Ətraflı axtarış
Baxanların
7089
İnternetə qoyma tarixi: 2010/01/07
Sualın xülasəsi
Məsumların hədislərinin sənədləri Peyğəmbərə bağlanmırmı?
Sual
"Məsumlardan olan hədislərin sənədi Peyğəmbərə bağlanır" sözü düzdürmü? Xahiş edirəm izah verin.
Qısa cavab

Şiələr İmamları (Peyğəmbər (s)- in canişinləri) məsum bilirlər. Ona görə də, onların sözləri də Peyğəmbərin sözü kimi zatən höccətdir və Peyğəmbərə (s) nisbət verməyə ehtiyacı yoxdur.

Məsum İmamlardan bizə yetişən hədislər iki dəstəyə bölünür:

Rəvayətlərin bir dəstəsi sənədli formada bəyan olubdur. Yəni sənədinin zəncirvari raviləri də qeyd olubdur. Belə ki, hər bir İmam atasından nəql edir ta rəvayətin sənədi Peyğəmbərlə sona çatır. Buna əsasən, bu rəvayətlər sənəd nəzərindən daha çox mötəbərtdirlər.

Amma rəvayətlərin digər bir dəstəsi sənədsiz bəyan olubdur. Bunlar da iki dəstədirlər. Peyğəmbərdən vasitə ilə nəql etsələr də, sənədini qeyd etməyiblər. Ona görə də, bu növ hədislər də, sənədinin zəncirvari raviləri bəyan olunmayıb və zahirdə mursəl olsalar da, amma nəzərə almalıyıq ki, məsumlar əmin və sadiq insanlardan sayılırlar və əgər bir hədisi Peyğəmbər buyurmamış olsa, onları İlahi hökm kimi bəyan etməz və Peyğəmbərə nisbət verməzlər.

Nümunə olaraq bu hədisə diqqət edin:

«عَلِيُّ بْنُ مُحَمَّدٍ عَنْ سَهْلِ بْنِ زِيَادٍ عَنِ النَّوْفَلِيِّ عَنِ السَّكُونِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) قَالَ قَالَ رَسُولُ اللَّهِ (ص)»

Əliyyibni Muhəmməd ən Səhl bin Ziyad əmin- Nöfəli ənis Səkkuni ən Əbi Əbdillah (ə) qalə, qalə Rəsulullah (s).

Şiənin mənbələrində minlərcə və siənin kutubu- ərbəsində (Kafi, mən la yəhzuruhul- fəqih, Təhzib və İstibsar) yüzlərcə hədis bu başlıqla nəql olubdur. Yaxud camiə, Mushəfi Fatimə, Cefr və... kitablardan nəql etsələr də, hər halda istinadlı və müsəlmanların hamısı üçün höccətdir.

Buna əsasən, qeyd olunan məsələlərə əsasən, məsum İmamlardan nəql olunan hədislərə istinadlı və lazımi mötəbərliyə malikdir və onda heç bir şəkk- şübhəyə yol yoxdur.

Ətreaflı cavab

Bu mövzunun din daxili mövzulardan olduğunu nəzərə alaraq, ona görə də, yalnız şiənin nəzərindən bu suala cavab veririk.

Şiənin nəzərindən İmamlar (ə) məsumdurlar və Allah tərəfindən Peyğəmbər (s) vasitəsi ilə o həzrətin xəlifəsi olaraq camaata tanıtdırırlar. Buna əsasən, onlar Allahın yaratdıqlarına höccətdirlər və sözlərinin də, Peyğəmbərlərin sözü kimi zati höcciyyəsi var və sənədə və nisbət verməyə ehtiyacı yoxdur. Başqa sözlə, şiə bu əqidədədir ki, Peyğəmbər bir sözü buyurduğu zaman sənədə ehtiyacı olmadığı və heç kim o həzrətdən sənəd istəmir və onun sözünün höccət olmasında heç bir şəkkinin olmadığı kimi, məsumların sözlərinin də, sənədə ehtiyacı yoxdur və onların sözünün höccət olmasında heç bir şəkk yoxdur.

Qeyd etməliyik ki, məsum İmamlardan bizə çatan hədislər iki dəstəyə bölünür:

  1. Rəvayətlərin bir dəstəsi istinadlı formada bəyan olubdur. Yəni sənədlərin zəncirəsi (ravilər zəncirəsi) də qeyd olubdur. Belə ki, hər bir İmam öz atasından Peyğəmbərdə sona çatmaqla rəvayətin sənədini nəql edir.

Buna əsasən, bu hədislərdə sənədləri bəyan olub və sənəd cəhətdən heç bir iradın tapılmamasından əlavə, hətta sənəd cəhətdən daha çox etibarlı sayılır.

Bu dəstədən olan rəvayətlər də iki formadadır:

a). Biri budur ki, ata- babalarının adlarını bir- birinin ardınca bəyan edirlər. Məsələn:

«... قال أبو الحسن الرضا (ع) سمعت أبي موسى بن جعفر يقول سمعت أبي جعفر بن محمد يقول سمعت أبي محمد بن علي يقول سمعت أبي علي بن الحسين يقول سمعت أبي الحسين بن علي يقول سمعت أبي أمير المؤمنين علي بن أبي طالب (ع) يقول سمعت رسول الله ص يقول سمعت جبرئيل يقول سمعت الله عز و جل يقول لا إله إلا الله حصني فمن دخل حصني أمن من عذابي فلما مرت الراحلة نادانا بشروطها و أنا من شروطه» [1]

(Zəməxşəri Rəbul- əbrar kitabında Yəhya bin Hüseyn Hüseynidən səhifətur- Rizanın sənədi barəsində nəql edir: Bu sənədlər dəlinin qulağına çatsa, ağıllı olar.[2])

b) O biri budur ki, ravi "ən abaihi" (atalarından) kəlməsini gətirməklə, onların adlarının məlum olduğuna görə, onu gətirmişdir. Şiənin rəvayət kitabının hamsında təxminən 6671 hədis İmamlar (ə)- dan sənədli formada "ən abaihi" (atalarından= ən Rəsulullah) kəlməsi ilə nəql olubdur ki, bunların 278 hədisi şiənin kutubi- ərbəəsində (dörd kitab) (60 hədis Kafidə, 46 hədis Mən la yəhzuruhul- fiqhdə, 128 hədis Təhzibdə və 34 hədis İstibsarda) gəlibdir. Nümunə olaraq sənədli və yəqini olan bir hədisi burada bəyan edirik:

«عَلِيُّ بْنُ مُحَمَّدٍ عَنْ سَهْلِ بْنِ زِيَادٍ عَنِ النَّوْفَلِيِّ عَنِ  السَّكُونِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) عَنْ آبَائِهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ (ص) ...»[3]

Məlumdur ki, əgər bir hədis bu növ sənədlə nəql olunsa, "Silsilətuz- zəhəb"[4] hədisi deyilibdir. Çünki, şiənin nəzərinə əsasən İmamların hamısı yer üzündə İlahi höccət olub və höccət cəhətdən onlarla Peyğəmbər arasında heç bir fərq olmasa da, amma şiədən qeyrilərinin nəzərindən, bunlar ən yaxşı insanar və ən çox inanılmış şəxslərdirlər.[5]

  1. Rəvayətlərin digər bir dəstəsi sənədsiz bəyan olubdur. Bu dəstə rəvayətlərdə iki qismdir:

a). Vasitə ilə Peyğəmbərlərdən nəql edirlər, amma sənədini qeyd etmirlər. Nümunə olaraq bu hədisə diqqət edin:

«عَلِيُّ بْنُ مُحَمَّدٍ عَنْ سَهْلِ بْنِ زِيَادٍ عَنِ النَّوْفَلِيِّ عَنِ السَّكُونِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) قَالَ قَالَ رَسُولُ اللَّهِ (ص)»[6]

Şiə mənbələrində minlərcə və kutubi- ərbədə (Kafi, Mən la yəhzuruhul- fəqih, Təhzib və stibsar) yüzlərcə hədis bu adla nəql olubdur.

Bu növ hədislərdə, sənəd zəncirləri qeyd olunmayıb və

zahirdə mürsəl olsalar da, amma bunu nəzərə almalıyıq ki, məsumlar hətta əhli- zünnənin nəzərində də, əminlərdən və düz danışanlardandılar, ona görə də, qəbul etməliyik ki, onlar Peyğəmbərin buyurmadığı hədisi, İlahi hökm kimi bəyan etmir və ya Peyğəmbərə nisbət vermirlər. İmam Sadiq (ə) buyurubdur: Mənim hədisim, atamın (İmam Baqir) hədisi, atamın (İmam Baqir) hədisi, babamın (İmam Zeynul- abidin) hədisi, babamın (İmam Zeynul- adibin) hədisi, (İmam) Hüseynin hədisi, Hüseynin hədisi, (İmam) Həsənin hədisi, Həsənin hədisi Əmirəl- möminin (ə)- ın hədisi, Əmirəl- mömininin hədisi, Allah Rəsulu (s)- in hədisi və Allah rəsulunun hədisi, Allah- Taalanın sözüdür.[7]

b). Camiə, Fatimə müshəfi, Cəfr və... kitablardan nəql etsələr də, onlar istinadlı və müsəlmanların hamısı üçün höccətdir.[8]

Buna əsasən, məsum İmamlardan nəql olunan hədislər, sənədli, etibarlı və onlarda heç bir şəkk yoxdur.

Qeyd etməliyik ki, bu məsələ keçmişdə də müzakirə mğvzusu olubdur. Məsum İmamlar (ə)- ın sözlərinin zati höccət olmasını qəbul etməyən bir dəstə bu məsələyə etiraz edirdilər. Bu cəhətdən bunun yollarından istifadə olunurdu.

Cabir bin Yezid deyir: İmam Baqir (ə)- a ərz etdim:

Mənə hədis deyəndə sənədini də mənə de. İmam (ə) buyurdu: Atam babamdan, o da Peyğəmbərdən (s), o da, Cəbrayıl (ə)- dan o da Allah- Taaladan mənim üçün hədis deyibdir. Sənin üçün ddiyim hər bir hədis, bu sənədlədir.[9]

Digər bir rəvayətdə gəlibdir: Məhəmməd bin Əli (İmam Baqir) Cəbirin Peyğəmbərlə birgə olması hörmətinə onun yanına gedirdi və onunla otururdu və Allah- Taaladan onlar üçün hədis deyirdi. Mədinə əhli dedilər: Biz bundan cəsarətlisini görməmişik. (çünki balaca yaşında Allah tərəfindən hədis deyir), elə ki, gördü belə deyirlər, Peyğəmbər (s)- dən hədis dedi. Mədinə əhli dedilər: Biz bundan daha yalançı birisini görməmişik. Görmədiyi şəxsdən bizə hədis deyir. Elə ki, gördü belə deyirlər, Cabir bin Abdullahdan onlara hədis dedi. Bu zaman onu təsdiqlədilər. Halbu ki, Cabir onun yanına gedib və ondan elm öyrənirdi.[10]

Nəticə:

Məsum İmamların sözünün zati höccətliyi var və onlar sözü Peyğəmbərin və Allahın sözüdür, istər zahirdə sənədli olsun ya olmasın.

 


[1] - Səduq, Əmaliye- Səduq, səh 235, İslami kitabxana nəşriyyatı, 1362, hicri şəmsi.

[2] - Biharul- ənvar, cild 1, səh 30.

[3] - Kuleyni, Kafi, cild 1, səh 33, hədis 7, Darul- kutubul- İslamiyyə, Tehran, 1365, hicri şəmsi.

[4] - Şəvabul- əmal, tərcümə Qəffari, səh 23, Silsilətuz- zəhəb, onun sənədinin ravilərinin hamısının məsumlar olduğuna görə, qüdsi hədisdən sayılır. Çünki onu deyən Allah- Taaladır.

[5] - Məsələn Seyid Məhəmməd Rəşid Rza, əhli- sünnənin təəssülü alimlərindən olsa da Əl- mənar təfsirində İmam Sadiq (ə)- dan rəvayət edən zaman deyir: " روى عن جدنا الامام جعفر الصادق رضى اللَّه عنه" (Babamız İmam Sadiq (ə)- dan nəql olub). (Məhəmməd Rəşid Rza, Təfsirul- quranil- həkim (Təfsirul- mənar), cild 9, səh 538, çap və nəşr nəşriyyatı Darul- mərifə, Beyrut, Livan, çap ikinci).

[6] - Kuleyni, Kafi, cild 3, səh 269, hədis 8.

[7] - Kuleyni, Əl- kafi, cild 1, səh 53.

[8] - Baxın: Kuleyni, Kafi, cild 1, səh 239, Tərcümə Mustəfəvi, vild 1, səh 345.

[9] - Mufid, Əmali, səh 42, çap Qumun Şeyx Mufid dərnəyi, 1413 hicri qəməri, Ustad vəlinin tərcüməsindən istifadə etməklə, Mətn, səh 54.

[10] - Kuleyni, Əl- kafi, cild 1, səh 469, Usuli- kafidən istifadə etməklə, tərcümə Mustəfəvi, cild 2, səh 374.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6148 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    7943 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13996 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Həqiqi mənəviyyata meyillilik nə deməkdir?
    8892 Əməli əxlaq 2010/10/03
    Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə ...
  • Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”?
    8403 Qədim kəlam 2011/08/23
       Kəlamelmindəisbatolunubki, insanözişlərindəixtiyarsahibidirvəQurandanöyrəndiklərimizdə
  • Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
    7788 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam ...
  • " السلام علیک یا حجة الله لا تخفی" "Əssəlamu ələykə ya höccətəllahi la təxfa" cümləsindən məqsəd nədir?
    6758 Qədim kəlam 2012/02/07
    "Əssəlamu ələykə ya höccətəllahi la təxfa",«السلام علیک یا حجة الله لا تخفی» İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir.[1] Onun mənası barədə iki ehtimal vermək olar:
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5650 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    9214 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    10319 Nizamlar hüquq və əhkam 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164005 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160168 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118966 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112220 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106940 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92856 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54353 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50583 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45245 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44727 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...