Please Wait
7578
Bütün ilahi peyğəmbərlər (müxtəlif dərəcələrlə) məsum, kamal həddində və Allaha ən yaxın insanlardır. Onların digər adi insanlardan daha çox və yüksək vəzifələri vardır. Bundan əlavə, onlar Allahdan qeyrisinə olan hər bir diqqət və nəzəri böyük günah sayırlar.
Başqa tərəfdən İslam alimləri və mütəfəkkirləri həzrət Musanın (əleyhissalam) ismətini və onun bir nəfər qibtini (fironçunu) öldürməsi hadisəsini müxtəlif açıqlamalarla izah etməyə və aydınlaşdırmağa çalışırlar.
Bu hadisə haqqında alimlərin ən mühüm nəzərləri budur ki, hadisədə həzrət Musanın (əleyhissalam) günahı yoxdur və təkcə bəyənilməmiş bir iş görmüşdür. Amma, öldürülmüş qibti kişi haqqında isə nəzərləri budur ki, o zaman onun öldürülməsi heç də günah sayılmırdı, amma yaxşı olardı ki, Musa (əleyhissalam) bu işi tez görməmiş olaydı.
Quranın bu hadisə haqqındakı ifadələri də həzrət Musanın (əleyhissalam) isməti ilə heç də fərqli deyildir. Belə bir mövzuda İmam Rza (əleyhissalam) ilə Məmun arasında bəhs olur və Məmun Musanın (əleyhissalam) Quranda dediyi bu ayələri gətirir: “Bu, Şeytan əməlindən idi. O, düşmən və açıq-aydın yoldan azdırandır.” Yaxud, “İlahi! Mən özümə zülm etdim, məni bağışla!” - İmam Rza (əleyhissalam) cavabında buyurur: “Quranda Musanın (əleyhissalam) dilindən deyilmiş “Bu, Şeytan əməlindən idi” – ifadəsi əslində, bir-biri ilə savaşan iki kişiyə aiddir. Amma “Özümə zülm elədim” – ifadəsi, yəni gərək şəhərə daxil olmayaydım – deməkdir. “İlahi! Məni bağışla!” – isə onu fironçuların gözündən gizlədilməsini istəməsidir.
Bu suala cavab verməkdən ötrü bir neçə məsələyə diqqət etmək lazımdır:
A) İsmət haqqında qısa məlumat;
İsmət sözü ərəb lüğətində hifz, pak olmaq və bir şeyə əl atmaqdır.[1] Kəlam elminin terminologiyasında isə elə bir lütfdür ki, hər kəsdə olsa, onun vasitəsi ilə itaəti tərk etməz və imkanı olduğu halda günaha meyli olmaz.[2]
B) Peyğəmbərlərdə ismətin lazım olmasına bir neçə dəlil;
1.Əgər ilahi peyğəmbərlər məsum olmasalar ilahi hədəfin ziddinə olarlar. Çünki, peyğəmbərlərin göndərilməsində məqsəd odur ki, insanları onların əsl məsləhət və zərərlərinə olan mövzulardan agah etsinlər və bununla da, bəşərin təlim-tərbiyəsi və onların dünya və axirətdə kamal və səadətə tərəf çatmaları üçün müqəddəmələri hazır etsinlər. Bu məqsəd isə peyğəmbərlərin isməti olmadan hasil olmaz. Çünki, əgər hər hansı peyğəmbər günah iş etsə bizim ona tabe olmağımızın vacibliyi şübhəli görünür. Əgər bir işdə peyğəmbərin yolu ilə getməsək, onda peyğəmbərlərin göndərilməsi hədəfi aradan getmiş olur. Başqa tərəfdən isə peyğəmbərə tabe olmamağın özü böyük günahdır.
2. İstər peyğəmbərliyə seçilməzdən əvvəl, istərəsə də sonra, hər hansı peyğəmbərin günahı, xalq arasında ona qarşı nifrət və itaətsizliyə səbəb olar. Bu və digər müxtəlif dəlillərə əsaslanaraq demək olar ki, peyğəmbərlərin məsum olması qətidir.
C) Həzrət Musanın (əleyhissalam) isməti bəzi Quran ayələrinin zahiri ilə məsələn, qibti bir kişini öldürməsi ilə necə uyğun gələ bilər?
Quranda oxuyuruq: “(Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: "Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır! (Musa) dedi: "Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla! (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini