Please Wait
6046
Möhtərəm mərcəyi-təqlidlərin bu suala cavabı belədir:
Möminin qəbrini açmaq haramdır, amma aşağıda qeyd olunan bəzi hallarda bu haramlıq götürülür:
1. Meyit qəsbi torpaqda dəfn olunsun və yerin sahibi meyitin orada qalmasına icazə verməsin.
2. Meyitlə birlikdə dəfn olunan kəfən və bu kimi başqa şeylər qəsbi olsun və sahibi də onun qəbirdə qalmasına razı olmasın. Həmçinin meyitin öz malından vərəsələrə çatmalı olan bir şey onunla birlikdə dəfn olunsa və varislər də onun qəbirdə qalmasına razı olmasalar. Habelə, əgər meyitin öz malından vərəsələrə çatan bir şey onunla birlikdə dəfn olunsa və varislər də onun qəbirdə qalmasına razı olmasalar.
3. Meyit kəfənsiz və qüslsüz dəfn olunsa, yaxud qüslünün batil olduğunu başa düşsələr, yaxud şəriətdəki göstərişlərə uyğun olmadan kəfənə bükülmüş olsa, yaxud da onu qəbirdə üzü qibləyə qoymamış olsalar.
4. Müəyyən bir haqqı isbat etmək üçün meyitə baxmalı olsalar.
5. Meyit, ehtiramsızlıq sayılan yerlərdə, məsələn kafirlərin qəbiristanlığında, yaxud zibillikdə dəfn olunduğu hallarda.
6. Əhəmiyyəti qəbirin açılmasından da çox olan bir şəri mətləbə görə qəbiri açsalar. Məsələn, ölmüş ananın bətnində diri qalan uşağı çıxarmaq istəsələr.
7. Meyitin bədəni üçün yırtıcı heyvanlardan qorxu törənsə, yaxud sel qəbiri aparacaqsa və yaxud düşmən onu qəbirdən çıxaracaqsa.
8. Meyitlə birlikdə dəfn olunmayan hər hansı bir bədən üzvünü dəfn etmək istəsələr. Amma ehtiyat vacib budur ki, onu qəbirə elə qoysunlar ki, cənazə görünməsin.[1]
9. Meyiti müqəddəs məkanlardan hər hansı birinə aparmaq istəsələr; bu şərtlə ki, qəbirin açılması ona hörmətsizliyə səbəb olmasın.[2]
Qeyd olunan hallardan əlavə, müəyyən məsləhətlərə görə (məsələn, şəhərin genişləndirilməsi kimi) qəbirin yerini dəyişdirmək lazım olsa, şəriət hakimindən icazə almaq lazımdır.
[1] “Tövzihul-məsail” (imam Xomeyninin risaləsi), 1-ci cild, səh. 349
[2] Ayətullah Xoi (r), Ayətullah Təbrizi (r), Ayətullah Zəncani (h), Ayətullah Lənkərani (r), Ayətullah Sistani (h), Ayətullah Safi (h), Ayətullah Behcət (r); yenə orada səh. 315