Ətraflı axtarış
Baxanların
7244
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Qəməri il neçə gündən ibarətdir? Qəməri illərinin günlərinin sayı bir-biri ilə fərqlidirmi? Fərqli olan hallarda nə etmək lazımdır?
Sual
Hicri ili neçə gündən ibarətdir? Bir qəməri ilinin günlərinin sayı başqa qəməri ilinin günlərinin sayı ilə fərqlidirmi? Təfavüt olan halda nə etmək lazımdır?
Qısa cavab

Qəməri aylarının hamısının günləri bir-biri ilə bərabər və dəqiq şəkildə 29 gün, 12 saat, 44 dəqiqə və 3 saniyədən, yaxud 29,53059028 gündən ibarətdir. Hicri qəməri illərinin hamısının günlərinin sayı bir-biri ilə bərabərdir və 12 ay və ya 354,3670834 günə bərabərdir. Münəccimlər hər ayın günlərini kəsirsiz (tam) ədədlə bəyan etməlidirlər. Onlar tarixi hadisələri qeyd etdikdə otuzuncu günün yarısını əvvəlki aya, digər yarısını isə sonrakı aya hesab edə bilmirlər. Buna görə də qəməri ayın günlərini ən aşağısı 29, ən yuxarısı isə 30 gün hesab etməyə məcburdurlar. Nəticədə münəccimlər (astronomlar) iki növ qəməri ay bəyan etmişlər: dəqiq hesablama üzündən olan ay, gözlə görünən ay – hilal ayı. Lakin ayın və ilin günlərinin sayı kəsirsiz (tam) ədəd olmadığından, hesablama üzündən olan ay fiqhi nəzərdən mötəbər sayılmır və fəqihlər yalnız gözlə görünən hilal ayını mötəbər hesab edirlər. Hilal bütün məntəqələrdə və bütün saatlarda eyni səviyyədə görünmədiyinə görə, təbiidir ki, onun görünüb-görünməməsi ilə əlaqədar fikir ayrılığı yaranır, tarixdə (təqvimdə) cüzi ixtilaf əmələ gəlir. Aydındır ki, belə ixtilaflar sonrakı ayda öz-özünə həll olunub düzəlir, müəyyən hallarda da bu problem yeni ayın – hilalın görünməsinə dair şəriət hakiminin hökmü ilə aradan qalxır.

Ətreaflı cavab

Qəməri ayının günlərinin hamısı bir-biri ilə bərabərdir və dəqiq şəkildə 29 gün 12 saat 44 dəqiqə və 3 saniyədən, yaxud 29,53059028 gündən ibarətdir. Həmçinin qəməri ilinin aylarının hamısının sayı da bir-biri ilə bərabərdir və 12 aydan və ya 354,3670834 gündən ibarətdir. Lakin qəməri ilinin hesablanması asan olsun deyə, (yuvarlaq şəkildə) 354 gün nəzərdə tutulur, nəticədə birinci altı ay 30 gün, ikinci altı ay isə 29 gündən ibarət olur.

İlin günlərinin kəsrini bərpa etmək üçün hər üç ildə bir gün əlavə edilir. Yəni üçüncü il 355 gün olur. Çünki üç ildə kəsir olan miqdar 3x0,3670834 ≈ 1,101 gün olacaqdır. Bu hesablamadan əldə olunan mühüm nəticədən qafil olmaq olmaz. Bu da “bir aydan-bir” məsələsidir. Yəni qəməri ilində ayların birincisi 29, ikincisi 30 gün olur.

Bəzən yeni (qəməri) ayın, yaxud ilin başlanmasında səhv və ixtilaf yaranır. Bu ixtilafın və səhvin yaranmasının əsas səbəbi “bir aydan-bir” qaydasına əməl etməməkdir.

Münəccimlər hər ayın günlərini kəsirsiz olaraq tam ədədlə götürə bilmir, tarixin və hadisələrin qeyd olunmasında 30-cu günün bir yarısını hazırkı aya, o biri yarısını isə növbəti aya hesab edə bilmədiklərindən, qəməri ayın günlərinin sayını ən aşağısı 29 və ən yuxarısı 30 gün hesablamış, buna görə də iki növ qəməri aydan istifadə etmişlər:

1. Dəqiq hesab üzündən olan ay;

2. Görünməklə olan ay (hilal).

Onlar hesablama üzündən olan ayı tənzim etmək üçün müxtəlif cədvəllər tərtib etmişlər ki, astronomik qaydalara əsasən ayın seyr etməsi, eləcə də ayın günlərinin sayı və əvvəlinin təyin olunması – hamılıqla Ayın, Günəşin və ulduzların “vusta” hərəkəti qaydasına uyğun tənzim olunur ki, Günəş və Aayın hərəkət müddəti əsasında deyil, ümumi bir qanun əsasında olsun. Ayın və Günəşin vusta hərəkətinə uyğun olaraq demişlər: Ayın yer ətrafında dövr etmə periodu (Günəşlə bir xətt üzrə olma vaxtından növbəti dəfə bir xətt üzrə olma vaxtına qədər) 29 gün 12 saat və 44 dəqiqə olur. Münəccimlər iqrar etmişlər ki, Günəş Ayla (bir xətt üzrə) cəm olanda hilal gözlə görünmür. Bu zaman o cədvəl və nücum hesablaması aşağıdakı kimi olur: Bir ay 29 gündən 12 saat 44 dəqiqə artıq olduğuna görə bu miqdar iki ardıcıl ayda bir gecə-gündüzdən artıq olur, buna görə də onu kamil bir gün hesab edirlər. Bir ayı tamam (30 gün), növbəti ayı isə natamam (29 gün) götürürlər ki, əvvəlki ayın natamam hissəsi bərpa olunsun. Yəni həqiqətdə ikinci ayın 12 saatını birinci ayın 12 saatına əlavə edir və nəticədə əvvəlki aya kamil bir gün əlavə edilir. Bununla da otuz gün hesab olunur. Qəməri təqvimi məhərrəm ayından başlandığına görə məhərrəm ayı 30 gün, (ondan əvvəlki) zil-həccə ayı isə 29 gün olur.

Amma gözlə görülən hilal ayına gəldikdə isə, məqsəd gözlə görünməklə sübuta yetən aydır. İslam hökmlərinin meyarı həmin ay əsasındadır. Böyük fəqihlər də hər hilal ayını “birinci hilalın görünməsindən ikinci hilalın görünməsinə qədərki vaxt” hesab edirlər, nəinki qeyd olunan mühasibədəki kimi 30 və 29 gün.

Buna görə də demişlər ki, gözlə görünən hilal ayındakı xəfif hərəkət nəticəsində bir neçə ay ardıcıl olaraq (ən yuxarısı 4 ay) 30 və dalbadal üç ayda isə 29 gün ola bilər.

Şiənin böyük fəqihləri iki dəlilə əsasən münəccimlərin hesab üzündən olan aylarını mötəbər hesab etmirlər:

Əvvəla: Şəriətdə o nücum cədvəlinin etibarlı olmasına və höccət sayılmasına dair dəlil yoxdur, üstəlik şəri dəlil bunun tamamilə əksinədir. Misal üçün, bir rəvayətdə buyurulur: صُمْ لِلرُّؤْیَةِ وَ اَفْطِرْ لِلرُّؤْیَةِ “Sum lir-röyət və əftir lir-röyət – hilalı gördükdə oruc tutmağa başla (və ikinci dəfə) hilalı gördükdə orucu sona çatdır.”[1] (Ramazan ayının hilalını gördüyün zaman oruc tut, şəvval ayının hilalını gördüyü zaman oruc tutma və orucunu aç.)

İkincisi isə, münəccimlərin “kəbisə” (natamam) illəri hesablamaqla əlaqədar düçar olduqları problemdir. Çünki onlar öz hesablamalarına görə hər 30 ildə 11 ili “kəbisə” götürür və bu hesablamaya görə 29 gündən ibarət olan zil-həccə ayını 30 gün hesab edirlər.[2]

Deməli, qəməri ayın və ilin günlərinin sayı kəsirsiz (tam) bir ədəd olmadığından, bundan əlavə, fiqhi nəzərdən hesab üzündən olan ay mötəbər sayılmadığından, fəqihlər gözlə görünən hilal ayını mötəbər hesab etmişlər. Çünki hilalın görünməsi bütün məkanlarda və saatlarda eyni səviyyədə deyildir və təbiidir ki, hilalın görünüb-görünməməsi ilə əlaqədar nəzər ixtilafları yaranacaqdır. Belə olan hallarda bu ixtilaf sonrakı ayda öz-özünə aradan qalxır, həmçinin müəyyən hallarda da yeni hilalın görünməsinə dair şəriət hakiminin verdiyi hökm əsasında bu nəzər ixtilafı aradan qalxır.



[1] “Təhzibul-əhkam”, 4-cü cild, səh. 159, hədis 17 və 18

[2] Höccətül-islam Rza Məhdəvinin məqaləsindən istifadə olunmuşdur.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...