Please Wait
5563
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qureyş və Bəni-Zümrə qəbiləsi ilə müharibə aparmaq üçün səfər etdiyi ilk qəzvədə öz köməkçilərindən iki yüz nəfərlə şəhərdən xaric oldu, Vədan və Əvba məntəqəsinə tərəf irəliləri. Lakin Qureyşdən heç bir əsər-əlamət görmədiyindən qayıtdı. Bu qəzvəni “Vədan və Əbva qəzvəsi” adlandırırlar. Burada müharibə aparılmadığına görə təbiidir ki, bu barədə qeyd etdiyimizdən artıq məlumat verə bilmərik.
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) hicrətin ikinci ilinin səfər ayında[1] (hicrətdən 11 ay keçəndə) və digər nəqlə əsasən Mədinədə on iki ay qaldıqdan sonra[2] Səd inbi Übadəni şəhərdə öz canişini qoydu və Qureyş ilə Bəni-Zümrə qəbiləsinə tərəf hərəkət etdi. O həzrət öz köməkçilərindən iki yüz nəfərlə xaric olmuşdu. Vədan və Əbva məntəqəsinə qədər irəlilədi, lakin Qureyşdən və Bəni-Zümrdən əsər-əlamət görmədi. Yol əsnasında Məxşa ibni Əmr inbi Zümrət ibni Əbdü Mənaf ibni Kənanə o həzrətə çatıb xahiş etdi ki, onun özü ilə qövmü arasında sülh müqaviləsi (əhd-peymanı) bağlasın. Peyğəmbər onların arasında sülh bağladı və müharibə baş vermədən Mədinəyə qayıtdı.
O həzrətin hərəkətinin axır nöqtəsi olan Vədan və Əvba adlı bu iki məntəqə Mədinədən altı millik məsafədə yerləşirdi. Buna görə də bu iki səfərə Vədan və Əvba qəzvəsi deyilir. Bu, Peyğəmbərin şəxsən iştirak etdiyi ilk müharibə olmuşdur. Bu gündə islam bayrağı Həmzə ibni Əbdül-Müttəlibin əlində idi.[3]
[1] Vaqidi, “Əl-məğazi”, tərcüməçi: Məhdəvi Damğanı, Məhmud, səh. 8, Tehran universitetinin nəşr mərkəzi, ikinci çap, 1369-cu şəmsi il
[2] Təbərsi, Fəzl ibni Həsən, “E’lamul vəra”, səh. 72, "Darul-kutubil-islamiyyə", Tehran
[3] Azacıq fərqlə: İbni Xəlqin, “Tarix”, tərcüməçi: Ayəti, Əbdül-Məhəmməd, 1-ci cild, səh. 408, “Mədəni tədqiqat” müəssisəsi, birinci çap, 1363-cü şəmsi il; “E’lamul-vəra”, səh. 72; “Əl-məğazi”, səh. 8; Əllamə Məclisi, "Biharul-ənvar", 19-cu cild, səh. 187, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il