Ətraflı axtarış
Baxanların
11103
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
“Ğüfeylə” namazının fəziləti və o namazı qılmaqla Yezidin bağışlana bilməsi barəsindəki hədis səhihdirmi?
Sual
“Ğüfeylə” namazı barəsində belə bir şey eşitmişəm: Yezid imam Səccad (əleyhis-salam)-dan soruşdu: “Mən Allahın Rəsulunun oğlunu öldürmüşəm... Nicat tapmağın mümkündürmü?” İmam Səccad (əleyhis-salam) buyurdu: “Bəli, əgər “Ğüfeylə” namazını qılsan, nicat tapmağın mümkündür...” Bundan sonra həzrət Zeynəb imam Səccada dedi: “Sən atanın qatilinə nicat vermək istəyirsən?!” İmam (əleyhis-salam) buyurdu: “Mən Yezid “Ğüfeylə” namazını qılsan” dedim, lakin o (ürək ağrısına görə) heç vaxt onu qılmağa müvəffəq olmayacaqdır.” Bu söz düzdürmü və bu məsələ harada gəlmişdir?
Qısa cavab

Belə bir rəvayət mötəbər hədis kitablarında gəlməmişdir, hətta bu məzmunun oxşarını da rəvayət kitablarında görməmişik. Bundan əlavə, rəvayətə oxşayan bu sözün məzmununda da  tənqid olunası bir neçə məsələ vardır:

1. Cinayətlə ondan tövbənin necəliyi arasına tənasübün olmaması;

2. Əməldə niyyət məsələsinin nəzərə alınmaması;

3. Onun imam Səccad və həzrət Zeynəbin məqamı ilə uyğun gəlməməsi.

Ətreaflı cavab

Camaat arasında məşhur olan şeyləri araşdırarkən elə məsələlərlə qarşılaşırıq ki, səhv üzündən onları məsum imamlara (əleyhimus-salam) aid edir və onların hədislərindən sayırlar. “Ğüfeylə” namazı müstəhəb namazlardandır və onun müstəhəbliyi barəsində imamlardan bir neçə rəvayət nəql olunmuşdur.[1] Buna görə də bütün fəqihlər onun müstəhəb olmasına dair nəzər vermişlər.[2]

Sualda bu namazın fəzilətini çatdırmaq üçün qeyd olunan mətləb düzgün deyildir. Özü də belə bir şey mötəbər hədis kitablarında yoxdur, hətta bu məzmunun oxşarı da heç bir yerdə müşahidə olunmayıb. Qeyd olunan məsələnin hədis kitablarında olub-olmamasına nəzər yetirmədən rəvayətə oxşayan bu sözün məzmununu bir neçə cəhətdən tənqid edirik:

1. Cinayətilə onun tövbəsinin arasında tənasübün olmaması

Ağıl sahibləri tərəfindən qəbul olunan və şəriətdə danılmaz prinsiplərdən biri sayılan məsələ cinayətlə cəzanın tənasübü, eləcə də cinayətlə ondan tövbənin arasındakı uyğunluqdur. Misal üçün, əgər bir nəfər başqasının əmlakını icazəsiz götürsə (oğurlasa), şəriətdə də aşkar bəyan olunduğu kimi, onun tövbəsi budur ki, malı sahibinə qaytarsın, yaxud bacardığı hər bir yolla onun razılığını əldə etsin. Əgər bir kəsin qeybətini edibsə, onun tövbəsi budur ki, ya onu bu qeybətdən agah edərək halallıq alsın, ya da onun üçün xeyir-dua edərək Allahdan  bağışlanmasını istəsin. Bir kəsin abrını aparmışsa, bu böyük günahın tövbəsi budur ki, onun abır-heysiyyətini qaytarsın. Bu məsələ ilə əlaqədar çoxlu nümunələr də bəyan etmək olar. Əlbəttə, bir çox hallarda Allah-taala kiçik bir yaxşı əməllə böyük günahların cəzasından güzəştə gedir. Amma sual olunan məsələdə tənasübün olmaması o qədər qabarıqdır ki, onun üçün heç bir düzgün izah vermək olmaz.

Necə mümkün ola bilər ki, bir kəsin əli Peyğəmbər (səlləllahu əleyhi və alih) övladının və müsəlmanların haqq imamının qanına bulaşdığı halda onun bu böyük günahı “Ğüfeylə” namazını qılmaqla bağışlansın və tövbəsi qəbul edilsin?! Necə mümkün ola bilər ki, Peyğəmbər şəhərini (Mədinəni) dağıdan, müsəlmanların mal-dövlət və namusunu öz əsgərlərinə halal edən, yaxud Allah evini dağıdıb viran edən bir şəxs “Ğüfeylə” namazı qılmaqla bağışlansın?!

2. Rəvayətə oxşayan bu “rəvayətin” davamında deyilir ki, Yezid öz mənfur və çirkin əməlindən tövbə etmək üçün bu namazı qılmaq istədi, amma ürək ağrısına tutulduğuna görə onu qıla bilmədi.

Mötəbər hədislərdə deyilir ki, mömin insanın yaxşı işlər görmək barədə  niyyəti onun əməlindən yüksəkdir: istər o əməli əncam versin, istərsə də əncam verə bilməsin.[3]

Yəni çox hallarda insan yaxşı bir iş görməyə qadir olmasa da, onu görməyi niyyət etmiş olsun. Belə bir niyyət görmək istədiyi həmin əməldən üstün və yaxşıdır. Onda necə olur ki, (bu rəvayətə görə) günahdan tövbə etmək fikrində olan bir şəxs xüsusi bir əməli əncam verməyə (“Ğüfeylə” namazını qılmağa) müvəffəq olmadığı halda onun batindəki niyyəti qəbul olunmur və onun nicatına səbəb olmur?! Bəzi günahların elə ağır nəticələri vardır ki, bir şəxs onu yerinə yetirməklə zülmətli quyulara düşür, artıq tövbə iradəsini də əldən verir. Rəvayətlərdə (əlbəttə, onunla bağlı çox müfəssəl bəhslər vardır) bəzi günahlara işarə edilmişdir ki, insan onu görməklə tövbə tövfiqini də əldən verir. Belə günahlardan biri də dində bidət qoymaqdır.[4] Belə ki, bu bidət təkcə şəxsin özünü deyil, böyük bir qrupu da haqq-həqiqət yolundan çıxararaq azğınlığa və zülmətlərə sürükləyir.

Digər bir sual budur ki, ümumiyyətlə,  xəstəliyinə görə belə bir şəxsi məzəmmət etmək səhihdirmi? Necə mümkün ola bilər ki, oruc, həcc və s. fiqhi (şər’i) hökmlərdə istitaəti (fiziki cəhətdən qüdrəti) bu mühüm vacib əməllərin yerinə yetirilməsində şərt hesab edək, (belə ki, əgər bir şəxs xəstələnib oruc tuta bilməsə və oruc onun üçün zərərli olsa nəinki oruc ona vacib deyil, üstəlik onun oruc tutması da haram işdir), lakin “Ğüfeylə” namazı kimi müstəhəb bir əməli yerinə yetirməkdə  (şəxsin ixtiyarından xaricə olan) bir xəstəliyə tutulduğuna görə əfv etməmiş olaq?!

3. Bu hadisədə həzrət Zeynəbə onun məqam və şəni ilə uyğun olmayan bir mətləb aid edilir. İmam Səccad (əleyhis-salam)-ın Yezidə dediyi “Ğüfeylə” namazını qılmaq imam Hüseyni qətlə yetirməklə əlaqədar günahdan tövbənin qəbul olmasına səbəb olacaqdır” sözünə həzrət Zeynəb etiraz edərək deyir: “Sən atanın qatilini bağışlatmaq istəyirsənmi?!”

Vəhy xanədanından olan, imamətin yüksək şən və məqamını bilən həzrət Zeynəb adi bir şəxs kimi öz imamına etiraz edə bilərdimi?! Bəzən məsum imam, yaxud Allahın övliyalarından digər biri elə bir iş görür ki, zahirdə din və şəriətlə müxalif olması nəzərə çarpır. Burada nəinki əməlin həqiqəti barəsində sual və etirazın eybi yoxdur, üstəlik qəbul olunan bir məsələdir. Bu barədə  Xızır ilə yoldaş olduğu zaman Həzrət Musanın (əleyhiməs-salam) etirazını qeyd etmək olar: Xızır oğlan uşağını qətlə yetirdiyi zaman Musa etiraz edərək deyir: “Bir dəlil olmadan (günahsız) insanı öldürməməlisən!” Lakin həzrət Zeynəbin adından deyilən bu sözdə o, imam Səccad (əleyhis-salam)-ın əməllərindən birinə etiraz edir. Halbuki, əvvəla, məsum imamın ən bədbəxt insanları belə xeyrə və tövbəyə doğru hidayət etməsini təvəqqe etmək olar. İkincisi, imam Səccad (əleyhis-salam)-ın məsum imam və atasının qanının sahibi ünvanı ilə qatili bağışlamaq haqqı var idi.

4. Digər bir irad da imam Səccad (əleyhis-salam)-ın həzrət Zeynəbə verdiyi cavabdır: “Mən dedim ki, “Ğüfeylə” namazı Yezidə nicat verər, amma siz nigaran olmayın; o bu namazı qılmağa heç vaxt müvəffəq olmayacaqdır!”

Bu bir növ iğradır (aldatmadır), çünki bir nəfər öz günahlarının bağışlanması üçün məsum imamdan yol göstərməsini xahiş edir, amma imam onun bacarıqsız olduğunu bilərək heç vaxt əncam verə bilməyəcəyi bir əmələ təşviq edir. Əgər Yezid doğrudan da öz çirkin əməlindən peşman olsaydı, imam Səccad (əleyhis-salam) ona elə bir əməli deməli idi ki, onu əncam verməklə nicat tapsın.

Bundan əlavə, Yezid heç vaxt imam Hüseyn (əleyhis-salam) və onun köməkçilərini qətlə yetirməkdən peşman olmamışdı. O öz cinayətlərini bir neçə il davam etdirdi və Hirrə faciəsini törətdi. Daim öz cinayətlərinə israr edən bir şəxsin tövbəsi üçün yol göstərmək və beləliklə ümumxalq fikirlərində ona qarşı bəraət qazandırmaq üçün imamın heç bir dəlili yox idi.

 


[1] Mərhum Seyid ibni Tavus özünün “Fəlahus-sail” kitabında bu namazın fəziləti barəsində bir neçə hədis nəql etmişdir. “Fəlahus-sail”, səh. 244, “İslami təbliğat” nəşriyyatı, Qum, bi.ta

[2] Fazil Lənkərani, Məhəmməd, “Səlat” kitabı, səh. 54, Qum, 1408-ci qəməri il

[3] Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: قَالَ رَسُولُ اللَّهِ ص نِيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِه “Möminin niyyəti onun əməlindən yaxşı və üstündür.” Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 2 cild, səh. 84, “Darul-kutubil-islamiyyə”, Tehran, 1374-cü şəmsi il

[4] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il, 69-cu cild, səh. 216

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...