Ətraflı axtarış
Baxanların
7336
İnternetə qoyma tarixi: 2011/05/05
Sualın xülasəsi
Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
Sual
Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
Qısa cavab

Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.

O öz ustadı Məhəmməd ibni Yəhya Zəhəli tərəfindən həsədə məruz qalaraq, kafir hesab olunaraq cəmiyyətdən qovulmuşdur. Çarəsiz olaraq Nişabur şəhərini tərk etdikdən sonra Buxaraya getdi və orada da hakimlərin qəzəbinə tuş gəldi. Oradan isə Səmərqəndə üz tutdu bu səfəri zamanı anadan olduğu kəndə getdi, bir neçə gün sonra vəfat etdi. Onun 25 əsərə sahib olduğunu söyləyirlər ki, onlardan ən mühüm olanı Səhih Buxari kitabıdır.

Buxari iki İmamla (İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə) bir dövürdə olduğuna baxmayaraq, təssüflər olsun ki, o iki böyük şəxsiyyətdən heç bir hədis rəvayət etməmişdir; yalnız 29 hədis İmam Əli (ə)- dan və az bir miqdarda isə İmam Həsən Müctəba (ə) və İmam Baqir (ə)- dan rəvayət etmişdir. Baxmayaraq ki, sünnilərdən çoxu onu düz danışan və onun səhih kitabının Qurandan sonra ən böyük kitab olaraq qəbul edirlər, amma sünnilərin bəzi böyük alimləri, onu hədislərində möhkəm nöqsanların olduğunu bildirmişdirlər. beləliklə şiə hədisçiləri və alimləri də onda olan nöqsanları təyid edirlər.

Ətreaflı cavab

Əbu Əbdullah Məhəmməd ibni İsmayil İbni İbrahim ibni Müğəyrə ibni Bərdəziyyə Cofi, Əl- Buxari, əhli sünnətin tanınmış hədis alimlərindən biridir. Onu "Cofi"- yə nisbət verməyin dəlili budur ki, ikinci babası, Müğəyrə Buxarının "Təman Cofi" hakimiyyətinin valisinin vasitəsiylə İslam gətirmişdir.

Müğəyrənin atası Bərdəziyyə (əkinçi) Zərdoşti olmuş və o dində də günyadan getmişdir. Bunun üçün də, Yaqut Həməvinin dediyi söz ki, demişdir Bərdəziyyə Buxara hakiminin əliylə müsəlman olmuşdur, sözü düzgün deyil. Buxarı hicri qəmərinin 194- cü ili şəvval ayının 13- də Buxari şəhərinin kəndlərindən olan "Xərtənh" kəndində dünyaya gəlmişdir. Uşaqlıq dövründə atasını itirmiş və anasının himayətində böyümüşdür. Səfdi və Xətib Bağdadi deyir ki, o uşaqlıq dövründə görmə qabiliyyətini əldən vermiş, amma anasının duası sayəsində bir daha ona nail olmuşdur.

Xətib Bağdadinin dediyinə əsasən, ,Buxari, güclü yaddaşa sahib olmuş və uşaqlıq zamanından Buxara şəhərində təhsil almağa başlamışdır və on yaşında olarkən hədis toplayıb hifz etməyə çalışmışdır. On bir yaşı olanda ustadı "Zəhəli"- nin bir hədisin sənədi haqqında dediyi səhvi düzəltdikdən, onu təəccübləndirir. Sünni mənbələrinin yazdığına görə, onun görüşündə olan hədis alimləri, yazdıqları hədisləri, onun əzbər dediyi hədislər arasında səhvlərini düzəldirdilər. on altı yaşında ibni Mübarək (vəfat 182- hicri qəməri) və Kəb ibni Cərahın (vəfat 197- hicri qəməri) kitablarını əzbərlədi və həmin il anasıyla birlikdə həccə getdi və hədis öyrənmək üçün Məkkədə qaldı.

On səkkiz yaşında Mədineyi Münəvvərə də (Peyğəmbərin qəbri kənarında) "Qəzaya əl- səhabə və əl- tabein və əqavilihim" kitabını yazdı. Deyilənlərə əsasən, Buxari hədis toplamaq üçün bir çox uzun səfərlər etmişdir.

O bir müddət Nişaburda hədis məclisləri təşkil etmişdir ki, çoxlu cəmiyyət burada iştirak edirdi. Mümkündür ki, bu iş "Məhəmməd ibni Yəhya Zəhəri"də (böyük hədis alimlərindən və Buxara ustadlarından biri) həsədə səbəb olsun; odur ki, Buxariylə düşmənçiliyə səbəb olur".

Zəhəli və bir çox mütəkəllimlər Quranın qədim olmasına qail idilər və öz müxaliflərini mürtəd bilirdilər. Amma Buxari, Quranın məxluq (sonradan yaranmasına) olmasına qail idi, bunun üçün də dindən azmasına müttəhim oldu. Və onun məclislərində iştirak etməyə qadağa qoyuldu. Müslim və Əhməd ibni Müsəlləmədən başqa bütün şagirdləri onun ətrafından dağıldılar, o da çarəsiz qalaraq Nişaburdan Buxaraya gedir. O bir müddət Buxarada qaldıqdan sonra hədis məclisləri təşkil edir. Xətib Bağdadi deyir: Xalid ibni Əhməd Zəhəri, şəhər hakimi, onu hədis bəyan etmək üçün öz sarayına dəvət etdi, amma Buxari qəbul etməyib dedi: Mən elmi xar və zəlil etmərəm və onu camaatın qapısı önünə aparmaram, əgər hakimin elmdən bir şeyə ehtiyacı vardırsa, məsciddə və yaxud mənim evimdə hazır olmalıdır. Onun bu işi hakimiyyət məmurlarına mənfi təsir qoydu ki, nətəcədə onu sürgün etdilər.

Səmərqənd camaatı, məktub yazaraq özü öz şəhərinə dəvət etdilər, Buxari onların dəvətini qəbul edib Səmərqəndə tərəf hərəkət etdi, amma Səmərqəndin yaxınlığında anadan olduğu kəndə çatanda öz qohumları onu öz evlərinə dəvət etdilər, o hicri qəməri ilinin 206- cı ili fitr bayramı günü vəfat etmiş və orada da dəfn olunmuşdur.

Əhli- sünnət, Buxarrinin fəzilətləri haqqında çoxlu mətləblər demişdirlər, bəziləri iddia edirlər ki, hədis elmində Buxaridən elmli bir şəxs yoxdur. "Müslim" deyir: Mən şəhadət verirəm ki, dünyada onun tayı- bərabəri yoxdur.

Buxari şiə İmamlarından (ə) vasitəylə və yaxud vasitəsiz, nadir hallarda hədis rəvayət etmişdir və öz səhih kitabında İmam Əli (ə) dan yalnız 29 hədis və az bir miqdarda hədis İmam Həsən (ə) və İmam Baqir (ə)- dan rəvayət etmişdir.

Tədqiqatçıların nəzərində, Buxarini əhli- sünnətin dörd məzhəbindən birinin və yaxud başqa məşhur məzhəblərin davamçısı olduğunu qəbul etmirlər; əslində o məxsus fiqhə etiqadı olmuş və öz nəzəriyyəsi əsasında ictihad etmişdir. Baxmayaraq ki, bəzi məzhəblərin davamçıları, onu öz məzhəblərinə tabe olmuş bir insan kimi tanıyırdılar. Misal üçün: "Səbki" onun adını öz kitabında və Şafei alimləri sırasında bilir və "Qazi ibni əbu Yəla" onu Hənbəli alimlərindən olduğunu iddia edir.

Buxarinin təlifləri:

Onun üçün 25 kitab onun əsərlərindən qeyd etmişdirlər ki, onlardan ən məruf olanları ibarətdir:

1.             Tarixi Kəbir 40 hədis ravilərinin haqqında.

2.             Tarixi- səğir.

3.             Əl- Zuəfaul- Səğir.

4.             Əl- Kuni kitabı.

5.             Xəlqi Əfal əl- ubbad kitabı (cəhşiyyə firqəsinin rədd edilməsi mövzusunda).

6.             Əl- ədəb əl- müsfrəd fil hədis.

7.             Qəzaya əl- səhabə və əl- tabein və əqavilihim.

8.             Təfsiri Buxari.

9.             Əl- came əl- səhih (Səhih Buxari).

Səhih Buxari:

Bu kitab sünni məzhəbinin nəzərində məxsus etibara malikdir. Bəzilərinin iddasına əsasən, bütün İslam ümməti bunu qəbul edirlər ki, Qurandan sonra ən düzgün kitab Səhih Buxari" və "Səhih Müslim" kitabıdır. Amma bəzi sünni alimləri bu kitabın nəqd olunmasını irəli sürmüş və möhkəm iradlar etmişdirlər; misal üçün: "Hafiz Dirəqtəni" bir çox şübhələr "Səhih Buxari" haqqında mətrəh etmişdir ki, onlardan çoxu hədisin sənədində olan şəxsiyyətlərlə bağlıdır; misal üçün:

1.            O hədislər ki, iki və yaxud çox sənəd vasitəsiylə rəvayət olunmuşdur, sənədin biri digərinə nisbət ki, çox ravi tərəfindən rəvayət olunmuşdur və ya bəzi rəvayətlərin əvəzində tamamiylə başqa şəxslərin adları gətirilmişdir.

2.            Hədislər ki, rəvayət etmişdir, onların ravilərindən bəziləri tən[1] olunmuşdur.

3.            Yalnız bir ravi tərəfindən "munfərid" rəvayətolan rəvayət ki, qəbul olunmayır, rəvayət etmişdir. (o rəvayətlər ki, müəyyən ravilər tərəfindən rəvayət olunmuş və heç bir kəs onu rəvayət etməmişdir).

Şiə alimləri tərəfindən də bir çox nəzəriyyələr Buxari haqqında irəli sürülmüşdür ki, onlardan bəzilərinə işarə edirik:

1.             Şiə imamları və onların övladları vasitəsiylə hədis rəvayət etməsi; o halda ki, o, yalnız iki məsum İmam (İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə)- la bir dövürdə yaşamışdır. Amma bir neçə İmam Əli (ə), İmam Müctəba (ə) və İmam Baqir (ə)- dan hədis rəvayət etmişdir. Bunun bərabərində, Nasibi və xaricilərdən rəvayət, Nəzir Əkrəmə, Ömər ibni Xəttab və Ürvə (ki, bir çox hədis alimləri onu cərh bilirlər). Buxarinin hədislərinin sənədlərində gəlmişdir. Şiə İmamları məşhur olduqları üçün və onların şagirdləri, xüsusiylə də İmam Baqir (ə) və İmam Sadiq (ə) Hicazda və İraqda daha çox idi, Buxari yalnız şiə hədis alimlərindən 20 nəfərin adınaişarə etmişdir.

2.             Əhli- beytin (ə) məqam və fəzilətindən rəvayət etməməsi, o halda ki, sünni və şiə raviləri Peyğəmbər (s)- dən Əhli- beyt haqqında bir çox rəvayətlər nəql etmişdirlər, başqa sünni kitablarında hədsiz sayda çoxdur.

3.             Buxarinin rəvayət etdiyi hədislərin sənədlərində naməlum şəxslərin olması və saxta hədislərin qəbul edilməsidir.

4.             Hədislərdən bir çox hissəsində rəvayətin bəzi yerlərini qeyd etməmiş və yaxud bir çox yerlərdə təkrar olunmuşdur.

5.             Hədislərin öz əsl sözlərini rəvayət etməyib, hədisin mənasını gətirmişdir ki,bu da hədislərdə öz şəxsi dərk və nəzəriyyəsinin nəticəsidir.[2]



[1] - Rical elmində istifadə olunan terminlərdəndir ki, şübhə mənasında işlədilir.

[2] - Bunu da qeyd etmək lazımdır ki, bütün mətləblər (Daneşnameye cahane İslam) kitabı, Doktor Qulaməli həddad Adilin nəzarəti altında, cild 2, Buxari kəlməsi, barəsindən götürülmüşdür. Əlavə məlumat üçün bu mənbəyə müraciət olunsun.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6148 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    7943 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13996 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Həqiqi mənəviyyata meyillilik nə deməkdir?
    8892 Əməli əxlaq 2010/10/03
    Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə ...
  • Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”?
    8403 Qədim kəlam 2011/08/23
       Kəlamelmindəisbatolunubki, insanözişlərindəixtiyarsahibidirvəQurandanöyrəndiklərimizdə
  • Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
    7788 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam ...
  • " السلام علیک یا حجة الله لا تخفی" "Əssəlamu ələykə ya höccətəllahi la təxfa" cümləsindən məqsəd nədir?
    6758 Qədim kəlam 2012/02/07
    "Əssəlamu ələykə ya höccətəllahi la təxfa",«السلام علیک یا حجة الله لا تخفی» İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir.[1] Onun mənası barədə iki ehtimal vermək olar:
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5650 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    9214 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    10319 Nizamlar hüquq və əhkam 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164005 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160168 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118966 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112220 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106940 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92856 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54353 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50583 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45245 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44727 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...