Ətraflı axtarış
Baxanların
13067
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
Dinozavr barəsində İslamın nəzəri nədir?
Sual
Dinozavr barəsində İslamın nəzəri nədir?
Qısa cavab

Quran hidayət kitabıdır və bu məqsədə kömək edən hər bir şey bu müqəddəs kitabda qeyd olunmuşdur. Mətləbin bəyanında onun tutduğu üslub – məsələlərin külliyyatına və əslinə işarə etməkdir, çox az hallarda məsələnin dəqiqliyinə, incəliyinə və təfərrüatına girişmişdir. Bəlkə də bunun dəlili cüzi hökmlərin və mövzuların təsəvvür həddindən artıq olmasıdır.[1]

Qurani-kərimdə varlıqların həyatının əsli və növləri barəsində: varlıqların bitkilərə,[2] heyvanlara; quruda yaşayan heyvanların dörd ayaqlılara və quşlara;[3] sürülənlərə, iki ayaqla və dörd ayaqla hərəkət edənlərə təsnif edilməsinə dair çoxlu işarələr vardır.[4] Bəzi həşərat növləri, balıqlar və digər varlıqlardan da söz getmiş, onların barəsində çox dəyərli məlumatlar verilmişdir. Lakin dinozavrlar və onların təbii həyatları barəsində Quranda heç nə deyilməmiş, İslam da bu barədə xüsusi nəzər verməmişdir. Quran bu kimi məsələlərdə hər bir elm sahəsindəki mütəxəssis və alimlərinin nəzərlərinə ehtiram qoyur və özünün göstəriş və hökmlərini onların əldə etdikləri nəticələrə tətbiq edir.

İncəliklərinə qədər heyvanların növləri, bitki və cansızların qisimləri təbiətşünaslıq elminə aiddir və həmin elmin bu barədəki nəzərini öyrənmək lazımdır. Dinozavrlarla əlaqədar məlumat almaq üçün də bu heyvanlar barəsində tədqiqat aparan elmə və kitablara, eləcə də nəsli kəsilmiş heyvanların barəsində yazılan kitablara, yaxud vəhşi heyvanlarla əlaqədar muzeylərə müraciət etmək lazımdır.

Qeyd olunduğu kimi, Quranda və digər İslam mənbələrində təbiət və onun təzahürləri, onda yaşayan heyvan növləri ilahi qüdrət nişanələri, Allahın verdiyi nemət və Onun əzəmətinin göstəricisi kimi bəyan olunur. Çünki Allahı tanımaq yollarından biri də Onun məxluqlarına və əsərlərinə diqqət yetirməkdir. Buna görə də əsasən, camaatın gözləri önündə olan heyvanlar irəli çəkilir və onların xilqətinə diqqət yetirilir.

Əgər elm nəsli kəsilmiş qədim heyvanların, o cümlədən dinozavrların xüsusiyyətlərini isbat edə bilsə, həqiqətdə Allahın sonsuz nişanələrindən digər biri isbat olunur və Allahın əzəmətini tanımaq üçün yeni bir yol təqdim edir. Quranda buyurulur: “Ey Peyğəmbər! De: Yer üzündə gəzin, görün Allah xilqəti necə başladı. Sonra axirət aləmini (həmin cür) icad edəcəkdir. Allah hər bir şeyə qadirdir.”[5]

"Təfsiri-nümunə" kitabında bu ayənin izahında deyilir: “Hal-hazırda bu kimi ayələr alimlər üçün daha dəqiq və dolğun mənalar təqdim edə bilər: dəryalarını dibində, dağların içində və yer qabığının layları arasındakı çürüntü, daşlaşmış və s. şəklində olan ilkin canlı varlıqların əsərlərini görsünlər, yer üzündə həyatın başlanma sirlərini, Allah-taalanın qüdrət və əzəmət nişanələrini dərk etsinlər və bilsinlər ki, Allah həyatı onlara bir daha qaytarmağa qadirdir.”[6]

Diqqət yetiriləsi digər məsələ budur ki, (təhrif olunmuş) bəzi dinlərin təlimləri elmi məsələlərlə (xüsusilə təbii elmlər və yaradılışla əlaqədar mətləblərdə) təzaddadır, ona görə də elmin dindən ayrı olması, dini həyatla elmi həyatın bir-birindən tam ayrı olmasını və ya dini həyatın mənasız olmasını və s. irəli çəkirlər. Bu puç təsəvvürlərin əksinə olaraq İslam və Quran təlimlərinin elmi məsələlərlə heç bir ziddiyyəti yoxdur. Besət dövründən indiyə qədər İslam aləmində çoxlu kəşflər, elmi ixtiralar baş vermişdir. İslam dini həm elmin, həm də alimlərin məqamına dəyər vermiş, onların nəzəriyyələrinə xüsusi ehtiram qoymuş və bir çox hallarda Allahın və məadın isbat olunmasında elmi nailiyyətlərdən, xilqətin qəribəliklərindən dəlil ünvanı ilə istifadə etmişdir.

Amma elmdə sübuta yetən varlıqların fiqhi hökmləri və göstərişlərinə gəldikdə isə, pak və ya nəcis olmaq, halal və ya haram olmaq baxımından İslam dinində həqiqi qəziyyələr ünvanı ilə irəli çəkilir. Yəni ümumi qanun şəkilində və mövzunun varlığı şəraitində onların hökmlərini və göstərişlərini bəyan edir. Buna əsasən, əgər dinozavrlar mövcud olmuşsa, yaxud dinozavr üçün bəyan olunan xüsusiyyətlərlə başqa bir varlıq gələcəkdə vücuda gələrsə, İslam fiqhi onun barəsində xüsusi nəzər verməsə də, fəqihlər fiqh qanunları üzündən heç bir müəmma olmadan onların hökmlərini verə bilərlər. Belə ki, indiyə qədər onlarla yeni məsələlər əvvəldə olmadığı halda onların şəri hökmü bəyan olunmuşdur.



[1] Əlavə məlumat üçün bax: “Vilayət və diyanət – İslamın siyasi təfəkküründə tədqiqat”, Hadəvi Tehrani, Məhdi, səh. 47-57

[2] “Ənam” surəsi, ayə: 99

[3] “Ənam” surəsi, ayə: 38

[4] “Nur” surəsi, ayə: 45

[5] “Ənkəbut” surəsi, ayə: 20

[6] "Təfsiri-nümunə", 16-cı cild, səh. 238

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6148 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    7943 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13996 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Həqiqi mənəviyyata meyillilik nə deməkdir?
    8892 Əməli əxlaq 2010/10/03
    Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə ...
  • Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”?
    8403 Qədim kəlam 2011/08/23
       Kəlamelmindəisbatolunubki, insanözişlərindəixtiyarsahibidirvəQurandanöyrəndiklərimizdə
  • Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
    7788 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam ...
  • " السلام علیک یا حجة الله لا تخفی" "Əssəlamu ələykə ya höccətəllahi la təxfa" cümləsindən məqsəd nədir?
    6758 Qədim kəlam 2012/02/07
    "Əssəlamu ələykə ya höccətəllahi la təxfa",«السلام علیک یا حجة الله لا تخفی» İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir.[1] Onun mənası barədə iki ehtimal vermək olar:
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5650 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    9214 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    10319 Nizamlar hüquq və əhkam 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164005 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160168 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118966 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112220 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106940 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92856 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54353 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50583 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45245 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44727 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...