Ətraflı axtarış
Baxanların
24754
İnternetə qoyma tarixi: 2011/11/21
Sualın xülasəsi
Quran və rəvayətlərdə həzrət Xızır (ə) barəsində bəhs olunmuşdurmu?
Sual
Biz İncildə Peyğəmbərlər barəsində olan dastanlarda bir çox Problemlərlə üzləşirik? Aya Quran və rəvayət həzrət Xızır (ə) barəsində söz açmışdırmı?
Qısa cavab

Qurani- kərimdə bir başa olaraq həzrət Xəzər (ə)- ın adı gəlməmişdir bəlkə bu ünvanla: " عَبْداً مِنْ عِبادِنا آتَیْناهُ رَحْمَةً مِنْ عِنْدِنا وَ عَلَّمْناهُ مِنْ لَدُنَّا عِلْماً" [i] ki, onun elm və bəndəlik məqamını açıqlayır və Musa ibni İmranın müəllimi olaraq ondan yad edilmişdir. Bir çox rəvayətlərdə böyük şəxsiyyət "Xızır" adıyla müərrifi olunmuşdur. O, İlahi bir alim olmuş və Allahın məxsus rəhmətinə şamil olmuşdur. O təbiət aləmində olan bəzi işlərin batinindən xəbərdar idi və müəyyən işlərin həyata keçirilməsində məmur idi; bir çox elmləri bilir və bir cəhətdən Musa ibni İmranın müəllimi idi baxmayaraq ki həzrət Musa (ə) bəzi yerlərdə o həzrətdən üstün idi.

Bəzi rəvayətlərdən və Quran ayələrdən istifadə olur ki, o Peyğəmbər məqamına yüksəlmiş və Allahın Peyğəmbərlərindən olmuşdur ki, Allah Taala onu qövmünə doğru göndərmişdir ki, onları tək Allahlığa doğru və Peyğəmbərlərə və səmavi kitablara dəvət etsin.

Möcüzəsi bu olmuşdur ki, hər vaxt istəsəydi Allahın icazəsiylə quru ağacı və çəmənsiz yeri yaşıllığa çevirirdi və bu iç həyata keçərdi.

Bunun üçün də ona Xızır (ə) dedilər.

Xızır onun ləqəbi, əsl adı isə Talya ibni Məlkan ibni Abir ibni Ərfəxşəd ibni Sam ibni Nuh olmuşdur.

Qurani- kərim həzrət Xızır və Musa (ə) barəsində buyurur: Orada Musa və onun (yol) yoldaşı bizim bəndələrimizdən biriylə rastlaşdılar ki, öz tərəfimizdən ona rəhmət olunmuş və yüksək elm ona öyrətmişdik.

Musa (ə) ona dedi: Aya sənin dediklərinə əməl edib itaət edim ta sənə öyrədilənlərdən ki, inkişaf mənbəyidir mənə öyrədəsən? Dedi, sən heç vaxt mənimlə bərabər ola bilməzsən! Və nə cür edə bilərsən o şeylər ki, bilmirsən onların sirri barəsində səbirli olacaqsan?

(Musa) dedi Allahın izniylə məni səbirli görərsən və heç bir işində səninlə müxalifət etməyəcəyəm!" (Xızır) dedi: "Əgər istəyirsənsə mənim ardımca gələsən, məndən heç bir şey soruşmayacaqsan o vaxta kimi ki, (öz zamanında) mən onu sənin üçün açıqlayacağam."

O iki nəfər yollarına hərəkət etdilər, o zaman ki, gəmiyə mindilər (Xızır) gəmini deşdi, (Musa) dedi: Aya sən onu deşirsən ki, içindəki insanlar suda həlak olsunlar?!

Həqiqətən nə qədər çirkin iş görürsən!"

Dedi: "Aya sənə demədim ki, sən heç vaxt mənim işlərim qarşısında səbirli ola bilməzsən?! (Musa) dedi: Məni bu cür yaddaşımın az olmasına görə sual- cavaba tutma bu işimə görə mənə çətin tutma!" Yenə öz yollarına davam etdilər yolda bir cavanla rastlaşdılar, o cavanı öldürdü. (Musa) dedi: Aya günahsız və heç bir kəsi öldürməmiş bir cavanı öldürdün?! Həqiqətən pis iş həyata keçirdin!" (Yenə həzrət Xızır) dedi: Aya sənə demədim ki, sən mənimlə səbr edə bilməzsən?!" (Musa) dedi: "Əgər bi daha sənin işlərin barəsində səndən bir şey soruşsam, mənimlə yoluna davam etməzsən. (Çünki) mənim tərəfimdən üzürlü qalırsan!" Yenə öz yollarına davam etdilər və bir kəndin caammatıyla rastlaşdılar onlardan istədilər ki, onlara yemək versinlər, amma onlar qonaqlıq verməkdən çəkindilər (bununla belə) orada divar gördülər ki, uçmaq üzrə idi və az qalırdı aşsın (həzrət Xızır) onu yenidən hördü. (Musa) dedi: (heç olmasa) bu işin qarşısında iman haqqını alırdın!"

O dedi: Daha sənlə mənim ayrılmaq vaxtımız yetişmişdir, amma o şeylər ki, onların barəsində səbr edə bilmirdin onların sirrini sənə deyəcəyəm.

O gəmi məzlum insanların haqqı idi ki, onunla dənizdə işləyirdilər və mən də istədim ki, ona eyib və nöqsan vurum (çünki) onların arxasınca (zalım) padşahın gəmisi gəlirdi ki hər yerdə eyibsiz gəmi görsəydi onlardan alırdı!

Amma o cavan, ata- anası imanlı insanlar idi və qorxurduq ki, onları öz yollarından çıxarsın! Bunun üçün də, istədik onların Allahı onun əvəzinə pak və daha sevimli bir övlad onlara versin! Amma o divar, o şəhərdə olan iki yetim uşağın idi ki onun altında onlara məxsus xəzinə var idi, ataları xeyirxah bir insan isi sənin Rəbbin istəyirdi onlar həddi- buluğa çatsınlar və öz xəzinələrini çıxartsınlar.

Bu sənin Rəbbin tərəfindən bir rəhmət idi və mən bu işləri öz- özümə həyata keçirmədim. Mənim işlərimin sirri bu idi ki, sən onların bərabərində səbirsizlik etdin!



[i] - Kəhf surəsi, ayə 65- 82.

Ətreaflı cavab

Qurani- kərimdə bir başa olaraq həzrəti Xızır (ə-) ın adına işarə olunmamışdır, bəlkə ondan " عَبْداً مِنْ عِبادِنا آتَیْناهُ رَحْمَةً مِنْ عِنْدِنا وَ عَلَّمْناهُ مِنْ لَدُنَّا عِلْماً"[1] ünvanıyla ki, onun elm və bəndəliyini açıqlayır yad olunmuşdur. Bir çox rəvayətlər onu "Xızır" adıyla tanıtdırmışdırlar.

O, İlahi bir alim və Allahın məxsus rəhmətinə şamil olan bir şəxs olmuşdur ki, təbiət aləmində bir çox işlərin batinindən xəbəri olan və onun sirlərini bilmişdir. O bir cəhətdən də Musa ibni İmranın müəllimi olmuşdur baxmayaraq həzrəti Musa bəzi məqamlarda ondan yüksək məqamda qərar tutmuşdur. Bəzi rəvayət və Quran ayələrindən istifadə olur ki, o Peyğəmbər məqamına yüksəliş və Allahın Peyğəmbərlərindən olmuşdur. Allah Taala onu öz qövmünə doğru göndərilmişdir ki, onları tək Allahlığa doğru, Peyğəmbərlərə və səmavi kitablara dəvət etsin. O həzrətin möcüzəsi bundan ibarət olmuşdur ki, hər vaxt istəyirdi Allahın icazəsiylə quru ağac və yeri yaşıl bir çəmənliyə çevirdi. Bunun üçün də ona Xızır dedilər. Xızır onun ləqəbi, əsl adı isə Talya ibni Məlkan ibni Abir ibni Ərfəxşəd ibni Sam ibni Nuh olmuşdur.[2] Qurani- kərimdə həzrət Xızır (ə) barəsində həzrət Musa ilə birlikdə olduqları dastandan başqa bir şey gəlməmişdir və yalnız bir çox sifətlərinin açıqlanması barəsində bəzi işarələr olunmuşdur və Quranda yalnız buyurur: Bəs bizim bəndələrimizdən biriylə rastlaşdılar ki, biz ona öz rəhmətimizdən bağışladıq və öz tərəfimizdən ona elm öyrətmişik.[3]

İmam Sadiqdən (ə) rəvayət etmişdirlər ki, o həzrət buyurdu: ... Amma Allahın o saleh bəndəsi Xızır, Allah onun ömrünü onun Peyğəmbərlik və yaxud ona nazil etdiyi kitabı və ya onun şəraitinə görə ki, özündən əvvəlki Peyğəmbərlərin şəriətini nəsx (dəyişmək) etmək üçün və ya imam olmaq üçün ki, bəndələri ona içtirdi etsinlər və ya o itaətə görə ki, Allaha itaət etsin bəlkə ona görə onun ömrünü uzun etmişdir ki, çünki onun bəndələri İmam Zamanın (ə) ömrünün uzun olmasına şübhələr edəcəklər bunun üçün də bu saleh bəndənin (Xızır) ömrünü uzun etdi ki, bunu dəlil gətirib İmam Zamanı (ə) ona oxşar qərar versin və bu vasitəylə pis fikirli düşmənlərin şübhələri batil olsun.[4]

Şübhəsiz ki, o yaşayır və altı min ildən çox yaşı vardır.[5]

Həzrət Xızırın həyatı və zülmət dəryaya gedib həyat suyundan içməsi, o cümə məsələlərdəndir ki, tarix və hədis kitablarında geniş şəkildə bəhs olunmuşdur, bunun üçün hədis kitablarına müraciət edə bilərsiniz.[6]

Qədir- xum mərasimində həzrəti Xızırın şirkət etməsi, Peyğəmbərin (ə) və Əli (ə)- ın vəfatı zamanı onların məclislərində şirkət etməsi, hədis kitablarında geniş şəkildə açıqlanmışdır.

İmam Rza (ə) buyurur: Həzrət Xızır (ə) həyat suyundan içmişdir, o yaşayır və sur qalındığı zaman dünyadan gedəcəkdir. O bizim yanımıza gəlir və salam verir. Biz onun səsini eçidirik amma özünü görmürük,[7] o həcc mərasimindəşirkət edir və həccin bütün əməllərini yerinə yetirir, Ərəfə günü, Ərəfə səhrasında dayanıb möminlərin qeybət dövründə onun vasitəsiylə, bizim Qaimimiz İmam Zamandan qəribəçiliyi götürür və onun vasitəsiylə onun qoxusunu mehribanlıq və sevincə çevrilir.[8]

Bu hədisdən istifadə olur ki, həzrət Xızır o otuz nəfərdən biridir ki, həmin İmam Zamanın (ə) kənarındadırlar və o həzrətin göstərişiylə bir çox işlərin həyata keçməsini icra edirlər.[9]

Həzrəti Xızır Quran güzgüsündə

Musa bu İlahi alim şəxslə[10] yola düşdü və o vaxt ki, gəmiyə mindilər, o alim şəxs gəmini deşdi! Baxmayaraq ki, həzrəti Musa böyük bir İlahi Peyğəmbər idi və insanların can və mallarını qorumalıydı, əmr və məruf və nəhy əz münkər etməliydi və başqa bir tərəfdən onun insanlıq vicdanı icazə vermirdi bu cür işlərin qarşısında sakit olsun; bunun üçün də etiraz edərək dedi: Aya gəmini deşirsən içindəki insanlar həlak olsun? Həqiqətən çirkin bir iş görürsən!

Şübhəsiz ki, o böyük alimin məqsədi gəmidəki sərnişinlərin həlak olması deyildi. Amma nəticəsi bundan başqa bir şeydə deyildi, bunun üçün də onun nəticəsindən söz açır.

Bəzi rəvayətlərdə oxuyuruq ki, gəmidəki sərnişinlər tez bir zamanda bundan xəbər bilik bu deşilmiş yeri müvəqqəti olaraq tutdular, amma daha o gəmi sağlam bir gəmi deyildi. Bu vaxt o İlahi şəxsiyyət (həzrəti Xızır) mətanət dolu bir baxışla Musaya nəzər saldı və dedi: Sənə demədimmi sən mənim işlərim qarşısında səbirli ola bilməzsən?!

Musa ki, öz tələsdiyi üçün, əlbəttə hadisənin əhəmiyyətli olduğu üçün adi narahat oldu və söz verməsi yadına düşdü və üzr istədi, üzünü müəlliminə tutub dedi: Yadımdan çıxardığım üçün məni bağışla və daha sual- cavab etmə" yəni bir səhv idi nə olursa artıq olmuşdur sən öz böyüklüyün sayəsində bağışla. Onların dəniz səfərləri sona çatdı gəmidən düşüb öz yollarına davam etdilər, yolda bir uşaqla üz- üzə gəldiləe amma o alim heç bir şey olmadan o uşağı öldürdü!.

Bu zaman Musa yenidən dedi: Aya günahsız insanı o halda ki, heç bir şəxsi öldürməmişdir, öldürdün?!

Həqiqətən necə də çirkin və pis iş gördün.

Yenə o alim, böyük şəxsiyyət, rahatlıqla əvvəlki sözlərini təkrar edərək dedi: Sənə demişdimmi, sən mənim işlərim qarşısında səbirli ola bilməzsən?

Musanın əhdi yadına düşdü, xəcalət çəkdi ki, nə üçün öz əhdini yaddan çıxartdığı üçün ona əməl etməmişdir. Yavaş- yavaş hiss edirdi müəlliminin dedikləri mümkündür ki, həqiqət olsun, onun işləri ilk növbədə Musa üçün qəbul edilməz idi, bunun üçün də yenidən üzr istəyərək dedi: bu dəfə də məni bağışla və yaddan çıxarmağımı nəzərə alma, amma əgər işlərin barəsində səndən açıqlama istəsəm (və sənə nöqsan tutsam) məndən ayrılarsan çünki daha mənim tərəfimdən üzürlü sayılırsan.

Bu söhbətdən sonra Musa ayağa qalxıb yola düşdü və bir kəndə çatdılar. O kəndin camaatından yemək istədilər, amma onlar qonaq etməyə hazır olmadılar. Şübhəsiz ki, Musa və Xızır istəmişdirlər o camaata hakim olsunlar. Məlum olur ki, öz yol azuqələrini qurtarmışdırlar və bunun üçün də istəyirdilər o əhalinin qonağı olsunlar (bu ehtimalda vardır o alim şəxs bilərəkdən bunu onlara dedi ki, Musaya yəni bir dərs versin).

Sonra Quran əlavə edir: Bu halda onlar o məntəqədə bir divar gördülər ki, uşaq üzrəydi, o alim şəxs işə əl atıb onu =yenidən bərpa etdi və onun dağılmasına mane oldu.

Təbiidir ki Musa o vaxt yorğun və ac idi, bütün bunlardan da mühüm hiss edirdi onun o böyük məqamı və müəlliminin məqamı o məntəqənin camaatı tərəfindən böyük diqqətsizliyə düçar olmuşdur. Başqa bir tərəfdən gördü ki, həzrət Xızır bu hörmətsizliyin qarşısında uçmaqda olan divarı yenidən təmir edir, güya onların pis işlərinin qarşılığını verir. Fikirləşirdi ki, heç olmasa müəllimi gördüyü işin bərabərində zəhmət haqqı alsın ki, onunla yemək alsınlar.

Bununüçün də tamamıyla öz əhdini yaddan çıxardı və yenidən öz etirazını bildirdi amma əvvəlki etirazları kimi şiddətli yox bəlkə onlardan mülayim idi və dedi istəsəydin bu işin qarşılığında haqq alardın!

Bu vaxt idi ki, o alim şəxsiyət son sözü həzrəti Musaya dedi: Çünki bütün baş vermiş hadisələrdən yəqin etdik ki, Musa onun işləri bərabərində səbr edə bilmir" odur ki, buyurdu: Daha bir- birimizdən ayrılmaq vaxtıdır! Amma bütün onların sirrini ki, onlara səbr edə bilmirdin sənə deyəcəyəm.

Bu cür böyük rəhbərdən ayrılmaq çox çətin idi və çox acı vaxt idi amma hər halda Musa bunu qəbul etməliydi.

Tanınmış təfsir alimi Əbul Futuh Razi deyir rəvayətdə gəlmişdir ki Musadan soruşdular həyatında olan çətinliklərdən ən çətinini de, dedi: Çox çətinliklər gördüm (Fironun dövrünə və bəni İsrailin etdiyi hakimiyyətdəki nəfəs kəsən çətinliklərə işarə etdi) amma bunlardan heç biri Xızırın ayrılmaq xəbərini verdiyi kimi ağır deyildi və bunun kimi qəlbimdə təsir qoymadı![11]

Musayla Xızır"- ın ayrıldığı müəyyən olduqdan sonra lazım idi o İlahi müəllim Musanın səbr edə bilmədiyi işlərin sirlərini ona desin. Əslində bu üç maraqlı hadisənin sirrini bilmək idi ki, mümkün idi bir çox məsələlərdə və suallar qarşısnda onun üçün bir cavab olsun.

Bu hadisələrin sirləri

İlk növbədə gəminin dastanından başlayaraq deyir: "Amma gəmi məzlum və zəif şəxslərə məxsusdur ki, onunla dənizdə iş görürdülər. Mən onu eyibli etdim çünki bilirdim onların arxasınca zalım padşah gəlir və hər bir təmiz və saf gəmini gücü vasitəsiylə camaatdan alır".

Bunun üçün də gəminin bir növ xarab kimi nəzərə çarpmasından hədəf və məqsəd, zalım padşahın əlindən nicat vermək idi. Çünki o zərbə görmüş gəmiləri heç vaxt öz işi üçün münasib görmür və ondan nəzərini çəkirdi. Bir sözlə demək olar bu gəmi bir dəstə zəif insanlara məxsus idi ki, o işi həyata keçirmək də lazım görülürdü.

Sonra isə ikinci hadisənin yəni uşağın öldürülməsinin sirrini açıqlayaraq deyir:

Amma o cavanın ata- anası iman əhli idilər və biz istəmirdik o cavan ata- anasını iman yolundan çıxarsın kafirlik və haqsızlığa aparsın.

O böyük şəxsiyyət cavanı öldürdü və gələcəkdə ata və ana üçün qarşıda olan o pis aqibətin qarşısını aldı.

Bir neçə hədisdə ki, İslamın müxtəlif mənbələrində gəlmişdir oxuyuruq:

"Allah o cavanın əvəzinə onlara bir qız bağışladı ki, onun nəslindən yetmiş Peyğəmbər dünyaya gəldi."[12]

Bəhs olunan axırıncı ayədə özünün üçüncü işinin yəni divarın təmirinin sirrini bu cür açıqlayır: Amma divar iki yetim uşağa məxsus idi ki, o şəhərdə yaşayırdılar və o divarın altında isə xəzinə var idi ki, o da onlara məxsus idi onların atası xeyirxah bir insan idi". Sənin Rəbbin istəyirdi ki, uşaqlar həddi- buluğa çatdıqdan sonra onu ələ keçirsinlər, bu sənin Rəbbin tərəfindən rəhmət idi. Mən məmur idim ki, bu yetimlərin ata- anasına xatir o divarı yenidən bərpa etdim ki, uçulub o xəzinə aşkar olmasın.

Sonda isə bütün şübhələri Musadan uzaq etmək üçün və onun yəqin tapması üçün ki, bütün bunlar proqram əsasında həyata keçirilmişdir əlavə edir: "Mən bu işi öz başıma həyata keçirmədim" bəlkə Allahın əmri və göstərişi idi.

Bəli "bu işlərin sirri bu idi sən onların bərabərində səbr edə bilmədin".

Qondarma əfsanələr

Musa və Xızırın əhvalatı, əsas və kökü odur ki, Quranda gəlmişdir. Amma təəssüflər olsun ki, onun kənarında bir çox əfsanələr də söylənmişdir ki, bəzi vaxtlar bu həqiqəti xurafat bir əfsanəyə çevirir! Bilmək lazımdır ki, yalnız bu dastan deyildir bu cür aqibətə düçar olmuşdur bəlkə bir çox həqiqi dastanlar da ona düçar olmuşdur.

Həqiqəti tapmaq üçün Quran ayələrini[13] meyar və nümunə olaraq qərar vermək lazımdır.

Bəzi vaxtlar müəyyən hədisləri də qəbul etmək mümkündür ki, o həqiqətlərlə müvafiq olsunlar. əgər bir hədis onun əksinə olarsa sözsüz ki, qəbul edilməzdir.[14]

Həzrət Musa və Xızırın dastanını mütaliə və daha geniş məlumat əldə etmək üçün aşağıdakı adreslərə müraciət edin:

1.             Məcməul- bəyan, altıncı cild, 65- 81- ci ayələrin təfsiri.

2.             Nurus- səqəleyn, üçüncü cild, bəhs olunan ayələrin təfsiri.

3.             Əl- mizan 13- cü cild, bəhs olunan ayələrin təfsiri.

4.             Durrul- mənsur və başqa kitablar bəhs olunmuş ayələrin təfsiri.



[1] - Kəhf surəsi, ayə 65- 82.

[2] - Bax: Əl- mizanın tərcüməsi, cild 13, səh 584.

[3] - Həmin.

[4] - Kəmalud- din, cild 3, səh 357; biharul- ənvar, cild 51, səh 222.

[5] - Yəvmul- xəlas, səh 157.

[6] - Biharul- ənvar, cild 12, səh 172- 215; cild 13, səh 278- 322.

[7] - Əlbəttə bir sıra rəvayətlər vardır ki, Əhli- beyt (ə) həzrəti xızırı gördülər o cümlədən:

«لَمَّا قُبِضَ رَسُولُ اللَّهِ (ص) جَاءَ الْخَضِرُ فَوَقَفَ عَلَى بَابِ الْبَیْتِ وَ فِیهِ عَلِیٌّ وَ فَاطِمَةُ وَ الْحَسَنُ وَ الْحُسَیْنُ (عَ)»

Kəmakud- din cild 2, səh 390. Biharul- ənvar, cild 13, səh 299.

[8] - Kəmalud- din, cild 2, səh 390. Biharul- ənvar, cild 13, səh 299.

[9] - Qeybəte Homane, səh 99; Biharul- ənvar, cild 52, səh 158.

[10] - Bu məqalədə nə qədər ki, (o böyük şəxsiyyət) və (İlahi alim) istifadə olunmuşdur, məqsəd həzrət Xızır (ə)- dır.

[11] - Əbul- Futuh təfsiri, bəhs olunmuş ayənin təfsiri.

[12] - Nurus- səqəleyn, cild 3, səh 286 və 287

[13] - Kəhf surəsi, ayə 65- 82.

[14] - İstifadə olunmuşdur nümumə təfsiri cild 12, səh 486- dan sonra. Əlmizan, cild 13, bəhs olunmuş ayənin təfsiri.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...