Please Wait
6385
Batini duyğuların və hisslərin bir növ aşkar edilməsindən ibarət olan ağlamaq və gülmək insan mizacının (təbiətinin) normal və təbii nişanələrindəndir. İnsan bu barədə kifayət qədər inkişafa və tutum səviyyəsinə çatmalı, gülməyin və şadlıq vasitələrinin həddi-hüdudu, qayda-qanunları ilə tanış olmalıdır ki, gülmək və şadlıq etmək onun üçün rəzalət xisləti deyil, əxlaqi bir fəzilət olsun.
Sevincdə və gülüşdə mövcud olan hədəf və niyyətə diqqət yetirmək, Allahı unutmamaq, həmişə Onu xatırlamaq, çox gülməyin acınacaqlı nəticələri və bəlaları barəsində dərindən fikirləşmək hər bir vaxta, xüsusilə məsum imamların (əleyhimus-salam) müsibət və şəhadət günlərində, habelə bir çox ictimai məqamlarda və məkanlarda çox gülməyin qarşısını alan və səmərəli həll yolundan ibarətdir.
İnsanın bir çox yönləri vardır, onlardan biri də insani- ülvi duyğulardır. İnsanda bu xüsusiyyətin olması müəyyən hallarda şad olub fərəhlənməsinə, bəzi hallarda isə qəm-qüssəli olub kədərlənməsinə səbəb olur. Buna görə də batini duyğuların və hisslərin aşkar edilməsindən ibarət olan gülmək və ağlamaq insan təbiətinin və mizacının normal olması nişanələrindən biridir. İnsan bu barədə kifayət qədər tutuma və inkişaf həddinə çatmalı, gülmək qayda-qanunları və şadlıq vasitələri ilə tanış olmalıdır ki, şadlıq və gülmək onun üçün rəzalət xisləti deyil, əxlaqi bir fəzilət olsun.
Ruhun şadlıq və fərəh hissi keçirməsi, ruh yüksəkliyinə malik olmaq əxlaqi nəzərdən müsbət və faydalı bir işdir, fərdi və ictimai fəaliyyətlər və qurucu hərəkətlər üçün şərait yaradır, habelə ictimai ruhiyyənin təkamülündə böyük rol oynayır. Amma bir çox fərdi, ictimai, etiqadi və əxlaqi amillər nəticəsində şadlıqların bəziləri məzəmmət olunur.
Bu məqalədə hər bir zamanda, xüsusilə məsumların (əleyhimus-salam) şəhadət və müsibət günlərində, habelə bəzi ictimai məkanlarda və mövqelərdə çox gülməyin qarşısını almaqda təsili olan mühüm işlərdən bəzilərinə işarə edirik:
1. Şadlıq və gülüşdən izlənən hədəf və niyyətə diqqət yetirmək.
Həqiqi bir möminin bütün fikirləri, danışıqları və əməlləri Allahın razılığına nail olmaq və Onun dərgahında yaxınlaşmaq istiqamətində olmalıdır. Bu nəzərlə əgər gülüşün Allahın razılığına səbəb olub-olmadığına diqqət yetirsə, bu zaman onun gülüş və şadlığı özünə münasib yerində və qanuni çərçivədə olacaq, Allah dərgahına yaxınlaşmaq üçün bir vasitə sayılacaqdır. Deməli, məhərrəm və səfər günlərində, imaların (əleyhimus-salam) şəhadət günlərində özünü əzadar (matəmli) bilmək, qəmgin olmaq, matəm və əzadarlıq mərasimləri ilə uyğun olmayan hər bir şeydən uzaqlaşmaq bu niyyətin və hədəfin həyata keçməsinə kömək olur.
2. Həmişə Allahı xatırlamaq və yadda saxlamaq.
Qurani-Kərimdə Allah-taalanı mümkün qədər çox yad etməklə əlaqədar fərman verilmişdir.[1] Buna görə də ilahi şəxsiyyətlər daim Allahı xatırlayırlar, heç bir iş onları Allahın yadından və ibadətdən qafil etmir.[2] Bəzən gülüş, fərəh və şadlıq hissləri ruhun və qəlbin qəflətə düşməsinə səbəb olur, bu qəflət sayəsində insan başqalarını məsxərə və rişxənd etmək kimi bir çox günahlara da batır. Buna görə də qəflətin aradan getməsinə səbəb olan işlər – Allahı yad və zikr etmək qəlbin daşlaşmasına, qəsavətinə səbəb olan bir çox gülüşlərin qarşısını alacaqdır. İmam Sadiq (əleyhis-salam) Allahı yad etməyin əhəmiyyəti barəsində buyurur: “Hər kəs (təkcə dildə deyil) həqiqi mənada Allahı yad edərsə, Ona müti olacaqdır. Hər kəs Ondan qafil olsa asi və günahkardır. İtaət hidayətin nişanəsi, günah isə azğınlığın əlamətidir. Hidayətdə əsas meyar Allahı yad etmək və azğınlıqda əsas meyar isə qəflətdir...”[3]
3. Çox gülməyin mənfi təsirləri barədə fikirləşmək
Əxlaq elmində və hədislərdə qəhqəhə adı ilə yad edilən və qəflətdən qaynaqlanan həddindən artıq və çox gülmək şəxsiyyətli adamlara layiq deyildir, İslamda məzəmmət olunmuşdur, ictimai və fərdi baxımdan çoxlu mənfi təsirlərə malikdir. Bu acınacaqlı və mənfi təsirlərə diqqət yetirmək insanın bu rəzalət xislətindən və xoşagəlməz əxlaqi rəftardan uzaqlaşmasında mühüm rol ifa edir. Burada rəvayətlər mənbələrinə istinad etməklə bir neçə nümunəni qeyd edirik:
1. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Çox gülməkdən çəkinin! Çünki bu iş qəlbi öldürür və üzdəki nuraniliyi aradan aparır.”[4]
2. İmam Əli (əleyhis-salam) buyurur: “Çox gülmək həmsöhbəti (dostluqdan) uzaqlaşdırır (nifrət hissi yaradır) və rəisi çirkin və rüsvay edir.”[5]
3. İmam Sadiq (əleyhis-salam) buyurur: “Qəhqəhə çəkmək şeytanın işlərindəndir.”[6]
Çox gülməyin məzəmmətinə və gülüşün qayda-qanunları barəsindəki əxlaqi rəvayətlərə və ayələrə diqqət yetirməklə, habelə onu tərk etmək barədə möhkəm iradəyə, qəti qərara, yüksək hümmətə malik olub məşq etməklə çox gülməyin və qəhqəhənin qarşısını hər bir zamanda, xüsusilə məsumların (əleyhimus-salam) şəhadət və müsibət günlərində qarşısını almaq və zamanının keçməsi ilə bu xisləti özündən uzaqlaşdırmaq olar.
Gülüş və şadlıq ilə əlaqədar bəzi məsələlər barəsində ətraflı məlumat əldə etmək üçün aşağıdakı görünüşlərə baxa bilərsiniz:
“İslamda şadlıq və ruh yüksəkliyi”, sual 13334 (sayt: 12917)
“Qəm-qüssəyə rəvac verilməsi”, sual 2830 (sayt: 3062)
“Məsxərə və karikatura”, sual 22912 (sayt fa15722)
“İslam: əyləncə və zarafat”, sual 1226 (sayt: 2573)
[1] “Əhzab” surəsi, ayə: 41: يا أَيُّهَا الَّذينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْراً كَثيراً
[2] “Nur” surəsi, ayə: 37: رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَ إِقامِ الصَّلاةِ وَ إيتاءِ الزَّكاة
[3] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 90-cı cild, səh. 158, “Daru ehyatit-turasil-ərəbi”, Beyrut, ikinci çap, 1403-cü qəməri il
[4] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Əl-xisal”, tədqiq və təshih: Ğəffari, Əli Əkbər, 2-ci cild, səh. 526, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, birinci çap, 1362-ci şəmsi il
[5] Təmimi Amədi, Əbdül-Vahid ibni Məhəmməd, “Təsnifu Ğurəril-hikəm və dürəril-kiləm”, təshih və tədqiq: Dirayəti, Mustafa, səh. 222, hədis 4468, “Dəftəri təbliğat”, Qum, birinci çap, 1366-cı şəmsi il
[6] Kuleyni, Məhəmməd ibni Yəqub ibni İshaq, “Əl-kafi”, 4-cü cild, səh. 749, “Darul-hədis”, Qum, birinci çap, 1429-cu qəməri il