ən layiqli şükrü Allah dərgahına nemətlərin qarşısında şükr etməkdən acizliyini bildirməkdir. Allaha layiq olan şükrü heç bir kəs yerinə yetirə bilməz.[6]

Nəticə budur ki: Şükr etmək daxili və fitri bir iş olmaqla yanaşı bütün xoşbəxtçiliyin və Allah bərəkətinin köküdür ki, günbə- gün insanı Allaha yaxın və bəndələrlə Allaharasında olan eşq və məhəbbəti möhkəmləndirir. Şükr etmək pəhrizkarlıq və xoşbəxtçiliyə gedən yol üçün və Allahın bəndəliyində insanın mərifəti üçün mühüm səbəbdir. Bu cəhətdən şükr etməyin vacib olması Allahın ehtiyacı üzündən yox bəlkə bəndələrin məsləhəti və hikmət üzündəndir.



[1] - Müfrədat, Rağib, cild 265, Şükr kəlməsi.

[2] - Tohid əz didqahi əql və nəql. Cəfər kərimi- Qüdrətullah Fürqani, Allahı tanımağın lazım olması fəsli, az dəyişikliklə.

[3] - Loğman surəsi, ayə 12.

«وَ مَنْ یَشْکُرْ فَاِنَّما یَشْکُرُ لِنَفْسِهِ وَ مَنْ کَفَرَ فَاِنَّ اللّهَ غَنِىُّ حَمیدٌ»

[4] - İbrahim surəsi, ayə 7.

«لَئِنْ شَکَرْتُمْ لَأَزیدَنَّکُمْ وَ لَئِنْ کَفَرْتُمْ إِنَّ عَذابی‏ لَشَدیدٌ.»

[5] - Ğürərul- hikəmin fars dilində şərhi, cild 3, səh 328

«ثمَرَةُ الشُّکْرِ زِیادَةُ النِّعَمِ.»

[6] - Məkarim Şirazi, Nasir, Quranda əxlaq, cild 3, səh 80- 81.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163741 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158490 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118615 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111616 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    104778 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92398 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54026 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    48759 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44759 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44176 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...