Please Wait
7174
Vacib namazlar, heç bir şəraitdə insanın boynundan götürülmür. Hər bir müsəlman ki, təklif yaşına çatmışdırsa, vacibdir hər hansı bir halda mümkündürsə öz namazını qılmalıdır.
O şəxslər ki, səmadadırlar əgər yer kürəsinə doğru üzlərini çevirsələr qibləyə doğru durmuşdurlar. Amma yer kürəsinin hansı tərəfdə olduğunu təyin edə bilməyirlərsə dörd tərəfə namazlarını qılacaqlar (imkanı olduğu şəraitdə) bundan başqa şəraitdə, hər neçə tərəfə namaz qılsalar kifayət edər.[1]
Amma dəstəmaz halında, əgər dəstəmaz almağa imkanı vardırsa, dəstəmaz almalıdır; əgər dəstəmaz üçün imkan yoxdursa tətəmmüm etməlidir və əgər təyəmmüm üçün də imkan yoxdursa ehtiyat əsasında, təyəmmüm və dəstəmazsız namazını qılacaq, sonra isə dəstəmazsız və təyəmmümsüz qıldığı namazların qəzasını qılacaqdır.[2]
Amma qəsr və tamam olması baxımından (namazın qəsr, iki rəkət olması və yaxud tamam dörd rəkətli olması). Əgər bir kosmonavt bilir ki, səmada müəyyən bir yerdə on gün və yaxud çox qalacaq orada namazını tamam, qılmalıdır. Belə olamayan halda namazı qəsrdir (iki rəkət). Amma əgər biri "kosmonavt" – lığ) onun işidir o halda ki, birinci səfərindən sonra, on gün və on gündən çoz öz vətənində və yaxud başqa bir yerdə qalmamışdırsa ikinci səfərində namazı tamamdır. Amma əgər on gün və on gündən çox öz vətənində və yaxud başqa bir yerdə qalmışdırsa və yenidən səmaya qalxarsa onun namazı qəsr olacaqdır.[3]