Please Wait
8168
Təvəssülün yolunu azmaya səbəb olmamasından əlavə, bəlkə o, Allaha yaxınlaşmaq üçün vasitə və yoldur. İmam Rzanın (ə) xəstəyə şəfa verməsi təvəssül üçün əsil dəlil deyil, amma bu məsələ üçün yaxşı bir sübutdur. Əlbəttə əqli və nəqli dəlillərlə onu isbat edəndən sonra. Dünyanın nizam- intizamı "illət" və "məlul" idarə üsulu ilədir. Maddi aləmdə hədəfə yetişmək üçün onun səbəblərinin hazır olmasının vacib olduğu kimi, mənəvi və mələkuti (mələklər aləmi) yaşayış sistemində də belə bir idarə üsulu sabitdir. Həmçinin Quranda möminlərə deyir: Allahın əmrindən boyun qaçırmaqdan çəkinin və ona yaxınlaşmaq üçün vasitə axtarın (tapın).
Təvəssül üçün həm əqli həm də nəqli dəlil vardır və təvəssülün düzgünlüyü üçün dəlil ünvanına xəstənin şəfa tapmasının söylənilməsi isə əsil dəlil deyil.
Bəli ondan sübut kimi istifadə etmək olar. Başqa bir tərəfdən qarşı tərəfin verdiyi cavab bir növ müğalitədir (çaşdırmaq). Çünki, biz o yerdə ümumilikdən "hər kim öz yolunu azmasına israr edə, biz onu daha çox yolundan azdırarıq" istifadə edə bilərik ki, yolunu azma mövzusunu isbat edək. Əgər istəyək bu dəlilə məntiqi şəkil verək, belə olar:
Təvəssül, yolunu azmaya israr etməkdir.
Hər kim öz yolunu azmasına israr edə, biz onu daha çox yolundan azdırarıq.
Nəticə: Hər kim təvəssülə israr edə, biz daha çox yolundan azdırarıq.
Hər bir dəlilin isbatı üçün düzgün məntiqi şəkildən əlavə düzgün müqəddimələrə də ehtiyac vardır. Söylənilən dəlildə birinci müqəddimə "təvəssül, yolunu azmaya israr etməkdir", ancaq dəlili olmayan bir iddiadır.
Başqa bir ibarətdlə: Onlar güman ediblər ki, təvəssül üçün heç bir dəlil yoxdur və özlərinin düzgün olmayan bu gümanından istifadə edərək bu müqəddiməni düzəldiblər "təvəssül,yolunu azmaya israr etməkdir" bir halda ki, məsələ tam bunun əksinədir. Təkcə, təvəssülün dəlili vardır demək düzgün deyil, bəlkə təvəssül üçün olan möhkəm dəlilləri hər kim eşitsə, Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitənin təvəssül olduğunu qəbul edər və ondan istifadə edər.
Təvəssül, istilahda (termində) bundan ibarətdir ki, insan, duasının Allah tərəfindən qəbul olunması və məqsədinə yetişməsi üçün bir şeyi vasitə olaraq Allahın dərgahına yönləndirə (yəni özü ilə Allah arasında vasitə qərar verə).
İstər maddi, istərsə də mənəvi yaşayışda məqsədə yetişmək üçün səbəblərin icra olunması, əqli və fitri bir iş hesab olunur. Hətta bitki və heyvanat aləminin mövcudları da əmrdən müstəsna deyillər (kənarlaşdırılmayıblar).
Əsasən yaradılış sistemi səbəblərin idarə üsulu ilədir. Necə ki, İmam Sadiq (ə) buyurub: Allah- Taala işləri, səbəblər olmadan həyata keçirməkdən həya edər. Çünki, hər bir şey üçün bir səbəb qərar verib.[1] Hər bir şəxs özünün təbii və ədalətli yaşayışında öz ağıl və fitrətindən istifadə etməklə həmişə yaşayışın maddi ehtiyaclarını aradan aparmaq üçün təbii və adi səbəblər və vasitələr axtarışındadır. Əsasən, insanın maddi yaşayışında baş verən təcəəccüb gətirən dəyişikliklər və inkişafın hamısı, hər bir varlığa uyğun səbəblərə təvəssül və o varlığın illət və məlulla bağlı rabitəsinin (əlaqəsinin) kəşfi yolundan hazırlanıbdır. Burada mühüm məsələ (məqam) budur ki, insanın həyatı təkcə maddi yaşayışla xülasə olunmur, bəlkə onun mənəvi və mələkuti yaşayışı insanın həyatının ən əsas hissəsini təşkil edir.
Bu yaşayışa hakim olan sistem isə səbəblərin idarə üsulu əsasına möhkəm və sabitdir. Fərqi budur ki, təbii yaşayış sistemində insan, ağıl və təcrübəsindən bəhrələnməklə münasib səbəbləri tanıya bilir, lakin mənəsi yaşayışda insanın ali səbəblərini tanımaq və ona başlanmaq tərzi bəşərin ağıl və təcrübəsi sahəsindən kənardır. Çünki, insanın ağlı onunla Allah arasında yaxınlıq yaradan səbəblərin varlığının zəruri olmasını yaxşıca başa düşür, amma o səbəbləri tanımaqda özünü dini mənbələrə ehtiyaclı görür.
Quran, möminlərə, Allaha tərəf vasitənin axtarışında olmalarını əmr edir.
«يَأَيُّهَا الَّذِينَ ءَامَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَ جَهِدُوا فى سبِيلِهِ لَعَلَّكمْ تُفْلِحُونَ»[2]
Ey iman gətirənlər! Allahdan qorxun, ona (onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın. (Allah) yolunda cihad edin ki, bəlkə, nicat tapasız!.
Bu ayə aydın şəkildə çatdırır ki, Allaha yaxınlaşmaq vasitələrdir və bu vasitələrlə mənəvi yaxınlıq ələ gəlir. Bəs bu vasitələr nədir?
Şiə və əhli- sünnənin rəvayət kitablarında çoxlu rəvayətlər vardır ki, İslam Peyğəmbəri (s) və onun Əhli- beytini Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitə tanıtdırıb.[3]
Təvəssülün nəqli bəhsi də həm şiə, həm də əhli- sünnə rəvatətlərində qeyd olunubdur. Bu qədər rəvayət çoxluğu ilə heç cür şəkk- şübhə yeri qalmır.
Bu barədə daha çox mütaliə etmək üçün aşağıdakı göstəricilərə maraciət edin:
Əhli- beytə təvəssülün fəlsəfəsi, 1321 (sayt: 1316).
Əhli- sünnə baxışçında təvəssül və şəfaət, 4889 (sayt: 5777)
İbn Teymiyyədən qabaq Əhli- sünnənin təvəssülə etiqadı, 2143 (sayt: 2361).
[1] - Bax: Kuleyni, Əl- kafi, cild 1, səh 183, Darul- kotobil- İslamiyyə, 1365.
[2] - Maidə surəsi, ayə 35.
[3] - Nəhcül- bəlağə, xütbə 106.