Please Wait
6807
Ümumiyyətlə fəqihlər arasında saxtakarlığın haram olması barəsində ixtilaf yoxdur. “Risaleyi danişçuyi” kitabında qeyd edilən imtahanda saxtakarlığın hökmünün nə olması sualına bütün Mərcələr cavabında icazə verilməməsi yönümündə olmuşdur. [1]
Bu kitabda əgər qarşı tərəfin razı olduğu halda saxtakarlıq edilərsə bunun hökmünün nə olduğu barəsində verilən suala cavab olaraq o qeyd edilmişdir ki, bütün mərcələr qarşı tərəfin razılığının bu işdə təsirli olmadığı hökmü yönümündədir. [2]
Yəni saxtakarlığın haramlılığı qarşı tərəfin razılığı ilə aradan getmir.
Bu məsələ ilə əlaqədar bəzi Mərcə təqlidlərin dəftərlərindən bir neçə sual cavabı ilə sizlərə təqdim edirik:
“Sual: Əgər şagird və ya tələbə imtahanda saxta qiymət alıb, yüksək mərhələyə qalxarsa və bu üstünlükdən istifadə edərsə, bu üstünlükdən istifadə etməyin hökmü nədir?”
Həzrət Ayətullah Xamenei: Saxtakarlıq haramdır. Lakin əgər işə daxil ola üçün lazimi ixtisas və məharətə malikdirsə və digərlərinin işə daxil olmasına maneçilik yaratmazsa, işə daxil olmaq və məvacibin alınmasının eybi yoxdur.
Həzrət Ayətullah Lənkərani: İcazə verilmir. Şəri cəhətdən bu üstünlükdən istifadə edə bilməz.
Həzrət Ayətulla Bəhcət: Bu dərsin əvəzini verməlidir.
Həzrət Ayətulla Təbrizi: Saxtakarlıq əmli yalandır və caiz deyil. Əgər bir kəs bu işi edərsə və işin müdiri olarsa ki, səriştəçilik vacib deyilsə və digərləri kimi işləyərsə eybi yoxdur. Əgər bu iş sərişdə tələb edirsə və o şəxs bu bacarığa malik deyilsə, bu müdiriyyət caiz deyil.
Həzrət Ayətullah Safi Gülpayiqani: Bütün işlərdə saxtakarlıq caiz deyil.
Həzrət Ayətullah Məkarim Şirazi: Əgər dərsin bir neçə maddəsində saxtakarlıq edərsə, baxmayaraq ki, düzgün etməmişdir. Lakin diplom alınmışdır. Təhsilin davam etdirilməsi və bu sənədlə işə daxil olmağın eybi yoxdur.
Həzrət Ayətullah Sistani: Onun istifadəsinin eybi yoxdur. Baxmayaraq ki, onun işi ( saxtakarlıq) caiz deyil.[3]
Burada onu qeyd etmək lazımdır ki, bu məsələ (saxtakarlıq) bir neçə işiə ziddir:
1. Saxtakarlıq imtahan qanunlarına müxalifətçilikdir. Qanunlara müxalifətçilik etmək isə caiz deyil.
2. Yalana səbəb olur. Çünki şagird və ya tələbə imtahan kağızını öz adına təhvil verir. Lakin bu öz biliyini nəticəsi deyildir.
3. Təkcə qarşı tərəfin razılığı etibarlı deyil. O da həmçinin bu günahda şərik hesab olunur.
4. Digər şəxslərin haqqı tapdalanır.