Please Wait
11424
“Sar” sözü həm qan intiqamı həm də qan mənasındadır.
Birinci mənaya əsasən İmam Hüseynə (ə) onun qanının himayəçisi və qan intiqamçısının Allah olduğundan, “Sarəllah” deyilir. Amma, əgər “sarəllah” Allahın qanı kimi tərcümə edilsə, aşağıda qeyd edilən dəlillərə əsasən İmam Hüseynə (ə) “Sarəllah” deyilir:
1. “Sar” “Allah”- a əlavə edlmişdir ki, bu qanın çox şərəfli qan olduğunu bəyan etsin. Yəni bu təşrifi əlavədir.
2. Kamil insan ki, kamillik dərəcəsində ən yüksəyə çatarsa, “Yədallah”, Lisanəllah” və “Sarəllah” olur. Yəni Allahın əli olur ki, əgər Allah bir işi etmək istərsə onun əli ilə yerinə yetirir. İlahinin dili olur ki, əgər Allah bir şey söyləmək istərsə, onun dili ilə söyləyir. Allahın qanı olur ki, əgər Allah öz məktəbiə cəmiyyətdə həyat vermək istəyərsə, onun qanından istəfadə edir. İmam Hüseyn (ə) “Sarəllah”- dır. Çünki İmamın axıdılan qanı dinin əsasına yeni həyat bəxş etmişdir.
Birinci mənanın düzgün olmasına baxmayaraq, biz inanırıq ki, ikinci mənada doğru ləqəb ola bilər.
Bu mövzu barəsində ilk başda onu qeyd etmək lazımdır ki, bu ləqəb iki məsum İmam, İmam Əli (ə) və İmam Hüseyn (ə) üçün söylənməkdədir.
İmam Hüseynin (ə) ziyarətində oxuyuruq:
«السَّلَامُ عَلَیْکَ یَا ثَارَ اللَّهِ وَ ابْنَ ثَارِهِ»
“Ey Allahın qanı və Allahın qanının oğlu sənə salam olsun!”[1]
Sarəllah barəsində iki ehtimal mövcuddur:
1. İntiqam mənasında: Lüğət kitablarında “sar” sözünü “qan intiqamı” mənasında qeyd edirlər. Buna görə “Sarəllah” qanının himayəçisi və intiqamçısı Allah olan kəsə deyilir.
Qeyd etmək lazımdır ki, Hüseynin intiqamçı nidası: Yəni, bu təvvabin və Muxtar qiyamının şüarı olmuşdur.[2] Həmçinin İmam Zamanın (əc) zühuruna qədər onun qəbrinin kənarında olan mələklərin şüarıdır. [3]
Həmçinin İmam Mehdinin (əc) qiyam zamanı şüarı[4] və şəhid olmaq istəyən onun dostlarının şüarıdır.[5]
“Sarəllah” sözünün qeyd edilən mənası bir çox İslam alimləri tərəfindən qəbul edilmişdir. [6] Bu mənaya əsasən “Sarəllah” yəni, ey o kəs ki, sənin qanbahan allaha aiddir və O sənin qanının intiqamını alacaqdır. Çünki sən bir ailəyə aid deyilsən ki, sənin intiqamını ailənin rəisi alsın və həmçinin sən bir qəbiləyə mənsub deyilsən ki, sənin qanının intiqamını qəbilənin başçısı alsın, sən bütün insaniyyətə, varlıq aləminə və Allahın pak zatına mənsubsan, buna görə sənin qanbahanı O almalıdır. Həmçinin sən Əli İbn Əbi Talibin oğlusan ki, Allah yolunda şəhid oldu və onun da qanbahasını Allah almalıdır.
2. Allahın qanı mənasında Əllamə Məclisinin sözlərində istifadə edilmişdir ki, “Sar” qan və qanbahası mənalarında işlədilmişdir.[7] Lüğət kitabının “sar” sözü barəsində mənalarını o da qəbul edir. Bu lüğət kitabı deyir:
«الثَّأْرُ الطَّلَبُ بالدَّمِ، و قیل: الدم نفسه»
“Sar” qan intiqamının alınmasına deyilir və həmçinin “qan” mənasında da işlədilir. [8]
Deməli Hüseynin (ə) Allahın qanı olduğunu söyləyə bilərik. Amma doğurdandamı bu mənanı qəbul etmək olar və Allah cismdir ki, qanı olsun və yaxud Allah barəsində belə təsəvvürlər doğrudurmu?!
Bunun cavabında deməliyik ki, Allah barəsində işlədilən yədullah və s kimi sözlər kinayə və ya məcazi məna daşıyır.[9] Məsələn, Əliyə (ə) Allahın əli (Yədullah) deyildiyi zaman, məqsəd o deyil ki, Allah cismdir və insan kimi əli vardır və onun əli həzrət Əlidir (ə). Daha doğrusu burada məqsəd Əlinin (ə) Allahın qüdrətinin zühuru olmasıdır.
Bu baxımdan İmam Hüseyn (ə) üçün “sarəllah” ləqəbinin deyilməsi aşağıdakı ehtimallardan biri ilə əlaqədardır:
1. “Sar” sözünün “Allah” sözünə əlavə olması təşrifidir. Yəni bu qan varlıqların ən şərəflisinə əlavə edilmişdir ki, şərafət və fəzilət kəsb etsin və məlum olsun ki, bu qan şərəfli qandır. Çünki Allah üçün axıdılmışdır. Buna görə Allaha mənsubdur. Necə ki, “bu Allahın dişi dəvəsi”[10] cümləsində dişi dəvənin Allaha yaxud «عِنْدَ بَیْتِکَ الْمُحَرَّم» “Allahın evi” və “Sənin beytülhərəminin yaxınlığında”[11] cümləsində evin və şəxs əvəzliyinin Allaha əlavə olunması, şərafət kəsb etməyi üçündür.[12]
2. Kamil insan kamilləşmə dərəcələrində ən yüksəyə çatdıqda,[13] “Yədullah”(Allahın əli), “Lisanəllah” (Allahın dili) və “Sarəllah”(Allahın qanı) olur. Yəni, Allahın əli olur ki, əgər Allah bir işi etmək istərsə onun əli ilə yerinə yetirir. İlahinin dili olur ki, əgər Allah bir şey söyləmək istərsə, onun dili ilə söyləyir. Allahın qanı olur ki, əgər Allah öz məktəbiə cəmiyyətdə həyat vermək istəyərsə, onun qanından istəfadə edir. İmam Hüseyn (ə) “Sarəllah”- dır. Çünki İmamın axıdılan qanı dinin əsasına yeni həyat bəxş etmişdir.
Hər halda dini mətinlərdə İmam Hüseynə (ə) “Sarəllah” ləqəbi verilmişdir. Biz inanırıq ki, baxmayaraq birinci məna düzgündür, amma ikinci məna da “Sarəllah” üçün düzgün məna ola bilər.
Bu mənada o böyük İmam (ə) Allahın qanıdır. Çünki o öz qanı ilə dinə yeni həyat bəxş etdi və səbəb oldu ki, Allahın adı yaşasın. O Allah ki, yavaş- yavaş xatirələrdən və zehinlərdən silinirdi. Elə bu baxımdan İslamın peyğəmbərlə başladığı və Hüseyinlə qaldığı (İslamun nəbəviul hudus və Hüseynil bəqai) söylənilir. Şübhəsiz insanın yaşaması üçün qana ehtiyacı vardır və qanın damarlarda axması həyatın nişan və simvollarındandır. Qan öz cərəyanını dayandırdığı zaman insanın ölmü ilə nəticələnir. Dəqiqən İslamın qalıcı olması üçün də damarlarda axan qanla bağlıdır və buna görə əgər bir gün bu qan öz cismindən ayrılarsa onun ölümü mütləqdir. Bundan geriyə yalnız ruhsuz cism və bədən qalır.[14]
[1] - Kuleyni, Muhəmməd bin Yaqub, Əlkafi, cild 4, səh 576. Bu cümlə rəcəb ayının əvvəlinin, yarısının, şaban aylarının və İmam Hüseynin (ə) ziyarətində ərəfə günündə qeyd olunmuşdur.
[2] - Məclisi, Muhəmmədbaqir, Bəharul ənvar, cild 45, səh 333. Kərmi, Əli, dər soge əmire azadi- Guyatərin tarixe Kərbəla, səh 385.
[3] - Dördmin mələk İmam Hüseynə (ə) kömək etmək üçün yer üzünə endilər və gördülər ki, Hüseyn (ə) öldürülüb. Onlar onun qəbrinin kənarında toz- torpaqa bulanmış şəkildə İmam Zamanın (ə.c) zühur etdiyi zaman ona kömək etmək üçün qaldılar və onların şüarı
«یا لثارات الحسین»
“Ya lisarətil Hüseyn”- dir. Şeyx Səduq, Əlamali, səh 130, Əlməclisul sayeh vəl əşərun, Məclisi, Muhəmmədbaqir, Bəharul ənvar, cild 44, səh 286.
[4] - Şeyx Abbas Qumi, muntəhil amal, cild 1, səh 542. Həmçinin İmam Baqir (ə) buyurub:
«وَ الْقَائِمُ مِنَّا إِذَا قَامَ طَلَبَ بِثَأْرِ الْحُسَیْنِ (ع)»
Məclisi, Muhəmmədbaqir, Bəharul ənvar, cild 44, səh 218.
[5] - Muhəmmədbaqir Məclisi, Bəharul ənvar, cild 52, səh 308.
[6] - Nümunə təfsirinin sahibi deyir: Sar lüğətdə heç vaxt qan mənasında işlənməmişdir. Yalnız “qanbaha” mənasındadır. Məkarim Şirazi, Nasir, Təfsire nümunə, cild 4, səh 229.
[7] - Məclisi, Muhəmməd baqir, Bəharul ənvar, cild 98, səh 151.
«و أنک ثار الله فی الأرض» «الثأر بالهمز، الدم و طلب الدم أی أنک أهل ثار الله و الذی یطلب الله بدمه من أعدائه أو هو الطالب بدمه و دماء أهل بیته بأمر الله فی الرجعة»
[8] - İbn Mənzur, Muhəmməd bin Mukərrəm, lisanul ərəbi, cild 4, səh 97.
[9] - Bax: Məkarim Şirazi, təfsire nümunə, cild 4, səh 229. Qiraəti, Möhsin, təfsire nur, cild 2, səh 443.
[10] - Hud surəsi, ayə 64.
[11] - İbrahim surəsi, ayə 37.
[12] - Bax: Seyid Muhəmməd Hüseyni Şirazi, Təqribul Quran ila ələzhan, cild 2, səh 200.
«هذِهِ ناقَةُ اللَّهِ» الإضافة إلى الله تشریفیة، کإضافة مکة إلى الله یقال: «بیت الله»، و إضافة دم الحسین (ع) إلى الله، یقال: «ثار الله»»
[13] - İnsanı Allaha yaxınlaşdıran hər şey nafilələrdəndir ki, Allah onu insan üçün vacib etməmişdir. Allah bu əməlləri vacib etmişdir ki, bəndələri buna mürtəkib olsunlar.
[14] - Daha çox məlumat üçün bax: Tərxan, Qasim, negareşe irfani, fəlsəfi və kəlami: Şəxsiyyəte və qiyame İmam Hüseyn (ə), səh 91- 104. Çilçiraq nəşriyyatı, birinci çap, 1388- ci il. Bütün verilən mənbələr nur CD diskində proqramlı şəkildə yerləşdirilmişdir.