Please Wait
6830
Buna diqqət etməklə ki, İlahi Peyğəmbərlər özlərinin qəti hikmət və dəlilləri ilə yenədə öz zamanlarında kafir şəxslərin inkarı ilə qarşılaşıblar, bu, inkar edənlərin inadının nişanəsidir. Çünki, istəmirlər həqiqi təsdiq edələr. Baxmayaraq ki, kifayət edən dəlillər göstərilib və onların dəlillərinin hamısı rədd olunub.
Çoxlu sayda münkirlər və şəkk əhlinin Allah- Taala barəsində irəli sürdükləri iradlar heç bir düzgün əsasdan bəhrələnməyib. Eyni halda bu iradlar üçün sonluq da təsəvvür olunmur. Çünki, kafirin zehni ən qəti dəlillərlə də olsa həqiqəti təsdiq etməyəcək. O caxta qədər ki, qəlb (ürək), yəqin və iman nuru ilə zinətlənməyib, zehn, rol ifa etməkdən əl götürməz. Yəqin tap qəlbdə açıq- açığına fəlsəfi dəlillərlə onu ələ gətirə bilməz. Bunun üçün də müsəlman şəxs mükəlləf deyil ki, Allahı inkar edənlərin dəlillərinin hamısını axtara və münkirlərin heç bir dəlilinin olmamasına arxayınlıq tapmaq üçün onlara bir- bir cavab verə. Çünki, hər bir istidlalın sonunda mümkündür ki, bir nəfər tapıla və bu istidlala irad edə. Nəticədə münkirlər, Peyğəmbərlərə deyilən həmin oxşar sözləri zahir edəcəklər.
Aşağıda, Quranda zikr olunan bir neçə nümunəyə işarə edirik:
1. "Allahın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk- şübhə yoxdur! Deyildiyi zaman: "Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn olduğu qənaətindəyik. Biz əmin deyilik! Deyə cavab verirdiniz".[1]
2. "Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik.
Yoxsa sən bizim üçün əziz bir adam deyilsən!"[2]
3. Yaxud həzrət Nuha citab edərək dedilər: "Onlar dedilər: "Ey Nuh! Bizimlə çənə- boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin (qorxutduğun) əzabı gətir görək![3]
Buna əsasən görürük ki, İlahi Peyğəmbərlərinin özlərinin qəti hikmət və dəliləri ilə yenə də kafir şəxslərin inkarı ilə qarşılaşıblar ki, bu, inkar edənlərin inadının nişanəsidir. Çünki istəmirlər həqqi təsdiq edələr. Baxmayaraq ki, kifayət qədər dəlillər göstərilib və onların dəlillərinin hamısı rədd olunub.
[1] - Əl- casiyə surəsi, ayə 32.
«وَ إِذا قیلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَ السَّاعَةُ لا رَیْبَ فیها قُلْتُمْ ما نَدْری مَا السَّاعَةُ إِنْ نَظُنُّ إِلاَّ ظَنًّا وَ ما نَحْنُ بِمُسْتَیْقِنینَ»
[2] - Hud surəsi ayə 91.
«قالُوا یا شُعَیْبُ ما نَفْقَهُ کَثیراً مِمَّا تَقُولُ وَ إِنَّا لَنَراکَ فینا ضَعیفاً وَ لَوْ لا رَهْطُکَ لَرَجَمْناکَ وَ ما أَنْتَ عَلَیْنا بِعَزیزٍ»
[3] - Hud surəsi, ayə 32.
«قالُوا یا نُوحُ قَدْ جادَلْتَنا فَأَکْثَرْتَ جِدالَنا فَأْتِنا بِما تَعِدُنا إِنْ کُنْتَ مِنَ الصَّادِقینَ»