Please Wait
5539
Tərəddüddə olan və səfərinin nə qədər davam edəcəyini bilməyən müsafirdə iki hal təsəvvür olunur:
1. İqamət müddətinin nə qədər olacağını dəqiq şəkildə bilmir, lakin aşağısı on gün ərzində bir yerdə qalacağını bilir. (Məsələn, xəstəxanada yatır və nə vaxt azad olunacağını bilmir, lakin orada aşağısı on gün qalacağını bilir). Sair şərtlərin mövcudluğu ilə namazı tamam qılmalıdır.
2. Əgər bir yerdə nə qədər (on gündən az, yoxsa çox) qalacağını ümumiyyətlə bilmirsə və bu barədə tərəddüddədirsə, bu şəxs 30 gün ərzində namazını qəsr qılmalıdır, lakin 30 gün keçəndən sonra, orada hətta az miqdarda qalacağı təqdirdə belə, namazını tamam qılmalıdır.[1]
[1] Əgər müsafir 8 fərsəxə (təqribən 22,5 km) çatdıqdan sonra bir yerdə 30 gün qalsa və bu 30 günün hamısında gedib-qalmaqla əlaqədar tərəddüddə olsa, 30 gün keçdikdən sonra az miqdarda qalmalı olsa belə, namazını tamam qılmalıdır.
Müsafir bir yerdə 9 gün, yaxud ondan az miqdarda qalmaq fikrində olsa və orada 9 gün və ya ondan az qaldıqdan sonra yenidən 9 gün və ya ondan az miqdarda qalmaq istəsə və bu minvalla 30 gün davam etsə, 31-ci gün gərək namazını bütöv qılsın.
30 gün ərzində qalıb-gedəcəyində tərəddüddə qalan bir müsafir namazını o zaman tamam qılmalıdır ki, 30 günü bir yerdə qalsın. Deməli, əgər onun bir miqdarını bir yerdə, qalanını isə başqa yerdə qalsa, 30 gündən sonra da namazı şikəstədir. “Tovzihul-məsail” (İmam Xumeyninin risaləsinin haşiyəsi), 1-ci cild, səh. 727, 728, məsələ 135, 1354, 1355