Please Wait
10595
"Əhli- beyt" deyəndə, peyğəmbər (s) ailəsindən əsas beş nəfər; həzrət peyğəmbər (s), Əli (ə), Fatimə (s) imam Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulur.
Bununla da əsas səbəbi şiə və sünni hədisçiləri tərəfindən nəql olunmuş çox sayda olan hədisıərdir. Həmçinin bu hədis, əhli sünnənin yetmiş və şiənin yetmişdən çox ən etibarlı mənbələrində nəql olunmuşdur. Bundan əlavə bəzi Quran ayələri vardır ki, Əhli- beyt peyğəmbərin bütün yaxınlarına deyil, əksinə yuxarıda adlarını qeyd etdiyimiz insanların olduğunu təsdiq edir.
"Əhli- beyt" sözü Quran, hədis və kəlam (sxolostika) elmi terminində "peyğəmbərlərin ailə"si mənasında işlədilir. Bu söz yalnız bir dəfə Qurani- kərimin Əhzab surəsinin 33- cü ayəsində işlədilmişdir.
«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا»
"Həqiqətən Allah peyğəmbər ailəsindən bütün günahı və çirkinliyi pak etmək istəyir.
"Əhl" sözünün kökü, lüğətdə ünsiyyət və yaxınlıq mənasını verir.[1] "Beyt" sözü isə bir yerdə və məkanda sakin olmaq ev mənasında işlədilir.[2]
Əhli- beyt sözü isə lüğətdə birlikdə yaxınlıq, qohumluq və kiminləsə qohum olmaq mənasını verir.[3] Amma ümumilikdə "Əhli- beyt" Sözü olduqca geniş məna daşıyır və qohumluq, din, nəsil, məskən, şəhər və vətən mənalarında işlədilir.[4]
"Əhli- beyt" sözü kəlam, (sxolostika) hədis və Quran elmləri terminində tamami ilə yuxarıda qeyd etdiyimiz mənalardan fərqli olaraq peyğəmbər (s) və bir neçə imama şamil olur. bunun da əsas səbəbi əvvəldə qeyd etdiyimiz kimi bəzi ayələr və çox sayda olan rəvayərlərdir. Əhzab surəsinin 33- cü ayəsində gəlmiş "Əhli- beyt" Sözü barəsində isə bəzi təfsirçilərin və sxolostların (mütəkəllim, teoloq) fərqli nəzərləri vardır ki, aşağıdakılardan ibarətdir:
1. Bəzi əhli- sünnət təfsirçilərinin inancına əsasən ayədəki "əhli- beyt" sözü peyğəmbərlərin qadınlarına (həyat yoldaşları) aiddir. Onların iddiasına əsasən bu ayədən əvvəlki və sonrakı ayələr bunu çatdırır. Çünki, ayənin əvvəli və axırı peyğəmbərin qadınlarından söhbət açır.
Bundan əlavə bu nəzərin təsdiqi üçün İbni Abbasdan, Əkrəmədən, Məqatildən, ibni cübeyrdən və ibni Saibdən hədislər nəql edirlər. buna nümunə olaraq Əkrəmədən (sünni alimi) belə hədis nəql edirlər ki, "bir gün Əkrəmə bazara gəlir və fəryad çəkərkən deyir: "Peyğəmbərin əhli- beyti, onun arvadlarıdır; hər kəsin bu barədə çəkki varsa mən onunla mübahisə və mübahilə edə bilərəm.[5]
Bəzi əhli- sünnət təfsirçiləri və bütün şiə alimləri bu nəzəri rədd edərək yazırlar:
"Əgər ayə peyğəmbərin qadınlarına aid olsaydı (ərəb dili qramatikasına əsasən) ayədə olan şəxs əvəzlikləri cəm qadın cinsində olmalıydı. Yəni belə :
«انما یرید الله لیذهب عنکن الرجس اهل البیت و یطهرکن تطهیراً»
Amma əksinə biz ayədə olan şəxs əvəzliklərinin kişi cinsinə aid olduğunu müşahidə edirik
(عنکم و یطهرکم)
Deməli ayədə işlənən Əhli- beyt sözündən Allah Taalanın məqsədi peyğəmbərin qadınları seyil. Yuxarıda qeyd etdiyimiz hədisə gəldikdə isə o cümlədən bu Hiyan, İbn Kəsir və sair.
Bu hadisi İbn Abbasa nisbət verilməsini düzgün saymamışlar, İbni Kəsir bu barədə deyir: Əgər bu rəvayətdən "təthir" ayəsinə nazil olma səbəbi kimi istifadə olunsa, qəbul etmək lar. Amma belə deyilsəki, bu ayədə olan "Əhli- beyt" kəlməsindən mən peyğəmbərin (s) qadınlarıdır yanılmış olarıq. Çünki, bu nəzəri rədd edən rəvayətlər daha çox olur.[6] Əlbəttə bunu da qeyd edək ki, ibni Kəsirin bu sözü "ayə peyğəmbərin arvadlarının isməti və paklığı üçün nazil olub" olduqca yanlışdır. Çünki, bu söz həm ayənin əsil hədəfi və cəhətləri ilə və həm də onun (ibn kəsir) söylədiyi rəvayətlə müxalifdir.
2. Bəzi əhli sünnət təfsirçiləri isə ayədə olan "Əhli- beyt" sözündən məqsəd reyğəmbərlərin qadınları ilə bərabər peyğəmbərin özü və Əli, Fatimə, Həsən, Hüseynin (s) olduğunu iddia edirlər.[7] Bunu da qeyd edək ki, bu nəzərin iddiaçıları heç bir hədisə istinad etmədən bunu söyləyirlər.
3. Təfsirçilərin bir qismi isə bu fikidədirlər ki, ayə ümumi xarakterlidir. Yəni həm peyğəmbərlərə, həm də ona yaxın olan hər bir kəsə, hətta qulam və kənizlərə belə aiddir. Səğləbi bu barədə belə deyir: "Bu ayə bütün bəni- Haşimə və ya bəni- Haşimin möminlərinə aiddir,[8] Bu nəzər də həmçinin heç bir tarixi sübut və dəlilə əsalanmır.
4. Bir dəstə təfsirçilər isə ayə barəsində belə deyirlər: "Ayədə olan Əhli- sünnə "Əhli- beyt" kəlməsi ola bilsin o insanlara şamil olsun ki, onlara sədəqə vermək haramdır. Əlbəttə onlar bu nəzəri söyləməklə Zeyd ibn Ərqəmin hədisinə istinad edirlər. hədisdə deyilir:
"Zeyd ibni Ərqəmədən soruşurlar "Əhli- beyt deyəndə kimlər nəzərdə tutulur; peyğəmbərin (s) arvadları da bu dəstədəndirlərmi?
O deyir: Bəli qadınlarda Əhli- beytdən hesab olunur.
Amma əhli beytə aid olan kəslərə sədəqə haramdır. Yəni, o kəslər əhli- beytdən sayılır ki, onlara sədəqə haram olsun. Deməli, Əlinin (ə) Əqilin, Abbasın və Cəfərin ailəsi əhli- beytə şamil olur.[9] Əbul Futuhun bəyanına əsasən bu nəzərin heç bir tarixi əsasə yoxdur.[10]
5. Bütün şiə təfsirçilərinin və bir çox əhli sünnə alimlərinin nəzəri budur ki, ayədəki Əhli- beyt kəlməsi yalnız, peyğəmbərə (s), Əliyə (ə), Fatiməyə (s), imamHəsən və Hüseyn (ə)- a şamil olur.
Bundan əlavə, bütün imamlar, həmçinin Ummu Sələmə, Ayişə, Əbu əid Xedri, ibni Abbas və bir çox səhabələr də bu fikirdədirlər ki, əhli- beyt kəlməsindən məqsəd məhz peyğəmbər (s), Əli (ə), Fatimə (s), imam Həsən və Hüseyn (ə)- dır.
Amma mümkündür belə bir sual zehnimizə gəlsin ki, necə olur ki, ayədə peyğəmbərin qadınlarından danışılarkən birdən birə "Əhli- beyt" mövzusuna toxunulur? Bir halda ki, əhli- beytdən məqsəd peyğəmbərin qadınları deyil.
Bu suala alimlər müxalif cavablar vermişlər ki, onların bəzisini burada qeyd edirik:
1). Mərhum Təbərisi buna cavab olaraq deyir:
Qurani- kərimdə belə məsələlər olduqca çoxdur.
Bundan əlavə ərəb dili fəsahətinə əsasən bunun nümunəsi şerlərdə və başqa ədəbiyyatlarda da müşahidə etmək olar.[11]
2). Mərhum Əllamə Təba- əbai bu sualı belə cavablandırır: "Bizim heç bir dəlilimiz yoxdur ki, bu ayənin
«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»
O biri ayələrlə bir nazil olmasını iddia edək, əksinə bir çox hədislərə istinad etməklə deyə bilərik ki, bu ayə özündən qabaqkı ayələrdən fərqli bir vaxtda nazil olub. Amma peyğəmbərin əmri və ya ondan sonra ayələri Qurana yerləşdirən zaman "təthir" ayəsini də indiki yerinə yerləşdiriblər.[12]
3). Nümunə təfsirində isə bu sualın cavabında belə deyilir:
Qurani- kərim peyğəmbərin (s) qadınlarına bunu demək istəyir ki, "siz elə bir ailədə yaşayırsınız ki, onların bir qismi məsum və günahsızdırlar. O kəslər ki, məsumluq və ismət ağacının altında kölgənəcək tapıb, gərək hamıdan çox diqqətli olmalı və unutmamalıdırlar ki, məsumlar ailəsində yaşamağın ağır məsuliyyəti vardır.[13]
4). Olduqca geniş surətdə bu ayənin (təthir) şənində hədislər nəql olunmuşdur ki, onun qismlərini aşağıda qeyd edirik:
A). Ayənin nazil olunma səbəblərini açıqlayan və əhli- beytin kim olduğunu bəyan edən hədislər.[14]
B). Kəsa hədisini təsdiq edən hədislər, Əbu Səid Xıdrıdan, Malik ibni Ənəsdən, ibni Abbasdan, Əbül Hömrədən və Əbu Börzədən çoxlu hədislər nəql olunmuşdur ki, kəsa (əba) macərasından sonra "təthir" ayəsi nazil oldu. Peyğəmbər bundan sonra 9 ay müddətində davamlı olaraq hər gün sübh namazı vaxtı həzrət Əlinin (ə) və Fatimənin paqısını döyər və belə deyərdi:
"Salam olsun sizə, Allahın rəhməti və bərəkəti sizə şamil olsun, namazdır! Namaz Allahın rəhmətidir" Sonra isə təthir ayəsini tilavət edərdi.[15]
"Əhqaqul həqq"in[16] şəhərində bu məsələ əhli sünnətin yetmişdən çox tanınmış mənbəsində qeyd olmuşdur. (Əlbəttə şiə mənbələri saysızdır)[17]
Deməli bu mövzu rəvayət baxımından sübut olunur ki, ayədəki "Əhli- beyt" sözündən məqsəd peyğəmbərin arvadları deyil, əksinə peyğəmbərin özü, Əli (ə) Fatimə (s), Həsən və Hüseyn (ə)- dır. Amma ayrı bir sual da oluna bilər ki, nə üçün "Əhli- beyt" kəlməsi bütün imamlara şamil edilir:
(Yəni imam Səccaddan (ə) imam Zaman (ə)- a kimi).
Cavab: Qurani- kərimin Əhli- beytin (ə) məqamı haqqında bu qədər təkidlə danışmasının əsasə hikməti budur ki. insanlar gərək öz təkamül yollarında onları özlərinə nümunə seçsinlər. Çünki, Qurani kərimin göndərilməsində əsasə hədəf insanların hidayətidir.
«الم * ذلک الکتاب لاریب فیه هدی للمتقین»[18]
Əgər bu və bu kimi ayələrə diqqət yetirib fikrə dalsaq yuxarıda qeyd etdiyimiz mətləbi daha da aydın və açıq şəkildə başa düşüb təsdiq edərik. Çünki, bütün imamlar ümmətin başçısı və onların hidayətçisi olaraq gəlmişlər. bu səbəbdən də "Əhli- beyt" kəlməsi onlara aid edilir. İslam peyğəmbəri olan Məhəmməd (s), Allah tərəfindən göndərilmiş hidayətçi, təfsirçi və heç bir zaman misli görünməmiş bir şəxsiyyət idi. Amma bu ulu şəxsiyyət özündən sonra insanları hidayət edən, onların qüsursuz müraciət ocağı olan kimsələri müəyyən və təsdiq edərkən, "Əhli- beyt" kəlməsindən istifadə edir.
Məsələn: "Səqəleyn" hədisində buyurulur:
"Mən sizin aranızda iki ən qiymətli gövhəri əmanət qoyuram.
Biri Allahın kitabı (Quran), o biri də Əhli- beytimi. Əgər bu iki əmanətə sığnaraq öz yolunuzu davam etdirsəniz heç vaxt yolunuzu itirməyəcək və Allaha tərəf gedəcəksiniz. Bu iki əmanət heç vaxt bir- birlərindən ayrılmayacaqlar. Qiyamət günündə kövsər hövzunun yanında mənə qovuşacaqlar."[19]
"Səfinə" (gəmi) hədisində də insanların nicatından danışarkən "Əhli- beyt" kəlməsindən istifadə etmişdir.
"Həqiqətən mənim Əhli- beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat tapar. Amma onunla müxalifətçilik edən qərq olar."[20]
Əlavə mütaliələr üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz.
Əhli- beyt (ə) və Şura surəsinin 23- cü ayəsi, (məvəddət ayəsi, sual 11050 (sayt 10925
Peyğəmbərin Əhli- beyti, sual 833 (sayt 902)
Əhli- beytin misdaqları sual 1247
Əhli- beytin kəsa sahibi olması, sual 11057(sayt, 10923
[1] - Misbahul munir, Fiyumi, səhifə 28
[2] - Misbahul munir, Fiyumi, səhifə 68
[3] - Misbahul munir, Fiyumi, səhifə 68
[4] - Müfradat Rağib, İsfəhani, səhifə 29
[5] - Təbəri, Cameul bəyan, cild 22, səhifə 7 Təfsiril Quranil əzim, cild 6, səhifə,365
[6] - Təfsir ibn kəsir, cild 5, səhifə 452- 453
[7] - Fəxrəddin Razi, kəbir təfsiri, cild 25, səhifə 209, Beyzari, ənvarul tənzil, cild 4, səhifə 163, Əbu Hiyan, Əlbəhrul muhit, cild 7, səhifə 233
[8] - Qortobi, Əlcameul- əhkamul Quran, cild 14, səhifə 183, Alusi, ruhul məani, 14, 22
[9] - Əbu Hiyan, əl bəhrul Muhit, cild 7, səhifə 231- 232
[10] - Əbul Futuhul Razi, Rövzul cinan və Ruhul cinan, cild 15, səhifə 421
[11] - Məcməül bəyan, cild 7, səhifə 560
[12] - Əl- mizan, cild 16, səhifə 312
[13] - Numunə təfsiri, cild 17, səhifə 295
[14] - Təbəri, cild 22, səhifə 6- 7, Qortobi, cild 14, səhifə 183, Hakim, cild 2, səhifə 416,
146, Buxari, Əl- tarix, cild 1, səhifə 69- 70, Termizi, Əlsünən, cild 5, səhifə 663
[15] - Təbəri, cild 22, səhifə 5- 6, Buxari, Əlkəni, səhifə 25- 26, Əhməd ibni Hənbəl, müsnəd cild 3, səhifə 259, Həskani, Şəvahidul tənzil, cild 2, səhifə 11- 15, Siyuti, İdarul mənsur, cild 6, səhifə 606- 607
[16] - Məşəri, cild 2, səhifə 502- 547, cild 9, səhifə 2- 91
[17] - Əli Rəfii, Ələmrüddəşti, şenaxtnameye Əhli- beyt, səhifə 301- 307
[18] - Bəqərə surəsi, ayə 1- 2
[19] - Səhih Termizi, cild 2, səhifə 380, Əhməd ibn Hənbəl, müstənəd cild 3, səhifə 17
[20] - Hakim, Müstədrək səhiheyn, cild 2, səhifə 432, firuzabadi, Fəzailul xəmsə cild 2, səhifə 65