Ətraflı axtarış
Baxanların
8157
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Həftə içində qılınan müstəhəb namazlarla, bidət sayılan zuha namazının arasında olan fərq nədir?
Sual
Seyyid ibni Tavusdan rəvayət olan hədisə əsasən, həftə içində qılınan müstəhəb namazla ki, üfüq vaxtıyla günəş doğan vaxtının arasında qılınır, zuha namazıyla ki, bidət sayılır hansı cəhətdən fərqi vardır?
Qısa cavab

Şiə nəzərində zuha namazı bidət sayılan bir əməldir. Yalnız cümə günü istisna olunmaqla.

Sünnü məzhəbində də bəziləri onun bidət olduğunu hesab edirlər. Amma həftə daxilində olan digər namazlar bidət deyil, müstəhəb sayılır; çünki Seyyid ibni Tavus həftə daxilində müstəhəb namazlara aid olan rəvayəti zuha ünvanında deyil bəlkə həftənin günlərinin namazı ünvanında nəql etmişdir ki, başqa bir ünvandır və bildiyimiz kimi zuha namazının bidət olması o zaman olur ki, etiqadımız bundan ibarət olsun ki, bu vaxt özü- özlüyündə müstəhəb namaza şamildir. Amma əgər bir namaz başqa bir ünvanla o cümlədən "qəza namazı" "məscidin təhiyyət namazı" "həftənin günlərinin" namazları bu vaxtda qılınarsa bidət deyildir.

Ətreaflı cavab

Sualın cavabından əvvəl, bidətin termini mənasına diqqət yetirmək lazımdır:

Bidət, bir şeyi dinə nisbət vermək deməkdir, bir halda ki, əslində din və şəriətdən deyil və İslam qanunlarının və göstərişlərinin heç biriylə uyğun deyildir.[1]

A). Zuha namazının bidət olması:

Şiə nəzərində zuha namazı bidət sayılır[2] və sünnü məzhəbində də bəziləri onun bidət olduğunu bilirlər ki, aşağıda sünnü mənbələrində onun bidət oduğunu qeyd etmişdirlər:

  1. Müvərrəq Əcəli deyir: Abdullah ibni Ömərdən soruşdum: Aya uha namazını qılırsan? Dedi: Xeyr!; Dedim atan qılır? Cavab verdi; xeyir! Dedim Əbu bəkr bi namazı qılır? Dedi: Xeyr, soruşdum Allahın Peyğəmbəri (s) onu qılır?

Dedi güman etmirəm.[3]

  1. Abdullah ibni Ömər deyir: Zuha namazı bidətdir.[4]
  2. Əba Səid ibni Nafe deyir: Əbu Bəşir Ənsari, Peyğəmbərin səhabələrindən, günəş doğan vaxtı zuha namazını qıldığım zaman mənə etiraf edib bu namazı tərk etməyi tələb etdi.

Sonra dedi: Allahın rəsulu (s) buyurdu: "Zuha namazı günortaya kimi qılmayın".[5]

B). Həftənin günlərinin namazları:

Şiənin etiqadında, o hədislər ki, məsum İmamlardan (ə) rəvayət olunmuşdur, şəri hökm olmasına dəlalət edir; bunun üçün də həftə daxilində olan bütün namazlar ki, "Zuha namazından" başqa ünvanla adlanmışdırlar bidət deyil və şəri cəhətdən müstəhəb sayılırlar.

Seyyid ibni Tavus bu rəvayəti İmam Həsən Əsgəri (ə)- dan və o həzrət də babalarından rəvayət etmişdir.[6]

Bu rəvayətdə gəlmişdir:

«قال فقلت للحسن بن علي ع في أي وقت أصلي هذه الصلوات فقال ما بين طلوع الشمس إلى زوالها»

Ravi sual edir ki, nə vaxt (həftənin günləri) bu namazı qılım? Həzrət cavabında buyurur: Günəşin üfüq vaxtından çıxan vaxtına kimi.

Mümkündür bu rəvayətdən bu cür istifadə olunsun ki, bu namazlar həmin zuha namazı olsun ki, bidət hesab olunur! Amma demək lazımdır bidət odur ki, şəri cəhətdən bu vaxt üçün (günəşin üfüq saçan vaxtından çıxan vaxtına kimi) məxsus bir xüsusiyyət nəzərdə tutaq, əks halda bu vaxtda başqa bir ünvanla namaz qılmağın heç bir eybi yoxdur.

Misal üçün "məscidin təhiyyət namazı"[7], vacib namazların qızası" və yaxud "nafilə namazların qəzasını"[8] hər bir zaman qılmaq olar və "cümə gününün nafilələrini" həmin vaxtda qılmaq lazımdır ki, bu zaman "zuha namazını" qılmaq bidət sayılır.

Bu sıra rəvayətlər ki, bu namazın cümə günü qılınmasına icazə verilməsinə dəlalət edir:

  1. Süleyman ibni Xalid deyir: İmam Sadiq (ə)- dan cümə günü nafilə namazının qılınması barəsində sual etdim? Altı rəkət günəş çıxmamışdan əvvəl və iki rəkət isə gün çıxdıqdan sonra.[9]
  2. Allahın rəsulu nafilə namazın cümə günündən başqa günün çıxan və batan vaxtında qılınmasından qadağan etmişdir.[10]
  3. İmam Sadiq (ə) buyurur: Nafilə namazını günün ilk yarısında, yalnız cümə günündən başqa, qılınmır.[11]

Bunun üçün də "zuha namazı" o halda bidət sayılır ki, heç bir ünvanı olmadan ilin hər bir vaxtı bu zaman (günəşin üfüq saçan vaxtından çıxan vaxtına kimi) qılınsın.

Amma müəyyən bir ünvan və şəri dəlil çərçivəsində olarsa, bu zaman qılınması bidət sayılmır.

 


[1] - Əlavə məlumat üçün, göstərici "Bidət və onun nişaləri" Sual 1787 (sayt 2002)- ni mütaliə edin.

[2] - Kuleyni, Məhəmməd ibni Yəqub, Əl- Kafi, cild 3, səh 453. Mühəqqiq: Əli Əkbər Qəffari, Darul- kitab əl- İslamiyyə, Tehran, dördüncü çap, 1407, hicri qəməri; Səduq Qumi, Məhəmməd ibni Əli ibni Babvəhy, Mənla yəhzuruhul fəqih, cild 2, səh 137. Dəftəre intişarate İslami, Qum ikinci çap, 1413, hicri qəməri.

[3] - Məqrizi, Təqiyud- din, İmtaul- əsma bima lil- nəbiy minəl əhval vəl əmval vəl həfdətil vəl muta, cild 13, səh 18. Darul- kitab əl elmiyyə, Beyrut birinci çap, 1420 hicri qəməri; Əsəd əl- Şeybani, Əhməd ibni Məhəmməd ibn Hənbəl, Musnəd Əhməd ibni Hənbəl, cild 8, səh 377. Muhəqqiq, Şueyb əl- Ərnəut, Adil Murşid və başqaları, əl- risalət müəssisəsi birinci çap, 1421 hicri qəməri.

[4] - İmtaul- əsma bima lilnəbiyi minəl əhval vəl əmval vəl həfdəti vəl muta, cild 13, səh 18.

[5] - Musnəde Əhməd ibni Hənbəl, cild 36, səh 213.

[6] - Seyyid ibni Tavus, Cəmalul usbu, səh 40- 43, Razi nəşriyyatı, Qum.

[7] - Səduq, Məhəmməd ibn Əli, Mənla yəhzuruhul fəqih, cild 4, səh 3, hədis 4968, Cameətul müdərrisin nəşriyyatı, Qum, 1413, hicri qəməri.

[8] - Tusi, Məhəmməd ibni Həsən, Təhzibul- əhkam, cild 2, səh 175, hədis 154, Darul- kitab əl- İslamiyyə, Tehran 1365, hicri qəməri.

[9] - Həmin cild 3, səh 11 hədis 37.

[10] - Məclisi, Məhəmməd Baqir, Bəharul- ənvar, cild 80, səh 153, əl- vəfa müəssisəsi, Beyrut 1404, hicri qəməri.

[11] - Təhzibul- əhkam, cild 3, səh 13, hədis 44.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163817 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158929 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111825 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105465 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92531 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54101 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44881 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44338 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...