Ətraflı axtarış
Baxanların
8365
İnternetə qoyma tarixi: 2011/05/10
Sualın xülasəsi
Müvəqqəti əqiddə iddə saxlamağın hikməti nədir?
Sual
Müvəqqəti əqddən sonra qadının 45 gün iddə saxlamasının səbəbini bilmək istəyirəm? Məsələ yalnız "Liqahu migah"dır, yoxsa doğmayan qadın da iddə saxlamalıdır?
Qısa cavab

Yaisə qadının iddə saxlaması lazım deyil. Yaisə qadından məqsəd seyyidə olmayan (qeyri Qüreyşi) və yaşı 50- ni keçmiş (doğuş vaxtı bitmiş), seyyidə olan (Qüreyşi) yaşı 60- ı keçmiş qadınlar nəzərdə tutulur. Amma sonsuz qadınlar yaisə (doğuş vaxtı bitmiş) sayılmadıqları üçün evləndikdən sonra iddə onlara vacib olur.

Amma bunun fəlsəfəsi barəsində hədislərdə və ayələrdə dəqiq məlumat verilmişdir.

Sadəcə şəri vəzifə ünvanında hökm olaraq qayda olunmuşdur. Belə ki, onun hikmətini hökmündən başa düşmək olar.

Müvəqqəti əqiddə iddə saxlamağın bəzi kikmətlərini aşağıda qeyd edirik:

1). Əgər qadın bu müddətdə hamilə olsa uşağın atası məlum olsun.

2). İddə saxlamağın sağlamlıq cəhətindən (xəstəlikdən qorunmaq üçün) qadına olduqca çox faydası vardır.

3). İddə saxlamaq qadının həvəslərinin qaşısını almaq üçün bir vasitədir. Yəni arada fasilə olmasa bu hiss həddini aşar.

4). Allah- Taala bu hökümdə qadının şəxsiyyətini nəzərə almışdır. Bu qadının fərdi və ictimai hüququdur ki, insanlar ona ticarət malı kimi deyil, insan kimi baxsınlar.

Ətreaflı cavab

Bu zamana kimi elm şəri hökümlərin fəlsəfəsini və səbəbini tam araşdırıb bir nəticəyə gələ bilməmişdir. Alınan nəticələr və kəşflər şəri hökümlərin səbəbini və fəlsəfəsini tam əhatə edə bilməmişdir. Əksinə bir neçə amilin bir hissəsini tapa bilmişdir. Deməli şəri hökümlərin fəlsəfəsi çox dərin olduğundan elm ona çata bilməmişdir. Yalnız həkim olan Allah bunun səbəbini bilir və bəyan edir. Bu səbəbdən də biz bəzi şəri hökümləri araşdırıb ondan söhbət açırıqsa bu o demək deyil ki, biz onu tam əhatəli şəkildə bəyan edirik. Əksinə onun bizə aydın olan tərəfindən danışırıq.

Həmçinin hər hansı bir hökmün fəlsəfəsini araşdırırıqsa bu onun tam fəlsəfəsi deyildir. Çünki əsli hikmət Allahın yanındadır. Hər bir halda qadın yaisə olmasa müvəqqəti əqiddən sonra ona iddə saxlamaq vacibdir.[1] (Əlbəttə yaxınlıq baş verərsə). Ayətullah Xumeyni bu barədə buyurur: "Doqquz yaşı tamam olmuş qız müvəqqəti əqd edərsə, vaxtı bitdikdən sonra əgər heyz (aybaşı) olursa iki heyz gözləməli (yəni iki dəfə heyz olmalı) heyz olmursa qırx gün gözləməlidir.[2] Bu müddət tamam olduqdan sonra ərə gedə və siğə edə bilər".[3]

Amma yaisə (doğuş vaxtı keçmiş qadın) qadına iddə saxlamaq vacib deyil. Həmçinin yaisə qadından məqsədimiz əlli yaşı tamam olmuş seyyidə olmayan və altımış yaşı tamam olmuş seyyidə qadınlardır. Amma doğa bilməyən qadınlar yaisə sayılmaz. Bu səbəbdən də onlara iddə saxlamaq vacibdir.[4]

Amma "nə üçün müvəqqəti əqd edən iddə vacibdir" sualına yalnız məlumatımız çərçivəsində cavab verə bilərik.

Onların birinə işarə edirik:[5]

1). Qadının iddə saxlamağının əsas faydalarından biri budur ki, əgər o qadın uşağa qalarsa onun atası kamil surətdə aydın olsun. Əgər belə olmazsa uşağın atasının kimliyi məlum olmaz. Həmçinin irs məsələsinin məlum olmasında atanın kimliyi zəruridir. Uşaq kimindirsə ondan irs aparmalıdır.

2). İddənin saxlanması gigeyena qaydaları və hər iki tərəfin sağlamlığı üçün olduqca faydalıdır. Bildiyimiz kimiən qorxulu xəstəliklərdən biri də cinsi əlaqədən yaranan xəstəliklərdir. Bunun da əsas səbəbi qadının fasiləsiz olaraq müxtəlif insanlarla əlaqədə olmasıdır

3). Bu fasilə qadında və kişidə cinsi istəklərin kontrol olması üçün çox faydalıdır. Bu yerdə sağlamlıq mövzusu da olduqca ciddiyyət tələb edir ki, bu barədə sosioloqların və tibb mütəxəssislərinin fikirlərini öyrənmək faydalı olardı.[6]

4) Təbiidir ki, Allah Taala əhkam qanunlarında öz bəndəsinin şəxsiyyətini nəzərə almışdır. Belə ki, Allah- Taala bu hökümdə qadının ictimai və fərdi şəxsiyyətini nəzərə almışdır. Qadın iddə saxlamaqla öz şəxsiyyətini qorumuş olur. Yəni qadın ictimaiyyətdə iş yeri və ya ticarət əşyası olmaq təhlükəsindən nicat tapır. Hər halda bu qanuna riayət etmək qadına bir növ ictimai şəxsiyyət bəxş edir. Çünki İslam dini qadını ictimai şəxsiyyət və hüquq baxımından kişilərdən fərqləndirməmişdir.

Bütün bu saydıqlarımız müvəqqəti əqiddə iddənin saxlanma səbəbləri idi ki, öz elmimiz çərçivəsində bəyan etdik. Amma bunun əsil səbəblərindən və fəlsəfəsindən yalnız ulu Tanrı agahdır.



[1] - Tozihul- məsail, İmam Xumeyni, cild 2, səh 896, 48- ci məsələ.

[2] - Tozihul- məsail, İmam Xumeyni, cild 2, səh 526, 2515- ci məsələ.

[3] - Tozihul- məsail, İmam Xumeyni, cild 2, (Məkarim) 2515- ci məsələ, səh 526.

[4] - Məcməül- məsail (Gülpayqani) cild 2, səh 161, sual 451.

[5] - Bu hikmətlərdən bəzisi sonsuz və sonsuz olmayan qadınlara da aid edilir.

[6] - Dini suallara cavab mərkəzi.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...