Ətraflı axtarış
Baxanların
7875
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
“Silsilətuz-zəhəb” hədisində imamətlə tövhidin əlaqəsi nədir?
Sual
“Silsilətuz-zəhəb” hədisində imamətlə tövhidin əlaqəsi nədir?
Qısa cavab

Bu rəvayətdən məlum olur ki, tövhid məqamına nail olmaq insanı ismət (toxunulmazlıq) məqamına daxil edir. Bu məqama daxil olmaq da “Allahın güzgüsü (göstəricisi)” mənasına olan vilayətə (daxil olub ondan) keçmədən mümkün deyildir.

Bu məsələni dərindən dərk etmək üçün bir neçə məsələni araşdırmaq lazımdır:

1. Əgər “vilayət yalnız Allaha məxsusdur” deyilsə, məqsəd budur ki, O, bütün varlıqlarla birlikdədir. Əgər “bir insan vilayət məqamına çatıbdır” deyilsə, onun mənası budur ki, seyri-süluk və ilahi şühud mərhələlərində elə bir məqam və mərhələyə çatmışdır ki, onunla Allah-taala arasında heç bir hicab yoxdur və o, Allaha sırf və xalis bəndəlik məqamına nail olmuşdur.

2. Bütün varlıqlar öz vücud tutumlarının geniş və ya dar olmasına mütənasib olaraq vilayətdən bəhrələnirlər və bu adın təzahür yerləridir. Buna görə də Allahın yaratdığı ilk məxluq – müqəddəs kibriya sahəsinə ən yaxın və hicabların ən yaxını olan varlıq mütləq (qeydsiz-şərtsiz və qeyri-məhdud), ümumi və külli ilahi vilayətdən bəhrələnirlər.

3. اوَّلُ مَا خَلَقَ اللهُ “Allahın xəlq etdiyi ilk şey Məhəmmədiyyə həqiqəti, yəni Peyğəmbər və Əhli-beyt (əleyhimus-salam)-ın həqiqətindən ibarətdir. Deməli, məsum imamlar külli vilayət məqamından bəhrələnirlər. Aydındır ki, insan kamala doğru yüksəliş yolunda öz qarşısındakı maneələri kənara çəkərək bütün maddi və hətta mənəvi bağlılıqlardan da ayrılaraq Allah-taalanın hüzurunda fani ola və “fəna məqamı”na nail ola bilər. Bu halda özünün “özlüyü”nü unudur, öz məşuqunun camalında məhv olur (itib-batır), nəyə baxırsa, yalnız Allahı görür, Ondan başqa heç nəyi görmür. Bu istiqamətdə o qədər irəliləyir ki, özü ilə Allah arasındakı “ikilik” məsələsini aradan qaldıraraq “hüvə-hüviyyət” məqamına çatır, Allah-taalanın kamil və tam mənada göstəricisi olur, külli vilayət məqamından bəhrələnir və Allah-taala kamil məzhərdə təcəlli edir.

4. Tövhid – “ayət və güzgü” mənasına olan ən yaxın hicabdır. Belə bir aləmə daxil olmaq məhz vilayətdən keçməklə şərtlənir. Yəni bir kəs İlahinin Əqdəs zatına qürb (yaxınlıq) və mərifət məqamına yalnız o zaman nail ola bilər ki, bu böyük ayət və güzgündən keçmiş olsun. Çünki bu günəşin şüaları və nurları hər bir müşahidəçini kor edir, güzgü və hicab olmadan Onun camalını müşahidə edə bilmir. Deməli, tövhid eynilə vilayət və vilayət də eynilə tövhiddir və bu ikisi bir-birindən heç vaxt ayrılmaz.

İmam Xomeyni (rəhmətullah əleyh) buyurur: “Şeyx Arif Şahabadi (rəhmətullah əleyh) buyururdu ki, vilayətə şəhadət elə risalətə (nübüvvətə) şəhadətdə gizlənmişdir. Çünki vilayət onun (risalətin) batinidir.” Müəllif (İmam Xomeyni) deyir: “Üluhiyyətə (Allahın yeganə məbud olmasına) şəhadətdə digər iki şəhadətin (risalətə və vilayətə şəhadət) hər ikisi həkk olunmuşdur və risalətə şəhadətdə də digər iki (Allahın varlığına və imamətə) şəhadət həkk olunmuşdur. Necə ki, vilayətə şəhadətdə digər iki şəhadət də vardır.”

Bizim əqidəmizcə, Allahın sifətlərindən hər hansı birini tanımaq və dərk etmək üçün məsumlarla əlaqədən başqa bir yol yoxdur. Məsələn, gördüyümüz işlərlə əlaqədar Allahın razı olub-olmadığını bilmək istəsək, bunu yalnız Əhli-beytin bu barədə razı olub olmaması vasitəsi ilə dərk edə bilərik.

Ətreaflı cavab

İmam Riza (əleyhis-salam) məşhur “Silsilətuz-zəhəb” hədisində buyurur:

کَلِمَةُ لَا إِلَهَ إِلَّا اللَّهُ حِصْنِی فَمَنْ دَخَلَ حِصْنِی أَمِنَ عَذَابِی قَالَ فَلَمَّا مَرَّتِ الرَّاحِلَةُ نَادَانَا بِشُرُوطِهَا وَ أَنَا مِنْ شُرُوطِهَا

(Allah-taala buyurur:) “La ilahə illəllah kəlməsi Mənim (alınmaz) qalamdır. Hər kəs o qalaya daxil olsa, Mənim əzabımdan amanda olar.” (Kecavə yola düşən zaman həzrət uca səslə buyurdu:) “La ilahə illəllah kəlməsinin şərtləri də vardır və mən onun şərtlərindənəm.”[1]

Bu hədisin mənası odur ki, la ilahə illəllah kəlməsi ilə təbir edilən tövhid məqamına nail olmaq insana (günahlar qarşısında) ismət və toxunulmazlıq məqamı verir və “Allahın göstəricisi, güzgüsü” mənasına olan vilayətdən keçmədən bu məqama nail olmaq mümkün deyildir.

Bu mətləbin daha düzgün və dərindən dərk edilməsi üçün aşağıdakı məsələləri diqqət mərkəzində saxlamaq lazımdır:

1. Allahın vilayəti (vəli olması) Onun zatının tələbi olan ad və sifətlərdəndir ki, varlıqların icad və tərbiyə edilməsi, öldürülməsi və s. bu ad və sifətlərin sayəsindədir.

2. Vilayət kəlməsi üçün müxtəlif mənalar qeyd olunsa da, o mənalarda diqqət yetirməklə bu nəticəyə çatırıq ki, onların hamısı vahid bir mənaya qayıdır. Bu da ondan ibarətdir ki, iki və ya daha artıq bir şey elə şəkildə olsun ki, onların arasında heç bir hicab, maneə, fasilə və ayrılıq olmasın. Başqa sözlə desək, bəndə ilə Pərvərdigarın vəsl (vüsal) məqamına səbəb olan, həbiblə-məhbubun, aşiqlə-məşuqun bir-birinə qovuşduğu və onların arasında artıq heç bir ayrılıq olmadığı bu məqama “vilayət məqamı” deyilir. Əgər “vilayət Allaha məxsusdur” deyilsə, onda Allah-taalanın bütün varlıqlarla yanaşı olması nəzərdə tutulur. Əgər “bir insan vilayət məqamına çatmışdır” deyilsə, onun mənası budur ki, seyri-süluk və ilahi şühud mərhələlərində elə bir məqama çatmışdır ki, onunla Allah-taala arasında heç bir nəfsani hicab yoxdur və o, Allaha xalis bəndəlik məqamına çatmışdır. Həmin yaxınlıq və vəhdət səbəbi ilə maliklə məmlukun hər birinə, əhd-peyman bağlayan iki nəfərə, həbiblə mühibbə, iki qonşuya və s. “vəli” deyilir. Bu izahla aydın olur ki, vilayət tədbirdə malikiyyət və səltənəti, feyz vasitələrində və sair işlərdə sərpərəstliyi və öhdəsinə almağı tələb edir.[2]

3. Hər bir varlığın vücudu vilayətin varlığını tələb edir. Çünki varlıqlar Allah-taalanın müqəddəs zatı ilə müqayisədə sırf rəbt və bağlılıqdan ibarətdir. Deməli, vilayət bütün varlıqlarda mövcuddur. Amma varlıqların tutumlarının geniş və ya az olmasına mütənasib olaraq onlarda vilayətin təsir və nəticələri də bir-biri ilə fərqlənir. Yəni daha artıq vücud tutumundan bəhrələnənlər vilayətdən daha artıq bəhrələnirlər. Hər bir varlıq özünün vücud mənliyinin geniş və ya dar olmasına əsasən, bu adın məzhəri (təzahür yeri) sayılır. Buna görə də Allahın yaratdığı ilk məxluq, yəni müqəddəs kibriya məqamına ən yaxın varlıq və ən yaxın hicab mütləq (qeydsiz-şərtsiz), ümumi və külli ilahi vilayətdən bəhrələnirlər, bütün varlıqların vücud, ruzi, həyat, ölüm və s. xüsusiyyətləri onun ifazəsi (bəxş etməsi) ilə baş verir.

4. Allahın xəlq etdiyi ilk varlıq “Məhəmmədiyyə həqiqəti” kimi təbir olunur. Bu həqiqət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və Əhli-beytin (əleyhimus-salam) həqiqəti və nurudur.[3] Buna görə də həzrət Əli (əleyhis-salam) buyurur:

فَإِنَّا صَنَائِعُ رَبِّنَا وَ النَّاسُ بَعْدُ صَنَائِعُ لَنَا

“Biz öz Pərvərdigarımızın yetirməsiyik və bundan sonra camaat bizim yetirməmizdir.”[4]

Əgər “onlar Allahın bəndələridir və insanlar da onların bəndələridir” deyilsə, heç bir qəribəlik olmaz.[5]

Buna görə də imam Baqir və imam Sadiq (əleyhiməs-salam) buyurur:

وَلَایَتُنَا وَلَایَةُ اللَّهِ الَّتِی لَمْ یَبْعَثْ نَبِیّاً قَطُّ إِلَّا بِهَا

“Bizim vilayətimiz elə Allahın vilayətidir ki, bütün peyğəmbərlər yalnız o vilayətə əsasən məbus olmuşlar.[6]

Aydındır ki, burada məqsəd imamların cismani, maddi və tarixi vücudları deyildir. Ona görə də demək olar ki, məsum imamların (əleyhimus-salam) külli vilayət məqamları Allah-taalanın müqəddəs zatı ilə vəhdət və “hüvə-hüviyyət” təşkil edir.[7]

5. Küllü vilayət Allah-taalada zati, Ondan qeyrilərində isə ərəzidir (ikinci dərəcəli, sonradan verilən). Yəni Allahın xəlq etdiyi ilk varlıq bütün aləm varlıqlarından qüdrətli olmaqla eyni zamanda özündən heç bir şeyi yoxdur, yalnız Allah-taalanın zatının, cəlal və camal sifətlərinin göstəricisi olan bir güzgüyə bənzəyir.

6. İnsan kamala doğru yüksəliş yolunda öz qarşısındakı maneələri aradan qaldıra, bütün maddi, hətta mənəvi bağlılıqlardan belə[8] ayrılaraq Allah-taalanın əhədiyyət hüzurunda fəna məqamına nail ola bilər. Belə olan zaman özünü unudur və məşuqunun camalında məhv olur (itib-batır), hər şeyə baxırsa yalnız Allahı müşahidə edir. Bu istiqamətdə o qədər irəliləyir ki, onunla Allah arasındakı ikilik məsələsi aradan qalxır, “hüvə-hüviyyət” məqamına nail olur və Allah-taalanın kamil göstəricisinə çevrilir.[9]

بیا و هستی حافظ ز پیش او بردار                        که با وجود تو کس نشنود ز من که منم

Biyavo həstiye Hafiz ze pişe u bərdar

Ke ba vücud to kəs nəşnəvəd ze mən ke mənəm (Seyyid Heydər Amili)

Gəl Hafizin varlığını Onun qarşısından götür,

Çünki Sənin varlığınla bir kəs məndən “mənəm” sözünü eşitməz.

Seyid Heydər Amili “fəna” məqamına nail olmağın mümkünlüyü ilə əlaqədar Əli (əleyhis-salam)-dan nəql olunan

أَنَا وَجْهُ اللهِ، وَ أَنَا جَنْبُ اللهِ، وَ أَنَا یَدُ اللهِ، وَ أَنَا آیَةُ اللهِ أَنَا الْاَوَّلُ، أَناَ الْآخِرُ، أَنَا الظَّاهِرُ، أَنَا الْبَاطِنُ

“mənəm Allahın vəchi, mənəm Allahın cənbi, mənəm Allahın əli, mənəm Allahın ayəti, mənəm əvvəl, mənəm axır, mənəm zahir, mənəm batin” kəlamın həmin məqama işarə olduğunu deyir.[10] Yəni Allah-taalanın kamil təcəllisi və məzhəri (zühur və büruz etmə yeri) Əhli-beyt (əleyhimus-salam) tərəfindən külli-ilahi vilayətə nail olmaqdır.

7. “Hüvə-hüviyyət” – yəni tövhidlə vilayətin eyniyyət təşkil etməsi. Başqa sözlə desək, tövhid ən yaxın hicabların göstəricisi və ayətidir, belə bir aləmə nail olmaq vilayətdən keçməklə şərtlənir. Bir şəxs yalnız bu böyük ayət və güzgünün vasitəsi ilə Allah-taalanın müqəddəs zatına yaxınlaşa, mərifət yüksəlişində nail olar. Çünki bu günəşin nuru və şüaları hər bir müşahidəçinin görmə qüdrətini qüvvədən salır, hicab və güzgü olmadan onun camalını müşahidə edə bilməz.[11] Deməli, tövhid eynilə vilayət və vilayət də eynilə tövhiddir və bu ikisinin arasında heç bir ayrılıq yoxdur.[12]

İmam Xomeyni (rəhmətullahi əleyh) “la ilahə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun vəliyyullah” kəlməsinin Ərşi-ə’ladan ən aşağı yer qatlarına qədər bütün varlıqlarda yazılmasının sirri ilə əlaqədar deyir: “Şeyx Arif Şahabadi (rəhmətullahi əleyh) buyururdu ki, vilayətə şəhadət vermək elə risalətə şəhadət verməkdə gizlənmişdir. Çünki vilayət risalətinin batinidir.” Müəllif (İmam Xomeyni) də deyir: “Uluhiyyətə (Allahın yeganəliyinə) şəhadətdə (digər iki) şəhadət də birlikdə həkk olunmuşdur. Risalətə şəhadətdə digər iki şəhadət də həkk olunmuşdur. Necə ki vilayətə şəhadətdə digər iki şəhadət də həkk olunmuşdur.”[13]

O cənab başqa bir yerdə yazır: Varlıqlar insanın vasitəsi ilə haqqa müraciət edirlər (qayıdırlar), üstəlik onların qayıdış yeri insandır.... Allah-taala buyurur:

اِنَّ الَیْنَا اِیَابَهُمْ ثُمَّ انَّ عَلَیْنَا حِسَابَهُمْ

“Onların qayıdışı Bizə tərəfdir və sonra onların hesabı Bizim öhdəmizdir.”[14]

“Camiə” ziyarətində də deyilir:

وَ اِیَابُ الْخَلْقِ إِلَیْکُمْ وَ حِسَابُهُمْ عَلَیْکُمْ

“Məxluqatın qayıdışı Sizə (Əhli-beytə) tərəfdir və onların hesabi Sizin öhdənizdədir.” Bu, tövhid sirlərindən biridir və buna işarə edir ki, kamil insana müraciət etmək eynilə Allaha müraciət etməkdir. Çünki kamil insan mütləq-fanidir və Allahın əbədiyyəti ilə baqidir, onun özündən təəyyünü, inniyyəti və ənaniyyəti (müstəqil varlığı) yoxdur, əksinə onun özü (Allahın) ən böyük ismi və əsmai-hüsnasıdır.”[15]

Tədqiqat əhlinə gizli deyildir ki, bizim sözlərimizin mənası Əhli-beytin (əleyhimus-salam) məxluq, yaxud insan olmasını inkar etmək deyildir. Biz “Allah-taalanın onlarda hülul etmiş olmasını” deyən batil əqidəni bəyan etmək istəmirik.[16] Əksinə, biz onları sair məxluqlar kimi bir məxluq hesab etməklə eyni zamanda inanırıq ki, (Allah qarşısındakı) “mənəm”lik onlardan tamamilə ayrılmışdır, onlar vilayət məqamına və fəna mərhələsinin ən yüksək dərəcəsinə nail olmuşlar.[17] Aydındır ki, insanın (Allah qarşısındakı) mənəmliyi nə qədər məhv olub aradan getsə, Allah onda bir o qədər hazır olur və insan Allah-taalanın külli güzgüsünün meyar və mizanına çevrilir.

Qeyd olunan izahlarla aydın olur ki, tövhidlə vilayət vəhdətə malikdir, məhz vilayətə eşq sayəsində tövhidə nail olmaq olar. Buna görə də inanırıq ki, Allahın hər bir sifət və isimlərini tanımaq yalnız məsumlarla əlaqə yaratmaq və onları tanımaqla mümkün ola bilər. Misal üçün, Allah-taalanın gördüyümüz işlərdən razı olub olmamasını yalnız Əhli-beytin razı olub olmamasını vasitəsi ilə əldə edə bilərik.[18]



[1] Şeyx Səduq (rəhmətullahi əleyh), “Səvabul-ə`mal və iqabul-ə`mal”, səh. 7; “Məanil-əxbar”, səh. 370 və 371, “Ət-tövhid”, səh. 24 və 25; Şeyx Tusi (rəhmətullahi əleyh), “Əmali”, 2-ci cild, səh. 201

[2] Bu barədə bax: Hüseyni Tehrani, Seyid Məhəmməd Hüseyn, “İmamşünaslıq”, 5-ci cild, səh. 10-33

[3] Buna görə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

أَوَّلُ مَا خَلَقَ اللهُ نُورِی

“Allahın xəlq etdiyi ilk varlıq mənim nurumdur.” Bütün insan növləri, hətta bütün varlıq bu nurdan xəlq edilmişdir. (Buna “əqli əvvəl – ilk əql” deyilir və “ruhu Məhəmməd”ə “nəfsi vahidə” deyilir, Adəm də vücud evinin ilk nəşəsidir.) Həmçinin buyurur:

کُنْتُ نَبِیًّا وَ آدَمُ بَیْنَ الْمَاءِ وَ الطِّینِ

“Adəm palçıqla su arasında olduğu zaman (da) mən Peyğəmbər idim.” Yəni “əqli əvvəl” “Məhəmmədiyyənin ruhu”dur və o bütün aləmlərə məzhər sayılır, hər bir varlıq ondan feyz alır. Deməli, Adəm “ilk əqldən”, yəni “həqiqəti Məhəmmədiyyə”dən vücud feyzi almışdır. Bu barədə bax: Qeysəri, Məhəmməd Davud, “Füsusul-hikəm”in şərhi, Seyid Cəlaləddin Aştiyaninin həmkarlığı ilə, müqəddimə, səh. 55-57; Həsənzadə Amili, Həsən, “Mumiddul-himəm dər şərhi Füsusul-hikəm”, səh. 64-65

[4] "Nəhcul-bəlağə", 28-ci məktub, səh. 386

[5] İbni Əbil-Hədid, "Nəhcul-bəlağə"nin şərhi, 15-ci cild, səh. 194

[6] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 1-ci cild, səh. 437; Səffar, Məhəmməd ibni Həsən, “Bəsairud-dərəcat”, səh. 75

[7] “Mərhum Əllamə Hüseyni Tehrani ilə Haşim Həddadın mərhum Banu İsfahani ilə görüşü və “hüvə-hüviyyət” məqamı barəsində sualı” adlı məqalə maraqlıdır. Əziz oxucular aşağıdakı mənbəyə baxa bilərlər: Hüseyni Tehranı, Seyid Məhəmməd Hüseyn, “Ruhi mücərrəd”, səh. 294.

[8] “Zülmətli və nurlu hicablar” barəsində əlavə məlumat almaq üçün bax: “Nurani hicablar” görünüşü, sual 467 (sayt 5013)

[9] Əlavə məlumat üçün bax: “Əl-müqəddimatu min nəssin-nusus”, səh. 46

[10] “Camiul-əsrar və mənbəul-ənvar”, səh. 364-367 və 380

[11] Şeyx Məhmud Şəbistəri, “Gülşəni raz”, səh. 12-13

[12] Bu barədə bax: Nuri, Əli, “Təliqatun əla Məfatihil-ğeyb”, səh. 742; Qumşeyi, Ağa Məhəmməd Rza, “Həkim Səhbaninin əsərlərinin külliyyatı”, səh. 111-150; Hüseyni Tehrani, Seyid Məhəmməd Hüseyn, “İmamşünaslıq”, 5-ci cild, səh. 14-125

[13] İmam Xomeyni, “Adabi səlat”, səh. 141

[14] “Ğaşiyə” surəsi, ayə: 25

[15] İmam Xomeyni (rəhmətullahi əleyh), “Adabi səlat”, səh. 263. Əlavə məlumat üçün bax: Mir Damad, “Qəbəsat”, səh. 397

[16] “Ğulat” – Peyğəmbəri və imamları (əleyhimus-salam) ilahiləşdirərək öz puç nəzərlərini belə izah edirlər: “Allah-taalanın zatı Peyğəmbərin və ya imamların cismani bədənlərində hülul etmiş (yerləşmiş) və onlarla bir, müttəhid olmuşdur. Bununla eyni zamanda insan təbiəti ilahi təbiət şəkilinə düşür.” Bax: Məşkur, Cavad, “İslam firqələri ensiklopediyası”, səh. 345

Bizim işarə etdiyimiz isə təcəlli bəhsidir və təcəlli ilə hülul və ittihad arasında əsaslı fərq vardır. Çünki ittihad bundan ibarətdir ki, iki şey bir şey olsun, hülul isə bir şeyin başqa şeyə daxil olmasıdır. Deməli, yuxarıdakı iki ünvanın həyata keçməsi əvvəldəki iki məsələnin gerçəkləşməsindən sonra gəlir. Amma təcəlli isə, vücudun şəxsi vəhdətinin yalnız Allah-taalanın vücudunda həsr olunması əsasındadır ki, Allahdan başqa hər bir şeyin sırf rəbt (bağlantı), ayət və göstərici olmasına inanır. Buna əsasən, hülul və ya ittihad üçün heç bir şərait yoxdur. Əlavə məlumat üçün bax: Rəhimiyan, Səid, “Nəzəri irfanda təcəlli və zühur”, səh. 46 və 47

Sədrul-Mütəəllihin (rəhmətullahi əleyh) bu barədə deyir: Bəzi cahillər təsəvvür edir ki, “Allah-taalanın ariflərin dilində əhədiyyət və ğeybəti-əhədiyyət məqamı kimi vəsf olunan əhədiyyət zatı bil-fel gerçəklikdən, məzahir (zühur yeri) və məcalidən (cilvəgah) mücərrəd (xali, boş) deyildir, əksinə gerçəkləşən şey surət aləmi, ruhi qüvvələr və hiss orqanlarıdır, Allah-taala da həmin təzahürlərdir, başqa sözlə, aləmlə insanın həqiqətinin məcmusundan ibarətdir.” Bu söz Allah-taala barəsində küfrdən ibarətdir və bu sözün böyük sufi alimlərinə nisbət verilməsi sırf iftiradan ibarətdir.” Molla Sədra Şirazi, “Əl-hikmətul-mütəaliyə fil-əsfaril-əqliyyətil-ərbəə”, 2-ci cild, səh. 341

[17] Həzrət Əli (əleyhis-salam) Əhli-beytin xüsusiyyətlərini bəyan edərkən buyurur:

وَ لَهُمْ خَصَائِصُ حَقِّ الْوِلَایَة

“Vilayətin xüsusiyyətləri yalnız Ali-Məhəmmədə məxsusdur.” "Nəhcul-bəlağə", xütbə 2.

Əhli-beyt (əleyhimus-salam)-ın vilayəti ilə əlaqədar əlavə məlumat almaq üçün bax: Tərxan, Qasim, “İmam Hüseyn (əleyhis-salam)-ın qiyam və şəxsiyyəti ilə əlaqədar kəlami, fəlsəfi və irfani nəzərlər”, səh. 108-142, 1-ci çap, “Çilçıraq” nəşriyyatı, 1388-ci hicri şəmsi

[18] Əlavə məlumat üçün bax: Tərxan, Qasim, “Mehr mah”, səh. 148-161, 1-ci çap, “Çilçıraq” nəşriyyatı, 1389-cu il.

Qeyd: Bu məqalənin hazırlanmasında kompüter tədqiqat mərkəzinin CD-lərindən istifadə olunmuşdur. Həmin CD-də qeyd olunan kitablara müraciət edə bilərsiniz.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...