Please Wait
8868
Həzrət Əli (ə) heç vaxt fağır və yoxsul olmamışdır, əksinə həmişə zəhmət çəkib çoxlu mal-dövlət ələ gətirər və hamısını bir yerdə Allah yolunda xərcləyər, ianə verərdi. Beləlilkə özü üçün bir şey qalmazdı. Bu ayədə o Həzrətin zəkat verdiyi yerlərdən birinə işarə edilir. Bundan əlavə, Quranda bir çox yerlərdə müstəhəb sədəqələrə də zəkat deyilmişdir. Bu növ sədəqələri bütün insanlar ödəyə bilərlər.
Birinci: tarixdə qeyd edildiyi kimi, Həzrət Əli (ə) heç vaxt fağır və yoxsul olmamışdır, əksinə həmişə zəhmət çəkib çoxlu mal-dövlət ələ gətirər və hamısını bir yerdə Allah yolunda xərcləyər, ianə verərdi. Beləlilkə özü üçün bir şey qalmazdı. O Həzrətin çörək və xurma kisələrini çiyninə alıb yoxsulların evlərinə aparması haqqındakı hədis və rəvayətlər o qədər geniş yayılmışdır ki, bizim onlardan birini belə nəql etməyimizə ehtiyac qalmır. Habelə, qeyd edirlər ki, öz mal və sərvətinin böyük bir hissəsini qulların azad edilməsi üçün xərcləyirdi. Belə ki, yazırlar öz əlinin zəhmətilə min qul azad etmişdi. Bundan başqa, döyüş qənimətlərindən ona düşən pay da yüksək məbləğdə idi. Beləliklə zəkatı ödənilməsi vacib olan bir miqdar mal və ya kiçik bir xurmalıq elə də böyük bir mülkiyyət deyildi ki, Əli (ə)-da olmasın.[1]
Əgər hardasa onun yoxsulluğundan söz açılırsa, səbəbi o misilsiz insanın yoxsullara hədsiz əl tutmağıdır. Bu ayə də o Həzrətin zəkat verdiyi yerlərdən birinə işarə edir və göstərir ki, hətta rüku halında da yoxsulların əlindən tutmağı tərk etmirdi.
İkinci: Quranda bir çox yerlərdə müstəhəb sədəqələrə də zəkat deyilmişdir. Məsələn, bir çox Məkkə surələrində işlədilən “zəkat” kəlməsindən məqsəd həmin müstəhəb zəkatdır,[2] çünki, məlum olduğu kimi, zəkat Peyğəmbər (s)-ın Mədinəyə hicrət etməsindən sonra vacib olmuşdur.[3]
Əllamə Təbatəbai “Əı-mizan” kitabında yazır:
“Biz bu gün görürük ki, zəkat dedikdə insanın fikrinə vacib zəkat gəlir, sədəqə yadına belə düşmür. Onun səbəb bu deyil ki, ərəb dilinə əsasən sədəqə zəkat deyildir, bələkə buna görədir ki, İslamın yaşadığı bu min neçə yüzə il müddət ərzində din adamları və müsəlmanlar “zəkat” kəlməsini vacib yerlərdə işlətmişlər. Yoxsa ki, İslamın əvvəllərində zəkat kəlməsi özünün həmin lüğəvi mənasında işlənirdi. Zəkatın lüğəvi mənası onun dini terminologiyada ifadə etdiyi mənasından daha genişdir və sədəqəyə də şamil olur. Əslinə baxanda, zəkat elə lüğətdə – ələlxüsus, namaz kəlməsinin qarşılığında işlədilərsə – Allah yolunda mal-pul xərcləmək və bunu sinonomi mənasındadır. Göründüyü kimi, bu məsələ keçmiş peyğəmbərlərin əhvalatlarını hekayət edən ayələrdə də tamamilə müşahidə edilir...”[4]
Maidə surəsinin 55-ci ayəsi də (bu ayə əksər təfsir alimlərinin[5] də qeyd etdiklərinə əsasən Həzrət Əli (ə)-ın zəkat verməsi barəsindədir; o Həzrət rüku halında olmuş və üzüyünü fağıra vermişdir) ola bilər bu qəbildən olsun.
Beləliklə, əgər fərz etsək ki, Həzrət Əli (ə)-ın malına vacib zəkat gəlmirdi, yenə də üzüyü Allah yolunda vermək o Həzrətin fağıra verdiyi sədəqə və müstəhəb ianələrdən biri hesab edilə bilər.