Ətraflı axtarış
Baxanların
6252
İnternetə qoyma tarixi: 2011/09/11
Sualın xülasəsi
İctimai yaşayışla tam əlaqəni kəsib və xəlvət bir yerə çəkilməyin hökmü nədir?
Sual
Cəmiyyətin hər yerində pis insanlar var. İnsanın cəmiyyətdə olması günaha düşməkdən qorxuya səbəb olacaq. Belə olduqda ictimai həyatdan tam uzaq olmaq və cəmiyyətdən uzaq və xəlvət bir guşəyə çəkilməyin hökmü nədir?
Qısa cavab

Bir guşəyə çəkilmək bəzən tam və həmişəlik, bəzən də naqis və mövsümi olur.

Tam və həmişəlik bir guşəyə çəkilmək müəyyən cəhətlərə görə iradlıdır. Çünki:

  1. İlahinin tədbir və qaydasının əksinədir. Çünki Haqq- Taalanın zatının iradə və qaydası bəşərin ixtiyar yolu ilə və onun vəsilələrini hazırlamaqla yəni hidayət və zəlalət yolu hazır olmaqla təkamülə yetişməsinə əsaslanır.

  2. İlahi dinlər onu qadağan edib və bir dəstənin içində yaranmış bir bidətdir. Ona görə də İlahi Peyğəmbərlər və onların vəsilərinin insanların ictimai həyatından ümimiyyətlə əlaqəni kəsmələri görünməmişdir.

  3. belə kənara çəkilmək hansı səbəbdən olsa da, din və insanlığın təlimlərinin ruhi ilə, möminlərin hüququnu yerinə yetirmək, ata- ana ilə yaxşı rəftar, din qardaşı ilə görüşmək, möminin hacətini yerinə yetirmək, camaatın arasını düzəltmək və... kimi ilə ziddiyəti yoxdur.

  4. Dini göstəriş və qaydalara riayət etməklə ictimai həyat arasında heç bir ziddiyət yoxdur. İnsan dini göstərişlərə riayət etməklə, yanaşı camaat arasında yaşaya və onlara xidmət etməkdə çalışa bilər. hər çənd sizin kimi bir şəxs cəmiyyətin hər yerində pis insanların və... olmasını fikr etsə də.

İslam nəzərindən belə olduqda, cəmiyyətin ab- havasını paklamaq və onlara xidmət etməkdə mömin insanların məsuliyyəti daha çox olacaq.

Ətreaflı cavab

Özlət, xəlvət ya rahiblik camaatdan uzaq olub və bir guşəyə çəkilmək mənasındadır [1] və onun neçə növü var:

  1. Tam və həmişəlik bir guşəyə çəkilmək.

  2. Naqis və mövsümi bir guşəyə çəkilmək.

Birinci qism bir guşəyə çəkilmək olmaz. Amma haqq- talaya bəndəlik və münacat etmək üçün məhdud vaxtlarda camaatdan uzaq olmağın eybi yoxdur.

Hər Peyğəmbər və Peyğəmbər vəsisi öz ömrünün az bir müddətini camaatdan xəlvət bir yerdə keçirmiş [2] və namaz, münacat, fikir və zikr ediblər.

Birinci qism bir guşəyə çəkilməyin pislənilməsinin səbəbləri:

  1. Zalım hakimlərin məhkumluğunda və azlıqda qalan Musa və İsa (ə)- ın dinin ardıcıllarından bir dəstə,öz din və canlarının qorxusundan camaatdan uzaqlaşıb və ibadətlə məşğul oldular.[3]

Müsəlmanlardan bir dəstə belə bir üslubun bəyənildiyini düşünüb bir guşəyə çəkildilər. Amma Peyğəmbər (s) onları bu işdən çəkindirdi. O həzrət dünyadan gedəndən sonra da müsəlmanların bir dəstəsi sufi adı ilə bir guşəyə çəkilməyi seçdilər və onun üçün qaydalar düzəltdilər ki, Əhli- beyt (ə) tərəfindən təsdiqlənmədi.[4]

  1. İlahi Peyğəmbərlər və onların vəsiləri öz ömürlərinin qısa bir mərhələsini camaatdan uzaq keçirmələrinə baxmayaraq, amma həmin mərhələni İlahi əmrləri daha çox və daha yaxşı qəbul etmək və onları camaata çatdırmaq üçün daha çox hazırlıq əldə etmək məqsədi ilə keçirdilər Ona görə də onların heç biri daimi bir guşəyə çəkilmədilər və zalım hakimlərlə mübarizə edib, camaatın içində onların şad və qəmli günlərində onlara şərik idilər.

  2. Bəşərin həyatı barəsində İlahinin tədbir və qaydası belədir ki, bəndəlik və yolunu azmaq vəsiləsi hazır olmalıdır. Çünki insanın təkamülü onları keçməklə əldə olunur.

  3. İslam Peyğəmbəri (s) buyurubdur ki, mənim ümmətimin rahibliyi hicrət, cihad, namaz, oruc, həcc və ömrədir.[5]

İmam Sadiq (ə) kəlamlarının birində İslam dinin barəsndə buyurur: Camaatdan uzaqlıqda olan bir guşəyə çəkilmək və səhrada gəzmək İslam dinində mövcud deyil.[6]

  1. Camaatdan tam və həmişəlik uzaqlaşmaq möminlərin haqlarını yerinə yetirmək, ata- ana ilə yaxşı rəftar, dini qardaşlarla görüş, möminin ehtiyacını vermək, camaatın arasını düzəltmək, möminə təam vermək, möminin xeyrini istəmək, müsəlmanların işlərinə diqqət etmək, qohumlarla əlaqə və... kimi dini təlimlərin ruhi ilə ziddiyyətlidir.[7]

Sonda diqqət etməli məsələ budur ki, dini göstəriş və qaydalara riayət etməklə ictimai həyat arasında heç bir ziddiyyət yoxdur. Əksinə bir guşəyə çəkilməyin qaydalarına ictimai həyatda riayət edib və onun hədəflərini əldə etmək olar. Çünki camaatdan uzaqlaşmaq və guşəyə çəkilməkdən başqa, bir xəlvətə çəkilməyin əsas qaydaları, daimi dəstəmaz, Quran tilavətinin daimi zikri, az yatmaq, az danışmaq, az yemək, özünü Allahın hüzurunda görmək və...[8]- dən ibarətdir ki, dini ictimai həyatda da onun əsas hissəsinə əməl etmək olar və onun əsas hədəfi dinin sağ qalması, vaxtları abad etmək, nəfsin hallarını araşdırmaq və əməldə ixlasdır ki, bu hədəflərin hamısı dini ictimai həyatda əldə oluna bilər.

Bundan əlavə camaatla olub və cəmiyyətdə yaşamağın bir guşəyə çəkilməyin iradları yoxudur.

Xülasə budur ki, insan hər bir halda və hər bir işdə Allah Taalanı yad edib və nəfsin hallarını araşdıra bilər.



[1] - Baxın: Əl- tərifat, Seyid şərif Əli ibn Məhəmməd Corcani, Babi ğəyn İstilahatus- sufiyyə, Kəmaluddin Əbdür- rəzaq Kaşani, babi xa, Təfsirul- mizan, cild 19, səh 173.

[2] - Meracus- səadə, səh 569.

[3] - Təfsirul- mizan, cild 19, səh 178.

[4] - Baxın: Misbahul- hidayə, səh 115.

[5] - Baxın: Təfsirul- mizan, cild 19, səh 178.

[6] - Usuli- kafi, Kitabi iman və küfr, babi şəraye, cild 1.

[7] - Baxın: Usuli- kafi, kitabi iman və küfr, Kitabud- dua, kitabi muaşirət.

[8] - Baxın: Kimyaye səadət, cild 1, səh 454, Misbahul- hidayə, səh 117, Əvariful- məarif, səh 213- 220.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6148 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    7943 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13996 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Həqiqi mənəviyyata meyillilik nə deməkdir?
    8892 Əməli əxlaq 2010/10/03
    Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə ...
  • Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”?
    8403 Qədim kəlam 2011/08/23
       Kəlamelmindəisbatolunubki, insanözişlərindəixtiyarsahibidirvəQurandanöyrəndiklərimizdə
  • Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
    7788 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam ...
  • " السلام علیک یا حجة الله لا تخفی" "Əssəlamu ələykə ya höccətəllahi la təxfa" cümləsindən məqsəd nədir?
    6758 Qədim kəlam 2012/02/07
    "Əssəlamu ələykə ya höccətəllahi la təxfa",«السلام علیک یا حجة الله لا تخفی» İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir.[1] Onun mənası barədə iki ehtimal vermək olar:
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5650 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    9214 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    10319 Nizamlar hüquq və əhkam 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164005 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160168 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118966 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112220 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106940 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92856 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54353 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50583 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45245 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44727 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...