Please Wait
7290
Bu ayədə[i] və buna oxşar digər ayələrdə[ii] korluqdan məqsəd, dünyadakı cismani korluq deyil. Məqsəd budur ki, insan bilərəkdən özünü korluğa vura. Yəni Allahın vücudunun, Peyğəmbər (s)- in və Allahın vəlisinin (ə) haqq olmasının cilvələrini görməsinə və haqq və həqiqətə yetişməsinə baxmayaraq, qəlbdən onlara inanmır. Elə bil onun gözü heç vaxt bu əsər və kəramətləri görməmişdir. O dini məsələlərlə elə qarşılaşır ki, elə bil və onları görüb və nə də onları eşidirlər. Ona görə də haqqı deməkdən və onu təsdiqləməkdən çəkinir və Quran ayəsilə (bilərəkdən) kor, kar və laldır.
Axirətdə cəzaların çoxu, əməllərin cisimlənməsi formasındadır, onun ürəyinin korluğu, onun zahirində görsənəcək və onun əzab və işkəncəsinə səbəb olacaq. Məhşərdə ilahi nişanələr və möminlər cilvələnən zaman, o kor olacaq və haqqın gözəl camalını, möminlərin nurani simalarını və behişt nemətlərini görə bilməyəcək və behiştə doğru yol tapa bilməyəcəkdir. Amma cəhənnəmə daxil olandan sonra, əzabının çoxalması üçün, əzab içində olan cəhənnəm əhlini və müxtəlif əzabları görmək üçün, gözü açılacaq. Necə ki, dünyada da belə idi, öz gözünü haq və həqiqətlər qarşısında bağlayar və batil, dünya və dünya əhlinə açardı.
Deməli, onun dərk etmə qabiliyyəti ondan alınmır, əksinə qiyamətdə hamının dərk etmə qüvvəsi, ən yüksək dərəcəyə yetişəcək və hamı Allahın vücudu, vəhy, mələk, behişt və cəhənnəm və sair kimi olan qeybi işlərdə, eynül- yəqinə yetişəcəklər və heç bir şəxs bu cür işlərdə şəkk və inkar edə bilməyəcək.
İnsanın vücudunun müxtəlif qüvvə və cəhətləri var ki, onların bəzisi zahiri və hissi, bəzisi isə batini və insanın daxili və ruhuna aiddir. Amma zahiri qüvvələr, bədənin ehtiyaclı olduğu şeyləri və ləzzətləri əldə etmək üçün bir alət və bədənin xidmətçisi olmasından əlavə (necə ki, heyvanda da belə vəzifələri var), qəlbə məlumat çatdırmaq elm əldə etmək və hissiyyatı təhrik etmək kanalıdırlar. Ona görə də həyat boyu, insana istiqamət verirlər. Əgər insan bu hissi nemətlərdən (xüsusilə göz və qulaq) yaxşı formada istifadə etsə və doğru yolda istifadə edib və insanlığının yüksəlməsi yolunda, bu iki alətdən faydalansa, onu səni və bəsir adlandırmaq olar, nəinki yalnız sami və nazir. Amma əgər bu nemətlərdən yerində istifadə etməsə və ümumiyyətlə, onlardan əldə olunan elimləri, eşitməməzliyə və görməməzliyə vursa və dildə o elimləri təsdiq etməsə, elə bil heç sami və nazir də olmayıbdır. Çünki onun göz və qulağının, onun pak həyatı üçün olmalı olan faydaları yoxdur. Faydanın olmaması, həmin şəxsin göz və qulağında eybin olmasına görə deyil, əksinə insanın öz ixtiyarından düzgün istifadə etməməsi və əldə etdiklərinə diqqət etməməsinə qayıdır.
Ona görə də, çox vaxt insan Allahın vücudunun, xaliqliyinin və rəhmət və köməyinin əlamətlərini müşahidə edir, amma Allaha iman hətirmir. Peyğəmbər (s)- in doğruluğunun əlamətlərini və onun möcüzələrini görür, amma onu təsdiqləmir və onun buyurduqlarını qəbul etmir. Peyğəmbər (s)- in buyurduqlarını eşidir və onun fəzilət və üstünlüklərini dərk edir, amma onları inkar edir. Nəticədə Allah vəlisinin rəhbərliyini rədd edir və onun vilayətinə boyun əymir və ona qarşı çıxır, yaxud Allah və onun rəsulu (s)- ın buyurmaqları, onların doğruluğu və məadın zəruri əlamətlərinə baxmayaraq, əbədi həyatın, behişt və cəhənnəmin olmasını inkar edir və sair. Əgər bir şəxs dünyada ömrü boyu belə yaşasa və gözünü insanlıq və mənəviyyata bağlasa, bunlardan üz döndərsə və Allah və onun rəsulu(s) ın itaətinə boyun qoymasa, əməllərin cisimlənməsi səhnəsi və cəza və mükafat almaq yeri olan, axirətdə də, cəhənnəmə gedənə kimi, Allahın gözəl cəmalını, Peyğəmbər (s)- in ilahi övliyaların və möminlərin mələkuti simasını görməkdən və behişt nemətlərini müşahidə etməkdən məhrum olacaq. Dünyada qəlbinin kor olmasıyla, öz xoşbəxtliyinə doğru getmədiyi kimi, axirətdə də kör məhşur olacaq və behişt tapa bilməyəcək.
Quranda aşağıdakı işlər., qiyamətdə korluğa səbəb kimi qeyd olunublar:
Allahdan üz döndərmə, dünya pərəstlik, həva (nəfs) pərəstlik,[1] tərslik və dini işlərdə bəhanə gətirmək,[2] axirəti unudub və ona inanmamaq,[3] camaatı dini, qəbul etməkdən saxlamaq və Allaha iftira etmək,[4] ilahi ayələri inkar etmək və Peyğəmbər (s)- i təsdiq etməmək,[5] və azğınlıq və tuğyan,[6] rəvayətlərdə də aşağıdakı işlər, haqqı görməmək və korluğun nümunəsi olaraq açıqlanıblar:
İmam Əliu (ə)- ın vilayətini gizlətmək, ölənə kimi, qüdrət və imkan ola- ola həccə getməmək.[7] Əlbəttə ayələrin buyurduqlarına, rəvayətlərdə də işarə olubdur.
Axirətdəki korluq bu mənada deyil ki, həmin şəxsin dünyada olduğu kimi, daha heç bir dərk etmə qüvvəsi yoxdur.
O, məhşərdə öz korluğunu dərk edəcək. Bunu da biləcək ki, bu dünya, o biri dünyadan fərqlənir, orda gözü var idi, burda yoxdur. Ona görə də etiraz edəcək, necə ki, dünyada da adəti etiraz və tərslik idi.[8]
Quranın, bəzi rəvayətlərin və təfsirçilərin buyurduqlarından bu ələ həlir ki, qiyamətin çoxlu dayanacaqları var ki, axırda behişt əhli, behişt və yol tapsınlar və cəhənnəm əhli də cəhənnəmə atılsınlar. Bu dəstənin korluğu, cəhənnəmə daxil olmamışdan qabağa kimi, məhşər dayanacaqlarına aiddir. Ona görə ki, Allahın və onun övliyalarının cəlal və əzəmətini görməkdən məhrum olsunlar, amma cəhənnəmə daxil olandan sonra, Allah övliyalarını görmədiklərinə və əzab içində olan cəhənnəm əhlini və özlərinin iyrənc simalarını gördüklərinə görə, əzab v həsrətləri, daha da çox olsun. Uzağı görə bilməyən şəxslərin bəzisi "mən kanə fi hazihi əma" dan məqsədin, dünyadakı cismani korluq olduğunu düşünüblər. yəni dünyada kor olan şəxslər, uzaq görən və alim də olsalar, axirətdə kor məhşur olacaqlar. Halbuki, ayənin məqsədi bu deyil. "fi hazihi əma" ayəsinin məqsədi, dünyada qəlbin kor olmasıdır, amma "fəhuvə fil- axirəti əma"- nın məqsədi, həmin şəxsin əzab olmasına səbəb olmaq üçün, onun zahiri korluğu və qəlbin korluğunun simada cisimlənməsidir. Qeyd olunduğu kimi, onun axirət korluğu məhşərdədir. Amma cəhənnəmə daxil olandan sonra, daha çox əzab çəkməsi üçün, əzab və digər cisimlənmiş əməllərinə gözü açılacaq, necə ki, o dünyada belə əməl edirdi. Yəni Allahın ayələri və onun övliyalarına göz yumurdu və dünya malına və özün kimi şəxslərə təəccüblə baxırdi.
"Əazənəllah və iyyakum min şəruri ənfusəna".
Mənbələr:
1. Cəvadi Amili, Əbdullah, Fitrət Quranda, cild 12, İsra, Qum, çap ikinci, 1379, səh 97- 104 və 139- 140
2. Cavadi Amili, Əbdullah, mərifət tanımaqlıq Quranda, cild 13, İsra, Qum, çap ikinci, 1371, səh 357- 362
3. Təbatəbayi, Seyid Məhəmməd Hüseyn, Əl- mizan (farsca), İslami nəşr etmə idarəsi, Qum, cild 13, səh 232- 233 və cild 14, səh 314- 316
4. Teyyib, Seyid Əbdül- Hüseyn, Ət- yəbul- bəyan, cild 8, islami kitab mağazası, Tehran, çap ikinci, səh 287- 388
5. Qiraəti, Möhsin, nur təfsiri, Haq yolu, Qum, çap birinci, 1384, əlavələrdə qeyd olunan ayələrin təfsiri.
6. Qimmi Məşhədi Məhəmməd ibn Məhəmməd Rza, Kənzud- dəqayiq, nəşr və çap müəssisəsi(irşad nazirliyi), Tehran çap birinci, 1411, h. q. Cild 7, səh 463- 524, cild 8, səh 368- 371
7. Məkarim, Nasir, Təfsiri nümunə, Darul- kutubul- islamiyyə, Tehran, çap on yeddinci, 1374, əlavələrdə qeyd olunan ayələrin təfsiri.
[1] - Taha surəsi, ayə 124- 127, İsra surəsi, 72- 97
[2] - Fussilət surəsi, ayə 17
[3] - Nəml surəsi, ayə 66
[4] - Hud surəsi, ayə 18- 28
[5] - Ənam surəsi, 4- 5, Əraf surəsi, ayə 64, Bəqərə surəsi, ayə 17- 18
[6] - Məhəmməd surəsi, ayə 22- 23
[7] - Müraciət edin: Ətyəbul- bəyan, cild 18, səh 287- 288, Əl- mizan, cild 4, səh 314, Kənzud- dəqayiq, cild 7, səh 523- 524- 456- 463, və cild 8, səh 368- 371
[8] - Taha surəsi, ayə 124- 127