Ətraflı axtarış
Baxanların
13174
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Övladın dünyaya gəlişindən əvvəl valideynlərin riayət etməli olduqları şeylər hansılardır?
Sual
Lütfən, hamiləlikdən qabaq riayət olunmalı qayda-qanunlar və əməllər barəsində İslamın nəzərini bəyan edin.
Qısa cavab

Övladın dünyaya gəlişindən əvvəl ata-ananın riayət etməli olduğu əməllərin bəzisi aşağıdakılardan ibarətdir:

Dinin vacib əməllərini yerinə yetirmək, ailə münasibətlərinə riayət etmək, halal, pak-pakizə yeməklər və müxtəlif çeşidli meyvələr yemək, genetik analizlər vermək və yoxlanışdan keçmək, ruhi yorğunluq və sarsıntıların qarşısını almaq, gözəl təbii mənzərələrə tamaşa etmək, fiziki gigiyena qaydalarına riayət etmək, idmanla məşğul olmaq və s.

Bu kimi məsələlərə riayət etməklə müvəffəq, yüksək əhval-ruhiyyəyə malik olan ailəyə və ideal cəmiyyətə ümidvar olmaq mümkündür.

Ətreaflı cavab

Uşaqlar həyat bağının gülləri, cəmiyyətin gələcəyini quranlardır. Müqəddəs İslam dini cəmiyyətin yüksək əhval-ruhiyyəyə malik olması və istedadların çiçəklənməsi üçün bu barədə ən gözəl proqramları bəyan etmişdir. Onların bəzilərini aşağıda qeyd edirik:

1. Münasib həyat yoldaşının seçilməsi

Heç bir bağlılıq ər-arvad arasındakı səmimi bağlılıq kimi ola bilməz. Allah-taala bunu Özünün qüdrət nişanələrindən biri kimi qeyd edir: “Allahın qüdrət nişanələrindən biri də budur ki, öz növünüzdən olan həyat yoldaşları xəlq etdi ki, onların vasitəsi ilə (ruhi) asayişdə olasınız. Və sizin aranızda rəhmət və məhəbbət qərar verdi. Bəli, bu nemətdə düşünən insanlar üçün mütləq (ilahi) nişanələr vardır.”[1]

Digər tərəfdən, övladın (valideyn qarşısındakı) hüquqlarından biri onun ruhi və fiziki sağlamlıqdan bəhrələnməsidir. Bu iki sağlamlığın bir qismi ata-ananın vasitəsi ilə – irsi yolla uşağa nəql olunur. İslam dinində tövsiyə olunur ki, evlənib müştərək ailə həyatı təşkil etməzdən öncə ər-arvadın hər biri digərinin ruhi və fiziki xüsusiyyətlərini diqqətlə araşdırsın ki, müştərək həyatın hasili sağlam övlad olsun. Həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Öz nütfəniz (sperma) üçün münasib yer seçin, çünki köklər – genlər (övlada) sirayət edəndir.”[2]

O həzrət başqa bir yerdə buyurur: “Zibillikdə, tikanlar arasında cücərən bitkilərdən uzaq olun!” “Ey Allahın Rəsulu! Bu bitkilər dedikdə məqsədiniz nədir?” deyə soruşdular, həzrət buyurdu: “Aludə (əxlaqsız, nalayiq) ailə mühitində böyüyən gözəl qız.”[3]

Buna görə də övladların ruhi və fiziki sağlamlığı üçün qan analizi və genetik analizlər verib yoxlanışdan keçmək lazım və zəruridir.

2. Övladın düzgün tərbiyəsindən ibarət olan mühüm məsuliyyətin qəbuluna ruhi hazırlığı əldə etmək və dua etmək

Dördüncü imamımız həzrət Zeynul-abidin (əleyhis-salam) öz səhabələrindən birinə bu duanı öyrətdi ki, Allahdan layiqli övlad istəmək üçün onu yetmiş dəfə oxusun: “Pərvərdigara, ey O kəs ki, ən yaxşı varissən! Məni tək qoyma və Öz tərəfindən mənim üçün elə bir köməkçi (övlad) qərar ver ki, həyatımda (ikən) varisim olsun, ölümümdən sonra mənim üçün (Allahdan) bağışlanmaq diləsin. Pərvərdigara, onu sağlam canişin qərar ver və şeytanın aldatmasından onu hifz elə! Pərvərdigara, Səndən bağışlanmaq diləyir və Sənə doğru qayıdıram...”[4]

3. Ər-arvad münasibətlərinə və qayda-qanunlarına riayət etmək

Bəzi rəvayətlərə uyğun olaraq (övlad sahibi olmaq məqsədi ilə) müəyyən günlərdə və ya günün müəyyən saatlarında həyat yoldaşı ilə yaxınlıq etmək məkruhdur və münasib deyildir, o cümlədən:

1. Gün və ya Ayın tutulduğu gündə və gecədə; 2. Gün batan çağında; 3. Sübh açılandan gün çıxan vaxta qədərki dövrdə; 4. Ramazan ayından başqa sair (qəməri) ayların birinci gecəsində; 5. Ayın (qəməri) axır gecəsində; 6. Yuxuda möhtəlim olduqdan sonra; 7. Yaxınlıq edilən yerdə uşaq olsa və onları görsə, yaxud hənirtilərini (səslərini) eşitsə, hətta bir şey başa düşməsə də belə; 8. Yaxınlıq edən zaman qadının fərcinə baxmaq; 9. Çılpaq halda (üstünü örtmədən) yaxınlıq etmək; 10. Açıq havada (səmanın altında); 11. Üzü və ya arxası qibləyə; 12. Qarın dolu olan olanda.

İndi yuxarıdakı göstərişlərin bəzisinin hikmətinə işarə edirik:

Əbu Səid Xudri nəql edir ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) İmam Əli (əleyhis-salam)-a (əxlaqi) tövsiyələr edərkən buyurdu: “Ya Əli! Həyat yoldaşınla (qəməri) ayın əvvəl, orta və axır gecəsində yaxınlıq etmə, əks halda övladının və həyat yoldaşının dəli olmasına, cüzama tutulmasına, əlil və ağıldan kəm olmasına səbəb ola bilər.”[5]

Əlbəttə, diqqət yetirmək lazımdır ki, bu rəvayətlərin hamısının mötəbər olmasını sübut etmək mümkün olmasa da, amma onların bir çoxu kifayət qədər etibarlı sayılır və onlara riayət etmək lazımdır. Digər bir məsələ budur ki, belə hikmətlərin bəyan olunması nəticənin mütləq belə olacağı mənasına deyildir. Əksinə, bu mənayadır ki, övladın nütfəsi bu günlərdə bağlansa, qeyd olunan halların yaranması ehtimalı vardır və digər amillərin varlığı ilə təsir qoyur. Lakin müəyyən hallarda da bəzi şərtlərin olmadığına görə başqa bir nəticə verməsi mümkündür.

Bunu da qeyd etmək lazımdır ki, hal-hazırda bəzi tədqiqatçılar bu qənaətə gəlmişlər ki, aylı və aysız gecələrin qabarma və çəkilmədə təsirli olduğu kimi, insan orqanizminin vəziyyətinə və yaxınlığın xüsusi məsələlərinə də təsir qoyur.[6] Deməli, rəvayətdə qeyd olunan məsələlərin sadəcə elm tərəfindən isbat edilməməsini bəhanə edərək onlara laqeyd yanaşmamalıyıq.

4. Hamiləlik dövründə münasib şəkildə qidalanma

Bu xüsusi dövrdə ananın düzgün və münasib şəkildə qidalanması bətndəki uşağın ruhi və fiziki cəhətdən inkişafına səbəb olur. Buna əsasən, hamiləlik dövründə altı qisim qidalardan istifadə edilməlidir: protein, yağ, şəkər, su, vitaminlər, mineral duzlar.[7]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Qadınlara, doğduğu ayda (təzə) xurma yedizdirin ki, övladlarınız helmli və pəhrizkar olsunlar.”[8]

Xurmada çoxlu miqdarda enerji vardır. Hamiləlik dövrünün keçməsi ilə enerjili maddələrə daha çox ehtiyac duyulur. Adi şəraitlərə hamiləliyin əvvəlki üç ayında gündə 150 qram enerjili maddəyə ehtiyac duyulur. Amma hamiləliyin son aylarında, xüsusilə beşinci aydan sonra enerjili maddəyə gündəlik ehtiyac 225 qrama çatır.[9]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in hamiləlik dövrünün son aylarında xurma yeməklə əlaqədar analara etdiyi tövsiyə və təkidləri necə də heyrətəngiz və təqdirəlayiqdir! Həmin dövrdə ki, enerjiyə olan ehtiyac daha da artır. Bu işin nəticəsini də ağıllı və təqvalı olmağı bir töhfə kimi qeyd edir ki, anaların buna əməl etməyə iltizamlı etmiş olsun.

İmam Sadiq (əleyhis-salam) buyurur: “Hamilə qadınlarınıza heyva yedizdirin ki, övladınız gözəl üzlü olsun.”[10]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər hamilə qadın qovun yesə, övladı gözəl üzlü  və əxlaqlı olar.”[11]

Yenə buyurur: “Hamilə qadınlara tövsiyə edin ki, heyva yesinlər, nəticədə övladları gözəl əxlaqlı olsun.”[12]

İmam Riza (əleyhis-salam) buyurur: “Heyva yemək əqli və huşu artırır.”[13]

O həzrət yenə buyurur: “Hamilə qadınlarınıza kündür (bir növ ağac şirəsidir) yedizdirin ki, bətndəki övladı oğlandırsa ağıllı, huşlu və şücaətli olsun, əgər qızdırsa gözəl və əxlaqlı olsun...”[14]

Əlbəttə, haram və şübhəli yeməklərdən çəkinmək çox mühüm məsələlərdəndir və valideynlər buna ciddi əhəmiyyət verməli və diqqətli olmalıdırlar. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər kəs bir haram tikə yesə, 40 gecə(-gündüz) namazı qəbul və 40 günə qədər duası müstəcab olmaz. O haram tikədən (bədəndə) əmələ gələn hər ət cəhənnəm oduna layiqdir. Bir tikədən də (bədəndə) ət əmələ gəlir.”[15]

5. Hamiləlik dövründə ruhi sağlamlığa riayət edilməsi

Ana və onun bətnindəki körpənin sağlamlığı ilə əlaqədar irəli çəkilən məsələlərdən biri hamiləlik dövründə ananın ruhi cəhətdən gigiyena qaydalarına riayət etməsi və ailənin ananı himayə etməsidir. Əgər bu dövrdə ana ətrafındakıların diqqət mərkəzində olduğunu və onlar tərəfindən himayə edildiyini hiss edərsə, bu dövranın çətinliklərinə çox sadə şəkildə dözüb sinə gərər, ruhi və fiziki cəhətdən sağlam övlad dünyaya gətirə bilər.

Mütəal Allah hamiləlik dövrünün çətinliklərini və bətndəki körpənin varlığından irəli gələn əzab-əziyyətləri xatırlatmaqla, insana tövsiyə edir ki, valideyni, ələl-xüsus ananı unutmasın.[16] Bu ayədə ananın bir növ ruhi cəhətdən himayə olunması gözə dəyir. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bu dövranı təriflə yad etmiş, buyurmuşdur: “Qadın hamilə olan zaman gündüzləri oruc tutan, gecələri oyaq qalıb Allaha ibadətlə keçirən, canı və malı ilə Allah yolunda cihad edən bir kəs kimidir.”[17]

Bu dövrdə ruhi sıxıntılar, psixi sarsıntılar və ruhi nasazlıqlar çox ağır və dağıdıcı rol ifa edə bilər.

Demişlər: Hamiləlik dövründə qadının keçirdiyi ruhi sarsıntılar doğuşdan sonrakı dövrlə müqayisədə daha çox və həmin miqdarda da təhlükəli ola bilər. Hamilə qadınların təqribən on faizi doğuşdan sonrakı ruhi və psixi sarsıntılara düçar olur, bəzən öz övladlarına xəsarət də vururlar. Hamiləlik dövründə və ya doğuşdan sonra qadınların ən çox şikayət etdikləri şey iztirab, psixi anormallıq, hissiyyata qapılmaqdan ibarətdir və bu kimi vəziyyətlər adətən öz-özünə ötüb keçir. Amma əgər bu vəziyyət davam edərsə, kəskin əsəbiliyə düçar olur, özünü günahkar hesab edir, özünü itirir. Belə nəzərə çarpır ki, qeyd etdiyimiz Quran ayələrinə, rəvayətlərə diqqət yetirmək bu ruhi və psixi sarsıntıların qabağını ala bilər.

6. Dini vacibləri yerinə yetirmək

Tədqiqatlar göstərir ki, imanlı və dindar insanlar başqaları ilə müqayisədə daha çox ömür sürürlər. Səbəbi də onların namaz qılmasıdır ki, bu da onların qan təzyiqinin aşağı səviyyədə qalmasına səbəb olur. Tədqiqatçılar ibadət əhli olan müsəlmanların qan təzyiqini ölçmüş və başa düşmüşlər ki, onların qan təzyiqləri normal həddən də aşağıdır. Bu insanlar qəlbi etiqadlara malik olan və müntəzəm şəkildə namaz qılanlar olmuşlar. Qan təzyiqi qalxarsa və onu normal hala salmaq mümkün olmasa, ürək infarktına, qəlbin döyünməsinə, qanı kafi miqdarda bədənə çatdıra bilməməsinə, böyrək nasazlıqlarına səbəb ola bilər. Buna görə də valideynlər namaz və dua kimi dini ibadətləri yerinə yetirməklə övladın ruhi cəhətdən sağlam olmasında özünə məxsus mühüm rol ifa edə bilərlər. Quran və dua oxumaq, zikr edib namaz qılmaq ananın qəlbində asudəlik və xatircəmlik yaranmasına səbəb olduğu kimi, bətndəki körpənin ruhi aramlıq və asayişində də beləcə müsbət təsir qoyur.

Bura qədər qeyd etdiklərimiz ilahi şəxsiyyətlərin bəyan etdiyi tövsiyələrin kiçik bir hissəsi idi. Gözəl mənzərələrin müşahidə edilməsi,[18] idman edilməsi və s.[19] İslam nəzərindən də təsdiqlənə bilər. Buna görə də bu mövzu ətrafında kamil elmi bəhs bu kiçik məqaləyə sığmaz. Bu barədə hərtərəfli və kamil məlumat əldə etmək üçün əlaqədar kitablara müraciət etmək lazımdır.



[1] وَ مِنْ آیاتهِ أَنْ خَلَقَ لَکُم مِنْ أَنْفُسِکُمْ أًزواجاً ِلتسْکُنُوا إِلَیها وَ جَعَلَ بَیْنَکُمْ مَّوَدةً وَ رَحْمَةً إنَّ فی ذلِکَ لایاتٍ لِقومٍ یَتَفَکَّرونَ “Rum” surəsi, ayə: 21

[2] Hürr Amili, “Vəsailuş-şiə”, 3-cü cild, səh. 60

[3] “Məhəccətul-beyza”, 2-ci cild, səh. 52

[4] “Vəsailuş-şiə”, 15-ci cild, səh. 106

رَبِّ لَا تَذَرْنِی‏ فَرْداً وَ أَنْتَ خَیْرُ الْوَارِثینَ‏، وَاجْعَلْ لِی مِنْ لَدُنْکَ وَلِیًّا یَرِثُنِی فِی حَیَاتِی وَ یَسْتَغْفِرُ لِی بَعْدَ مَوْتِی وَاجْعَلْهُ خَلَفًا سَوِیًّا وَ لاَ تَجْعَلْ لِلشَّیْطَانِ فِیهِ نَصِیبًا، اَللَّهُمَّ اِنِّی اَسْتَغْفِرُکَ وَ اَتُوبُ اِلَیْکَ اِنَّکَ اَنْتَ الْغَفُورُ الرَّحِیمُ

[5] Yenə orada

[6] Rəhbərin ali təhsil mərkəzlərindəki nümayəndəliyinin saytı

[7] “Qadınların özünü qoruması və doğuş”, doktor Hüseyn Nuri, “Hamiləlik dövründə qidalanma”

[8] اَطْعِمُوا الْمَرْاَةَ فِى شَهْرِهَا الَّذِى تَلِدُ فِیهِ التَّمْرَ فَاِنَّ وَلَدَهَا یَکُونُ حَلِیمًا، تَقِیًّا “Məkarimul-əxlar”, 1-ci cild, səh.169

[9] “Doğuşdan qabaqkı dövrdə körpənin inkişafı”, doktor Mehrnaz Şəhrarai, səh. 49

[10] وَ اَطْعِمُوهُ حُبَالاَکُمْ فَاِنَّهُ یُحَسِّنُ اَوْلَادَکُمْ “Məkarimul-əxlar”, 1-ci cild, səh. 372, hədis 1230

[11] “Müstədrək”, 2-ci cild, səh. 635

[12] “Müstədrək”, 3-cü cild, səh. 113, və 116

[13] “Məkarimul-əxlar”, 1-ci cild, səh. 196

[14] “Məkarimul-əxlar”, 1-ci cild, səh. 192, 193, 196 və 222

[15] “Biharul-ənvar”, 63-cü cild, səh. 314:

الْفرْدَوْس، عَنِ النَّبِیِّ (ص) قَالَ مَنْ أَکَلَ لُقْمَةَ حَرَامٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِینَ لَیْلَةً وَ لَمْ تُسْتَجَبْ لَهُ دَعْوَةٌ أَرْبَعِینَ صَبَاحاً وَ کُلُّ لَحْمٍ یُنْبِتُهُ الْحَرَامُ فَالنَّارُ أَوْلَى بِهِ وَ إِنَّ اللُّقْمَةَ الْوَاحِدَةَ تُنْبِتُ اللَّحْم.

[16] وَ وَصَّیْنَا الْإِنْسانَ بِوالِدَیْهِ إِحْساناً حَمَلَتْهُ أُمُّهُ کُرْهاً وَ وَضَعَتْهُ کُرْهاً وَ حَمْلُهُ وَ فِصالُهُ ثَلاثُونَ شَهْراً حَتَّى إِذا بَلَغَ أَشُدَّهُ وَ بَلَغَ أَرْبَعینَ سَنَةً قالَ رَبِّ أَوْزِعْنی أَنْ أَشْکُرَ نِعْمَتَکَ الَّتی أَنْعَمْتَ عَلَیَّ وَ عَلى والِدَیَّ وَ أَنْ أَعْمَلَ صالِحاً تَرْضاهُ وَ أَصْلِحْ لی فی ذُرِّیَّتی إِنِّی تُبْتُ إِلَیْکَ وَ إِنِّی مِنَ الْمُسْلِمینَ “Əhqaf” surəsi, ayə: 15

[17] اِذَا حَمَلَتِ الْمَرْاَةُ کَانَتْ ‏بِمَنْزِلَةِ الصَّائِمِ الْقَائِمِ الْمُجَاهِدِ بِنَفْسِهِ وَ مَالِهِ فِى‏سَبِیلِ اللهِ... “Vəsailuş-şiə”, 21-ci cild, səh. 451

[18] Alimlər kəşf etmişlər ki, əgər insanın gözü cazibədar və maraqlı bir rəsm əsərinə düşsə, beynində bir nöqtə fəaliyyətə başlayır. İslam dinində də gözəl mənzərələrə, Quran yazılarına, gözəl şəkillərə və s. tamaşa etməyin bətndəki uşağın üzündə və beynindəki təsirlərini qəbul etmişdir. (Əlbəttə, aydındır ki, haram mənzərələr və səhnələr nəzərdə tutulmur.)

[19] Alimlər bədəndə mövcud olan və “fenil-tilamin” adlı ruhi sarsıntının ziddinə təsir qoyan bir kimyəvi maddəni (hormonu) kəşf etmişlər ki, bu maddə idmanın insanın yüksək əhval-ruhiyyədə və təravətli olmasının səbəbini bəyan edir. Alimlər öz tədqiqatlarında bu qənaətə gəlmişlər ki, insan idman edəndən sonra bu kimyəvi maddənin miqdarı 77 dəfə artır və qan vasitəsi ilə beyinə sorulur. Onlar tövsiyə edirlər ki, özünüzün ruh və orqanizminizin sağlamlığını, eləcə də ana bətnindəki körpənin sağlamlığını bərpa etmək üçün münasib şəkildə idman edin. Çünki insanların çoxu bu dərmansız müalicə növündən xəbərsiz olduğu üçün ruhi problemlərdən əziyyət çəkirlər. “Qadın sözü” jurnalı, 118-ci nömrə

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...