Please Wait
5489
İmamət məqamının “haqq məzhəbinin ali hədəflərini həyata keçirmək və məqsədə çatdırmaq mənasından ibarət olan hidayət” olmasına diqqət yetirməklə bu məqam təkcə zahirdə yol göstərməyə deyil, təkvini hidayətə də şamildir. Bu, hazırlığı olan qəlblərə imamın ruhi nüfuzu, batini təsiri, vücud şüasının saçması və onları mənən hidayət etməsi mənasınadır. Buna görə də çox hallarda ayrı-ayrı insanlar məsum imamın (əleyhis-salam) mənəvi məqamından təsirlənməklə haqqa hidayət olunmuşlar.
İmamət məqamının “haqq məzhəbinin ali hədəflərini həyata keçirmək və məqsədə çatdırmaq mənasından ibarət olan hidayət” olmasına diqqət yetirməklə bu məqam təkcə zahirdə yol göstərməyə deyil, təkvini hidayətə də şamildir Bu, hazırlığı olan qəlblərə imamın ruhi nüfuzu, batini təsiri, vücud şüasının saçması və onları mənən hidayət etməsi mənasınadır. İzahında demək lazımdır ki, peyğəmbərlərin göndərilməsindən və besətdən əsas məqsəd bəşər cəmiyyətlərini əbədi səadətə hidayət etməkdir. Bu hədəf iki yöndə həyata keçir:
1. Yolu göstərmək mənasına olan hidayət; bu, hər bir peyğəmbərin vəzifəsidir.
2. Bəndələri Allahın nəzərdə tutduğu ali məqsədə çatdırmaq. Bunun da iki qismi vardır:
a) Təşrii hidayət və dini proqramların icra edilərək həyata keçirilməsi; istər hökumət təşkil etmək, ilahi cəza qanunlarını tətbiq etmək, ilahi hökmləri və ictimai ədaləti bərqərar etməklə olsun, istərsə də əməli olaraq insan ruhlarını tərbiyə və pərvərişi yolu ilə. Peyğəmbərlərin ilahi hədəflərinin həyata keçməsinə səbəb olan bu iki hədəf eyni zamanda çox ağır bir proqramdır, bu yolda elm, təqva, şücaət və idarəçilik baxımından çoxlu ideal xüsusiyyətlərə ehtiyac vardır.
b) Təkvini hidayət və hazırlığı olan bəndələrin ruhi təsirlə, mənəvi nüfuzla, qəlbinə hidayət şüasının nurunu saçmaqla ilahi məqsədlərə çatdırılması. Bu, batini və mənəvi bir seyrdən ibarətdir. Şübhəsiz, belə bir proqram daha artıq hazırlığı və xüsusiyyətləri tələb edir.[1]
İnsanların haqqa hidayətində imam böyük rol oynayır. Buna diqqət yetirməklə demək lazımdır ki, çox insanlar məsum imamın mənəvi məqamından təsirlənərək haqqa hidayət olunmuşlar. Aşağıdakı bir nümunəni qeyd edirik:
Həsən ibni Əli ibni Fəzzal deyir: Mən vaqifi məzhəbində idim və həmin əqidə ilə Məkkəyə gedirdin. Məkkəyə daxil olanda qəlbimdə bir fikir yarandı. Əlimi “Mültəzimə”[2] ataraq dedim: “Pərvərdigara! Mənim nəzər və qərarımın nə olduğunu yaxşı bilirsən. Məni Öz dininin ən yaxşı yollarına hidayət et!” Ürəyimdən keçdi ki, Həcdən sonra imam Riza (əleyhis-salam)-ın hüzuruna gedəm. Sonra Mədinəyə gəlib imam Riza (əleyhis-salam)-ın qapısının ağzında dayandım. Xidmətçiyə dedim ki, mənim üçün daxil olmaq icazəsi al. Ağaya de ki, İraq əhlindən bir nəfər qapının ağzındadır. Bu zaman İmamın səsini eşidim: “Daxil ol!” Mən otağa daxil olduqda gözü mənə sataşan kimi buyurdu: “Allah sənin duanı qəbul və Öz dininə hidayət etdi.”
Dedim: “Şəhadət verirəm ki, sən bəndələr arasında Allahın höccəti və Onun əmanətdar bəndəsisən!”[3]
[1] Doktor Yəzdi Mütləqin nəzarəti altında fəaliyyət göstərən bir qrup yazıçı, “İmamətin tədqiqi” (imamiyyə, mötəzilə və əşairə firqələrinin nəzərlərinin tədqiqi), səh. 80, “Rəzəvi islami elmlər” institutunun nəşri, Məşhəd, 1-ci çap, 1381-ci şəmsi il
[2] Həcərul-Əsvəd ilə Kəbə qapısı arasında bir yerin adıdır. Belə adlandırılmasının səbəbi budur ki, ona yapışmaq müstəhəbdir (mültəzim – yanaşı, birgə olmaq).
[3] Şeyx Səduq, “Üyunu əxbarir-Riza (əleyhis-salam)” 2-ci cild, səh. 219, “İslami-elmi” nəşriyyatı, Tehran, birinci çap