Ətraflı axtarış
Baxanların
7330
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Nə üçün ölü müctəhidə təqlid etmək caiz deyildir?
Sual
Nə üçün ölü müctəhidə təqlid etmək caiz deyildir?
Qısa cavab

Ölü müctəhidə təqlid etməyi caiz bilməyən fəqihlər bir çox dəlillərə istinad etmişlər. Həmin dəlillərdən agah olmaq üçün gərək fiqhi kitablara müraciət olunsun. Amma bu sual digər şəkildə də irəli çəkilə bilər. O da bundan ibarətdir ki, bu qrup müctəhidin nəzərindən belə bir hökmün faydası və həqiqətdə onun fəlsəfəsi nədir?

Bu sualın cavabında bir neçə məsələyə işarə edirik:

1. Dini tələbələrin ictihad məqamına çatmaq məqsədi ilə elm öyrənməkləri elmi-dini hövzələrin qalıb davam etməsinə səbəb olur.

2. Keçmişdəki böyük alimlər bir çox məsələlərə cavab verib şəri problemləri həll etsələr də, lakin bir çox şəri məsələ qalmışdır və bunlar gələcəkdəki müctəhidlərin vasitəsi ilə cavablandırılır.

3. Müsəlmanlar şəxsi və ictimai həyatlarında, dünyada daxili və xarici işlərlə əlaqədar hər gün çoxlu yeni-yeni məsələlərlə qarşılaşırlar. Onlar bu barədə öz vəzifələrinin nə olmasından agah deyildirlər. Bu kimi hallarda gərək diri müctəhidlər və fəqihlər camaatın vəzifəsinin nə olduğunu aydınlaşdırsınlar.

4. Bir çox məsələlər və mövzular günbəgün dəyişilir. Yalnız diri müctəhid zaman və məkan şəraitlərinə diqqət yetirməklə dəyişən mövzunu aydınlaşdıra, ehtiyac duyulan hökmü bəyan edə bilər.

5. İslam elmləri də sair elmlərlə çiyin-çiyinə irəliləməkdədir.

Ətreaflı cavab

Şiə fəqihlərindən bir çoxu[1] ibtidai olaraq ölü müctəhidə təqlidi caiz bilmir və buyururlar ki, ölü müctəhidə təqlid etmək yalnız “təqliddə qalmaq” şəraitində səhihdir. Yəni müəyyən bir müctəhidin sağlığında ona təqlid edənlər onun vəfatından sonra da diri müctəhidin fətvası və icazəsi ilə ona təqliddə qala bilərlər.

Bizim fəqihlərimiz mərcəyi-təqlidin şərtlərindən biri kimi onun diri olmasını şərt etmiş və ölü müctəhidə təqlidi (ibtidaən) caiz bilməmişlər. Bu barədə onların özlərinin xüsusi fiqhi dəlilləri vardır. Bu dəlillər fiqhə aid olan ixtisasçı bəhslərdə irəli çəkilir. Onun burada bəyan olunması bu məqalənin çərçivəsindən xaricdir. Amma sualda qeyd olunan məsələ digər şəkildə də irəli çəkilə bilər. O da bundan ibarətdir ki, həmin fəqihlərin nəzərindən belə bir hökmün fəlsəfəsi və faydası nədir?

Bu suala cavab vermək məqamında yalnız bu İslam hökmünün bəzi faydalarına işarə edirik:

1. Bu nəzəriyyə dini-elmi hövzələrinin canlı qalmasına, onların günbəgün inkişaf edib rövnəqlənməsinə səbəb olur. Çünki bu nəzəriyyəyə əsasən, ictihad yolu açıq olduğu üçün, yeni şəriət alimlərinin tərbiyə olunması ilə bu sahədə (elmiyyə hövzələrində) yeni-yeni müctəhidlərin və mərcəyi-təqlidlərin yetişməsinə səbəb olur.

2. Keçmiş dövrlərdə mövcud olan şəri problemlərin, çətinliklərin və məsələlərin bir çoxu həmin dövrdəki şəriət alimlərinin tərəfindən cavablandırılmışdır. Lakin o məsələlərin bir çoxu hələ də qalır və gələcək nəsillərin müctəhidi tərəfindən cavablandırılmalıdır. Hətta dünyada elmin inkişafı ilə o zamanlar həll olunmuş bəzi məsələlərə də keçmişdəkilərə nisbətən daha yaxşı və ətraflı cavablar verilməsi mümkündür.

3. Elmiyyə hövzələrində təfsir, fiqh, üsul və s. elmilərin tədris və təlimini nəzərə almaqla, bu elmlər digər elmlərlə çiyin-çiyinə inkişaf edir və təkamülə doğru gedir.

4. Müsəlmanlar hər gün öz şəxsi və ictimai həyatlarında, özlərinin daxili və xarici işlərində yeni-yeni məsələlərə qarşılaşır, yalnız zamanın tələblərinə agah olan fəqih alim onların vəzifəsini aydınlaşdıra bilər. Ümumiyyətlə, rəvayətlərdə qeyd olunduğu kimi, müctəhidə müraciət etməyin səbəbi məhz həmin məsələdir. İmam Zaman (əleyhis-salam) buyurmuşdur:

وَ اَماَّ الْحَوٰادِثُ الْوٰاقِعَةُ فَارْجِعُوا فِیهٰا اِلیٰ رُوٰاةِ حَدِیثِنٰا

“Sizin üçün qarşıya çıxan yeni məsələlərdə bizim hədislərimizi rəvayət edənlərə (fəqihlərə)  müraciət edin.[2]

Bu hədisdə deyilən “həvadisul-vaqiə” hər bir zamanda, hər bir əsrdə, ilbəil, hətta günbəgün qarşıya çıxan yeni şəri məsələlərdir və yalnız öz zəmanəsinin tələblərinə agah olan diri fəqih bu kimi məsələləri həll edib lazımınca cavab verə bilər. Fəqihlərin kitablarının araşdırılması göstərir ki, yeni məsələlər camaatın ehtiyaclarına uyğun olaraq və tədrici şəkildə fiqhə daxil olur və fəqihlər də onlara cavab verilər. Uzun və mütəmadi illər boyu fiqh elminin inkişafı müxtəlif əsrlərin fəqihləri tərəfindən hasil olunmuşdur.

5. Keçmiş dövrlərdə mövcud olan mövzulardan bir çoxu dəyişilmiş və başqa mövzulara çevrilmişdir. Yalnız diri müctəhid yeni mövzuların hökmünü dəlillərdən (Quran və hədisdən) çıxararaq bəyan edə bilər.[3]



[1] Bizim nəzərimizcə, əvvəla, ibtidaən ölü müctəhidə təqlid etmək caiz və əgər meyit ələm olarsa, ona təqlid etmək vacibdir. İkincisi, ictimai məsələlərdə yalnız rəhbərə təqlid etmək lazımdır və ictimai işlərdən qeyrilərində rəhbərdən başqasına da təqlid etmək olar.

[2] “Ehticac”, Təbərsi, 2-ci cild, səh. 283

[3] Əlavə məlumat üçün bax: “Dəh qoftar”, Ustad Şəhid Mutəhhəri, “İslamda ictihad prinsipi barədə söhbət”

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Mütərəqqi ilahi-rəhmani idarə sistemində insanın ruhi yüksəliş metodunu bəyan və şərh edin.
    6474 İslam fəlsəfəsi 2012/04/09
    Bu sual ideal cəmiyyət, yaxud xilaskar ideologiyasının barəsində digər bir bəyandır. Əflatunun irəli sürdüyü ideal cəmiyyət insanın “Respublika” kitabında təsvir edilən ən qədim və məşhur yüksəliş modelidir. İslam aləmində Farabi də “İdeal cəmiyyətin əhalisinin rəyləri” adlı kitabında ideal islam hökuməti və onun rəisi ilə əlaqədar bəhs aparmışdır. ...
  • Nə üçün qadın müctəhid ola bilməz?
    8083 Nizamlar hüquq və əhkam 2011/04/16
    Din alimlərinin və mütəxəssislərinin qadının müctəhid və hakim olması mövzusunda nəzərləri müxtəlifdir. Həmçinin bu mövzu islam dininin zəruri qanunlarından sayılmır. Qadının müctəhid və şəri hakim ola bilməməsini iddia edənlər də öz növbələrində hədislərə və alimlərin icmasına istinad edirlər. Bunu da qeyd edək ki, bu mövzu olduqca geniş bir mövzudur.Amma biz ...
  • Bilal evlənmişdimi? Əgər cavab müsbətdirsə, onun övladları da var idimi?
    6382 Fiqh tarixi 2011/10/20
    Tarix kitablarında Bilalın evlənməsi ilə əlaqədar müəyyən məqamlar qeyd olunmuşdur. Misal üçün, yazmışlar ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in təklifi və israrı ilə Bəni-Kənanədən olan bir qadınla,[1] bəzi mənbələrə görə isə, Bəni-Zöhrədən olan bir ...
  • Bəhailərin əqidəsinin səhv olması, onların murdar olmasının dəlilini və sadə lövh insanların o əqidədən qəbul etməsinin hökmünü açıqlayın?
    6799 Qədim kəlam 2010/11/10
    Mirzə Hüseynəli Bəhainin (Bəhai məzhəbinin banisi) əqidəsi öz kitablarında buna əsaslanır ki, "ov" və "Əli Məhəmməd bab" ın qiyam etməsiylə islam dini nabud (ləğv) olmuş və həzrət Məhəmməd (s)- in peyğəmbərlik və risaləti sona çatmışdır. Belə bir fikir "bab" qiyamını qəbul edib və vədə verdiyi "ov" həmin ...
  • Dini və Quran fəaliyyətlərində pul və muzd almağın, ümumiyyətlə vacibi kifayi fəaliyyətlərdə pul almağın hökmü nədir?
    7397 Nizamlar hüquq və əhkam 2012/03/11
    Əgər dini fəaliyyətlər (Qurandan başqa fəaliyyətlər o cümlədən Quran oxumaq və əzbərləmək kimi) vacib işlərdə olarsa; misal üçün namazın vacib məsələlərini öyrətmək kimi, bu fəaliyyətlərdə pul və muzd almağa icazə verilmir. Amma dini fəaliyyətlər müstəhəb işlərdə olarsa, pul və muzd almağın eybi yoxdur. Quran fəaliyyəti, yalnız Quran ...
  • Müntəzər (intizarı çəkilən) Məhdi barəsində şiənin nəzəri nədir?
    9701 Qədim kəlam 2010/11/10
    Yuxarıdakı sual çox külli və ümumi olduğundan, qərara almışıq ki, həzrət Məhdi (əleyhis-salam)-ın həyatı, qeybət dövrünün xəbərləri və zühur əlamətlərinə qısaca işarə etmiş olaq. O həzrətin adı “ م.ح.م.دM.h.m.d”dir. Onun çoxlu ləqəbləri vardır, o cümlədən: Qaim, Müntəzər, Sahibul-əsr və s. O həzrətin əziz atası imam ...
  • Din və mədəniyyətin əlaqəsi necədir?
    13898 Təzə kəlam 2011/02/14
    Din və mədəniyyətin əlaqəsini açıqlamaq, din və mədəniyyətin hədəf, təsir və mahiyyətini dəqiq tanıyarkən mümkündür. Bir dəstə din və mədəniyyət arasındakı bütün əlaqələri inkar ediblər. amma bu baxış düzgün deyil. Əlbəttə bu məsələ aydındır ki, mədəniyyətlərin bəzisi təkamülə yetişmək olan səmavi dinlərin uca hədəflərinə qarşı olduqlarına görə, dinlə uyğun ...
  • "Hər gün Aşura, hər yer Kərbəla" şüarı rəvayət və ya hədisdirmi? Sənəd və etibarı nə dərəcədədir?
    13278 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/07/02
    Rəvayi mətnlərində bu cümlənin (Hər gün Aşura, hər yer Kərbəladır) məsumlardan nəql olunan hədis olmasını isbatlayan heç bir sənədə rast gəlmədik. Amma sözügüdən ibarə Kərbəla hadisəsi kolleksiyasından düzgün götürülmüş, imamət xəttini göstərən və bir neçə ibrətli mesajı əhatə edir. Heç bir gün Aşura günü kimi olmayıb və olmayacaq, amma zalımların ...
  • Hansı dəlillərə əsasən Məmun İmam Riza (əleyhis-salam)-ın bayram namazı qılınmasının qarşısını aldı?
    5994 تاريخ بزرگان 2012/03/14
    Məmunun İmam Əli ibni Musər-Riza (əleyhis-salam)-ın imaməti ilə fitr bayram namazı qılınmasının qarşısını almasının ümdə dəlili o həzrətin namaz qılması ilə əlaqədar hökumətə yönələn təhlükə hissi idi. Bu hadisə Mərv (Xorasan) əhalisinin İmam Riza (əleyhis-salam)-ın müsəllaya getməsi xəbərini eşitməklə eyni zamanda hamılıqla evlərindən müsəllaya tərəf axışmaları zamanı ...
  • Müəllimlə tələbənin (orta və ali məktəb tələbəsinin) qarşılıqlı hüquqları hansılardır?
    16999 Əməli əxlaq 2011/10/20
    Müəllimlə şagird və tələbənin qarşılıqlı olaraq çoxlu hüquqları vardır. Onları iki qismə bölmək olar: 1. Müəllimin şagirdə və tələbəyə qarşı vəzifəsi; bunlar əxlaqi, tərbiyəvi, elm və təlim vəzifələrindən ibarətdir.

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164475 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    162599 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119531 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113203 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    109547 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93671 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54717 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45866 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45520 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...