Ətraflı axtarış
Baxanların
29076
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Sual
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Qısa cavab

Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə “Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. “Qədir” hədisi sənəd cəhətindən mütəvatir və dəlalət baxımından Əli (əleyhis-salam)-ın imamətinə aşkar bir şahiddir.

Bundan əlavə, Quranının özündə də bir çox ayələr Əli (əleyhis-salam)-ın şənində nazil olmuşdur. Onların ən mühümü “Maidə” surəsinin 55-ci ayəsidir. Orada buyurulur:

إِنَّمَا وَلِیُّکُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِینَ آمَنُواْ الَّذِینَ یُقِیمُونَ الصَّلاَةَ وَیُؤْتُونَ الزَّکَاةَ وَهُمْ رَاکِعُونَ

“Sizin rəhbər və vəliniz yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”

Şiə və sünnülərin təfsir, tarix və rəvayət kitablarında qeyd olunur ki, bu ayə Əli (əleyhis-salam)-ın öz üzüyünü namazda – rüku halında sailə (dilənçiyə) verdiyi zaman nazil olmuşdur. Bu ayənin xarici nümunəsi Əli ibni Əbi Talibdən başqa heç kəs deyildir. Deməli, o həzrətin adı Quranda aşkar şəkildə gəlməsə də, o həzrətə dair aşkar işarələr mövcuddur.

O həzrətin adının Quranda aşkar deyilməməsinin səbəbinə gəldikdə isə, heç olmasa iki cavab vermək olar. Əvvəla: Quranının bəyanı bu əsasdadır ki, məsələləri külli şəkildə, ümumi qayda və prinsiplər şəklində bəyan edir, amma onun incəliklərini və xırdalıqlarını bəyan etmir.

İmam Sadiq (əleyhis-salam)-dan “nə üçün imamların adları Quranda gəlməmişdir?” - deyə sual olunan zaman buyurdu: “Allah-taala namaz, zəkat və həcci əsl bir prinsip və külli qanun şəklində nazil etmiş, amma onun xırdalıqlarını bəyan və şərh etməmişdir; bu əməllərin yerinə yetirilmə qaydalarını və hökmlərini dəqiq şəkildə, incəliklərinə qədər Peyğəmbər (səlləllahu əleyhi və alih) bəyan etmişdir. Vilayət barəsində də Peyğəmbərin özü həzrət Əli (əleyhis-salam)-ın və Əhli-beytin xilafətini aşkar bəyan etmişdir. Amma Quranda onların tək-tək adlarının zikr olunmasına ehtiyac yox idi.

İkincisi, belə məsələlər qarşısında çoxlu müxalifət ehtimalı verildiyi üçün məsləhət Quranın belə mühüm mətləbi aşkar olmayan şəkildə – işarə və kinayə ilə bəyan etməsin itələb edirdi. Çünki ehtimal verilirdi ki, imamların imaməti məsələsi ilə müxalifət hüdudları Quranın özü və dinin əsli ilə müxalifətə gətirib çıxartsın. Belə olan halda şübhəsiz, bu iş müsəlmanların xeyrinə və məsləhətinə olmayacaqdı. Yəni əgər Əli ibni Əbi Talib (əleyhis-salam)-ın vilayəti bir ayədə aşkar bəyan edilsəydi, çox hallarda onun vilayəti ilə müxalif olanlar məhz o həzrətlə müxalif olduqlarına görə, həmin ayəni təhrif edər, yaxud Qurandan çıxarardılar. Bu zaman İslamın sonuncu din və Quranın sonuncu əbədi və asimani kitab ünvanı ilə dəyəri aradan gedəcək, hörməti pozulacaqdı.

Halbuki, Allah-taala Quranda buyurur: “Həqiqətən Biz Quranı nazil etdik və Özümüz də onu qoruyub hifz edəcəyik.” Quranın qorunub-saxlanma yollarından biri də budur ki, müxalifət və təhrif stimullarını təbii olaraq aradan qaldırsın. Buna görə də əvvəla, o həzrətin vilayəti tam aşkar şəkildə və adı ilə göstərilməmişdir. İkincisi, Əli (əleyhis-salam)-ın vilayətinə, eləcə də o həzrətin vilayətinin rəsmi olaraq təbliğ edilməsi ilə əlaqədar olan “Təbliğ” ayəsi, Əhli-beytin ismət və paklığını göstərən “Təthir” ayəsi zahirdə nəzərdə tutulan mövzu ilə heç bir əlaqəsi olmayan ayələrin arasında yerləşdirilmişdir ki, təhrif və dəyişiklik məqsədləri mümkün qədər aradan qalxsın, tarix boyu bu səmavi kitab hər növ dəyişiklikdən amanda qalsın.

Ətreaflı cavab

Əvvəldə bir neçə məsələyə diqqət yetirmək lazımdır: Əvvəla, məsum imamların, xüsusilə həzrət Əli (əleyhis-salam)-ın mübarək adları Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında aşkar şəkildə və bir neçə dəfə qeyd olunmuş, o həzrət  özündən sonra Əlinin canişinliyini və vilayətini aşkar qeyd etmişdir. Onun birincisi besətin əvvəllərində, risalətini öz yaxın qohum-əqrəbalarına təbliğ etdiyi zaman idi. Belə ki, həzrət o məclisdə buyurmuşdu: “Mənə iman gətirən ilk şəxs vəsim, vəzirim və canişinim olacaqdır”. Bu zaman həzrət Əli (əleyhis-salam)-dan başqa heç kəs müsbət cavab verməmiş və Peyğəmbər də yığıncağın axırında buyurmuşdu: “Sən məndən sonra vəsim, vəzirim və xəlifəm olacaqsan.”[1]

Digər bir hədis isə Peyğəmbərin Qədir-xumda aşkar şəkildə buyurduğu bu kəlamdır: “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.”[2]

Həmçinin “mənzilət” hədisində həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli (əleyhis-salam)-a xitabən buyururdu: “Sənin mənə olan münasibətin Harunun Musaya olan münasibəti kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”[3]

Həzrət Əli (əleyhis-salam)-ın xilafət və canişinliyi ilə əlaqədar buyurulan hədislər əksər hallarda mütəvatirdir və bu məsələyə sünnü və şiə kitablarının çoxunda işarə olunmuşdur.[4]

Digər bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) məsum imamların adlarını – Həzrət Əlidən Həzrət Höccətə (əleyhimus-salam) qədər – Cabir ibni Əbdüllah Ənsariyə buyurmuşdur.[5]

Deməli, nəzərə almaq lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə deyilməsə də, Quranın aşkar buyruğu ilə bütün sözləri haqq və vəhy olan bir şəxsiyyət – Peyğəmbəri-Əkrəm[6] onların adlarını tam aşkar şəkildə bəyan etmiş, onların canişinliyinə və imamət məqamlarına təkid etmişdir.

İkincisi: Qurani-məciddə Əli (əleyhis-salam)-ın vilayətinə dair işarələr vardır. O həzrətin adı aşkar deyilməsə də, bütün müfəssirlər – istər şiə, istərsə də sünnü müfəssirləri – yekdil fikirdədirlər ki, “Maidə” surəsinin 55-ci ayəsi Əli (əleyhis-salam)-ın barəsində nazil olmuşdur və ondan başqa heç bir nümunəsi yoxdur:[7] “Sizin rəhbəriniz və mövlanız yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”

Diqqət yetirmək lazımdır ki, islamda insanın rüku halında zəkat verməsinin vacibliyini göstərən bir göstəriş və qanun yoxdur. Deməli, bu ayə xarici aləmdə bircə dəfə baş verən bir gerçəkliyə işarə edir, bu da Əli (əleyhis-salam)-ın öz üzüyünü rüku halında dilənçiyə verməsi olmuşdur. Belə ki, həzrət Əli rüku halında olarkən işarə etdi və dilənçi gəlib üzüyü onun barmağından çıxardaraq getdi.[8] Buna görə də ayədə buyurulur: “Sizə vilayət və rəhbərlik yalnız və yalnız[9] Allah, Onun Peyğəmbəri və Əlinin öhdəsinədir və onlardan başqa heç kəsin sizə vilayət haqqı yoxdur.”

Bura qədər aydın odu ki, məsum imamların adı Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in mübarək dilində aşkar şəkildə deyilmiş, Quranda da Əli (əleyhis-salam)-ın vilayətinə dair üstüörtülü, kinayəli işarələr gəlmişdir. Belə ki, haqq-həqiqəti axtarmaq məqamına gələn tədqiqatçı və insaflı bir şəxs azacıq tədqiqat və araşdırılma ilə başa düşər ki, Peyğəmbərin özündən sonra imamət və canişinlik barəsindəki nəzəri – Əli (əleyhis-salam) və onun pak, mütəhhər övladlarının xilafəti olmuşdur. Amma imamların adlarının nə üçün Quranda aşkar deyilmədiyinə gəldikdə isə, bunu iki dəlili ola bilər:

1. Quranın bəyan üslubu belədir ki, məsələləri külli şəkildə bəyan edir, onun incəliklərinə dəxalət edərək şərh etmir. Belə ki, üsuli-din və fürui-dinin əksər məslər belədir.

Bu cavab imam Sadiq (əleyhis-salam)-dan nəql olunan bir rəvayətdə[10] təqdim olunur. İmam bu kəlamın təkidi üçün üç misal göstərir: Biri budur ki, Quran namaz məsələsini külli şəkildə irəli çəkir və necə qılınmalı olduğunu, hər namazın neçə rəkəti olduğunu heç vaxt buyurmur. Lakin Peyğəmbər (səlləllahu əleyhi və alih) namazın qılınma qaydasını, rəkətlərinin sayını müsəlmanlar üçün bəyan edir. Digəri isə zəkat məsələsidir. Quranda o, ümumi bir prinsip (və şəri qanun) şəklində bəyan edilir. Peyğəmbər isə zəkatın hansı şeylərə düşməsini, hər birinin nisab hədinin nə qədər olduğunu təyin edir. Üçüncü isə həcc məsələsidir. Quranda yalnız onun vacib olması deyilir, Peyğəmbər isə onun yerinə yetirilmə qayda-qanunlarını şəxsən müsəlmanlara təlim verib bəyan edir.[11]

Deməli, Quranın bütün hallarda məsələlərin tam incəliklərinə qədər bəyan etməsini təvəqqe etmək yersiz bir təvəqqedir. İmamət və xilafət məsələsində Əhli-beytin adlarının bir-bir və aşkar şəkildə çəkilməməsi isə Əhli-beyt məktəbinə sarılmağın vacib olmamasına dair bir dəlil deyildir. Necə ki, zöhr namazının dörd rəkət olması Quranda gəlmədiyini bəhanə edərək onu tərk etmək və ya iki rəkət qılmaq olmaz. Eləcə də həcdə yeddi təvaf yerinə yetirilməsi Quranda gəlmədiyi üçün təvafı və ya həcci tərk etmək olmaz.

2. Çoxlarının müxalifət etməsi ehtimal verilən belə məsələlərdə məsləhət bunu tələb edir ki, Quran mətləbi aşkar (birbaşa) olmayan vasitələrlə bəyan etsin. Çünki ehtimal verilir ki, Əli (əleyhis-salam)-ın imamət məsələsi ilə müxalifətin hüdudları Qurani-məcidin özü ilə müxalifətə də gətirib çıxarsın, bu da şübhəsiz, müsəlmanların məsləhətinə olmazdı.

Əlbəttə, diqqət yetirmək lazımdır ki, Quranın özü “həqiqətən Biz onu nazil etdik və Biz də onu qoruyub hifz edəcəyik” deyə buyurmuşdur.[12] Bu müqəddəs kitabın təhriflərdən, artırıb-azaldılmadan qorunma yollarından biri də elə şəkildə bəyan olunmasıdır ki, onun təhrif edilib dəyişdirilməsi üçün mövcud olan stimullar özünü zahirdə müsəlman kimi göstərən münafiqlərdən alınsın, hər hansı bir şəxs, yaxud qrup həva-həvəsə itaət, yaxud şəxsi ixtilaflar ucbatından Quranı təhrif etməsin və ya heç olmazsa, öz istəkləri əsasında yozmasınlar, nəticədə Quranın hörməti və dəyəri aradan getməsin.[13]

Ustad şəhid Mütəhhəri (r) öz bəyanında bu cavabı aşağıdakı şəkildə qələmə alır: “Nə üçün Əli (əleyhis-salam)-ın imamət və xilafəti Quranda dəqiq şəkildə və şəxsən adı ilə bəyan olunmamışdır?” - sualına gəldikdə isə, belə cavab verilir ki, əvvəla: Quranın əsası məsələləri ümumi prinsip və küllü qaydalar şəkilində bəyan etməkdir. İkincisi, Allah-taala, yaxud Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) müəyyən insanların həvayi-nəfslərinə tabe olduqları üçün müxalifətə qalxacaqları bir məsələni aşkar şəkildə irəli çəkmək istəməmişdir. Hətta məsələnin irəli çəkildiyi formanı da bu kimi insanlar müəyyən yollarla yozaraq öz şəxsi fikirlərini tətbiq etmiş və demişlər ki, Peyğəmbərin məqsədi filan-filan şeylərdir. Yəni əgər bu xüsusda aşkar şəkildə bir ayə nazil olsaydı, yenə də onu başqa mənalara yozacaqdır. Peyğəmbərin aşkar şəkildə buyurduğu “Bu Əli sizin mövlanızdır” kəlamından da aşkar bəyan tapmaq olarmı?! Lakin o həzrətin bu qədər aşkar şəkildə buyurduğu kəlamı yerə vurmaqla, onun vəfatından sonra Quranın aşkar bəyanını  yerə vurmaq tam ayrı-ayrı şeylərdi. Mən həzrət Əli (əleyhis-salam)-ın xilafəti dövründə baş verən bir hadisəni “Xilafət və vilayət” kitabının müqəddiməsində nəql etmişəm: Yəhudi bir şəxs islamın əvvəllərində baş verən xoşagəlməz hadisələri onların üzünə çəkərək  bütün müsəlmanları təhqir etmək istəyirdi (insafla desək, təhqir etməyə də yeri vardı). O, həzrət Əli (əleyhis-salam)-a dedi: – Hələ Peyğəmbərinizin dəfn işi qurtarmamışdı ki, onun barəsində ixtilaf etdiniz!

Əli (əleyhis-salam) buyurdu:

اِناَّ اخْتَلَفْنٰا عَنْهُ لاَ فِیهِ وَ لـٰکِنَّکُمْ مَاجَفَّتْ اَرْجُلُکُمْ مِنَ الْبَحْرِ حَتَّى قُلْتُمْ لِنَبِیِّکُمْ: اِجْعَلْ لَنَا اِلـٰهًا کَمٰا لَهُمْ آلِهَةٌ. فَقٰالَ: اِنَّکُمْ قَوْمٌ تَجْهَلُونَ

“Biz Peyğəmbərin barəsində ixtilaf etmədik; bizim ixtilafımız Peyğəmbərdən bizə gəlib çatan göstəriş barəsində idi. Lakin siz dəryadan keçəndən sonra hələ dəryanın ayaqlarınızda qalan suyu qurumamış peyğəmbərinizdən istədiniz ki, tövhidin ilkin prinsipini ayaq altına qoyasınız! Siz dediniz ki, “bunların malik olduqları büt kimi bizim üçün də bir büt düzəlt!” Deməli, bizim üçün baş verənlərlə sizin üçün baş verənlər arasında çox dərin fərqlər vardır; biz Peyğəmbərin özünün barəsində ixtilaf etmədik, ixtilafımız sadəcə Peyğəmbərin buyurduğunun məfhum və mahiyyətinin nə olmasında idi! Bunların arasında çox fərq vardır:  bir işi hər bir halda yerinə yetirsələr, xaricdə onun izahı belə olsun (nəinki, həqiqətdə də belə olmuş olsun) və desinlər ki, onlar bu xətaya düsünlər və güman etsinlər ki, Peyğəmbərin məqsədi bu imiş. Nəticədə Peyğəmbərin kəlamını bu şəkildə izah etsinlər. Yaxud desinlər ki, Quranın aşkar buyruğunu kənara qoydular, yaxud Quranı təhrif etdilər.”[14]

Demək olar ki, məsum imamlarının adının, heç olmazsa, Əli (əleyhis-salam) adının Quranda aşkar şəkildə deyilməməsinin ilk əsas məqsədi Quranın təhrifdən və azaldılıb-çoxaldılmaqdan qorunması olmuşdur. Gördüyünüz kimi “Təthir” ayəsi,[15] “Təbliğ” ayəsi,[16] və “Vilayət” ayəsi[17] Peyğəmbərin qadınlarına aid olan ayələr arasında, yaxud kitab əhli ilə dostluq edilməsinin hökmlərini bəyan edən ayələrin arasında gəlmişdir ki, zahirdə məsum imamların vilayəti ilə heç bir əlaqəsi yoxdur. Lakin tədqiqatçı bir şəxs azacıq diqqət yetirməklə başa düşür ki, ayələrin bu cür düzümü əvvəldəki və sonrakı ayələrdən tamamilə fərqlidir ki, müəyyən məqsədlə həmin yerdə yerləşdirilmişdir.[18]



[1] İbni Bitriq, “Əl-umdə”, səh. 121 və 133; Seyid Haşim Bəhrani, “Ğayətul-məram”, səh. 320; Əllamə Əmini, “Əl-qədir”, 2-ci cild, səh. 278

[2] Bu hədis mütəvatirdir və sünnü-şiələrin kitablarında gəlmişdir. Dəyərli “Əl-qədir” kitabında bu hədisin raviləri başda altmış nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi olmaqla 14-cü əsrə qədər (hər bir əsrdə) qeyd olunmuşdur. Belə ki, sünnü kitablarında onlar bu hədisin raviləri hesab olunur və adları kitablarda qeyd olunmuşdur. Həmçinin Mərhum Mir Hamid Hüseyninin “Əbəqat” kitabında “Qədir” hədisinin mütəvatir olması sübuta yetirilmişdir. Bax: “Əl-qədir”, 1-ci cild, səh. 14-114; İbni Məğazili, “Mənaqib”, səh. 25-26; Mütəhhəri, Mürtəza, “İmamət və rəhbərlik”, səh. 72-73

[3] “Əl-umdə”, səh. 173-175; Əhməd ibni Hənbəl, “Müsnədi Əhməd”, 3-ci cild, səh. 32; “Əl-qədir”, 1-ci cild, səh. 51, 3-cü cild, səh. 197-201

[4] Əli (əleyhis-salam)-ın imaməti ilə əlaqədar hədislərin mütəvatir olması “Əl-qədir” və “Əbəqat” kitablarında çoxlu yorulmaz səylərlə isbat olunmuşdur. Sünnü alimlərindən olan Fazil Quşçi də bəzi rəvayətlərin mütəvatir olmasını rədd etmir. Bax: Xacə Nəsirəddin Tusinin (r) yazdığı “Təcridul-etiqad” kitabına Quşçinin şərhi

[5] Məhəmməd ibni Həsən Hurr Amili, “İsbatul-Hudad”, 3-cü cild, səh. 123; Süleyman ibni İbrahim Qənduzi, “Yənabiul-məvəddət”, səh. 494; “Ğayətul-məram”, 10-cu cild, səh. 267; Misbah Yəzdinin “Əqaid təlimləri”ndən nəqlən, 2-ci cild, səh. 185

[6] “Nəcm” surəsi, 3 və 4

[7] Bax: Təfsir kitabları, sözügedən ayənin təfsirində: Fəxruddin Razi, “Təfsiri Kəbir”, 12-ci cild, səh. 25; "Təfsiri-nümunə", 4-cü cild, səh. 421-430; Cəlaləddin Süyuti, “Durrul-mənsur”, 2-ci cild, səh. 393.

Həmçinin bu hadisə sünnülərin rəvayət kitablarında da nəql olunmuşdur: “Zəxairul-uqba”, Mühubbudin Təbəri, səh. 88; Cəlaləddin Süyuti “Lubabun-nuqul”, səh. 90; Əlauddin Əli Müttəqi, “Kənzul-ummal”, 6-cı cild, səh. 391 və digər sünnü alimlərini qeyd etmək olar ki, onların bəziləri "Təfsiri-nümunə”, 4-cü cild, səh. 425-də qeyd olunmuşdur.

[8] Ustad Mütəhhərinin “İmamət və rəhbərlik” kitabının təhlilindən, səh. 38

[9] Nəhv (sintaktika) alimlərinin dediyinə görə “innəma” kəlməsi həsrə dəlalət edir. Bax: “Muxtəsərul-məani”

[10] Kuleyni, “Kafi”, “höccət” kitabı, “ma nəssəllahu və Rəsuluhu ələl-əimməti vahidən fəvahidən” babı, 1-ci cild

[11] Rəvayətin mətni belədir:

عَنْ اَبِى بَصِیرٍ قٰالَ: سَاَلْتُ اَبَا عَبْدِ اللهِ (ع) عَنْ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ "اَطِیعُوا اللهَ وَ اَطِیعُوا الرَّسُولَ وَ اُولِى الْاَمْرِ مِنْکُمْ"، فَقٰالَ (ع) نَزَلَتْ فِى عَلِىِّ بْنِ اَبِى طَالِبٍ وَ الْحَسَنِ وَ الْحُسَیْنِ فَقُلْتُ لَهُ: اِنَّ النَّاسَ یَقُولُونَ: فَمَا لَهُ لَمْ یُسَمِّ عَلِیاًّ وَ اَهْلَ بَیْتِهِ فِى کِتَابِ اللهِ عَزَّ وَجَلَّ؟ قٰالَ (ع) قُولُوا لَهُمْ: اِنَّ رَسُولَ اللهِ نَزَلَتْ عَلَیْهِ الصَّلاَةُ وَ لَمْ یُسَمِّ اللهُ لَهُمْ ثَلاَثاً وَ اَرْبَعًا، حَتَّى کاَنَ رَسُولُ اللهِ هُوَ الَّذِى فَسَّرَ لَهُمْ ذٰلِکَ .وَ نَزَلَتْ عَلَیْهِ الزَّکَاةُ وَ لَمْ یُسَمِّ لَهُمْ مِنْ کُلِّ اَرْبَعِینَ دِرْهَماً، حَتَّى کَانَ رَسُولُ اللهِ هُوَ الَّذِى فَسَّرَ لَهُمْ ذٰلِکَ .وَ نَزَلَ الْحَجُّ فَلَمْ یَقُلْ لَهُمْ طُوفُوا اُسْبُوعاً حَتىَّ کَانَ رَسُولُ اللهِ هُوَ الَّذِى فَسَّرَ لَهُمْ ذٰلِکَ.

[12] Bu məsələni ustad Hadəvi Tehrani özünün “İctihadın kəlam əsasları” dərs yığıncağında təqdim etmişdir ki, “İctihadın kəlam əsasları” kitabının 2-ci cildində çap olunacaqdır.

[13] Yenə orada

[14] “İmamət və rəhbərlik”, səh. 109-110, 27-ci çap, “Sədra” nəşriyyatı, Tehran, 1381 (2002)

[15] “Əhzab” surəsi, ayə: 33 إِنَّمَا یُرِیدُ اللَّهُ لِیُذْهِبَ عَنکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیرًا

“Həqiqətən Allahın iradəsi bu olmuşdur ki, hər növ (zahiri və batini) çirkinliyi siz Əhli-Beytdən uzaqlaşdırsın və sizi pak-pakizə qərar versin.” Bu ayə Peyğəmbərin qadınları ilə əlaqədar nazil olan ayələrin arasında yerləşdirilmişdir.

[16] “Maidə” surəsi, ayə: 67 “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanları bəyan et; əgər etməsən, risaləti yerinə yetirməmişsən.” Bu ayə murdar olmuş heyvan və haram ətlərlə əlaqədar nazil olan ayələrin arasında yerləşdirilmişdir.

[17] “Maidə” surəsinin 55-ci (“innəma vəliyyukumullah...”) ayəsi yəhudi və məsihilərlə dostluq etməməklə əlaqədar ayələrin arasında yerləşdirilmişdir.

[18] Bu məsələ də ustad Hadəvi Tehraninin “İctihadın kəlami əsasları” dərslərindən əldə olunur ki, kitabın 2-ci cildində çap olunacaqdır.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163824 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158959 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118703 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111839 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105521 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92546 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54109 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49313 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44898 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44348 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...