Please Wait
6345
1. Azanın bərzəx aləmində deyilməsi barəsində rəvayətlərdə qeyd edilməmişfir.
2. İmam Baqirdən (ə) rəvayət olunur ki, “Peyğəmbər əkrəm (s) merac zamanı keçmiş bütün peyğəmbərlərin onun yanında olduqları zaman, Cəbrail (ə) Allahın əmri ilə onlara azan və iqamə dedi.”[1]
3. Qiyamətdə azanın deyilməsi barəsində Peyğəmbərdən (s) rəvayət nəql olunur ki, qiyamətdə bu dünyada azan deyənlər azan deyəcəklər və rəvayətdə qeyd olunur ki, bu onlar üçün hədiyyədir.
Bu hədisin suala aid olan hissəsi belədir:
Bilal Həbəşi deyir: Allahın Rəsulundan (s) eşitmişəm ki, buyurur: “...Qiyamət yetişdiyi zaman Allah taala insanları bir yerə toplayır və nurdan olan mələklərini azan deyənlərə tərəf göndərir ki, özlərində nurdan elmlər və bayraqlar vardır və atları özləri ilə dartırlar ki, cilovları yaşıl zümrüddəndir, yəhər və xurcunları əsl müşk və çox ətrlidir. Azan söyləyənlər bu atlara minirlər və onların üstündə ayaq üstə dururlar və məharətli mələklər o atları idarə edirlər. Bu zaman azan söyləyənlər özlərinin ən hündür səsləri ilə azan oxuyurlar...”[2]
[1] - Muhəmməd Baqir Məclisi, bəharul ənvar, cild 10, səh 161 və 162, əl- vəfa müəssisəsi, Beyrut, 1404 h.q.
[2] - Şeyx Səduq, mən la yəhsurul fəqih, cild 1, səh 294, came müdərrisin nəşri, Qum, birinci çap, 1404 h.q.