Please Wait
6146
Bu əməlin öz – özlüyündə maneəsi yoxdur, amma adi halda başqalarının və qonşuların əziyyətinə səbəb olarsa, yaxud bəzi məntəqələrdə camaat belə bir şəxsə laqeyid (işə can yandırmayan) insan gözü ilə baxarlarsa, bu əməlin düzgün əməl olmadığını və maneəsi olduğunu söyləmək olar. Buna görədə böyük mərcəi təqlidlər bu əməlin təsirlərinə diqqət yetirərək belə buyurublar:
Həzrəti Ayətullahul üzma Xamneyinin dəftərxanası:
Əgər başqalarının əziyyətinə, fəsad (əxlaqsızlıq) və günaha səbəb olsa, yaxud qanuna uyğun olaraq qadağan olarsa, cayiz deyil.
Həzrəti Ayətullahul üzma Məkarim Şirazinin dəftərxanası:
Çünki bu iş bəzən qonşuların əziyyətinə və haram baxışa səbəb olur, ondan çəkinin.
Həzrəti Ayətullahul üzma Safi Gülpayqani dəftərxanası:
Təkcə göyərçinin uçuşuna baxıb ondan ləzzət aparmaq günah deyil. Amma əgər eyş işrət və qeyri adi həddə olsa və insani ülvi işləri yerinə yetirməkdən saxlasa, maneəsi yodur və çoxlu günahlara səbəb olduğundan cayiz deyil.
Həzrəti Ayətullahul üzma Sistaninin dəftərxanası:
Öz özlüyündə maneəsi yoxdur.
Həzrəti Ayətullahul üzma Mehdi Hadəvi Tehraninin dəftərxanası:
Əgər quşbazlıq ağıl sahiblərinin məramı ilə birgə olsa, məsələn: göyərçenlərin vasitəsi ilə xəbərlərin çatdırılması və yaxud cücələrin çəkilməsi (cücələrin yer bə yer olunması),məkruh deyil və cayizdir. Amma əgər ağıl sahiblərinin məramı ilə birgə olmasa məkruhdur və əgər möminlərin əziyyətinə yaxud başqa haram işlərə səbəb olsa, cayiz deyil.