Please Wait
5771
Şeytan insanın qəddar düşmənidir, o var-gücü ilə çalışır və daim səy edir ki, bütün insanları günahlara, çirkin və yaramaz işlərə sövq etsin, bu yolla da onlarla Pərvərdigar arasında fasilə salsın, bəndələri mehriban və bağışlayan Allahdan uzaqlaşdırsın. Amma Allah-taala Özünün bütün bəndələrini, hətta günahkar bəndələrini belə sevir, onların haqqa tərəf hidayət olunub əbədi səadətə çatmalarını istəyir. Buna əsasən, günahkar şəxs heç bir şəraitdə, hətta günahları çox olsa da belə, Allahın rəhmət dərgahından ümidsiz olmamalıdır. Allah-taalanın Özü buyurur: “Ey özlərinə israf edib, böyük günahlara, çoxlu xətalara mürtəkib olanlar və öz nəfslərinizə zülm edənlər (ifrata vararaq günahda həddi aşanlar)! Allahın rəhmətindən məyus və naümid olmayın. Çünki Allah bütün günahları bağışlayır. Həqiqətən Allah günahları bağışlayan və bəndələrinə qarşı mehribandır.”
Din rəhbərlərimizdən və məsum imamlardan (əleyhimus-salam) gəlib çatan çox yüksək və dolğun mənalardan ibarət olan dualar da mehriban Allahın öz çirkin işlərindən peşman olaraq səmimi qəlbdən tövbə edən günahkar bəndələrinə xüsusi məhəbbət bəslədiyini və onlara diqqət yetirdiyini göstərir.
Şeytan insanın qəddar düşmənidir[1], o bütün səyini insanları günahlara, çirkin işlərə və yaramaz əməllərə doğru çəkməyə çalışır ki, bu yolla bəndələrlə Allah arasında fasilə salsın, bəndələri mehriban və bağışlayan Allahın dərgahından uzaqlaşdırsın. Amma Allah Özünün bütün bəndələrini, hətta günahkar bəndələrini belə, sevir, onların haqqa tərəf hidayət olunub əbədi səadətə çatmalarını istəyir.[2] Günah işlər törətmək, Allahın göstərişlərinə, əmr və fərmanlarına qarşı itaətsizlik etmək bəndə ilə Allah arasında bir müddət fasilə sala bilər, amma insan həqiqi mənada olan tövbə və peşmançılıqla öz çirkin və yaramaz əməllərindən qayıdaraq günahın ağır təsirlərini öz ruhundan paklaya, bununla da Allah-taalanın mehr-məhəbbətlə dolu olan rəhmət dərgahına qayıda bilər. Allah-taala da bu yolda ona kömək edəcək, həmişə onunla olacaq və onu tək qoymayacaqdır.
Diqqət yetirmək lazımdır ki, “Allah-taala bütün bəndələrini, hətta günahkarları da sevir” – sözünün mənası bu deyildir ki, Allah (nəuzu billah) pislikləri, günahları, habelə bəd əməl sahiblərini və günahkarları mütləq şəkildə – heç bir qeyd və şərt olmadan sevmiş olsun.[3] Əksinə, bu sözün mənası budur ki, mehriban Allah özünün səhv və xətalarının, günah və yaramaz işlərinin qəbahətini dərk edib bu yaramaz əməllərdən həqiqi mənada peşman olan və Allahın mehr-məhəbbətlə dolu dərgahına qayıdan bəndələri alqışla qarşılayır, onları Özünün lütf və mərhəmətlərinə layıq görür:
إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابينَ وَ يُحِبُّ الْمُتَطَهِّرينَ
“Həqiqətən Allah tövbə edənləri və pak olmaq istəyənləri sevir.”[4]
Buna əsasən, günahkar şəxs heç bir şəraitdə, hətta günahları çox olsa belə, gərək Allahın mərhəmətli dərgahından ümidsiz və məyus olmasın. Belə ki, Allah-taala Özü buyurur: “Ey özlərinə zülm və israf edən bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın, çünki Allah bütün günahları bağışlayır. O, çox bağışlayan və mehribandır.”[5]
Allahın rəhmət dərgahından məyus olmaq, (“daha mənim günahlarımı bağışlamayacaqdır!” deyə) Ona qarşı sui-zənn etmək ən böyük günahlardan biridir. İnsanın günahı nə qədər böyük olsa belə, bilməlidir ki, Allahın rəhmət dərgahı hər bir şeydən böyük və genişdir.
Məsum din rəhbərlərimizdən gəlib çatan və çox yüksək, ali məzlumlarla dolu olan dualar Allah-taalanın günah əməllərindən peşman olan olaraq həqiqi mənada tövbə edən bəndlərinə qarşı son dərəcə mehriban olduğunu, onlara inayət göstərdiyini çatdırır. Burada nümunə üçün bir gün neçə məqamı qeyd edirik:
1.
... وَ إِنْ كُنْتَ لَا تُكْرِمُ إِلَّا أَهْلَ الْإِحْسَانِ فَكَيْفَ يَصْنَعُ الْمُسِيئُونَ وَ إِنْ كَانَ لَا يَفُوزُ يَوْمَ الْحَشْرِ إِلَّا الْمُتَّقُونَ فَبِمَنْ يَسْتَغِيثُ الْمُذْنِبُون ...
“Pərvərdigara! Əgər Sənin lütf, mehribanlıq və kərəmin yalnız yaxşı bəndələrə şamil olacaqsa, onda pis əməl sahibləri kimə pənah aparsın?! Əgər qiyamət günü yalnız təqva sahibləri və pəhrizkarlar nicat əhli olacaqsa, onda günahkarlar kimə üz gətirsinlər?!”[6]
2.
إِلَهِي إِنْ كُنْتَ لَا تَرْحَمُ إِلَّا أَهْلَ طَاعَتِكَ فَإِلَى مَنْ يَفْزَعُ الْمُذْنِبُونَ وَ إِنْ كُنْتَ لَا تُكْرِمُ إِلَّا أَهْلَ وَفَائِكَ فَبِمَنْ يَسْتَغِيثُ الْمُسِيئُون ...
“Ey mənim Pərvərdigarım! Əgər yalnız mütilərə rəhm edəcəksənsə, onda günahkarlar kimə üz gətirsinlər?! Əgər kəramət və mərhəmətin yalnız Sənə vəfadar qalanlara şamil olacaqsa, onda günahkarlar kimə pənah aparsınlar?!”[7]
Əlaqədar görünüşlər:
“Günahdan tövbə etmək Allahın sevimli işidir”, sual 3704 (sayt 3955)
“Günahdan tövbə və ibadətlərin qəbulu”, sual 5930 (sayt 6133)
[1] “Sad” surəsi, ayə: 82: قالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعينَ ... “(İblis Allaha) dedi: Sənin izzətinə and olsun ki, bütün bəndələrini yoldan azdıracağam!”
[2] “Zümər” surəsi, ayə: 53: قُلْ يا عِبادِيَ الَّذينَ أَسْرَفُوا عَلى أَنْفُسِهِمْ لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَميعاً إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحيمُ “Ey özlərinə israf edib, böyük günahlara, çoxlu xətalara mürtəkib olanlar və öz nəfslərinizə zülm edənlər (ifrata vararaq günahda həddi aşanlar)! Allahın rəhmətindən məyus və naümid olmayın. Çünki Allah bütün günahları bağışlayır. Həqiqətən Allah günahları bağışlayan və bəndələrinə qarşı mehribandır.”
[3] “Nisa” surəsi, ayə: 117: إِنَّ اللَّهَ لا يُحِبُّ مَنْ كانَ خَوَّاناً أَثيماً “Həqiqətən Allah çox günahkar xəyanət edənləri sevmir.”
[4] “Bəqərə” surəsi, ayə: 222
[5] “Zümər” surəsi, ayə: 53
[6] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 91-ci cild, səh. 102, “Vəfa” müəssisəsi, Beyrut, 1409-cu qəməri il
[7] Yenə orada, 92-ci cild, səh. 439