Please Wait
5814
- bölüşdürülməsi
Əməli əsl
“Əməli əsl” üsuli-fiqh elmində bir termindir. Onun mənası şəri hökmün təyinində şəkk yaranan zaman mükəlləfin əməli (şəri) vəzifəsini aydınlaşdıran bir qaydadan ibarətdir – dəlil və əmarə tapmadıqdan sonra. Başqa sözlə desək, əməli əsl, yaxud əməliyyə əslləri şəkk-şübhəyə düçar olan bir şəxsin əməlini və şəri vəzifəsini təyin edən prinsiplərdir. Buna əsasən, əməliyyə əsllərinin mövzusu şəkkdir. Əməli əslə “fəqahət dəlili” də deyilir. Fəqahət dəlili – zahiri hökmün əldə olunması ilə əlaqədar olan dəlildir. O da bəraət, ehtiyat, təxyir və istishabdan ibarətdir.
İctihadi dəlil
İctihadi dəlil gerçək hökmə dəlalət edən dəlilə deyilir. Onun belə adlandırılması da ictihadın tərifi ilə olan münasibətinə görədir: “gerçək hökmlər barəsində zənn əldə etmək cəhətində bütün səyləri əncam vermək.” Bu dəlil gerçək hökm barəsində zənnə səbəb olduğundan, ona “ictihadi dəlil” deyilir. Əmarəyə də “ictihadi dəlil” deyilir. İctihadi dəlil gerçək hökmün əldə olunması ilə əlaqədardır ki, o da Quran, sünnət, icma və əqldən ibarətdir.
Dəlil ilə əslin arasındakı əlaqə
Dəlil və əsl arasında heç bir təzad yoxudur. Bunlar biri digərindən sonra gəlir – tulidir. Çünki əgər bir məsələdə dəlil mövcud olarsa, şəkk üçün heç bir əsas qalmır ki, əməli əslə istinad edilsin. Dəlil ilə əslin arasında təzad yarananda dəlil ya qəti olur, ya da qeyri-qəti. Əgər dəlil qəti olarsa, şübhəsiz, heç bir əsl onun müqabilində tab gətirə bilməz. Çünki qeyd olunduğu kimi, əslin mövzusu şəkkdir, mövzunun barəsində qəti dəlil olanda şəkk aradan gedir. Əgər qeyri-qəti dəlil olarsa, misal üçün, əmarələr əməliyyə əsllərinin müqabilində qərarlaşan zaman əsl ilə əmarəninn arasında təaruz və təzad yaranır. Əksər üsul alimləri inanırlar ki, əmarələr bütün üsullardan, hətta istishabdan belə irəli keçirilir (təriqiyyət əsasında).[1]
[1] Bu iki mövzu ilə əlaqədar əlavə məlumat əldə etmək üçün üsul kitablarına, o cümlədən Şeyx Müzəffərin yazdığı “Üsuli fiqh”, Axund Xorasaninin “Kifayətul-üsul” və sair kitablara baxa bilərsəniz.