Please Wait
7329
"Əhlul- beyt" kəlməsi Qurani- kərimdə iki dəfə zikr olubdur.[1] Bir dəfə İbrahim (ə)- ın ailəsi üçün və müzakirə mövzusu olan o biri ayə də, Əhzab surəsinin 33- cü ayəsidir. Bu ayənin axırında, Allah Əhli- beytin pak edilməsinə olan iradəsindən xəbər verir. Tarix boyu bu ayəni müxtəlif cəhətlərdən İslam alimləri araşdırıblar. Bu cəhətdən biri, Əhli- beytin kimlər olduğunu müəyyənləşdirməkdir. Bu barədə əsasən neçə nəzəriyyə var ki, şiə təfsirçiləri mövcud rəvayətlərin çoxluğunu nəzərə alıb, Peyğəmbər (s)- in Əhli- beytinin həzrət Əli, Zəhra, İmam Həsən və İmam Hüseyn (ə)[2] və onların məsum övladlarının ayənin işarə etdiyi şəxslər olduğunu bildirirlər.[3]
Amma əhli- sünnə Əhli- beytin kimlər olması barəsində neçə nəzəriyyə irəli sürürlər:
- Məqsəd yalnız Peyğəmbər (s)- in həyat yoldaşlarıdır.
- Məqsəd Peyğəmbərin xanımları və həzrət Əli, Zəhra, İmam Həsən və İmam Hüseyn (ə)- dır.
- Məqsəd o şəxslərdir ki, ürfün nəzərində o həzrətin ailəsindən sayılırlar, istər arvadları və istərsə də qohumları və yaxınları, yəni, ali Abbas, ali Əqil, ali Cəfər və ali Əli.
- Məqsəd Beytul- həram əhlidir.
- Məqsəd Peyğəmbər (s) məscidinin əhlidir.[4]
3, 4 və 5- ci nəzəriyyələrin əhli- sünnə arasında o qədər də tərəfdarı yoxdur. Və bu üç nəzəriyyəni çox vaxt bəyan etmirlər. Birinci nəzəriyyə barəsində Əkrəmədən olan bir cümləyə istinad edirlər ki, bazarda qışqırıb və deyirdi: Əhli- beytdən məqsəd, yalnız Peyğəmbər (s)- in xanımlarıdır.[5] Bu nəzəriyyəni əhli- sünnə təfsirçiləri qəbul etmədi.[6] Bundan əlavə bu ya Əkrəmənin dediyi sözdür ya da İbn Abbasdan nəql olubdur. Təfsir kitablarında Əkrəmənin bu sözü Peyğəmbər (s)- lə bağlı deyil və o həzrətdən nəql olmayıbdır.
Təqribən Əhli- sünnənin bütün təfsirləri digər yerlərin açıqlanmasının kənarında bu ayənin nazil olmasının səbəbi barəsində rəvayətlər nəql ediblər ki, Əhli- beyti (ə) Peyğəmbər (s), həzrət Əli, həzrət Zəhra, İmam Həsən və İmam Hüseyn (ə) bilirlər. Onlar Ümmü Sələmə, Ali Kisa (əba) və... məşhur rəvayətləri nəql ediblər. Buna əsasən, onların hamısı, beş Ali əbanı Əhli- beytdən (ə) sayılırlar.
Nümunə olaraq, bu rəvayətlərə ya onların məzmununa işarə edən və qəbul edən Əhli- sünnənin bəzi təfsirlərinə işarə edirik:
- Fəxr Razinin təfsiri (Məfatihul- qeyb), cild 25, səh 168, Təthir ayəsinin izahında.
- İbn Əbi Hatəmin təfsiri (Təfsirul- Quranil əzim), cild 9, 3132, Təthir ayəsinin izahında.
- Nizamuddin Nişaburinin təfsiri (Təfsir qəraibil Quran və rəğaibil- furqan), cild 5, səh 460, Təthir ayəsinin izahında.
- Məhəmməd bin Cərir Təbərinin təfsiri (Camiul- bəya fi təfsiril- Quran), cild 22, səh 5, Təthir ayəsinin izahında.
- Həskaninin təfsiri (şəvahidut- tənzil liqəvaidit- təfzil), cild 2, səh 18, Təthir ayəsinin izahında, o əhli sünnənin kitablarında bu haqda olan hədisləri yaxşıca cəm edibdir.
- Suyutinin təfsiri (Əd- durrul- mənsur fi təfsiril- məsur), cild 5, səh 198, Təthir ayəsinin izahında.
- İbn Cuzinin təfsiri (zadul- məsir fi elmit- təfsir), cild 3, səh 462, Təthir ayəsinin izahında.
- İbn Ətiyyənin təfsiri (Əl- muhərrərul- vəciz) cild 5, səh 308, Təthir ayəsinin izahında.
- Bəyzavinin təfsiri (Ənvarut- tənzil və əsrarut- təvil), cild 5, səh 12, Təthir ayəsinin izahında.
- Muyuis- sünnənin təfsiri Əbu Məhəmməd əl- Hüseyn bin Məsud əl- Bəğvi (Məalimut- tənzil), cild 6, səh 350, Təthir ayəsinin izahında.
Əlaqəli göstərici:
Sual 14885 (sayt: az14656) (Əhli- beytdən məqsəd).
[1] - Əhzab, 33, Hud surəsi, ayə 73.
[2] - Təba təbayi, Əl- mizan, Mçusəvi Həmədani, cild 16, səh 465, İslami nəşrlər dəftəri, Qum.
[3] - Rəvayətlərin bəzisində, məsum İmamlar (ə) özlərini Əhli- beyt adlandırıblar. Baxın: Tusi, Təhzibul- əhkam, cild 5, səh 232, Cameul- əhadis disk proqramı.
[4] - Əl- mizan təfsirinin tərcüməsindən istifadə edlib, cild 16, səh 463.
[5] - İbn Kəsir, Təfsirul- Quranil- əzim, cild 6, səh 365, Darul- kutubul- elmiyyə, Məhəmməd Əli Bəyzunun əlyazmaları, Beyrut, 1419 Q.
[6] - Baxin: Təfsirul- Quranil- əzim, cild 6, səh 365, Fəxr Razi, Məfatihul- qeyb, cild 25, səh 168, Darul- ehyait- turas, Beyrut, 1420.