Ətraflı axtarış
Baxanların
11525
İnternetə qoyma tarixi: 2011/09/04
Sualın xülasəsi
İbn Ərəbinin İmam Zaman (ə.c) barəsində baxışı nədən ibarətdir?
Sual
Belə deyilir ki, Mühyəddin İbn Ərəbinin İmam Zamana inancı olmuşdur, bu barədə bizi məlumatlandırmanızı xahiş edərdik.
Qısa cavab

Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə dolu olan bir zaman baş verər və o, dünyanı düzlük və ədalətlə doldurar. Əgər dünyanın ömründən bir gündən artıq qalmasa belə, Allah həmən günü o qədər uzadar ki, o xəlifə hakimiyyətini sürsün. O, Rəsulullah (s)-in xanədan və sülaləsindəndir, cəddi Hüseyn ibn Əli ibn Əbu Talibdir”.

Bu məşhur alimin qələmə aldığı əsərlərdən biri də “Əl-viail-məxtum əlas-sirril-məktum” traktatıdır. Bu əsər Həzrət Məhdi (ə.c)-in mütləq hakimiyyətinin sonu və o Həzrətin zühuru haqqında qələmə alınmışdır.

İbn Ərəbinin Həzrət Məhdi  (ə.c) ilə bağlı fikir və inancları şiələrin fikir və inancları kimidir. Belə ki, yazır: Məhdi (ə.c) İmam Həsən Əskəri (ə)-ın övladıdır. 255-ci ilin şaban ayının ortasında dünyaya gəlmişdir. O, İsa ibn Məryəm (ə) ona qoşulana kimi diri qalacaqdır.

O, həmcinin Həzərt Məhdi (ə)-ın ismət məqamına malik olması və elminin Allah tərəfindən əta edilməsi fikrindədir.

Ətreaflı cavab

Mühyəddin ibn Ərəbinin (hicri qəməri 560-638) əsl adı Məhəmməd ibn Əli ibn Məhəmməd ibn Əhməd ibn Abdulla Hatəmi-Tayidir; Mühyəddin adı ilə tanınmışdır. Künyəsi İbn Ərəbi, ləqəbi Şeyxi-əkbərdir.

Mühyəddin Ərəbi islam dünyasının böyük ariflərindən biri, ürfan elmləri və nəzəri ürfanın təsisedicisidir. O, böyük müsəlman dünyasının geniş yaradıcılığa malik yazıcılarındandır. Ürfan alimləri arasında misilsiz və bu günə kimi rəqibsizdir. Onun əsərlərinin əsl mövzusunu ürfan, ruhun müxtəlif halətlərı, qəlbi ilhamlar və ürfanı təcrübələr təşkil etdir. Eyni zamanda, hədis, təfsir, tarix, fiqh, kimya, cüfr, astronomiya, riyaziyyat elmlərində, şer və ədəbiyyat sahəsində müxtəlif əsərlərə malikdir və bu günə kimi elm aləminə onun qələmə aldığı 500-dən çox əsər məlumdur.[1] İbn Ərəbinin çoxşaxəli şəxsiyyəti və dərin fikirləri uzun əsrlər boyu bir çox elm adamlarının diqqətini özünə cəlb etmişdir.

Ayətullah şəhid Qazi “Ünsül-müvəhhidin” kitabının haşiyəsində yazır: Şiə və sünni alimləri onun haqqında üç fikir söyləmişlər: Bir dəstəsi onu kafir elan etmişdir, məsələn: Əllamə Təftazani. Bir qurupu onu böyük övliyalardan biri saymış, kamil arif və böyük müctəhidlərdən biri hesab etmişdir. Bir sıra alimlər də onun mənəvi vilayət məqamına malik olduğunu təsdiqləmış, lakin kitablarını oxumağı haram bilmişlər.[2]

Ayətullah Cavadi Amoli yazır: İbn Ərəbinin məhşurlaşdığı zamndan bu günə kimi müxtəlif firqə və məzhəblər tərəfindən onun haqqında cürbəcür mühakimələr yüyürdülmüşdür. Hər kəs öz gümanı ilə onunla dostluq və düşmınçilik etmişdir... Bəziləri onu ən yüksək mərtəbəyə qaldırmış və məsumluq dərəcəsinə çatdırmışlar, bəziləri də onu zındıqlıq həddinə endirmişlər.[3]

Əllamə şəhid Mütəhhəri yazır: Mühyəddin Ərəbi Əndəlusdan (indiki İspaniya ərazisi- tərcüməçidən) idi. Əndəlusun əhalisi nəinki təkcə sünni idilər, hətta şiələrə qarşı inadkarlıq göstərir və onların arasında nasibilik meyilləri müşahidə edilirdi. Əhli-sünnət alimlərinin arasındakı nasibi alimlər Əndəlusludurlar. Bəlkə də Əndəlusda şiə yox idi, olsaydıda çox az idi. Mühyəddin Əndəlusludur, lakin malik olduğu ürfan dühası sayəsində inanırdı ki, yer üzü heç bir zaman vəli və höcətsiz qala bilməz. Şiələrin inanclarını qəbul etmiş, imamların və Həzrət Zəhranın (s)-ın adlarını zikr edib, Həzrət Höccətə kimi saymışdır. O, iddia etmişdir ki, mən altmış neçənci ildə Həzərtlə filan yerdə görüşmüşəm.[4]

Əllamə Həsənzadə Amoli yazır: İbn Ərəbi “Əd-dürrül-məknun vəs-sirrül-məktum” kitabında yazır: Quranın əsrarı Peyğəmbərdən sonra Əmirəl-mömininin sinəsində idi. Sonra o, bir-bir imamları sayır və Həzrət Bəqiyyətullah (ə.c)-ə yetişir. [5]

İbn Ərəbi “Ünəqaü məğrib fi xətmil-övliya və şəmsil-məğrib” kitabında sonuncu övliyanın sifət, xüsusiyyətət və üstünlükləri mövzusuna töxunarkən elə səciyyələrə işarə edir ki, onları Həzərt Məhdi (ə.c) və şiələrin on ikinci imamından başqa heç bir kəsdə görmək olmaz. O, həmin kitabın sonunda açıq şəkildə xatəmül-övliyanın kim oıduğunu təyin etməyə çalışır və yazır: Şəkk yoxdur ki, İmam Məhdi əziz Peyğəmbər (s)-in xanədanındandır.[6]

O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə dolu olan bir zaman baş verər və o, dünyanı düzlük və ədalətlə doldurar. Əgər dünyanın ömründən bir gündən artıq qalmasa belə, Allah həmən günü o qədər uzadar ki, o xəlifə hakimiyyətini sürsün. O, Rəsulullah (s)-in xanədan və sülaləsindən, cəddi Hüseyn ibn Əli ibn Əbu Talibdir”.

Bu məşhur alimin qələmə aldığı əsərlərdən biri də “Əl-viail-məxtum əlas-sirril-məktum” traktatıdır. Bu əsər Həzrət Məhdi (ə.c)-in mütləq hakimiyyətinin sonu və o Həzrətin zühuru haqqında qələmə alınmışdır.[7]

İbn Ərəbinin Həzrət Məhdi  (ə.c) ilə bağlı fikir və inancları şiələrin fikir və inancları kimidir. Belə ki, yazır: Məhdi (ə.c) İmam Həsən Əskəri (ə)-ın övladıdır. 255-ci ilin şaban ayının ortasında dünyaya gəlmişdir. O, İsa ibn Məryəm (ə) ona qoşulana kimi diri qalacaqdır.[8]

O, həmcinin Həzərt Məhdi (ə)-ın ismət məqamına malik olması və elmin ona Allah tərəfindən əta edilməsi fikrindədir.[9]

Qeyd etmək yerinə düşərdi ki, bir çox böyük şiə alimləri öz kitab və traktatlarında Mühyəddin ibn Ərəbiyə istinad edərək bir sıra materiallar nəql etmişlər. O cümlədən, Əllamə Əmini “Əl-qədr” kitabında əhli-sünnət mənbələrində İmam Əli (ə)-ın fəzilətləri barəsində Peyğəmbər (s)-dən nəql edilmiş hədislər barəsində axtarışlar apararkən “Mən elmin şəhəri və Əli onun qapısıdır” hədisini İbn Ərəbinin “Əd-dürrül-məknun vəs-sirrül-məktum” kitabından nəql edir.[10]



[1] - Bax: Mühyəddin ibn Ərəbi, 572-576.

[2] - Əllamə Məhdi Nəraqi, “Ünsül-müvəhhidin”, haşiyə, s. 170.

[3] - Cavadi Amoli, “Avaye-tövhid”, s. 83-84.

[4] - Mürtəza Mütəhhəri, “Məcmueyi-asar”, c. 4, s. 944.

[5] - Məhəməd Bədiği, “Qoft-qu ba Əllamə Həsanzadə”, s. 202.

[6] - “Hidayətül-üməm”, s. 25.

[7] - “Təfsiru fatihətil-kitab”, Ustad Seyid Cəlaləddin Aştiyaninin ön sözü.

[8] - Mühyəddin ibn Ərəbi, “Hidayətül-üməm” (müqəddimə), s. 24.

[9] - “Fütuhati-məkkiyyə”, c. 6, s. 50-66.

[10] - Əl-qədr”, c.6, s. 93.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...